Azərbaycan Respublikasının Ailə Məcəlləsi



Yüklə 363,38 Kb.
Pdf görüntüsü
səhifə15/25
tarix12.10.2018
ölçüsü363,38 Kb.
#73480
1   ...   11   12   13   14   15   16   17   18   ...   25

miqdarı məhkəmə qaydasında onlar üçün müəyyən edilə bilən alimentin miqdarından az olmamalıdır.

97.3. Aliment ödənilməsi barədə saziş üzrə alimentin miqdarının indeksasiyası həmin sazişə uyğun 

aparılır. Sazişdə alimentin miqdarının indeksasiyası qaydası nəzərdə tutulmayıbsa, indeksasiya bu 

Məcəllənin 110-cu maddəsinə əsasən aparılır.



Maddə 98. Aliment ödənilməsi barədə saziş üzrə alimentin ödənilməsi qaydası və üsulları 

98.1. Aliment ödənilməsi barədə saziş üzrə alimentin ödənilməsi qaydası və üsulları həmin sazişdə 

tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur.

98.2. Alimentlər aliment ödəməli şəxsin qazancından və ya digər gəlirindən müvafiq hissədə; sabit 

pul   məbləğində   müntəzəm   ödəməklə;   sabit   pul   məbləğində   birdəfəlik   ödəməklə;   əmlak   təqdim 

olunması yolu ilə və barəsində razılıq əldə olunmuş digər üsullarla alına bilər.

98.3. Aliment ödənilməsi barədə sazişdə aliment ödənilməsinin müxtəlif üsulları nəzərdə tutula bilər.

XVII fəsil. Alimentin ödənilməsi və tutulması qaydası

Maddə 99. Məhkəmənin qərarı ilə alimentin tutulması 

Ailə   üzvləri   arasında   aliment   ödənilməsi   barədə   saziş   olmadıqda,   bu   Məcəllənin   13—16-cı 

fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər.

Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri 

100.1. Aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment 

ödənilməmişsə,   aliment   almaq   hüququnun   yarandığı   vaxtdan   asılı   olmayaraq   istənilən   müddətdə 

məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir.

100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

100.3. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, 

lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını 

müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər.



Maddə 101. Mübahisənin məhkəmədə həllinə qədər alimentin tutulması 

101.1. Məhkəmənin aliment tutulması barədə çıxardığı qətnamə qanuni qüvvəyə minənədək (uşaqlar 

üçün aliment tutularkən məhkəmənin aliment tutulması barədə qətnaməsi çıxarılanadək) məhkəmə 

Azərbaycan   Respublikasının   Mülki   Prosessual   Məcəlləsi

  ilə   nəzərdə   tutulmuş   qaydada   alimentin 

müvəqqəti tutulmasını qət edə bilər.

101.2. Məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə 

almalıdır.   Yetkinlik   yaşına   çatmayanlar   üçün   alimentin   miqdarı   bu   Məcəllənin   76-cı   maddəsinə 

uyğun müəyyən edilir.

Maddə 102. Təşkilatın müdiriyyətinin aliment tutmaq vəzifəsi 

Şəxsin işlədiyi  təşkilatın  müdiriyyəti  notariat  qaydasında  təsdiq edilən aliment  ödənilməsi  barədə 

saziş əsasında və ya icra vərəqəsi əsasında hər ay onun əmək haqqından və (və ya) başqa gəlirindən 

aliment tutmağa və onu icra vərəqəsində və ya sazişdə göstərilmiş şəxsə əmək haqqı və (və ya) başqa 




gəlirlər verilən gündən sonra ən geci 3 gün müddətində verməyə və ya aliment tutulan şəxsin vəsaiti 

hesabına göndərməyə borcludur.



Maddə 103. Aliment ödənilməsi barədə saziş əsasında aliment tutulması 

Aliment ödənilməsi barədə saziş və (və ya) icra vərəqəsi əsasında tutulan ümumi məbləğ aliment 

ödəməyə borclu olan şəxsin əmək haqqının və (və ya) başqa gəlirlərinin 50 faizindən çox olduqda da 

aliment notariat qaydasında təsdiq olunmuş saziş əsasında tutulur.



Maddə 104. Aliment verən şəxsin iş və yaşayış yerinin dəyişdirilməsi haqqında məlumat vermək 

vəzifəsi 

104.1.   Aliment   tutulması   haqqında   məhkəmənin   qətnaməsinə   və   ya   aliment   ödənilməsi   barədə 

notariat qaydasında təsdiq olunmuş sazişə əsasən aliment tutan müəssisənin müdiriyyəti qətnamənin 

icra olunduğu yerdə  icra məmuruna  və aliment alan şəxsə aliment verən şəxs işdən çıxdıqda onun 

işdən   çıxması   haqqında,   habelə   məlum   olduqda   onun   yeni   iş   və   yaşayış   yeri   haqqında   3   gün 

müddətində məlumat verməyə borcludur.

104.2.   Aliment   verməyə   borclu   olan   şəxs   iş   və   ya   yaşayış   yerinin   dəyişməsi   haqqında,   aliment 

yetkinlik yaşına çatmayan uşağa görə tutulduqda, həm də əlavə qazancı (əvəzçiliklə işlərinə görə və 

s.) haqqında həmin müddətdə icra məmuruna məlumat verməlidir.

104.3.   Bu   Məcəllənin   104.1—104.2-ci   maddələrində   göstərilmiş   məlumatlar   üzrsüz   səbəbə   görə 

xəbər verilmədikdə, bunda təqsirli olan vəzifəli şəxslər və vətəndaşlar Azərbaycan Respublikasının 

qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. (

13



16



)

Maddə 105. Tələbin aliment ödəməli olan şəxslərin əmlakına yönəldilməsi 

Aliment ödənilməsi barədə saziş və ya məhkəmənin qətnaməsi əsasında müəyyən olunmuş miqdarda 

aliment,   habelə   aliment   üzrə   borclar   aliment   ödəməli   olan   şəxsin   qazancından   və   (və   ya)   digər 

gəlirlərindən tutulur. Qazanc və (və ya) digər gəlirlər çatışmadıqda aliment onu ödəməli olan şəxsin 

bankdakı və s. kredit idarələrindəki hesabında olan pul vəsaitindən, eləcə də mülkiyyət hüququnun 

başqasına verilməsinə  səbəb olan müqavilələr  istisna olmaqla,  müqavilə  əsasında kommersiya  və 

qeyri-kommersiya təşkilatlarına verilən pul vəsaitindən mülki prosessual qanunvericilikdə müəyyən 

olunmuş qaydada tutulur. Bu vəsaitlər çatışmadıqda tələb aliment ödəməli olan şəxsin qanunla tələb 

yönəldilə bilən başqa əmlakına yönəldilə bilər.

Maddə 106. Aliment üzrə borcların müəyyən edilməsi 

106.1.   İcra   vərəqəsi   və   ya   aliment   ödənilməsi   barədə   notariat   qaydasında   təsdiq   olunmuş   saziş 

əsasında onların təqdim edilməsindən əvvəlki dövrə görə aliment 3 illik müddət həddində tutula bilər.

106.2. Aliment onu icra vərəqəsi və ya aliment ödənilməsi barədə saziş əsasında ödəməli olan şəxsin 

təqsiri   üzündən   ödənilmədikdə,   əvvəlki   dövr   üçün   aliment   bu   Məcəllənin   100.3-cü   maddəsi   ilə 

müəyyən edilmiş 3 illik müddətdən asılı olmayaraq istənilən müddətdə tutula bilər.

106.3. Borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən 

edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir.

106.4. Bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment 

üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa 

gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının 



Yüklə 363,38 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə