Azərbaycan Respublikasının Ailə Məcəlləsi


Maddə 166. Doğumun qeydə alınması qaydası



Yüklə 363,38 Kb.
Pdf görüntüsü
səhifə25/25
tarix12.10.2018
ölçüsü363,38 Kb.
#73480
1   ...   17   18   19   20   21   22   23   24   25

Maddə 166. Doğumun qeydə alınması qaydası 

166.1. Doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin 

yaşadığı yerdə aparılır.

166.2.   Doğumun   qeydə   alınması   üçün   valideynlər   və   ya   onlardan   biri,   valideynlərin   müəyyən  

səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar,  

qonşular,  uşağın  doğulduğu   tibb  müəssisəsinin  müdiriyyəti   və  yaxud   başqa  şəxslər  müvafiq  icra  

hakimiyyəti orqanına müraciət edir.

166.3.   Doğum   haqqında   məlumat   tibb   müəssisəsi   tərəfindən   dərhal   müvafiq   icra   hakimiyyəti  

orqanına,   müvafiq   icra   hakimiyyəti   orqanı   tərəfindən   isə   məlumat   informasiya   sistemi   vasitəsilə  

müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə ötürülür.

166.4. Doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanına dərhal ötürülməməsinə və ya  

düzgün   olmayan   məlumatın   ötürülməsinə   görə   tibb   müəssisəsi,   həmin   məlumatın   məlumat  

informasiya   sistemi   vasitəsilə   müvafiq   icra   hakimiyyəti   orqanının   informasiya   sisteminə  

ötürülməməsinə   və   ya   düzgün   olmayan   məlumatın   ötürülməsinə   görə   müvafiq   icra   hakimiyyəti  

orqanı,   habelə   üzrlü   səbəblər   olmadan   doğumun   qeydə   alınması   üçün   bu   Məcəllənin   167-ci  

maddəsində   nəzərdə   tutulmuş   müddətdə   müraciət   olunmamasına   görə   uşağın   valideynləri  

qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

166.5. Valideynlərin arzusu ilə doğumun qeydiyyatı təntənəli şəraitdə aparıla bilər. (

14

)



Maddə 167. Doğum haqqında məlumatın verilməli olduğu müddət 

Doğum haqqında məlumat uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən 

geci doğum vaxtından ötən 3 gün müddətində verilməlidir. (

14

)



Maddə 168. Doğum haqqında qeydiyyat 

168.1. Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri 

haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır.

168.2. Atalıq müəyyən edilmədiyi halda atanın milliyyəti ananın göstərişi ilə yazılır. (

5

)

Maddə 169. Uşaq doğulanadək ölmüş atanın qeydiyyatı 



Uşaq, onun anası ilə qeydə alınmış nikahda olmuş şəxsin ölümündən sonra doğulduqda, ölmüş şəxs 

doğum haqqında qeydiyyata və şəhadətnaməyə bu şərtlə uşağın atası kimi yazıla bilər ki, göstərilən 

şəxsin ölümü günündən uşağın doğulduğu günədək 10 aydan çox vaxt keçməsin.

Maddə 170. Nikah pozulduqdan və ya etibarsız hesab edildikdən sonra anadan olan uşağın 

doğulmasının qeydə alınması 

Nikah dövründə ana bətninə düşmüş, lakin nikah pozulduqdan və ya etibarsız hesab edildikdən sonra 

anadan   olmuş   uşağın   doğulmasının   qeydiyyatı,   nikahın   pozulduğu   və   ya   etibarsız   hesab   edildiyi 

gündən uşağın doğulduğu günədək 10 aydan çox keçməmişdirsə, valideynləri nikahda olan uşağın 

doğulmasının qeydiyyatı qaydasında aparılır.

XXIII fəsil. Nikahın qeydə alınması



Maddə 171. Nikaha daxil olmaq arzusu haqqında ərizə 

Nikaha  daxil  olmağı   arzu  edənlər   nikaha  daxil  olanlardan  və  ya  onların  valideynlərindən   birinin 

seçdiyi hər hansı bir 

müvafiq icra hakimiyyəti orqanına

 bu barədə şəxsən yazılı ərizə verirlər. Ərizədə 

nikaha daxil olmaq üçün bu Məcəllənin 12-ci maddəsində nəzərdə tutulmuş maneələrin olmadığı 

təsdiq edilməli, habelə hərənin neçənci nikaha daxil olduğu və neçə uşağı olduğu göstərilməlidir.

Maddə 172. Nikaha daxil olanların öz hüquq və vəzifələri ilə tanış edilməsi, nikahın qeyd gününün 

təyin olunması 

172.1.   Ərizəni   qəbul   etmiş  

müvafiq   icra   hakimiyyəti   orqanı

  nikaha   daxil   olanları   nikahın   qeyd 

olunması   şərtləri   və   qaydası   ilə   tanış   etməyə,   bu   şəxslərin   bir-birinin   səhhəti   və   ailə   vəziyyəti 

haqqında   xəbərdar   olduqlarını   yəqin   etməyə,   habelə   gələcək   ər-arvad   və   valideyn   kimi   onlara 

hüquqlarını və vəzifələrini izah etməyə, eləcə də nikaha daxil olmaqda maneələrin gizlədilməsi üçün 

məsuliyyət daşıdıqları haqqında onları xəbərdar etməyə borcludur.

172.2. Nikahın qeydiyyatının günü və saatı nikaha daxil olan şəxslərlə razılaşdırılaraq bu Məcəllənin 

9-cu maddəsi ilə nəzərdə tutulmuş müddətlərə əməl etməklə ərizə verilən gündən 1 ay tez olmayaraq 

təyin edilir. Nikahın qeydiyyatı günü təyin edilərkən nikaha daxil olanlar nikahı təntənəli şəraitdə 

bağlamaq arzusunda olub-olmadıqlarını bildirirlər.



Maddə 173. Nikahın qeyd edilməsinə maneələr olduğu haqqında ərizənin yoxlanması 

Nikahı qeyd etmək üçün təyin olunmuş günədək nikahın qeyd edilməsinə qanuni maneələr olduğu 

haqqında 

müvafiq icra hakimiyyəti orqanına

 ərizə daxil olarsa, qeydiyyat təxirə salınır, ərizə verənə 

isə ərizəni təsdiq edən sənədli sübutlar təqdim olunması üçün 1 aydan çox olmayaraq vaxt verilir. 

Müəyyən edilmiş müddətdə əsaslı sübutlar təqdim olunmazsa, nikah haqqında qeydiyyat aparıla bilər.

Maddə 174. Nikahın qeydə alınması 

Nikahın   qeydə   alınması  

müvafiq   icra   hakimiyyəti  

 

 orqanı



 

 

  tərəfindən  nikaha   daxil   olan   şəxslərin 

iştirakı ilə aparılır.

Maddə 175. Nikah haqqında şəhadətnamənin verilməsi 

Nikahın bağlanması haqqında qeyd aparıldıqda nikah haqqında şəhadətnamə verilir.



XXIV fəsil. Övladlığa götürmənin qeydə alınması

Maddə 176. Övladlığa götürmənin qeydə alınmasının yeri və qaydası 

176.1.   Övladlığa   götürmə   barədə   qeydiyyat   övladlığa   götürmə   haqqında   məhkəmə   qətnaməsinə 

əsasən bu barədə qətnamənin çıxarıldığı yer üzrə 

müvafiq icra hakimiyyəti orqanında

 aparılır.

176.2. Övladlığa götürənlər övladlığa götürmə haqqında məhkəmənin qətnaməsinin qanuni qüvvəyə 



mindiyi gündən ən geci 1 ay ərzində övladlığa götürməni  

müvafiq icra hakimiyyəti orqanında

 qeyd 

etdirməyə borcludurlar. (



1

)

Maddə 177. Övladlığa götürülənin doğulması haqqında akt yazılarına dəyişikliklər edilməsi 

Övladlığa götürülmüş uşağa övladlığa götürənin adı ilə ata adı və soyadı verilərsə, habelə övladlığa 

götürülənin   adı   dəyişdirilərsə   və   ya   övladlığa   götürənlər   övladlığa   götürülənin   valideynləri   kimi 




yazılarsa, eləcə də övladlığa götürülənin doğulduğu yer dəyişdirilərsə, övladlığa götürülmüş uşağın 

doğulması haqqında akt yazısına 

müvafiq icra hakimiyyəti orqanı

 tərəfindən dəyişikliklər edilir və bu 

dəyişikliklər nəzərə alınmaqla doğum haqqında yeni şəhadətnamə verilir.

Maddə 178. Akt yazılarının ləğv edilməsi və övladlığa götürmə haqqında yazılarda qeydlər 

178.1.   Məhkəmə   övladlığa   götürməni   etibarsız   hesab   etdikdə  

müvafiq   icra   hakimiyyəti   orqanı 

övladlığa götürmə haqqında qeydi ləğv edir, övladlığa götürmə məhkəmə tərəfindən ləğv edildikdə 

isə övladlığa götürmə haqqında yazılarda övladlığa götürmənin ləğvi haqqında qeydlər aparır. Belə 

hallarda   övladlığa   götürülənin   doğulması   haqqında   qeydlərdə   övladlığa   götürmədən   əvvəl   olmuş 

bütün ilkin məlumat bərpa edilir.

178.2.   Övladlığa   götürmə   uşağın   valideynlərinin   xahişi   ilə   ləğv   edilmişsə,   uşağın   valideynləri, 

övladlığa götürmə  

müvafiq icra hakimiyyəti orqanının

  tələbi ilə ləğv edilmişsə, bu orqan övladlığa 

götürmə qeydini ləğv etmə haqqında məlumat verə bilər.



XXV fəsil. Nikahın pozulmasının qeydə alınması

Maddə 179. Nikahın pozulmasının qeydə alınma yeri 

Ərizə   əsasında   nikahın   pozulmasını  ər-arvadn   və   ya   onlardan   birinin   yaşadığı   və   ya   nikahın 

qeydiyyata   alındığı  yer   üzrə,   məhkəmə   qətnaməsi   əsasında   nikahın   pozulmasını   isə   bu   barədə  



qətnamənin çıxarıldığı yer üzrə 

müvafiq icra hakimiyyəti orqanı

 qeydə alır. (

5

)



Maddə 180. Məhkəmənin qətnaməsi əsasında nikahın pozulmasının qeydə alınması 

180.1. Məhkəmənin qətnaməsi əsasında nikahın pozulmasını həm ər ilə arvadın hər ikisinin, həm də 

onlardan birinin ərizəsi üzrə 

müvafiq icra hakimiyyəti orqanı

 qeydə alır.

180.2. Ər-arvaddan yalnız birinin ərizəsi əsasında nikahın pozulması qeydə alındıqda nikah xətm 

olunmuş hesab edilir  və nikahın pozulması haqqında şəhadətnamə almış şəxs yeni nikah bağlaya  

bilər. (

5

)



Maddə 181. Ər-arvadın qarşılıqlı razılığı üzrə nikahın pozulmasının qeydə alınması 

181.1. Qarşılıqlı razılıq üzrə nikahın pozulması (bu Məcəllənin 17.1-ci maddəsi) haqqında ərizədə ər-

arvad onların yetkinlik yaşına çatmayan uşaqlarının olub-olmadığını təsdiq etməyə borcludurlar.

181.2. Nikahın pozulması bu barədə ərizə verilən gündən 1 ay keçdikdən sonra qeydə alınır.



Maddə 182. Ər-arvaddan birinin ərizəsi üzrə nikahın pozulmasının qeydə alınması 

182.1. Bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə nikahı pozmaq haqqında 

ərizə vermiş ər (arvad) həmin ərizəyə arvadın (ərin) xəbərsiz itkin düşmüş və ya ruhi xəstəlik, yaxud 

kəmağıllıq nəticəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsini, 

yaxud da arvadın (ərin) azı 3 il müddətinə azadlıqdan məhrum edilməyə məhkum olunduğu barədə 

hökmdən çıxarışı əlavə etməlidir.



182.2. Bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə nikahı pozmaq haqqında  

ərizə   təqdim   edildikdə,   müvafiq   icra   hakimiyyəti   orqanı   nikahın   pozulmasını   ərizə   verilən   gün  

ərizəçinin iştirakı ilə qeydə alır, 3 gün müddətində bu barədə azadlıqdan məhrumetmə növündə cəza 

çəkən ərə (arvada) və ya fəaliyyət qabiliyyəti olmayan ərin (arvadın) qəyyumuna, yaxud xəbərsiz itkin  


düşmüş   hesab   edilən   ərin   (arvadın)   əmlakını   idarə   edənə   məlumat   göndərir.   Müəyyən   edilmiş  

qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxsə qəyyum təyin edilməmişdirsə, məlumat  

fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxsin yaşadığı yerin qəyyumluq və himayə orqanına  

göndərilir. Məlumatda uşaqlar haqqında, ər-arvadın ümumi birgə mülkiyyəti olan əmlakın bölgüsü  

haqqında   və   ya   fəaliyyət   qabiliyyəti   olmayan   və   yardıma   ehtiyacı   olan   ərə   (arvada)   aliment  

verilməsinə dair mübahisə olduğu halda, onun həlli üçün məhkəməyə müraciət etmək hüququ izah  

edilir. (

5



19

)

Maddə 183. Nikahın pozulması qeydə alınarkən ərə (arvada) nikahdan əvvəlki soyadının verilməsi 

Ər   (arvad)   ona   nikahdan   əvvəlki   soyadının   verilməsini   arzu   edirsə,   nikahın   pozulmasının   qeydə 

alınması zamanı bunu 

müvafiq icra hakimiyyəti orqanına

 bildirməlidir. Ərə (arvada) nikahdan əvvəlki 

soyadının verilməsi barədə həmin orqan müvafiq qeyd aparır.

Maddə 184. Nikahın pozulması haqqında şəhadətnamə verilməsi 

Nikahın pozulması haqqında qeyd aparıldıqda nikahın pozulması haqqında şəhadətnamələr verilir.



Maddə 185. Nikahın pozulmasının qeydə alınması haqqında ərə (arvada) və nikahın qeydə alındığı 

yerdə müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsi 

Müvafiq icra hakimiyyəti orqanı

 ərin (arvadın) yaşayış yeri məlum olduqda ona, habelə nikahın qeydə 

alındığı  yerdə  

müvafiq   icra   hakimiyyəti   orqanına

  nikahın   pozulmasının  qeydə   alınması  haqqında 

məlumat verməyə borcludur.

XXVI fəsil. Atalığın müəyyən edilməsinin qeydə alınması

Maddə 186. Atalığın müəyyən edilməsinin qeydə alınması yeri 

Ərizə əsasında  atalığın  müəyyən edilməsi  valideynlərdən  birinin yaşadığı  yerdə, atalıq  məhkəmə 

tərəfindən müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yerdə qeydə alınır. (

5

)



Maddə 187. Atalığın müəyyən edilməsinin qeydə alınması qaydası 

187.1. Atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında, 

ana   öldükdə,   fəaliyyət   qabiliyyəti   olmayan   hesab   edildikdə,   valideynlik   hüquqlarından   məhrum 

olunduqda və ya onun yaşayış yerini müəyyən etmək mümkün olmadıqda isə atanın ərizəsi üzrə 

qeydə alınır.

187.2. Yetkinlik  yaşına çatanlar  barəsində atalığın  müəyyən edilməsinin  qeydə alınmasına  yalnız 

onların razılığı ilə yol verilir.

Maddə 188. Uşağın doğulması haqqında qeydə ata barəsində məlumatın yazılması 

Atalığın müəyyən edilməsi haqqında qeyd əsasında uşağın doğulması haqqında qeydə ata barəsində 

məlumat yazılır və doğum haqqında yeni şəhadətnamə verilir.

XXVII fəsil. Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması

Maddə 189. Vətəndaşların adı, ata adını və soyadı, dəyişdirmək hüququ 

Azərbaycan   Respublikası   vətəndaşlarının   öz   adını   və   soyadını,   atasının   adını   dəyişdirməsinə   18 




yaşına çatdıqdan sonra yol verilir.

Maddə 190. Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması qaydası 

Adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır.



Maddə 191. Adını, ata adını və soyadını dəyişdirmiş şəxslərin uşaqlarının doğulması haqqında qeyddə 

dəyişikliklər aparılması 

191.1. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən onun yetkinlik yaşına çatmayan uşaqlarının ata 

adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu 

barədə müraciət etmiş olsunlar.

191.2.   Hər   iki   valideynin   soyadı   dəyişdirildikdə,   yetkinlik   yaşına   çatmayanların   soyadı   dəyişir. 

Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayanlarının soyadının dəyişməsi 

məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə  

müvafiq icra hakimiyyəti orqanı 

tərəfindən həll edilir.

Maddə 192. Adın, ata adının və soyadın dəyişdirilməsi ilə əlaqədar olaraq vətəndaşlıq vəziyyəti 

aktlarının qeydə alınması haqqında yeni şəhadətnamələrin verilməsi 

Adın,   ata   adının   və   soyadın   dəyişdirilməsinin   qeydə   alınması   ilə   əlaqədar   vətəndaşlıq   vəziyyəti 

aktlarının   qeydiyyatında   dəyişikliklər   edilmişsə,   əvvəllər   verilmiş   şəhadətnamələr   ləğv   edilir   və 

onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir.



XXVIII fəsil. Ölümün qeydə alınması

Maddə 193. Ölümün qeydə alınması qaydası 

193.1. Ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə 

aparılır.

193.2. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında 

məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə 

aparılır.



Maddə 194. Ölüm haqqında məlumat vermə 

Ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları 

işçilərinin   məlumatı   üzrə,   habelə   ölümün   baş   vermiş   olduğu   təşkilatın   müdiriyyətinin   və   başqa 

şəxslərin məlumatı üzrə aparılır.



Maddə 195. Ölüm haqqında məlumatın verilməsi müddətləri 

Ölüm   haqqında   məlumat   ölümün   baş   verdiyi   və   ya   meyitin   tapıldığı   vaxtdan  10   gündən  gec 

olmayaraq verilməlidir. (

5

)



«Azərbaycan» qəzetində dərc edilmişdir (11 dekabr 2002-ci il, № 284).

Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda dərc edilmişdir (2000-ci il, N 3—I kitab, 

Maddə 126)


Məcəlləyə dəyişiklik və əlavələrin edildiyi sənədlərin 

Siyahısı

1. 22 oktyabr 2002-ci il tarixli 

374-IIQD

 nömrəli Qanun — «Azərbaycan» qəzeti (11 dekabr 2002-ci 

il, № 284).

2. 30 aprel 2004-cü il tarixli, 

643-IIQD

 nömrəli Qanun — «Azərbaycan» qəzeti (23 iyul 2004-cü il, 

№ 169).

3. 23 dekabr 2005-ci il tarixli, 



34-IIIQD

 nömrəli Qanun — «Azərbaycan» qəzeti (16 fevral 2006-cı il, 

№ 34).

4. 10 oktyabr 2006-cı il tarixli, 



155-IIIQD

 nömrəli Qanun — «Azərbaycan» qəzeti (1 dekabr 2006-cı 

il, № 269).

5. 20 oktyabr 2006-cı il tarixli, 

168-IIIQD

 nömrəli Qanun — «Azərbaycan» qəzeti (29 dekabr 2006-cı 

il, № 293).

6. 20 oktyabr 2006-cı il tarixli, 

167-IIIQD

 nömrəli Qanun — «Azərbaycan» qəzeti (30 dekabr 2006-cı 

il, № 294).

7. 29 dekabr 2006-cı il tarixli, 

220-IIIQD

 nömrəli Qanun — «Azərbaycan» qəzeti (25 yanvar 2007-cı 

il, № 15).

8. 17 aprel 2007-ci il tarixli, 

315-IIIQD

 nömrəli Qanun — «Azərbaycan» qəzeti (19 avqust 2007-ci il, 

№ 184).

9. 9 oktyabr 2007-ci il tarixli, 



430-IIIQD

 nömrəli Qanun — «Respublika» qəzeti (27 noyabr 2007-ci 

il,  №  267) (Bu  Qanun Azərbaycan   Respublikasının  İnzibati  Prosessual   Məcəlləsi  ilə   eyni  gündə 

qüvvəyə minir).

10. 7 dekabr 2007-ci il tarixli, 

509-IIIQD

 nömrəli Qanun — «Azərbaycan» qəzeti (30 dekabr 2007-ci 

il, № 294).

11. 13 iyun 2008-ci il tarixli, 

648-IIIQD

 nömrəli Qanun — «Respublika» qəzeti (10 iyul 2008-ci il, № 

149).


12. 4 dekabr 2009-cu il tarixli, 

924-IIIQD

 nömrəli Qanun — «Azərbaycan» qəzeti (13 fevral 2010-cu 

il, № 34).

13. 1 fevral 2010-cu il tarixli, 

951-IIIQD

 nömrəli Qanun — «Azərbaycan» qəzeti (19 mart 2010-cu il, 

№ 62).


14. 20 aprel 2010-cu il tarixli, 

992-IIIQD

 nömrəli Qanun — «Respublika» qəzeti (27 may 2010-cu il, 

№ 113).


15. 31 may 2010-cu il tarixli, 

1016-IIIQD

 nömrəli Qanun — «Azərbaycan» qəzeti (18 iyul 2010-cu il, 

№ 153).


16. 17 may 2011-ci il tarixli, 

114-IVQD


 nömrəli Qanun — «Azərbaycan» qəzeti (5 iyul 2011-ci il, № 


143).

17. 24 iyun 2011-ci il tarixli, 

181-IVQD

 nömrəli Qanun — «Azərbaycan» qəzeti (2 avqust 2011-ci il, 

№ 167).

18. 15 noyabr 2011-ci il tarixli, 



255-IVQD

 nömrəli Qanun — «Respublika» qəzeti (24 dekabr 2011-ci 

il, № 279).

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 

9 iyul 2013-cü il

 tarixli Qərarı — 



«Respublika» qəzeti (20 iyul 2013-cü il, № 156).

Yüklə 363,38 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə