Azərbaycan Respublikasının Ailə Məcəlləsi


Altıncı bölmə. Valideyn himayəsindən məhrum olan uşaqları



Yüklə 363,38 Kb.
Pdf görüntüsü
səhifə17/25
tarix12.10.2018
ölçüsü363,38 Kb.
#73480
1   ...   13   14   15   16   17   18   19   20   ...   25

daxil olduqda.

Altıncı bölmə. Valideyn himayəsindən məhrum olan uşaqları 

tərbiyə formaları

XVIII fəsil. Valideyn himayəsindən məhrum olan uşaqların aşkar olunması və 

yerləşdirilməsi

Maddə 114. Valideyn himayəsindən məhrum olan uşaqların hüquq və mənafelərinin müdafiəsi 

114.1.   Valideynlər   öldükdə,   valideynlik   hüquqlarından   məhrum   olunduqda,   valideynin   hüquqları 

məhdudlaşdırıldıqda,   valideynlər   fəaliyyət   qabiliyyəti   olmayan   hesab   edildikdə,   valideynlər 

xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya 

onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda,  o cümlədən doğum evlərindən,  tərbiyə, 

müalicə və əhalinin sosial müdafiəsi müəssisələrində və digər analoji müəssisələrdən öz uşaqlarını 

götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq 

və mənafelərinin müdafiəsi 

müvafiq icra hakimiyyəti orqanı

 tərəfindən həyata keçirilir.

114.2. 

Müvafiq icra hakimiyyəti orqanı



 valideyn himayəsindən məhrum olan uşaqları aşkar edir, belə 

uşaqların  ilkin uçotunu aparır, ümumi uçotun aparılması üçün müvafiq icra hakimiyyəti orqanına  



məlumat verir  və valideyn himayəsindən məhrum olmağın konkret hallarını nəzərə almaqla, həmin 

uşaqların yerləşdirilməsi formalarını seçir, eləcə də onların saxlanması, tərbiyəsi və təhsili şəraitinə 

nəzarəti həyata keçirir.

114.3.  


Müvafiq   icra   hakimiyyəti   orqanından

  başqa,   digər   hüquqi   və   fiziki   şəxslərin   valideyn 

himayəsindən məhrum olan uşaqların yerləşdirilməsi üzrə fəaliyyətinə yol verilmir. (

5

)



Maddə 115. Valideyn himayəsindən məhrum olan uşaqların aşkar olunması və uçotu 

115.1. Bu Məcəllənin 114.1-ci maddəsində göstərilən uşaqlar haqqında məlumatlara malik  doğum 



evləri  məktəbəqədər,   ümumtəhsil,   müalicə   və   digər   müəssisələrin   vəzifəli   şəxsləri   və   başqa 

vətəndaşlar bu məlumatları 

müvafiq icra hakimiyyəti orqanına

 verməyə borcludurlar.

115.2. 

Müvafiq icra hakimiyyəti orqanı



 belə məlumatları aldıqdan sonra üç gün müddətində uşağın 

həyat şəraitini müəyyən etməyə, valideynlərin və yaxın qohumlarının himayəsindən məhrum olma 

faktı   müəyyən   edildikdə,   uşaqların   yerləşdirilməsi   məsələsi   həll   olunana   qədər   onların   hüquq   və 

mənafelərinin müdafiəsini təmin etməyə borcludur.

115.3. Valideyn  himayəsindən  məhrum olan uşaqların yerləşdiyi  tərbiyə,  müalicə,  əhalinin  sosial 

müdafiəsi  və  digər  analoji  müəssisələrin   rəhbərləri   həmin  uşaqların   tərbiyə  olunmaq   üçün ailəyə 

verilməsinin mümkün olduğunu bildikdə, 7 gün müddətində  

müvafiq icra hakimiyyəti orqanına

  bu 

barədə məlumat verməyə borcludurlar.



115.4.  

Müvafiq icra hakimiyyəti orqanı

  bu Məcəllənin 115.1 və 115.2-ci maddələrində göstərilmiş 

məlumatları aldıqdan sonra bir ay ərzində uşağın yerləşdirilməsini təmin edir, bu, mümkün olmadıqda 

isə həmin uşaq haqqında sənədləri bu Məcəllənin 115.5-ci maddəsinə uyğun olaraq mərkəzləşdirilmiş 

uçota alınmaq üçün göndərir və bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir.

115.5.  

Müvafiq   icra   hakimiyyəti   orqanı

  valideyn   himayəsindən   məhrum   olan   uşaqlar   haqqında 

məlumatları   mərkəzləşdirilmiş  uçota   alır,   ümumi   uçota   alınmaq   üçün   müvafiq   icra   hakimiyyəti  



orqanına təqdim edir, bundan sonra onların tərbiyə olunmaq üçün ailələrdə yerləşdirilməsinə yardım 


edir.

115.6.   Valideyn   himayəsindən   məhrum   olan   uşaqların  mərkəzləşdirilmiş  uçotunun   aparılması 

qaydasını 

müvafiq icra hakimiyyəti orqanı

 müəyyən edir.

115.7.   Bu   Məcəllənin   115.2—115.5-ci   maddələrində   nəzərdə   tutulmuş   vəzifələri   yerinə 

yetirməməyinə   və   bilərəkdən   yanlış   məlumatlar   verməyə   görə,   eləcə   də   uşağı   ailə   tərbiyəsinə 

verməməyə   yönəldilmiş   digər   hərəkətlərə   görə   bu   Məcəllənin   115.3-cü   maddəsində   göstərilmiş 

müəssisə rəhbərləri, habelə  

müvafiq icra hakimiyyəti orqanlarının

  vəzifəli şəxsləri qanunvericiliklə 

müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilirlər. (

5

)

Maddə 116. Valideyn himayəsindən məhrum olan uşaqların yerləşdirilməsi 



116.1.   Valideyn   himayəsindən   məhrum   olan   uşaqlar   ailə   tərbiyəsinə   (övladlığa,   qəyyumluğa, 

himayəyə və ya himayədar ailəyə), bu imkanlar olmadıqda isə valideyn himayəsindən məhrum olan 

və yetim uşaqlar üçün nəzərdə tutulmuş tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi müəssisələrinə və 

digər analoji müəssisələrə verilə bilərlər.

116.2.  

Müvafiq icra hakimiyyəti orqanı

  tərəfindən valideyn himayəsindən məhrum olan uşaqların 

yerləşdirilməsinin başqa formaları müəyyən edilə bilər.

116.3.   Uşağın   yerləşdirilməsi   zamanı   onun   etnik   mənşəyi,   müəyyən   dinə   və   mədəniyyətə 

mənsubiyyəti, ana dili, onun təhsil və tərbiyəsi üçün daha əlverişli imkanlar nəzərə alınmalıdır.

116.4.   Valideyn   himayəsindən   məhrum   olan   uşaqların   ailəyə   və   ya   bu   Məcəllənin   116.1-ci 

maddəsində göstərilən müəssisələrə yerləşdirilməsinə qədər himayəçi vəzifəsinin yerinə yetirilməsi 

müvəqqəti olaraq 

müvafiq icra hakimiyyəti orqanına

 həvalə edilir.

XIX fəsil. Övladlığa götürmə

Maddə 117. Övladlığa götürülməsinə yol verilən uşaqlar 

117.1.   Övladlığa   götürməyə   yetkinlik   yaşına   çatmayanlar   barəsində   və   yalnız   onların   mənafeyi 



naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra yol verilir.

117.2. Bir uşaq iki şəxs tərəfindən (ər-arvaddan başqa) övladlığa götürülə bilməz.

117.3. Ər (arvad) özünün nikahdan olmayan uşağını və ya arvadının (ərinin) uşağını övladlığa götürə 

bilər.


117.4. Uşağın mənafeyinə cavab verən hallar istisna olmaqla, qardaş və bacıların müxtəlif şəxslər 

tərəfindən övladlığa götürülməsinə yol verilmir.

117.5. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən uşaqların övladlığa götürülməsinə, 

həmin   uşaqları   Azərbaycan   Respublikası   ərazisində   daimi   yaşayan   Azərbaycan   Respublikası 

vətəndaşlarının ailələrinə tərbiyəyə vermək mümkün olmadıqda və ya vətəndaşlığından və yaşayış 

yerindən asılı olmayaraq qohumları (bacıları, qardaşları, nənələri, babaları, valideynlərinin bacıları,  



qardaşları, onların övladları) övladlığa götürmədikdə icazə verilir.

117.6. Uşaqlar Azərbaycan Respublikasından daimi olaraq kənarda yaşayan Azərbaycan Respublikası 

vətəndaşlarına, uşaqların qohumu olmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 

115.5-ci maddəsinə uyğun olaraq  ümumi uçota götürüldüyü gündən 6 ay müddət bitdikdən sonra 




Yüklə 363,38 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə