STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
130
7. Miqrasiya siyasəti (məcburi köçkünlük, xarici əmək miqrasiyası, xaricdə
həmvətənlərin hüquqlarının müdafiəsi və s.).
8. Əhalinin müxtəlif kateqoriyaları ilə bağlı siyasət (ailə siyasəti, uşaq siyasəti,
gənclər siyasəti, hərbi xidmətlə bağlı siyasət və s.) [28, s.74-82].
Sosial siyasətin bir neçə aspektini fərqləndirirlər:
- sosial strukturun yaradılmasında dövlətin rolunun müəyyənləşdirilməsi;
- sosial proqramın reallaşdırılmasında biznesin iştirak səviyyəsinin
müəyyənləşdirilməsi;
- biznesin sosial məsuliyyət səviyyəsinin müəyyənləşdirilməsi.
Beləliklə, sosial siyasət sosial institutların fəaliyyətini müəyyənləşdirdiyi kimi,
sosial institutlar da sosial siyasətin həyata keçirilməsini təmin edir. İnstitusional
mühit nə qədər səmərəli olarsa, sosial siyasət də bir o qədər səmərəli həyata
keçirilər [17].
Sosial siyasət vasitəsilə hakimiyyət bazar institutlarını və sosial institutları
tənzimləyir və təchiz edir. Sosial siyasəti çox zaman təhsil, səhiyyə, məşğulluq
və sosial təminat kimi sosial xidmətlərlə eyniləşdirirlər. Lakin sosial siyasət həm
də bölüşdürmə, vətəndaşların müdafiəsi və sosial ədalət məsələlərini özündə
birləşdirir. Sosial siyasət vətəndaşların siyasi kursun seçilməsində fəal iştirakına
cəhd edir və onlara sosial birlik və sosial sabitliyin asılı olduğu bölmələrdə öz
ehtiyacları haqqında məlumat verməklə siyasi kursun seçilməsinə təsir etməyə
şərait yaradır. Hökumətlər vətəndaşların siyasi dəstəyinə və iqtisadiyyatda
müsbət nəticələrə nail olmaq üçün sosial siyasətdə insan kapitalının və
məhsuldar məşğulluğun genişləndirilməsindən istifadə edirlər. Ölkə həyatının
bütün sahələrini əhatə edən sosial siyasət insan amili və iqtisadi inkişafı ideal
şəkildə özündə birləşdirə bilər, bu isə ölkədə tələbi artıra və sabit bütöv
cəmiyyət yarada bilər [18, s.7].
Sosial institutların da əsas məqsədi cəmiyyətin inkişafı gedişində sabitliyin
əldə edilməsi ilə bağlıdır. Buna uyğun olaraq sosial institutların aşağıdakı
funksiyalarını fərqləndirirlər:
- cəmiyyətin tələbatlarının təmin edilməsi;
- sosial proseslərin tənzimlənməsi [25].
Bu mənada sosial institutlar sosial nəzarəti həyata keçirir, bu yalnız
insanların davranışına nəzarət deyil, həm də cəmiyyət üzvlərinə konkret
fəaliyyət formalarının qəbul etdirilməsi ilə bağlıdır. İnstitusional təcrübə insan
fəaliyyətinin məhdudlaşdırılması və onun sabitləşdirilməsinə xidmət edir [19,
s.128-133].
Dövlət siyasətinin həyata keçirilməsi mühiti və aləti kimi çıxış edən sosial
institutlar cəmiyyətin ayrı-ayrı sosial sahələrinin perspektivli inkişafına şərait
yaradır.
Nəticə
Cəmiyyət qanunvericilik yolu ilə insan həyatı və ailə üçün zəruri olan
minimum nemətlərə zəmanət verir. Bu minimumun səviyyəsi zaman və ölkəyə
Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
131
görə dəyişir. Bu, hər hansı bir ölkənin özünəməxsus xüsusiyyətləri - ərazi,
iqlim, əhalinin sayı, ictimai sistemin xüsusiyyəti, ideologiya və hakim qrupların
praktiki fəaliyyəti, siyasi vəziyyət, iqtisadi inkişaf səviyyəsi, milli xüsusiyyətlər,
davranışla bağlı mövcud mədəni stereotiplər əsasında müəyyənləşir. Sosial
siyasət əhalinin pul gəlirlərinə, həmçinin nemət və xidmətlərin lazımi sayda
istehsalına, əhalinin tələbatlarının həcmi və strukturuna təsir göstərir. Aparıcı
istiqamətlər əmək haqqının, gəlirlərin, məşğulluğun tənzimlənməsi, işçilərin
əmək keyfiyyətlərinin yüksəldilməsi, sağlamlıq, mədəni və təhsil səviyyələrinin
dəstəklənməsi, sosial infrastrukturun inkişafı, sosial təminatla bağlıdır. Sosial
siyasətin reallaşdığı institusional mühitin səmərəliliyini müəyyən edən
kəmiyyət göstəriciləri bilavasitə iqtisadiyyat, siyasət, mədəniyyət, səhiyyə
mühitilə bağlıdır. Məlum olduğu kimi, iqtisadi vəziyyət məşğulluq və işsizlik
məsələlərinə böyük təsir göstərir. Sosial iqtisadi siyasət iş yerlərinin yaradılması
yolu ilə həyata keçirildiyi halda işçi qüvvənin təklifinə uyğun olar və bu zaman
əmək bazarı daha yaxşı funksiyalaşar, işsizlik azalar [17].
Bəzi müəlliflər dövlətin sosial siyasətinin aşağıdakı aparıcı istiqamətlərini
fərqləndirirlər:
- gənclərlə bağlı sosial siyasət;
- veteranlarla bağlı sosial siyasət;
- yaşlı adamlarla bağlı sosial siyasət;
- analıq və uşaqlarla bağlı sosial siyasət;
- əlillərə münasibətdə sosial siyasət;
- əhalinin sağlam həyat tərzi ilə bağlı biliklərinin formalaşdırılması;
- əhalinin mədəniyyətinin və təhsil səviyyəsinin inkişaf etdirilməsi;
- sahibkarlar və innovasion yönümlü mütəxəssislər üçün inzibati
məhdudiyyətlərin azaldılması.
Son illərdə sosial-iqtisadi inkişafın əsas vəzifələrindən biri regionların
rolunun genişləndirilməsi hesab edilir. Əhalinin sosial vəziyyəti, dövlətə və
onun institutlarına inam bilavasitə yerlərdə dövlət orqanlarının səmərəli
funksiyalaşması ilə bağlıdır. Regionların sosial-iqtisadi vəziyyətinin
yaxşılaşdırılması məqsədilə sərmayə qoyuluşu fəaliyyətinin genişləndirilməsi
zəruridir. Sərmayələrin cəlb edilməsi üçün ölkədə və regionda əlverişli şəraitin
yaradılması tələb olunur. Bu prosesdə dövlətin fəaliyyəti iqtisadi, siyasi və
sosial xüsusiyyətli ölçülərin götürülməsi ilə bağlıdır [17].
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
132
İstifadə edilmiş ədəbiyyat:
1. İmanov Q., Əkpərov R. Sosial sistemlərin keyfiyyətinin qiymətləndirilməsinin qeyri-
səlis modelləri. Sosial sistemlərin modelləşdirilməsi. LAP LAMBERT Academic Pub-
lishing, Saarbrücken, Deutschland, 2013, -60s.
2. Hacızadə E.M. Sosiallaşan iqtisadiyyat. Bakı: “Elm”, 2006, -509s.
3. Meryem Koray. Sosyal politikanın anlamı ve işlevini tartışmak // Çalışma ve Toplum,
2007/4, s.19-55
4. Jane Jenson “Diffusing Ideas for After Neoliberalism. The Social Investment Pers-
pective in Europe and Latin America”. 2010, Global Social Policy. Published by
SAGE, http://www.sagepublications.com
5. John Baldock “Social policy, social welfare,and the welfare state”. “The origins, cha-
racter, and politics of modern social welfare systems”. p. 8-20, www.oxfordtextbo-
oks.co.uk/orc/baldock4e/.
6. Ortiz, Isabel. Social Policy. Unatied Nations. DEPARTMENT FOR ECONOMIC AND
SOCIAL AFFAIRS (UNDESA). 2007, -69p.
7. Richard M. Titmuss “Welfare States: Construction, Deconstruction, Reconstruction
I”, 1974,- 236p.
8. Ахинов Г.А., Калашников С.В. Социальная политика. Теория и практика. Москва,
2008, -342c.
9. Бастина А.Ю., Ахмеева В.И. Направления и приоритеты социальной политики
в россии на современном этапе. IV Международная студенческая электронная
научная конференция. «Студенческий научный форум». 15 февраля – 31 марта
2012 года, -215c.
10. Волгин Н.А. Социальная политика. Москва: Изд. “Экзамен”, 2003, -736c.
11. Гонтмахер Е.Ш. Принципы и основные элементы социальной стратегии //
Территориальные проблемы социальной политики. - М., 2008, c.16-18.
12. Гринберг, Р. О социальной политике современной России / Р. Гринберг,
А.Рубинштейн // Экономические стратегии. – 2004, № 1, c. 64–67.
13. Григорьева И.А. Модели социальной политики в современном обществе:
одна, две или больше?//Управленческое консультирование.1998, №1, c.24-36
14. Дина О’Брайен. Краткий обзор эволюции социальной политики. // Центр
Экономического Анализа “Ракурс. ”Обзоры литературы и статистики, № 6.2,
19 ноября 2009г., c.1-2
15. Денисов, П. В. Бюджетно-страховой механизм регулирования рынка
социальных услуг / П. В. Денисов // Экономические науки. – 2009, – № 4, c.
39–42.
16. Ивин А. А. Основы социальной философии: Учеб. пособие для вузов/
А.А.Ивин.–М.: Высш. шк., 2005, –440с.; Социальные институты. http://www.polit-
logia.narod.ru/s/SANZ_SOC/g-062.htm
17. Институты реализации социальной политики и услуг на макро и микроуровне.
© Электронный научный журнал «Инженерный вестник Дона», 2007–2013.
http://www.ivdon.ru/magazine/archive/n4p2y2012/1464
18. Изабель Ортиз “Cоциальная политика. Организация Объединeнных Наций.
Департамент экономических и социальных вопросов. Нью-Йорк, 2007, -87c.
19. Кравченко Ю.В., Панкратов С.А. Представление концепции социального
конструирования реальности в рамках институционального подхода //
Социокультурные исследования: Межвуз. сб. науч. тр. / Редкол.: Н. В. Дулина
(отв. ред.) и др. / Волгоград. гос. техн. ун-т. - Волгоград, 2004, вып. 9, - c.128-133.
20. Куликов, В. Социальная политика как приоритет и приоритеты социальной
Dostları ilə paylaş: |