Azərbaycan Respublikasının Ailə Məcəlləsi


Maddə 63. Valideynlik hüquqlarının müdafiəsi



Yüklə 363,38 Kb.
Pdf görüntüsü
səhifə10/25
tarix12.10.2018
ölçüsü363,38 Kb.
#73480
1   ...   6   7   8   9   10   11   12   13   ...   25

Maddə 63. Valideynlik hüquqlarının müdafiəsi 

63.1. Valideynlər məhkəmənin qərarına və ya qanuna əsaslanmadan uşağı yanında saxlayan hər hansı 

şəxsdən   onu   geri   qaytarmağı   tələb   edə   bilərlər.   Bu   halda   mübahisə   yarandıqda   valideynlər 

məhkəməyə müraciət etmək hüququna malikdirlər.

63.2.   Belə   tələblərə   baxdıqda   məhkəmə   uşağın   valideynlərə   verilməsinin   uşağın   marağına   zidd 

olduğunu müəyyən edərsə, uşağın arzusuna əsasən valideynlərin iddiasını rədd edə bilər.

63.3. Valideynlərin və ya başqa şəxslərin yanında yaşayan uşağın tərbiyəsinin və inkişafının təmin 

olunmaması   məhkəmə   tərəfindən   müəyyən   edilərsə,   məhkəmə   uşağı  

müvafiq   icra   hakimiyyəti 

orqanının

 himayəsinə verə bilər.

Maddə 64. Valideynlik hüquqlarından məhrumetmə 

64.0. Valideynlər (onlardan biri) valideynlik hüquqlarından aşağıdakı hallarda məhrum edilə bilərlər:

64.0.1. öz valideynlik vəzifələrini yerinə yetirmədikdə;

64.0.2. alimenti qəsdən ödəmədikdə;

64.0.3. heç bir üzrlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə, 

əhalinin sosial müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən götürməkdən imtina 

etdikdə;

64.0.4. valideynlik hüquqlarından sui-istifadə etdikdə;



64.0.5. uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə;

64.0.6. xroniki alkoqol və narkomaniya xəstəsidirsə;

64.0.7. uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş 

cinayət törətdikdə. (

17

)

Maddə 65. Valideynlik hüquqlarından məhrumetmə qaydası 



65.1. Valideynlik hüquqlarından məhrumetmə məhkəmə qaydasında həll edilir.

65.2. Məhkəmə valideynlik  hüquqlarından  məhrumetmə  işlərinə valideynlərdən  (onları əvəz edən 

şəxslərdən) birinin ərizəsinə, habelə yetkinlik yaşına çatmayanların hüququnu müdafiə edən orqanın 

və ya müəssisələrin müraciətinə əsasən onların iştirakı ilə baxır.

65.3. Valideynlik hüquqlarından məhrumetmə işinə baxılarkən məhkəmə valideynlik hüquqlarından 

məhrum edilmiş valideynlərdən (onlardan birindən) uşağa aliment tutulması məsələsini də həll edir.

65.4.   Valideynlik   hüquqlarından   məhrumetmə   işinə   baxılarkən   məhkəmə   valideynin   (onlardan 

birinin) hərəkətlərində cinayət əməli olduğunu aşkar edərsə, bu barədə prokurora məlumat verməyə 

borcludur.

65.5.   Məhkəmə   valideynlik   hüquqlarından   məhrumetmə   haqqında   qətnamə   qanuni   qüvvəyə 

mindikdən sonra üç gündən gec olmayaraq bu qətnamədən çıxarışı 

müvafiq icra hakimiyyəti orqanına 

göndərməlidir.



Maddə 66. Valideynlik hüquqlarından məhrumetmənin nəticələri 

66.1.   Valideynlik   hüquqlarından   məhrum   edilmiş   valideynlər   uşağa   münasibətdə   həmin   uşaqla 

qohumluq faktına əsaslanan bütün hüquqlarını, o cümlədən bu Məcəllənin 82-ci maddəsinə əsasən 

uşaqdan təminat almaq, habelə uşaqlar üçün təyin edilmiş dövlət müavinəti almaq və imtiyazlardan 

istifadə etmək hüququnu itirirlər.

66.2. Valideynlik  hüquqlarından məhrum edilmiş  valideynlər  uşaqların saxlanmasını təmin etmək 

vəzifələrindən azad edilmirlər.

66.3.   Valideynlik   hüquqlarından   məhrum   edilmiş   valideynlər   (onlardan   biri)   ilə   uşaqların   birgə 

yaşamaq məsələini məhkəmə Azərbaycan Respublikasının mənzil qanunvericiliyinə əsasən həll edir.

66.4. Valideynlik hüquqlarından məhrum edilmiş valideynlərin (onlardan birinin) uşaqları mənzilə 

xüsusi mülkiyyət hüququna və ya ondan istifadə hüququna, uşağın valideynlərlə və başqa qohumlarla 

qohumluq faktına əsaslanan əmlak hüquqlarına, o cümlədən vərəsəlik hüququna malikdir.

66.5. Uşağın digər valideynə verilməsi mümkün olmadıqda və ya valideynlərin hər ikisi valideynlik 

hüquqlarından məhrum edildikdə, uşaq 

müvafiq icra hakimiyyəti orqanının

 himayəsinə verilə bilər.

66.6. Uşaq valideynlərin  (onlardan  birinin)  valideynlik  hüquqlarından  məhrum  edilməsi  haqqında 

məhkəmənin qətnaməsindən 6 ay keçəndən sonra övladlığa götürülə bilər.



Maddə 67. Valideynlik hüquqlarının bərpası 

67.1.   Valideynlərin   (onlardan   birinin)   həyat   tərzi,   əxlaqları,   uşağın   tərbiyəsinə   münasibətləri 

dəyişdikdə, valideynlik hüquqları bərpa edilir.

67.2.   Valideynlik   hüquqlarının   bərpası   valideynlik   hüquqlarından   məhrum   edilmiş   valideynlərin 

(onlardan birinin) ərizəsinə əsasən məhkəmə yolu ilə həll edilir.

67.3. Valideynlik hüquqlarının bərpası işinə 

müvafiq icra hakimiyyəti orqanının

 iştirakı ilə baxılır.

67.4. Valideynlik hüquqlarının bərpası ilə bağlı valideynlərin ərizəsi ilə birlikdə uşağın valideynlərə 

(onlardan birinə) qaytarılması tələbinə də baxıla bilər.

67.5.   Valideynlik   hüquqlarının   bərpası   uşağın   mənafeyinə   zidd   olarsa,   məhkəmə   valideynlərin 

(onlardan birinin) valideynlik hüquqlarının bərpası iddiasını uşağın rəyini nəzərə almaqla rədd edə 

bilər.

67.6. Uşaq 10 yaşına çatmışsa, ancaq onun razılığı ilə valideynlik hüquqları bərpa edilə bilər.



67.7. Uşaq övladlığa  götürülmüşsə və övladlığa götürmə ləğv edilməmişsə, valideynlik hüquqları 

bərpa edilə bilməz.



Maddə 68. Valideynlik hüquqlarının məhdudlaşdırılması 

68.1.   Məhkəmə   valideynlik   hüquqlarından   məhrum   etmədən   uşağın   mənafeyini   nəzərə   almaqla, 

valideynlərdən (onlardan birindən) uşağın alınması barədə qətnamə qəbul edə bilər.

68.2.   Uşağın   valideynlərlə   (onlardan   biri   ilə)   qalması   onlardan   asılı   olmayan   hallarda   (psixi 

pozğunluq və ya başqa xroniki xəstəliklər, ağır vəziyyət və s.) uşağın həyatı üçün təhlükə yaradırsa, 



Yüklə 363,38 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə