Azərbaycan Respublikasının Ailə Məcəlləsi



Yüklə 363,38 Kb.
Pdf görüntüsü
səhifə13/25
tarix12.10.2018
ölçüsü363,38 Kb.
#73480
1   ...   9   10   11   12   13   14   15   16   ...   25

ödənilməli olan sabit pul məbləğində müəyyən edilir.

82.4. Alimentin miqdarı müəyyən olunarkən məhkəmə tələbin valideynlərin əmək qabiliyyəti olan və 

yetkinlik   yaşına   çatmış   övladlarından   hamısına,   birinə   və   ya   bir   neçəsinə   verildiyindən   asılı 

olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır.

82.5.   Valideynlərin   öz   valideynlik   vəzifələrini   yerinə   yetirməməsi   məhkəmə   tərəfindən   müəyyən 

olunarsa, uşaqlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq 

vəzifəsindən azad edilə bilərlər.

82.6.   Uşaqlar   valideynlik   hüquqlarından   məhrum   edilən   valideynlərinə   aliment   ödəməkdən   azad 

edilirlər.

Maddə 83. Yetkinlik yaşına çatan övladların valideynlərinə görə əlavə xərclərdə iştirakı 

83.1.   Yetkinlik   yaşına   çatan   övladlar   əmək   qabiliyyəti   olmayan   valideynlərini   saxlamadıqda   və 

valideynləri ağır xəstəliyə tutulduqda, şikəst olduqda, onlara qulluq etməyə görə kənar şəxslərə haqq 

ödəmək   lazım   gəldikdə   və   digər   müstəsna   hallarda,   yetkinlik   yaşına   çatmış   övladlar   məhkəmə 

qaydasında yuxarıdakı hallarla əlaqədar əlavə xərclərin çəkilməsinə cəlb edilə bilərlər.

83.2. Yetkinlik yaşına çatan övladların hər biri tərəfindən əlavə xərclərin ödənilməsi qaydası və bu 

xərclərin miqdarı məhkəmə tərəfindən, valideynlərin və uşaqların maddi və ailə vəziyyətləri, digər 

diqqətəlayiq hallar nəzərə alınmaqla bu Məcəllənin 82.3—82.6-cı maddələrinə uyğun olaraq müəyyən 

edilir.

83.3. Əlavə xərclərin ödənilməsi qaydası və bu xərclərin miqdarı tərəflərin sazişi ilə də müəyyən 



oluna bilər.

XIV fəsil. Ər-arvadın və keçmiş ər-arvadın aliment öhdəlikləri

Maddə 84. Ər-arvadın bir-birini saxlamaq vəzifəsi 

84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər.

84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə 

saziş olmadıqda, aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə 

qaydasında tələb etmək hüququna malikdirlər:

84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad;

84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad;

84.2.3. sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad

—uşaq 18 yaşına çatana qədər;

84.2.4.  18 yaşından yuxarı  I qrup əlil ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya 

arvad. (

11

)



Maddə 85. Nikah pozulduqdan sonra keçmiş ərin (arvadın) aliment almaq hüququ 

85.1. Aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan 

keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər:



85.1.1.   hamiləlik   dövründə   və   ümumi   uşaqlarının   doğulduğu   gündən   3   il   ərzində   keçmiş 

arvad;


85.1.2.  sağlamlıq   imkanları   məhdud   ümumi   uşağa   və   ya   18   yaşına   çatanadək   sağlamlıq  

imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı I qrup əlil olan ümumi uşağa 

qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad);

85.1.3. nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini 

itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad);

85.1.4. ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan 5 il müddətindən 

gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad).

85.2. Alimentin miqdarı və nikah pozulduqdan sonra onun keçmiş ərə (arvada) ödənilməsi qaydası 

keçmiş ər-arvad arasındakı sazişlə müəyyən edilə bilər. (

11

)

Maddə 86. Ərdən (arvaddan) və ya keçmiş ərdən (arvaddan) digərinə məhkəmə qaydasında tutulan 



alimentin miqdarı 

Aliment   ödənilməsi   barədə   ər-arvad   və   ya   keçmiş   ər-arvad   arasında   saziş   olmadıqda,   məhkəmə 

qaydasında   ərə   (arvada)   və   ya   keçmiş   ərə   (arvada)   ödənilməli   olan   alimentin   miqdarı   məhkəmə 

tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları 

nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir.

Maddə 87. Ərin (arvadın) arvadı (əri) saxlamaq vəzifəsindən azad edilməsi və ya bu vəzifənin 

müddətlə məhdudlaşdırılması 

87.0. Məhkəmə aşağıdakı hallarda əri (arvadı) nikah dövründə və nikah pozulduqdan sonra maddi 

yardıma ehtiyacı olan və əmək qabiliyyəti olmayan arvadı (əri) saxlamaq vəzifəsindən azad edə və bu 

vəzifəni müəyyən müddətlə məhdudlaşdıra bilər:

87.0.1. maddi yardıma ehtiyacı olan ər (arvad) əmək qabiliyyətini spirtli içkilərin, narkotik 

vasitələrin,   psixotrop   maddələrin  qəbulu   və   ya   qəsdən   törətdiyi   cinayət   əməli   nəticəsində 

itirdikdə;

87.0.2. aliment ödənilməsini tələb edən ər (arvad) ailədə ləyaqətsiz davrandıqda;

87.0.3. nikah çox çəkmədikdə. (

10

)



XV fəsil. Ailənin başqa üzvlərinin aliment öhdəlikləri

Maddə 88. Qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və 

bacılarını saxlamaq vəzifəsi 

Yetkinlik yaşına çatmayan və yardıma ehtiyacı olub valideynlərindən saxlanılması üçün yardım ala 

bilməyən qardaş və bacılar buna zəruri vəsaitə malik yetkinlik yaşına çatmış qardaş və bacılardan 

məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma 

ehtiyacı   olan   yetkinlik   yaşına   çatmış   qardaş   və   bacılar   valideynlərindən,   yaxud   da   ərindən 

(arvadından) və ya yetkinlik yaşına çatan uşaqlarından saxlanmaq üçün maddi yardım ala bilmədikdə, 

onlara da eyni hüquq verilir.

Maddə 89. Baba və nənənin nəvələrini saxlamaq vəzifəsi 



Yüklə 363,38 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə