Azərbaycan Respublikasının Ailə Məcəlləsi



Yüklə 363,38 Kb.
Pdf görüntüsü
səhifə7/25
tarix12.10.2018
ölçüsü363,38 Kb.
#73480
1   2   3   4   5   6   7   8   9   10   ...   25

44.6. Yetkinlik yaşına çatmış şəxs barədə atalığın müəyyən olunmasına yalnız onun razılığı ilə, həmin 

şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə isə onun qəyyumu və ya 

müvafiq icra hakimiyyəti 

orqanının

 razılığı ilə yol verilir. (

5

 )



Maddə 45. Məhkəmə qaydasında atalığın və atalığın tanınması faktının müəyyən olunması 

45.1. Uşaq, aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın 

atasının   ərizəsi   olmadıqda,   atalıq   uşağın   valideynlərindən   birinin,   uşağın   qəyyumunun 

(himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında 

məhkəmə  qaydasında müəyyən olunur. Bu zaman məhkəmə  uşağın konkret şəxsdən törəməsi  ilə 

əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər.

45.2. Uşağın anası ilə nikaha daxil  olmayan,  lakin özünü uşağın atası  hesab edən şəxs öldükdə, 

atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq 

məhkəmə qaydasında müəyyən oluna bilər.

Maddə 46. Doğum haqqında şəhadətnamədə uşağın valideynləri haqqında qeyd 

46.1.   Öz   aralarında   nikahda   olan   ata   və   ana  onlardan   birinin   ərizəsi   əsasında  doğum   haqqında 

şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. (

5

 )



46.2. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası 

haqqında qeyd isə uşağın atasının  və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə 

məhkəmənin qərarı əsasında aparılır.

46.3. Uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə 

ərizəsi və ya məhkəmənin qətnaməsi  olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının 

soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi 

üzrə yazılır.

46.4.   Öz   aralarında   nikahda   olan   və   süni   mayalanma   və   ya   embrionun   implantasiyasının   tətbiqi 

barədə   yazılı   razılığı   olan   valideynlərin   həmin   metodlar   nəticəsində   uşağı   olduqda,   uşağı   doğan 

qadının (surroqat ananın) razılığı ilə doğum haqqında şəhadətnamədə onlar uşağın valideynləri kimi 

qeydə alınırlar.

46.5. Öz aralarında nikaha daxil olan və başqa qadına embrionun implantasiyasına yazılı  şəkildə 

razılıq verən şəxslər yalnız uşağı doğan qadının razılığı ilə uşağın valideynləri kimi yazıla bilərlər.

Maddə 47. Atalığa, analığa dair mübahisə açma 

47.1. Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə 

valideynlər  barədə qeyd haqqında mübahisə yalnız məhkəmə  yolu ilə, uşağın valideyni  qismində 

yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun 

özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab 

edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər.

47.2. Bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün 

uşağın hüquqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin 

oluna bilməz.

47.3. Qanunvericiliklə müəyyən olunmuş qaydada süni mayalanma və embrionun implantasiyasına 

yazılı razılığı olan ərin atalığa dair mübahisə açma zamanı bu vəziyyətə əsaslanmaq hüququ yoxdur.



47.4.   Embrionun   başqa   qadına   köçürülməsinə   razılıq   vermiş   ər-arvad,   habelə   uşağı   doğan   qadın 

(surroqat   ana)   atalığa   (analığa)   dair   mübahisə   açma   zamanı   doğum   haqqında   şəhadətnaməyə 

valideynlər haqqında qeyd yazıldıqdan sonra həmin vəziyyətə əsaslana bilməz.

Maddə 48. Nikahda olmayan şəxslərdən olmuş uşaqların hüquq və vəzifələri 

Bu Məcəllənin 44—45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar 

valideynlərinə   və   onların   qohumlarına   münasibətdə,   öz   aralarında   nikahda   olan   valideynlərin 

uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar.



XI fəsil. Ailədə uşaqların hüquqları

Maddə 49. Uşağın ailədə yaşamaq və tərbiyə olunmaq hüququ 

49.1. 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq 

hesab olunurlar.

49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından 

istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna 

malikdir.

49.3. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli 

inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir.

49.4.   Valideynlər   olmadıqda,   onlar   valideynlik   hüquqlarından   məhrum   olunduqda   və   ya   uşaq 

valideyn   himayəsini   itirdiyi   digər   hallarda,   uşağın   ailədə   tərbiyəsi   bu   Məcəllənin   18-ci   fəslində 

müəyyən olunmuş qaydada 

müvafiq icra hakimiyyəti orqanı

 tərəfindən təmin edilir.

Maddə 50. Uşağın öz valideynləri və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququ 

50.1. Uşaq valideynləri,  babaları,  nənələri,  qardaşları, bacıları  və başqa qohumları  ilə ünsiyyətdə 

olmaq hüququna malikdir.

50.2. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması 

uşağın hüquqlarına təsir etmir.

50.3. Valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir.

50.4.   Valideynlər   müxtəlif   dövlətlərdə   yaşadıqda   da   uşaq   öz   valideynləri   ilə   ünsiyyətdə   olmaq 

hüququna malikdir.

50.5. Uşaq ekstremal hallarda (tutulduqda, həbs olunduqda, saxlanıldıqda, müalicə müəssisələrində 

yerləşdirildikdə və s.) qanunvericiliklə müəyyən olunmuş qaydada öz valideynləri və qohumları ilə 

ünsiyyətdə olmaq hüququna malikdir.

Maddə 51. Uşağın müdafiə hüququ 

51.1. Uşaq öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi hüququna malikdir.

51.2. Uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər) 

bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə 

müvafiq icra hakimiyyəti orqanı

 və məhkəmə tərəfindən 

həyata keçirilir.



Yüklə 363,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə