Azərbaycan Respublikasının Ailə Məcəlləsi



Yüklə 363,38 Kb.
Pdf görüntüsü
səhifə11/25
tarix12.10.2018
ölçüsü363,38 Kb.
#73480
1   ...   7   8   9   10   11   12   13   14   ...   25

valideynlik hüquqlarının məhdudlaşdırılmasına yol verilir.

68.3.   Valideynlərin   davranışı   onlarla   qalan   uşaq   üçün   təhlükəlidirsə,   valideynlik   hüquqlarından 

məhrumetmə   üçün   əsas   yoxdursa,   valideynlik   hüquqlarının   məhdudlaşdırılmasına   yol   verilir. 

Valideynlər   öz   davranışını   dəyişməzlərsə,   valideynlik   hüquqlarının   məhdudlaşdırılması   barədə 

məhkəmə   qətnaməsinin   çıxarılmasından   6   ay   keçdikdən   sonra  

müvafiq   icra   hakimiyyəti   orqanı 

uşaqların   mənafeyini   nəzərə   alaraq   valideynlik   hüquqlarından   məhrumetmə   iddiası   qaldırmalıdır. 

Müvafiq   icra   hakimiyyəti   orqanı

  valideynləri   (onlardan   birini)   bu   müddətdən   də   tez   valideynlik 

hüquqlarından məhrumetmə barədə iddia qaldıra bilər.

68.4.   Uşağın   yaxın   qohumları,   yetkinlik   yaşına   çatmayan   uşaqları   müdafiə   edən   orqanlar, 

məktəbəqədər, ümumtəhsil və başqa müəssisələr valideynlik hüquqlarının məhdudlaşdırılması barədə 

iddia qaldıra bilərlər.

68.5. Valideynlik hüquqlarının məhdudlaşdırılması işinə 

müvafiq icra hakimiyyəti orqanının

 iştirakı 

ilə baxılır. Bu zaman məhkəmə valideynlərdən (onlardan birindən) aliment tutulması məsələsini də 

həll edir.

68.6.  Valideynlik  hüquqlarının   məhdudlaşdırılması   haqqında   qətnamə  qanuni   qüvvəyə  mindikdən 

sonra 3 gündən gec olmayaraq məhkəmə bu qətnamədən çıxarışı 

müvafiq icra hakimiyyəti orqanına 

göndərməlidir.



Maddə 69. Valideynlik hüquqlarının məhdudlaşdırılmasının nəticələri 

69.1. Valideynlik hüquqları məhdudlaşdırılan valideynlər uşağın tərbiyəsi ilə şəxsən məşğul olmaq, 

uşaqlı valideynlər üçün dövlət müavinətləri və imtiyazlarına olan hüquqlarını itirirlər.

69.2.   Valideynlik   hüquqları   məhdudlaşdırılan   valideynlər   uşağın   saxlanmasını   təmin   etmək 

vəzifəsindən azad edilmirlər.

69.3. Valideynlik hüquqları məhdudlaşdırılan valideynin uşaqları mənzilə xüsusi mülkiyyət hüququna 

və ya yaşayış sahəsindən istifadə, valideyn və digər qohumlarla faktiki qohumluğa əsaslanan əmlak 

hüquqlarına, o cümlədən vərəsəlik hüququna malikdirlər.

69.4. Hər iki valideynin valideynlik hüquqları məhdudlaşdırılmışsa, uşaq  

müvafiq icra hakimiyyəti 

orqanının

 himayəsinə verilir.



Maddə 70. Valideynlik hüquqlarının məhdudlaşdırılmasının ləğv edilməsi 

70.1.   Məhkəmə   valideynlik   hüquqlarının   məhdudlaşdırılmasına   əsaslar   aradan   qalxdıqda, 

valideynlərin (onlardan birinin) verdiyi iddia üzrə uşağın onlara (onlardan birinə) qaytarılması və bu 

Məcəllənin 62-ci maddəsi ilə nəzərdə tutulmuş məhdudiyyətlərin ləğv olunması haqqında qətnamə 

qəbul edə bilər.

70.2. Uşağın valideynə qaytarılması uşağın mənafeyi ilə ziddiyyət yaradarsa, məhkəmə iddianı rədd 

edə bilər.

Maddə 71. Valideynlik hüquqları məhkəmə tərəfindən məhdudlaşdırılan valideynlərin uşaqlarla 

əlaqələri 

71.1.   Valideynlik   hüquqları   məhkəmə   tərəfindən   məhdudlaşdırılan   valideynin   uşaqlarla   əlaqə 

saxlamasına icazə verilir, bir şərtlə ki, bu əlaqə uşaqlara zərərli təsir göstərməsin.



71.2. Valideynlərlə uşaqların əlaqəsinə  

müvafiq icra hakimiyyəti orqanının

, uşaqların qəyyumunun 

(himayəçisinin), himayədar valideynlərin və ya uşaqlar yerləşdiyi müəssisənin rəhbərliyinin razılığı 

ilə icazə verilir.

Maddə 72. Uşağın sağlamlığı və ya həyatı üçün birbaşa təhlükə olduqda uşağın valideynlərdən (onları 

əvəz edən şəxslərdən) alınması 

72.1. Uşağın sağlamlığı və ya həyatı birbaşa təhlükədə olduqda,  

müvafiq icra hakimiyyəti orqanı 

uşağı valideynlərdən (onlardan birindən) və ya onu qəyyumluğa (himayəyə)  götürmüş şəxslərdən 

təcili olaraq almaq hüququna malikdir. 

Müvafiq icra hakimiyyəti orqanı

 bunu müvafiq akt əsasında 

həyata keçirir.

72.2.   Uşağı   götürən  

müvafiq   icra   hakimiyyəti   orqanı

  dərhal   prokurora   məlumat   verməyə,   uşağı 

müvəqqəti yerləşdirməyə borcludur. Həmin orqan uşağın alınması barədə aktın çıxarılmasından sonra 

7 gün ərzində məhkəməyə valideynləri valideynlik hüquqlarından məhrumetmə və ya bu hüquqların 

məhdudlaşdırılması barədə iddia ilə müraciət edə bilər.



Maddə 73. Məhkəmədə uşaqların tərbiyəsi ilə bağlı mübahisəyə baxıldıqda 

müvafiq icra hakimiyyəti 

orqanının

 iştirakı 

73.1. Uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün 

iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq  

müvafiq icra hakimiyyəti orqanı

  işə cəlb 

edilir.


73.2. 

Müvafiq icra hakimiyyəti orqanı

 mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq 

istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona 

əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur.

Maddə 74. Uşaqların tərbiyəsi ilə bağlı iş üzrə məhkəmə qətnaməsinin icrası 

74.1.   Uşaqların   tərbiyəsi   ilə   bağlı   iş   üzrə   məhkəmənin   qətnaməsinin   icrası   mülki-prosessual 

qanunvericiliyə əsasən icra qaydasında yerinə yetirilir.

74.2. Valideynlər (onları əvəz edən şəxslər) məhkəmə qətnaməsinin icrasına mane olarlarsa, onlar 

barəsində mülki-prosessual qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər tətbiq olunur.

74.3. Uşağın alınıb başqa bir şəxsə verilməsi ilə əlaqədar məhkəmə qətnaməsinin məcburi icrasında 

müvafiq   icra   hakimiyyəti   orqanının

,   uşağı   götürən   şəxsin,   zəruri   hallarda   isə   polis   orqanı 

nümayəndəsinin iştirakı vacibdir.

74.4. Uşağın verilməsi  haqqında  məhkəmə  qətnaməsinin  uşağın mənafeyinə  ziyan vurmadan icra 

olunması mümkün olmadıqda, uşağın mənafeyinə ziyan vurmadan uşaq, məhkəmənin qərardadı ilə 

müvəqqəti   olaraq   tərbiyə,   müalicə,   əhalinin   sosial   müdafiəsi   müəssisələrində   və   digər   analoji 

müəssisələrdə yerləşdirilir.

Beşinci bölmə. Ailə üzvlərinin aliment öhdəlikləri

XIII fəsil. Valideynlərin və uşaqların aliment öhdəlikləri

Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 

75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.




Yüklə 363,38 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə