Azərbaycan Respublikasının Ailə Məcəlləsi



Yüklə 363,38 Kb.
Pdf görüntüsü
səhifə24/25
tarix12.10.2018
ölçüsü363,38 Kb.
#73480
1   ...   17   18   19   20   21   22   23   24   25

maddələrinə uyğun müəyyən edilməzsə, Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilir. (

7

)



Maddə 157. Xarici ölkələrin qanunvericiliyinin tətbiqinə məhdudiyyətlər 

Xarici ölkələrin Azərbaycan Respublikasının hüquq qaydasının əsaslarına zidd olan hüquq normaları 

Azərbaycan Respublikasında tətbiq edilmir. Bu halda Azərbaycan Respublikasının qanunvericiliyi 

tətbiq edilir.



Səkkizinci bölmə. Vətəndaşlıq vəziyyəti aktları

XXI fəsil. Ümumi qaydalar

Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması 

158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, 

həm   də   vətəndaşların   şəxsi   və   əmlak   hüquqlarının   qorunması   məqsədi   ilə   aparılır.  Vətəndaşlıq 

vəziyyəti  aktlarının qeydiyyatı  haqqında məlumatlar ailə həyatına  dair məlumat hesab olunur və  

onların   əldə   edilməsinə   məhdudiyyət   qoyulur.   Bu   məlumatlar   yalnız   qanunvericiliklə   nəzərdə  

tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir.

158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən 

edilməsi,   adın,   ata   adının   və   soyadın   dəyişdirilməsi  

müvafiq   icra   hakimiyyəti   orqanlarında 

qeydiyyatdan keçirilməlidir.

158.3.   Vətəndaşlıq   vəziyyəti   aktlarının   qeydiyyatı,   bir   qayda   olaraq,  

müvafiq   icra   hakimiyyəti  

orqanlarının

  yerləşdiyi binada (otaqda) həyata keçirilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı  

qanunvericiliklə   müəyyən   olunmuş   qaydada  

müvafiq   icra   hakimiyyəti   orqanlarının

  yerləşdiyi 

binalardan (otaqlardan) kənarda da aparıla bilər. (

1



6

)

Maddə 159. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar 

159.1.   Vətəndaşlıq   vəziyyəti   aktlarının   qeydiyyatı  

müvafiq   icra   hakimiyyəti   orqanları

  tərəfindən 

aparılır.

159.2.  

Müvafiq   icra   hakimiyyəti   orqanları

  öz   səlahiyyətləri   daxilində   doğumun,   nikahın 

bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata 

adının   və   soyadın   dəyişdirilməsinin,   ölümün   qeydiyyatını   aparır,   vətəndaşlıq   vəziyyəti   aktlarının 

qeydiyyatını   dəyişir,   tamamlayır,   düzəldir   və   ləğv   edir,   itmiş   qeydləri   bərpa   edir,   akt   kitablarını 

saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. (

5

)



Maddə 160. Akt kitabları, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınma qaydaları 

160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən 

əsas   müddəalar,   habelə   vətəndaşlıq   vəziyyəti   aktlarının   qeydiyyat   kitablarının   formaları   və   bu 

kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası 

və müddətləri 

müvafiq icra hakimiyyəti orqanı

 tərəfindən müəyyən edilir.

160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası 

müvafiq icra hakimiyyəti orqanı

 tərəfindən 

müəyyən olunur.

Maddə 161. Vətəndaşlıq vəziyyəti aktları qeydlərinə etiraz etmə qaydası 



161.1.   Vətəndaşlıq   vəziyyəti   aktlarının   qeydindəki   səhvlərin   düzəldilməsi   və   ona   dəyişikliklər 

edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən 

şəxslərin daimi yaşayış yerində 

müvafiq icra hakimiyyəti orqanı

 tərəfindən həyata keçirilir.

161.2.  


Müvafiq icra hakimiyyəti orqanının

  qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina 

etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. (

9

)



161.3.  Aidiyyəti   şəxslər   arasında   mübahisə   olduqda,   qeydiyyatda   düzəliş   məhkəmənin   qətnaməsi 

əsasında aparılır.



Maddə 162. Vətəndaşlıq vəziyyəti aktları qeydlərinin bərpası 

162.1. Vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin, həqiqətən, olduğunu təsdiq 

edən   sənədlər   əsasında,   ərizə   verənlərin   yaşadıqları   ərazidə  

müvafiq   icra   hakimiyyəti   orqanı 

tərəfindən icra edilir.

162.2.   İtmiş   yazının  

müvafiq   icra   hakimiyyəti   orqanları

  tərəfindən   bərpası   mümkün   olmadıqda, 

vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir.

Maddə 163. Vətəndaşlıq vəziyyəti aktları qeydlərinin ləğvi 

163.1.   Vətəndaşlıq   vəziyyəti   aktlarının   ilkin   qeydlərinin   ləğv   olunması   məhkəmənin   qətnaməsi 

əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında 

və ya 


müvafiq icra hakimiyyəti orqanı

 tərəfindən icra edilir.

163.2. Bu Məcəllənin 24.1-ci maddəsi ilə nəzərdə tutulmuş hallarda nikahın pozulması haqqındakı 

qeydin ləğv olunması nikahı pozmuş 

müvafiq icra hakimiyyəti orqanı

 tərəfindən icra edilir.



Maddə 164. Vətəndaşlıq vəziyyəti aktlarının qeyd olunması 

164.1.   Vətəndaşlıq   vəziyyəti   aktlarının   qeydiyyatı,   qeyd   olunması   faktları   və   ərizə   verənlərin 

şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə aparılır.

164.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeyd edilməsi üçün lazım olan sənədlərin siyahısı vətəndaşlıq 

vəziyyəti aktlarının qeydə alınması qaydasına əsasən müəyyən olunur.

164.3.   Vətəndaşlıq   vəziyyəti   aktlarının   qeydiyyat   kitabına   yazılan   hər   bir   qeyd   ərizə   verənlərə 

oxunmalı,   onlar   tərəfindən   və   qeyd   aparan   vəzifəli   şəxs   tərəfindən   imzalanmalı,   möhürlə   təsdiq 

edilməlidir.

164.4.   Ərizə   verən   şəxslərə   vətəndaşlıq   vəziyyəti   aktının   qeyd   olunduğu   haqqında   müvafiq 

şəhadətnamə verilir.



Maddə 165. Dövlət rüsumu 

Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınmasına görə qeydiyyat üçün müraciət etmiş şəxslər dövlət 

rüsumu ödəyirlər. Dövlət rüsumunun ödənilməsinin qaydası və miqdarı, habelə dövlət rüsumunun 

ödənilmədiyi hallar  «Dövlət rüsumu haqqında»  Azərbaycan Respublikasının Qanunu ilə  müəyyən 

edilir. (

2

)



XXII fəsil. Doğumun qeydə alınması


Yüklə 363,38 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə