Azərbaycan Respublikasının Ailə Məcəlləsi


Maddə 57. Yetkinlik yaşına çatmayan valideynlərin hüquqları



Yüklə 363,38 Kb.
Pdf görüntüsü
səhifə9/25
tarix12.10.2018
ölçüsü363,38 Kb.
#73480
1   ...   5   6   7   8   9   10   11   12   ...   25

Maddə 57. Yetkinlik yaşına çatmayan valideynlərin hüquqları 

57.1. Yetkinlik yaşına çatmayan valideynlər uşaqlarla birgə yaşamaq və onların tərbiyəsi ilə məşğul 

olmaq hüququna malikdirlər.

57.2. Yetkinlik yaşına çatmayan valideynlər nikaha daxil olmamışlarsa, onların uşaqları doğulduqda 

həmin   valideynlər   16   yaşına   çatdıqdan   sonra   atalığın   (analığın)   müəyyən   edilməsində   müstəqil 

hərəkət edə bilərlər. 16 yaşı tamam olmayan valideynlərin uşaqlarının tərbiyəsi ilə məşğul olmaq 

üçün qəyyum təyin oluna bilər.

57.3. Uşağın qəyyumu ilə yetkinlik yaşına çatmayan valideynlər arasındakı narazılıq qəyyumluq və 

himayə orqanı tərəfindən həll edilir.

57.4. Yetkinlik  yaşına  çatmayan  valideynlər  öz  uşaqlarına   münasibətdə   atalığı  və  analığı   ümumi 

əsaslarla   qəbul   etmək,   atalığa   (analığa)   dair   mübahisə   açmaq,   habelə   14   yaşına   çatdıqdan   sonra 

məhkəmə qaydasında atalığı (analığı) müəyyən etmək hüququna malikdirlər.



Maddə 58. Uşaqların tərbiyəsi və təhsilində valideynlərin hüquq və vəzifələri 

58.1.   Valideynlər   uşaqlarını   tərbiyə   etmək   hüququna   malikdirlər   və   uşaqlarını   tərbiyə   etməyə 

borcludurlar.

58.2. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə 

məsuliyyət daşıyırlar.

58.3. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər.

58.4. Valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar.

58.5. Valideynlər  uşaqların  ümumi  orta təhsil almasına qədər onların  maraqlarını  nəzərə  almaqla 

təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər.

58.6. Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın 

mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər.

Maddə 59. Uşaqların hüquq və mənafelərinin müdafiəsi sahəsində valideynlərin hüquq və vəzifələri 

59.1.   Valideynlər   uşaqların   hüquq   və   mənafelərini   müdafiə   etməlidirlər.   Valideynlər   uşaqlarının 

qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar 

hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər.

59.2. Valideynlərin və uşaqların maraqları arasında ziddiyyət yarandığı müəyyən olunarsa, 

müvafiq 


icra hakimiyyəti orqanı

 uşaqların hüquq və mənafeyini müdafiə üçün nümayəndə təyin etməlidir.



Maddə 60. Valideynlik hüquqlarının həyata keçirilməsi 

60.1. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz.

60.2. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və 

psixi   sağlamlığına   xələl   yetirməməlidirlər.   Uşaqların   tərbiyəsində   onların   istismarına,   təhqir 

edilməsinə,   mənəviyyatının   alçaldılmasına,   qəddarlığa,   kobudluğa,   biganəliyə   yol   verilə   bilməz. 

Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər 




qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

60.3. Uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların 

rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) 

öz aralarında olan narazılığı həll etmək üçün  

müvafiq icra hakimiyyəti orqanına

  və ya məhkəməyə 

müraciət edə bilərlər.

60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər 

arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və 

sair halları  (uşaqların  qardaş və bacılarına,  valideynlərdən  hər birinə olan  bağlılığı,  valideynlərin 

əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) 

nəzərə almaqla həll edir.



Maddə 61. Uşaqlarından ayrı yaşayan valideynin valideynlik hüquqlarının həyata keçirilməsi 

61.1. Uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə 

bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir.

61.2.   Uşaqlarla   yaşayan   valideyn   uşağın   fiziki,   psixi   sağlamlığına,   onun   əxlaqi   inkişafına   zərər 

yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır.

61.3.   Uşaqlarından   ayrı   yaşayan   valideynlər   valideynlik   hüququnun   həyata   keçirilməsi   qaydası 

haqqında   yazılı   saziş   bağlaya   bilərlər.   Valideynlər   razılığa   gələ   bilmədikdə,   mübahisə   onların 

(onlardan birinin) tələbi əsasında 

müvafiq icra hakimiyyəti orqanının

 iştirakı ilə məhkəmə tərəfindən 

həll edilir.

61.4.   Məhkəmənin   qətnaməsinə   əməl   etməyən   valideynə   qarşı   mülki-prosessual   qanunvericiliyə 

uyğun   ölçü   götürülür.   Bu   qətnaməyə   qəsdən   əməl   edilmədikdə,   məhkəmə   uşaqdan   ayrı   yaşayan 

valideynin   tələbi   ilə   uşağın   mənafeyi   və   rəyi   nəzərə   alınmaqla   onun   həmin   valideynə   verilməsi 

haqqında qətnamə qəbul edə bilər.

61.5. Uşaqdan ayrı yaşayan valideyn öz uşağı haqqında tərbiyə və müalicə, sosial müdafiə və digər 

müvafiq müəssisələrdən məlumat almaq hüququna malikdir.

61.6. Yalnız uşağın həyat və sağlamlığı üçün valideyn tərəfindən təhlükə olduqda bu cür məlumat 

verilməsindən imtina edilir. Məlumat verilməsindən imtinadan şikayətə məhkəmə qaydasında baxılır.

Maddə 62. Baba, nənə, qardaş, bacı və digər qohumların uşaqla ünsiyyət hüququ 

62.1. Baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər.

62.2. Valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra 

hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər.

62.3. Valideynlər (onlardan biri) 

müvafiq icra hakimiyyəti orqanının

 qərarına tabe olmadıqda, uşağın 

yaxın   qohumları   və   ya  

müvafiq   icra   hakimiyyəti   orqanı

  uşaqla   ünsiyyətdə   olan   maneəni   aradan 

qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə 

almaqla mübahisəni həll edir.

62.4. Məhkəmənin qərarına əməl etməyən valideyn Azərbaycan Respublikasının mülki-prosessual 

qanunvericiliyinə uyğun məsuliyyət daşıyır.




Yüklə 363,38 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə