Azərbaycan Respublikasının Ailə Məcəlləsi



Yüklə 363,38 Kb.
Pdf görüntüsü
səhifə12/25
tarix12.10.2018
ölçüsü363,38 Kb.
#73480
1   ...   8   9   10   11   12   13   14   15   ...   25

75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər.

75.3. Valideynlər  bu Məcəllənin  16-cı fəslinə  uyğun olaraq  yetkinlik  yaşına çatmayan  uşaqlarını 

saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər.

75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən 

məhkəmə qaydasında tutulur.

75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) 

uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə 

müvafiq icra hakimiyyəti orqanı 

yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı 

iddia qaldırmaq hüququna malikdir.



Maddə 76. Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı 

76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə 

tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:

76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;

76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;

76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.

76.2.   Bu   payların   miqdarı   məhkəmə   tərəfindən   tərəflərin   ailə   və   maddi   vəziyyəti,   eləcə   də 

diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.



Maddə 77. Uşaqlar üçün aliment tutulan əmək haqqının və (və ya) başqa gəlirlərin növləri 

Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və 

(və ya) başqa gəlirlərinin növləri 

müvafiq icra hakimiyyəti orqanı

 tərəfindən müəyyən olunur.

Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 

78.1.   Valideynlər   arasında   yetkinlik   yaşına   çatmayan   uşaqlara   aliment   ödənilməsi   barədə   saziş 

yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən 

olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta 

ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından 

(gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin 

marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını 

tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul 

məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə 

uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

78.2.   Sabit   pul   məbləğinin   miqdarı   məhkəmə   tərəfindən   tərəflərin   maddi   və   ailə   vəziyyəti, 

diqqətəlayiq   olan  digər  hallar  nəzərə  alınmaqla  uşağın   əvvəlki   təminatının  səviyyəsinin  mümkün 

qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az, təminatlı digər valideynin xeyrinə hər 

ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən 

sabit pul məbləğində müəyyən edilir.




Maddə 79. Valideyn himayəsindən məhrum olmuş uşaqlara görə tutulan aliment və ondan istifadə 

79.1.   Valideyn   himayəsindən   məhrum   olmuş   uşaqlara   görə   aliment   bu   Məcəllənin   76—78-ci 

maddələrinə uyğun olaraq tutulur və uşağın qəyyumuna (himayəçisinə) və ya himayədar valideynlərə 

(atalığa, analığa) ödənilir.

79.2.   Valideyn   himayəsindən   məhrum   olmuş   və   tərbiyə,   müalicə,   əhalinin   sosial   müdafiəsi 

müəssisələrində   və   digər   analoji   müəssisələrdə   yerləşdirilən   uşaqların   valideynlərindən   tutulan 

aliment həmin müəssisələrin hesabına keçirilir və hər bir uşağın özünə xərclənir.

79.3.  Göstərilən   müəssisələr   həmin   məbləğləri   bankda   saxlaya   bilər.   Məbləğlərin   dövriyyəsindən 

alınan gəlirin 50 faizi uşaqların saxlanmasına sərf olunur. Uşaq bu müəssisələri tərk etdikdə aliment 

məbləğlərinin cəmi və alimentin dövriyyəsindən əldə olunan gəlirin 50 faizi uşağın adına bankda 

açılan hesaba köçürülür.

Maddə 80. Əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların aliment almaq hüququ 

80.1. Valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış 

övladlarını saxlamağa borcludurlar.

80.2. Aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış 

övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan 

digər maraqları nəzərə alınmaqla, məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində 

müəyyən edilir.

Maddə 81. Valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı 

81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst 

olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı  olan yetkinlik yaşına 

çatmış   övladlara   göstərilən   kənar   xidmətin   haqqının   ödənilməsi   ilə   əlaqədar   və   digər   hallarda) 

əlaqədar   yaranmış   xərclərin   ödənilməsi   qaydası   müəyyən   edilməmişsə,   valideynlərdən   hər   biri 

məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.

81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin 

miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin 

diqqətəlayiq  olan digər  maraqları  nəzərə alınmaqla,  hər ay ödənilməli  olan sabit pul məbləğində 

müəyyən olunur.

81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan 

xərclərə cəlb edə bilər.



Maddə 82. Yetkinlik yaşına çatmış övladların valideynlərini saxlamaq vəzifəsi 

82.1.  Əmək  qabiliyyəti  olan   yetkinlik  yaşına   çatmış  övladlar  maddi  yardıma  ehtiyacı  olan   əmək 

qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar.

82.2.   Aliment   ödənilməsi   barədə   saziş   olmadıqda,   əmək   qabiliyyəti   olmayan   və   maddi   yardıma 

ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan 

məhkəmə qaydasında tutulur.

82.3. Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların 

maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərin diqqətəlayiq digər maraqları nəzərə alınmaqla, hər ay 




Yüklə 363,38 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə