Azərbaycan Respublikasının Ailə Məcəlləsi



Yüklə 363,38 Kb.
Pdf görüntüsü
səhifə19/25
tarix12.10.2018
ölçüsü363,38 Kb.
#73480
1   ...   15   16   17   18   19   20   21   22   ...   25

123.1. Valideynlər valideynlik hüquqlarından məhrum edilmişlərsə və bundan 1 il müddət keçmişsə 

və ya qanunla müəyyən olunmuş qaydada fəaliyyət qabiliyyəti olmayan, yaxud xəbərsiz itkin düşmüş 

hesab edilmişlərsə, övladlığa götürməyə onların razılığı tələb olunmur.

123.2.   Valideynlər   6   aydan   artıq   müddətdə   uşaqla   birlikdə   yaşamırlarsa,   qəyyumluq   və   himayə 

orqanlarının xəbərdarlığına baxmayaraq, onun tərbiyəsində və ya saxlanılmasında iştirak etməkdən 

boyun qaçırırlarsa, uşağa valideynlik diqqəti və qayğısı göstərmirlərsə, övladlığa götürmə onların 

razılığı olmadan da icra edilə bilər.

Maddə 124. Valideyn himayəsindən məhrum olan uşaqların övladlığa götürülməsinə qəyyumların 

(himayəçilərin), himayədar ailənin, uşaqların yerləşdiyi müəssisələrin rəhbərlərinin və uşaqların 

özlərinin razılığı 

124.1.   Qəyyumluqda   (himayədə)   olan   uşaqların   övladlığa   götürülməsi   üçün   qəyyumların 

(himayəçilərin) yazılı razılığı olmalıdır.

124.2. Himayədar ailənin öhdəsində olan uşaqların övladlığa götürülməsi üçün onların himayədar 

valideynlərinin yazılı razılığı lazımdır.

124.3.   Tərbiyə,   müalicə,   ailənin   sosial   müdafiəsi   müəssisələrində   və   digər   analoji   müəssisələrdə 

yerləşən uşaqların övladlığa götürülməsinə həmin müəssisələrin rəhbərləri yazılı razılıq verməlidirlər.

124.4.   Məhkəmə   uşağın   mənafeyini   nəzərə   alaraq   bu   Məcəllənin   124.1—124.3-cü   maddələrində 

göstərilən şəxslərin razılığı olmadan da onun övladlığa götürülməsi barədə qətnamə qəbul edə bilər.

124.5. 10 yaşına çatmış uşaq övladlığa götürüldükdə, onun razılıq verməsi zəruridir.

124.6. Övladlığa götürmə haqqında ərizə verilənə qədər uşaq övladlığa götürmək istəyənin ailəsində 

yaşamışsa və onu öz valideyni hesab edirsə, övladlığa götürmə övladlığa götürülən uşağın razılığı 

olmadan da aparıla bilər.

Maddə 125. Övladlığa götürülənin soyadının, adının və atasının adının dəyişdirilməsi 

125.1. Övladlığa götürənin xahişi ilə övladlığa götürülən uşağa övladlığa götürənin soyadı və yeni ad 

verilir. Övladlığa götürən kişidirsə, uşağa ata adı onun adı ilə, övladlığa götürən qadındırsa, uşaq 

barəsində uşağın atasının hüquq və vəzifələrinin saxlandığı hallardan başqa, ata adı qadının göstərişi 

ilə verilir. Nikahda olmayan şəxs uşağı övladlığa götürdükdə, uşağın soyadı, adı və anasının (atasının) 

adı doğum haqqında qeydiyyat kitabında həmin şəxsin göstərişi ilə yazılır.

125.2.   Övladlığa   götürən   ər-arvadın   soyadları   müxtəlif   olduqda,   onların   razılığı   ilə   övladlığa 

götürülən uşağa ərin və ya arvadın soyadı verilir.

125.3. Övladlığa götürülən 10 yaşına çatmış uşağın soyadı, ata adı, habelə öz adı bu Məcəllənin 

124.6-cı maddəsində nəzərdə tutulmuş hallardan başqa, yalnız onun razılığı ilə dəyişdirilə bilər.

125.4. Övladlığa götürülənə soyad və ata adı verilməsi, habelə onun adının dəyişdirilməsi övladlığa 

götürmə haqqında məhkəmə qətnaməsində göstərilir.



Maddə 126. Övladlığa götürənlərin xahişi ilə övladlığa götürülənin doğulduğu yerin və tarixin 

dəyişdirilməsi 

126.1.   Övladlığa   götürmənin   gizli   saxlanması   üçün   övladlığa   götürənin   xahişi   ilə   övladlığa 




götürülənin doğulduğu yer, eləcə də onun doğum tarixi 3 aydan çox olmayaraq dəyişdirilə bilər.

126.2. Övladlığa götürülmüş uşağın doğum tarixi uşaq 1 yaşına çatana qədər dəyişdirilə bilər.

126.3.   Övladlığa   götürülmüş   uşağın   doğulduğu   yerin   və   ya   tarixin   dəyişdirilməsi   məhkəmə 

qətnaməsində göstərilir.



Maddə 127. Övladlığa götürənlərin övladlığa götürülənin valideynləri kimi yazılması 

127.1. Məhkəmə övladlığa götürənlərin xahişi ilə onların övladlığa götürülənlərin valideynləri kimi 

doğumun qeydi kitablarına yazılmasını qət edə bilər.

127.2.   Bu   Məcəllənin   124.6-cı   maddəsində   nəzərdə   tutulmuş   hallar   istisna   olmaqla,   övladlığa 

götürülən 10 yaşına çatmış uşaq barəsində bu cür qeydin yazılması üçün onun razılığı lazımdır.

127.3.   Övladlığa   götürənlərin   valideyn   kimi   yazılması   zəruriliyi   övladlığa   götürmə   haqqında 

məhkəmə qətnaməsində göstərilir.

Maddə 128. Tərbiyəçi öldükdə övladlığa götürmənin təsdiqi 

Tərbiyəçi öldükdə övladlığa götürmə faktı məhkəmə qaydasında müəyyən oluna bilər, yalnız o şərtlə 

ki, yetkinlik yaşına çatmayanlar ailədə doğma uşaq kimi qəbul edilsin, eləcə də övladlığa götürən 

sağlığında bu barədə məhkəməyə ərizə təqdim etmiş olsun.



Maddə 129. Valideynlərin ölümünə görə pensiya və ya müavinət hüququnun saxlanması 

Övladlığa   götürülmə   vaxtınadək   ailə   başçısını   itirməyə   görə   pensiya,   dövlət   müavinəti   almaq 

hüququna   malik   olan   yetkinlik   yaşına   çatmayanlar   bu   hüququ   övladlığa   götürüldükdən   sonra   da 

saxlayırlar.



Maddə 130. Övladlığa götürmənin gizli saxlanması 

130.1. Övladlığa götürmənin sirri qanunla mühafizə olunur.

130.2. Övladlığa götürənlərin razılığı olmadan, onlar öldükdə isə qəyyumluq və himayə orqanının 

razılığı olmadan övladlığa götürmə haqqında hər hansı məlumat vermək, habelə vətəndaşlıq vəziyyəti 

aktlarının qeydiyyat kitablarından övladlığa götürənlərin övladlığa götürülənin doğma valideynləri 

olmadığını göstərən çıxarışlar vermək qadağan edilir.

130.3. Övladlığa götürənin iradəsi ziddinə övladlığa götürmə sirrini yaymış şəxslər qanunla müəyyən 

edilmiş qaydada məsuliyyətə cəlb olunurlar.



Maddə 131. Övladlığa götürmənin ləğv edilməsi 

131.1. Övladlığa götürmənin ləğv olunması məhkəmə qaydasında həyata keçirilir.

131.2. Övladlığa götürmənin ləğv olunması barədə işə qəyyumluq və himayə orqanının  və müvafiq 

icra hakimiyyəti orqanının iştirakı ilə baxılır.

131.3. Məhkəmənin övladlığa götürməni ləğv etmək haqqında qətnaməsinin qüvvəyə mindiyi gündən 

övladlığa götürməyə xitam verilir.



Yüklə 363,38 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə