Azərbaycan Respublikasının Ailə Məcəlləsi



Yüklə 363,38 Kb.
Pdf görüntüsü
səhifə23/25
tarix12.10.2018
ölçüsü363,38 Kb.
#73480
1   ...   17   18   19   20   21   22   23   24   25

Maddə 149. Azərbaycan Respublikası ərazisində və Azərbaycan Respublikasından kənarda bağlanmış 

nikahın etibarsız sayılması 

Azərbaycan   Respublikası   ərazisində   və   Azərbaycan   Respublikasından   kənarda   bağlanmış   nikahın 

etibarsız sayılması bu Məcəllənin 146 və 148-ci maddələrinə uyğun olaraq nikahın bağlanmasında 

tətbiq olunmuş qanunvericiliklə müəyyən edilir.



Maddə 150. Nikahın pozulması 

150.1. Azərbaycan Respublikasından kənarda Azərbaycan Respublikası vətəndaşları ilə əcnəbilər və 

ya vətəndaşlığı olmayan şəxslər arasında, eləcə də Azərbaycan Respublikasının vətəndaşları arasında 

bağlanan   nikahın   Azərbaycan   Respublikasında   pozulması   Azərbaycan   Respublikasının 

qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

150.2.   Azərbaycan   Respublikasından   kənarda   yaşayan   Azərbaycan   Respublikası   vətəndaşı 

Azərbaycan   Respublikasından   kənarda   yaşayan   əri   (arvadı)   ilə   bağladığı   nikahı   onun 

vətəndaşlığından asılı olmayaraq Azərbaycan Respublikasının məhkəmələrində poza bilər. Nikahın 

müvafiq icra hakimiyyəti orqanında

 pozulmasına Azərbaycan Respublikasının qanunvericiliyi ilə yol 

verilirsə, həmin nikah Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və ya konsulluq 

idarələrində pozula bilər.



Maddə 151. Ər-arvadın şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələri 

151.1. Ər-arvadın şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələri ərazisində birgə yaşadıqları ölkənin 

qanunvericiliyi ilə müəyyənləşir, həmin ölkədə onların birgə yaşayış yeri olmadıqda, ər-arvad axırıncı 

dəfə hansı ölkənin ərazisində birgə yaşayıblarsa, həmin ölkənin qanunvericiliyi ilə müəyyən edilir. 

Birgə yaşayış yeri olmayan ər-arvadın şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələri Azərbaycan 

Respublikası ərazisində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

151.2. Ər-arvadın ümumi vətəndaşlığı və birgə yaşayış yerləri olmazsa, onların aliment tutulması 

barədə sazişdəki və ya nikah müqaviləsindəki hüquq və vəzifələrinin müəyyənləşdirilməsi üçün tətbiq 

olunan qanunvericiliyi özləri seçə bilərlər. Ər-arvad belə razılıq əldə etməyiblərsə, aliment tutulması 

barədə sazişə və nikah müqaviləsinə bu Məcəllənin 151.1-ci maddəsi tətbiq edilir.



Maddə 152. Atalığın (analığın) müəyyənləşdirilməsi və buna dair mübahisə açılması 

152.1.   Atalığın   (analığın)   müəyyənləşdirilməsi   və   buna   dair   mübahisə   açılması   üçün   uşağın 

doğulduğu yer üzrə vətəndaşı sayıldığı ölkənin qanunvericiliyi tətbiq edilir.

152.2. Azərbaycan Respublikasında atalığın (analığın) müəyyənləşdirilməsi və buna dair mübahisə 

açılması   qaydası   Azərbaycan   Respublikasının   qanunvericiliyi   ilə   müəyyənləşdirilir.   Azərbaycan 

Respublikasının   qanunvericiliyi   ilə   atalığın   (analığın)  

müvafiq   icra   hakimiyyəti   orqanında 

müəyyənləşdirilməsinə yol verilirsə, uşağın valideynləri Azərbaycan Respublikasında yaşamırlarsa və 

onlardan   heç   olmazsa   biri   Azərbaycan   Respublikasının   vətəndaşıdırsa,   onların   atalığı   (analığı) 

müəyyənləşdirilmək üçün Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluq 

idarəsinə müraciət etmək hüququ var.

Maddə 153. Valideynlərin və uşaqların hüquq və vəzifələri 

Valideynlərin və uşaqların hüquq və vəzifələri, o cümlədən valideynlərin uşağı saxlamaq vəzifəsi 

onların   birgə   yaşadıqları   ölkənin   qanunvericiliyinə   uyğun   müəyyənləşdirilir.   Əgər   uşaqlarla   ata-

ananın birgə yaşayış yeri yoxdursa, uşaqların və ata-ananın hüquq və vəzifələri  uşağın vətəndaşı 




olduğu ölkənin qanunvericiliyi ilə müəyyənləşdirilir. Aliment öhdəliklərinə və valideynlərlə uşaqlar 

arasında   digər   münasibətlərə,   iddiaçının   tələbi   ilə,   ərazisində   uşaq   daimi   yaşayan   ölkənin 

qanunvericiliyi tətbiq oluna bilər.

Maddə 154. Yetkinlik yaşına çatmış şəxslərin və başqa ailə üzvlərinin aliment vəzifələri 

Ailə   üzvlərinin   aliment   vəzifələri   ərazisində   birgə   yaşadıqları   ölkənin   qanunvericiliyi   ilə 

müəyyənləşdirilir. Birgə yaşayış yeri olmayan ailədə iddiaçı yaşadığı ölkənin qanunvericiliyinə uyğun 

olaraq aliment alır.



Maddə 155. Övladlığa götürmə 

155.1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar 

istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər 

tərəfindən   Azərbaycan   Respublikasının   vətəndaşı   olan   uşağı   övladlığa   götürmə   və   ya   övladlığa 

götürmənin ləğvi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

155.2. Azərbaycan  Respublikasının ərazisində  əcnəbi  və ya vətəndaşlığı  olmayan şəxs tərəfindən 

Azərbaycan   Respublikasının   vətəndaşı   olan   uşaq,   övladlığa   götürənin   ölkəsinin   (daimi   yaşadığı 

ölkənin) qanunvericiliyinə uyğun olaraq övladlığa götürüldükdə, həmin ölkənin qanunvericiliyi ilə 

yanaşı, bu Məcəllənin 66.6-cı, 117-119-cu və 122—124-cü maddələrinə də əməl olunmalıdır.

155.3. Azərbaycan Respublikasının ərazisində xarici vətəndaş olan uşaq Azərbaycan Respublikasının 

vətəndaşı tərəfindən övladlığa götürüldükdə, buna uşağın qanuni nümayəndəsinin və uşağın vətəndaşı 

olduğu dövlətin səlahiyyətli orqanının, eləcə də həmin dövlətin qanunvericiliyi ilə tələb olunduqda 

uşağın özünün razılığını almaq zəruridir.

155.4.   Uşağın   Azərbaycan   Respublikasının   qanunvericiliyi   və   tərəfdar   çıxdığı   beynəlxalq 

müqavilələrlə  müəyyən edilmiş  hüquqları övladlığa  götürmə  nəticəsində  pozula bilərsə,  övladlığa 

götürmə   övladlığa   götürənin   vətəndaşlığından   asılı   olmayaraq   həyata   keçirilə   bilməz,   həyata 

keçirilmiş övladlığa götürmə isə məhkəmə qaydasında ləğv olunmalıdır.

155.5.   Övladlığa   götürənin   vətəndaşı   olduğu   dövlətin   səlahiyyətli   orqanı   tərəfindən   Azərbaycan 

Respublikasının xaricdə yaşayan uşağını övladlığa götürməsi o şərtlə Azərbaycan Respublikasında 

etibarlı   hesab   edilir   ki,   buna   Azərbaycan   Respublikasında  müvafiq   icra   hakimiyyəti   orqanından  



əvvəlcədən müvafiq razılıq alınsın. (

5

)



Maddə 156. Xarici ölkələrin ailə hüquq normalarının məzmununun müəyyən edilməsi 

156.1.   Xarici   ölkələrin   ailə   hüquq   normaları   tətbiq   edilərkən   məhkəmə   və   ya  

müvafiq   icra 

hakimiyyəti   orqanı

,   yaxud   başqa   müvafiq   təşkilatlar   bu   normaların   məzmununu   müvafiq   xarici 

dövlətdəki rəsmi şərhin tətbiqi təcrübəsinə uyğun olaraq müəyyənləşdirir.

156.2. Bu normaların məzmununu müəyyənləşdirmək məqsədi ilə məhkəmə,  vətəndaşlıq vəziyyəti 

aktlarının dövlət qeydiyyatını aparan orqan  və sair orqanlar  

müvafiq icra hakimiyyəti orqanına

  və 

başqa orqanlara (ekspertlərə) müraciət edə bilərlər.



156.3. Maraqlı tərəflər öz tələblərini əsaslandırmaq üçün istinad etdikləri xarici ailə normalarının 

məzmununu təsdiq edən sənədləri məhkəməyə və müvafiq icra hakimiyyəti orqanlarına təqdim etmək 

hüququna malikdirlər.

156.4.   Xarici   ölkələrin   ailə   hüquq   normalarının   məzmunu   bu   Məcəllənin   156.1—156.3-cü 




Yüklə 363,38 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə