Azərbaycan Respublikasının Ailə Məcəlləsi


Maddə 27. Nikahın etibarsız sayılmasını aradan qaldıran hallar



Yüklə 363,38 Kb.
Pdf görüntüsü
səhifə4/25
tarix12.10.2018
ölçüsü363,38 Kb.
#73480
1   2   3   4   5   6   7   8   9   ...   25

Maddə 27. Nikahın etibarsız sayılmasını aradan qaldıran hallar 

27.1. Nikahın etibarsız sayılması barədə işə baxılanadək nikahın bağlanmasına qanuna görə mane 

olan hallar aradan qalxdıqda, məhkəmə həmin halların aradan qalxdığı vaxtdan nikahı etibarlı hesab 

edə bilər.

27.2. Yetkinlik yaşına çatmayan ərin (arvadın) mənafeyi tələb etdikdə, eləcə də nikahın etibarsız 

sayılması barədə onun razılığı olmadıqda, nikah yaşına çatmayan şəxslə bağlanmış nikahın etibarsız 

sayılması barədə iddianı məhkəmə rədd edə bilər.

27.3. Saxta nikaha daxil olmuş şəxslər məhkəmədə işə baxılana qədər faktiki olaraq ailə qurublarsa, 

məhkəmə nikahı saxta hesab edə bilməz.

27.4. Ər-arvad arasında nikah bağlanması üçün qanunla qadağan olunmuş qohumluq halları və ya 

nikah bağlanarkən onlardan birinin başqa şəxslə pozulmamış nikahda olduğu hallar istisna olmaqla, 

əvvəllər pozulmuş nikah sonradan etibarsız sayıla bilməz.



Maddə 28. Nikahın etibarsız sayılmasının nəticələri 

28.1. Bu Məcəllənin 28.5-ci, 28.6-cı və 28.7-ci maddələri ilə müəyyən olunmuş hallar istisna olmaqla 

etibarsız hesab edilmiş nikah ər-arvadın qarşılıqlı hüquq və vəzifələrini yaratmır.

28.2. Nikahı etibarsız sayılmış şəxslərin birgə əldə etdikləri əmlaka 

Azərbaycan Respublikası Mülki 

Məcəlləsinin

 ümumi paylı mülkiyyət haqqında müddəaları tətbiq edilir.

28.3. Bu Məcəllənin 38 və 39-cu maddələrinə əsasən ər və arvad arasında bağlanmış nikah müqaviləsi 

etibarsız sayılır.

28.4. Nikahın etibarsız sayılması bu nikahdan doğulan və ya nikahın etibarsız sayılması günündən 

sonra 300 gün ərzində doğulan uşaqların hüquqlarına təsir etmir.

28.5.   Nikah   etibarsız   hesab   edilərkən   məhkəmə,   belə   nikahın   bağlanması   nəticəsində   hüquqları 

pozulmuş ərin (arvadın) saxlanması üçün digər tərəfdən bu Məcəllənin 85—86-cı maddələrinə uyğun 

olaraq vəsait tuta bilər, habelə nikah etibarsız hesab edilən vaxtadək həmin şəxslərin birlikdə əldə 

etdikləri əmlakın bölgüsü zamanı bu Məcəllənin 32-ci, 36—37-ci maddələrində müəyyən edilmiş 

normaları tətbiq edə, həmçinin nikah müqaviləsini tamamilə və ya qismən etibarlı hesab edə bilər.

28.6. Ər (arvadın) ona vurulmuş maddi və ya mənəvi ziyanın mülki qanunvericiliklə nəzərdə tutulmuş 

qaydalar üzrə ödənilməsini tələb edə bilər.

28.7. Nikah etibarsız hesab edildikdə, ər (arvad) nikah qeydə alınan zaman keçdiyi soyadı saxlaya 

bilər.


Üçüncü bölmə. Ər-arvadın hüquq və vəzifələri

VI fəsil. Ər-arvadın şəxsi hüquq və vəzifələri

Maddə 29. Ər və arvadın ailə münasibətlərində hüquq bərabərliyi 

29.1. 


Azərbaycan Respublikası Konstitusiyasında

 təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə 

uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər.



29.2. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq 

bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir.

29.3. Ər (arvad) özünə məşğuliyyət, sənət və yaşayış yeri seçməkdə azaddır.

29.4. Ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin 

möhkəmləndirilməsi  və rifahı  üçün birgə fəaliyyət  göstərməli,  övladlarının  inkişafı üçün əlverişli 

şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar.



Maddə 30. Ər-arvadın soyad seçmək hüququ 

30.1. Ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə, yaxud onlardan 

hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə 

bilər.


30.2.   Nikaha   daxil   olanların   biri   və   ya   hər   ikisi   qoşa   soyada   malik   olduqda   soyadların 

birləşdirilməsinə yol verilmir.

30.3. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur.

30.4. Nikah pozulduqda ər (arvad) ümumi soyadlarını saxlamaq və ya nikahdan əvvəlki soyadını 

bərpa etmək hüququna malikdir.

VII fəsil. Ər-arvadın əmlakının qanuni rejimi

Maddə 31. Ər-arvadın əmlakının qanuni rejimi anlayışı 

31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.

31.2.   Nikah   müqaviləsində   başqa   hal   nəzərdə   tutulmayıbsa,   ər-arvadın   əmlakının   qanuni   rejimi 

fəaliyyət göstərir.

31.3.  Ailə   kəndli  təsərrüfatı   üzvlərinin   birgə   mülkiyyəti   üzərində   ər-arvadın   istifadə,   sahiblik   və 

sərəncam   hüquqları   Azərbaycan   Respublikasının   mülki   qanunvericiliyinə   uyğun   olaraq   müəyyən 

olunur. (

4

)



Maddə 32. Ər-arvadın birgə mülkiyyəti 

32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə:

32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri 

gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri 

(şikəstlik,   sağlamlığın   bu   və   ya   digər   formada   pozulması   nəticəsində   əmək   qabiliyyətinin 

itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.);

32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli 

kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, 

kapitaldan   olan   paylar   və   əmlakın   ər-arvaddan   kimin   adına   əldə   olunmasından,   yaxud 

əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-

arvadın qazandığı hər hansı sair əmlak daxildir.




Yüklə 363,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə