Azərbaycan Respublikasının Ailə Məcəlləsi


Maddə 137. Uşaqların qəyyumu (himayəçisi)



Yüklə 363,38 Kb.
Pdf görüntüsü
səhifə21/25
tarix12.10.2018
ölçüsü363,38 Kb.
#73480
1   ...   17   18   19   20   21   22   23   24   25

Maddə 137. Uşaqların qəyyumu (himayəçisi) 

137.1. Yalnız yetkinlik yaşına çatmış və tam fəaliyyət qabiliyyəti olan şəxslər qəyyum (himayəçi) 

təyin edilirlər.

137.2.   Uşaqlara   qəyyum   (himayəçi)   təyin   edilərkən   qəyyumun   (himayəçinin)   əxlaqı   və   başqa 

cəhətləri,   onun   qəyyumluq   (himayə)   vəzifəsini   yerinə   yetirə   bilməsi,   onun   və   ailəsinin   uşaqla 

ünsiyyəti və münasibəti, habelə mümkünsə, uşağın öz arzusu nəzərə alınmalıdır.

137.3. Alkoqolik və narkomanlar, qəyyumluq (himayə) vəzifələrini icra etməkdən kənarlaşdırılmış, 

valideynlik  hüquqları  məhdudlaşdırılmış  şəxslər,  keçmiş  övladlığa  götürənlər,  əgər  onların  təqsiri 

üzündən övladlığa götürmə ləğv olunmuşsa və səhhətinə görə uşağı tərbiyə etmək vəzifəsini həyata 

keçirə   bilməyən   şəxslər   (bu   Məcəllənin   120.1.1—120.1.5-ci   maddələri)   qəyyum   (himayəçi)   ola 

bilməzlər.

Maddə 138. Tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi müəssisələrində yerləşən uşaqlar üzərində 

qəyyumluq (himayə) təyin edilməsi 

138.1. Tam dövlət himayəsində olmaqla tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi müəssisələrində 

yerləşən  uşaqlara  qəyyum  (himayəçi)   təyin  olunmur.  Bu  vəzifə  həmin   müəssisələrin  rəhbərliyinə 

həvalə edilir.

138.2.   Uşaqların   müvəqqəti   olaraq   belə   müəssisələrə   yerləşdirilməsi   qəyyumların   (himayəçilərin) 

hüquq və vəzifələrini məhdudlaşdırmır.

138.3.   Qəyyumluq   və   himayə   orqanları   uşağın   bu   Məcəllənin   138.1-ci   maddəsində   göstərilən 

müəssisələrdə saxlanmasına, tərbiyə və təhsilinə daimi nəzarət edir.

138.4.   Bu   Məcəllənin   138.1-ci   maddəsində   göstərilən   müəssisələrin   məzunlarının   hüquqlarının 

qorunması qəyyumluq və himayə orqanına həvalə edilir.



Maddə 139. Qəyyumluqda (himayədə) olan uşaqların hüquqları 

139.0.  


Azərbaycan   Respublikasının   Mülki   Məcəlləsində

  nəzərdə   tutulan   hallar   istisna   olmaqla, 

qəyyumluqda (himayədə) olan uşaqlar aşağıdakı hüquqlara malikdirlər:

139.0.1.  qəyyumun   (himayəçinin)   ailəsində  tərbiyə   almaq,   onlardan   qayğı  almaq,  qəyyum 

(himayəçi) ilə birlikdə yaşamaq;

139.0.2. onların saxlanması, tərbiyəsi, təhsili, hərtərəfli inkişafı və insan ləyaqətinə hörmət 

edilməsi üçün şəraitlə təmin olunmaq;

139.0.3. onlara düşən pensiya, müavinət, aliment və s. sosial ödənişləri almaq;

139.0.4. yaşadıqları ev (mənzil) üzərində mülkiyyət hüququnu və ya ondan istifadə etmək 

hüququnu saxlamaq, ev (mənzil) olmazsa, mənzil qanunvericiliyinə uyğun mənzil almaq;

139.0.5.   bu   Məcəllənin   51-ci   maddəsinə   uyğun   qəyyumun   (himayəçinin)   sui-istifadə 

hərəkətlərindən müdafiə olunmaq;

139.0.6. bu Məcəllənin 50-ci və 52-ci maddələri ilə nəzərdə tutulmuş hüquqlardan istifadə 

etmək.



Maddə 140. Valideyn himayəsindən məhrum olub tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi 

müəssisələrində qalan uşaqların hüquqları 

140.1.   Valideyn   himayəsindən   məhrum   olub,   tərbiyə,   müalicə   və   əhalinin   sosial   müdafiəsi 

müəssisələrində və digər analoji müəssisələrdə qalan uşaqlar aşağıdakı hüquqlara malikdirlər:

140.1.1.   saxlanılmaq,   tərbiyə   və   təhsil   almaq,   hərtərəfli   inkişaf   etmək,   ləyaqətinə   hörmət 

görmək və maraqlarını təmin etmək;

140.1.2. onlara düşən pensiya, müavinət və başqa sosial ödənişləri almaq;

140.1.3. mənzil (ev) sahəsi üzərində mülkiyyət hüququnu, mənzildən (evdən) istifadə etmək 

hüququnu saxlamaq,  mənzili  (evi)  olmazsa,  mənzil  qanunvericiliyinə  uyğun mənzil  sahəsi 

almaq;

140.1.4.   qeyd   edilən   müəssisələrdən   qayıtdıqdan   sonra   Azərbaycan   Respublikasının   əmək 



qanunvericiliyinə uyğun olaraq işə düzəlmədə güzəştlərdən istifadə etmək.

140.2. Valideyn himayəsini itirmiş, göstərilən təşkilatların himayəsində olan uşaqlar bu Məcəllənin 

50—52-ci maddələrində göstərilən hüquqlara malikdirlər.

Maddə 141. Uşağın qəyyumunun (himayəçisinin) hüquq və vəzifələri 

141.1. Uşağı tərbiyə etmək, onun sağlamlığının, fiziki və psixi, mənəvi və əxlaqi inkişafının qeydinə 

qalmaq uşağın qəyyumunun (himayəçisinin) hüquq və vəzifəsidir.

141.2. Qəyyumluqda (himayədə) olan uşağın qəyyumunun (himayəçisinin) qəyyumluq və himayə 

orqanlarının   tövsiyələrini   və   uşağın   rəyini   nəzərə   almaqla,   onun   tərbiyə   üsullarını   sərbəst 

müəyyənləşdirmək hüququ vardır. Qəyyum (himayəçi) uşağın rəyinə uyğun olaraq onun ümumi orta 

təhsil alması üçün təhsil müəssisəsini və təhsilin formasını seçmək hüququna malikdir, uşağın ümumi 

orta təhsil almasını təmin etməlidir.

141.3. Qəyyumluqda (himayədə) olan uşağı hər hansı təşkilat, şəxs və ya yaxın qohum qanuni əsas 

olmadan saxlayarsa, qəyyumun (himayəçinin) məhkəmə yolu ilə uşağın qaytarılmasını tələb etmək 

hüququ var.

141.4.   Uşağın   valideynləri,   yaxın   qohumları   ilə   ünsiyyət   uşağın   maraqlarına   cavab   vermədiyi 

hallardan   başqa,   qəyyumun   (himayəçinin)   uşağın   onlarla   ünsiyyət   saxlamasına   icazə   verməmək 

hüququ yoxdur.

141.5.   Qəyyumun   (himayəçinin)   mülki   hüquq   və   vəzifələri  

Azərbaycan   Respublikasının   Mülki 

Məcəlləsi

 ilə müəyyən edilir.

141.6.   Uşağa   qəyyumluq   (himayəçilik)   vəzifəsi   təmənnasız   yerinə   yetirilməlidir.   Hər   ay   uşağın 

qəyyumuna (himayəçisinə) onun saxlanması üçün dövlət tərəfindən təyin edilmiş maddi vəsait verilir.



Maddə 142. Himayədar ailənin yaranması 

142.1. Himayədar ailə uşağı tərbiyə olunmaq üçün vermə müqaviləsi əsasında yaranır. Bu müqavilə 

qəyyumluq və himayə orqanı ilə himayədar valideynlər (uşağı tərbiyə olunmaq üçün ailəyə götürmək 

arzusunda olan ər-arvad və ya ayrı-ayrı vətəndaşlar) arasında bağlanır. Himayədar ailəyə tərbiyə üçün 

yalnız yetkinlik yaşına çatmamış uşaq və yalnız müqavilə ilə nəzərdə tutulmuş müddətə verilə bilər.



Yüklə 363,38 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə