STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
138
rın sağlam həyat (rekreasiya və relaksasiya) ilə bağlı tələbatlarını təmin edir. Tu-
rizmin real nümunələri yüksələn sürətlə dəyişərək müasir insanın tələbatlarını
ifadə edir. Turistlər çox zaman iştirakçı deyil, müşahidəçi, tamaşaçı olurlar. Bu
zaman onlar başqa mədəniyyəti qavramağa, onu qəbul etməyə hazır olmalı-
dırlar. Əmtəəyə çevrilən kütləvi, yaxud sosial turizm qlobal dünya nizamının
formalaşmasında ümumdünya əhəmiyyəti kəsb edir. Nəticədə insanların şüu-
runda fərqli mədəniyyətlərin xüsusiyyətləri əks olunur. Turizm mədəniyyətlərin
mövcudluğunu qəbul edir, insanların qarşılıqlı fəaliyyətə və mədəni plüralizmə
rəğbətini şərtləndirir [6, s.13-22].
2. Dövlətin sosial siyasətinin həlledici mexanizmi kimi
turizmin əhəmiyyəti
XIX əsrin ikinci yarısında Almaniyada ortaya çıxan “sosial siyasət” an-
layışı müasir mənada cəmiyyətdəki bütün sosial sinif və qrupların sosial
müdafiə, sağlamlıq, təhsil, məşğulluq və s. kimi problemlərini həll etməyə
istiqamətlənmiş, qruplar və siniflər arasın-
da yaranan mübarizə və münaqişələri sosial
ədalət prinsiplərinə görə həll etməyə çalı-
şan və cəmiyyətin sosial rifahı üçün həyata
keçirilən bütün tədbirlərin cəmidir.
Sosial siyasət dövlətin cəmiyyətdə sosi-
al sahənin idarə edilməsi ilə bağlı fəaliyyəti
olub, kütlələrin əmək və ictimai-siyasi
fəaliyyətinin səmərələşdirilməsi ilə bağ-
lıdır. Müasir dövrdə sosial siyasətin əsas
göstəriciləri aşağıdakılar hesab edilir:
- əhalinin sabit məşğulluğu üçün şəraitin
yaradılması, kütləvi və durğun işsizlik
meyilləri
ilə mübarizə;
- ehtiyacı olan təbəqələrin sosial
müdafiə sisteminin möhkəmləndirilməsi və
təkmilləşdirilməsi;
- müxtəlif peşə və sosial qruplar arasın-
da sosial uçurumun dəf edilməsinə yönələn
gəlirlərin tənzimlənməsi siyasəti [7, s.98].
Hazırda öz xalqına yüksək rifah şəraiti yaratmış bir çox Avropa dövləti sosi-
al dövlət sisteminə üstünlük verir və sosial siyasət mexanizmlərindən istifadə
edərək cəmiyyətin rifahını yüksəltməyə çalışır. Sosial siyasət cəmiyyətdəki so-
sial prosesləri nizamlamaq üçün dövlətin əlində olan əsas vasitələrdən biri-
dir. Dövlətin sosial-iqtisadi həyatı tənzimləmək üçün istifadə etdiyi və dövlət
siyasəti çərçivəsində yer alan mexanizmlərindən biri də turizmdir.
Milli turizm siyasətini reallaşdırmaqla dövlət cəmiyyətin rifah halını yaxşı-
laşdırmaq, mövcud resurslardan səmərəli istifadə etmək və mərkəzlə regionlar
arasında tarazlığı davamlı olaraq təmin etmək üçün müəyyən tədbirlər hazırla-
yır, proqramlar həyata keçirir. İqtisadi inkişafın təmin olunması, dövlətin iqtisa-
Ümumdünya Turizm
Təşkilatı mütəxəssislərinin
proqnozlarına görə, 2020-
ci ildə 2000-ci ilə nisbətən
səyahət edən turistlərin sayı
1,6 milyard nəfərə, turizmdən
əldə olunan gəlirlərin
miqdarı isə 481 milyard ABŞ
dollarından 2 trilyon dollara
qədər artacaqdır. 2020-ci ildə
ən çox turist axını olan ölkə
Çin, dinamik inkişaf edən
turizm ölkəsi isə Türkiyə
olacaqdır.
Say 1 (12) • 2015 |
STRATEJİ TƏHLİL
139
di inkişafı üçün investisiyalara münbit şərait yaradır. Əmək qabiliyyətli əhalinin
fəaliyyətində tam məşğulluğu təmin etmək üçün müvafiq sosial siyasət həyata
keçirir, cəmiyyətdə müxtəlif tip insanların barış içərisində yaşamalarını təmin
edir.
3. Müstəqil Azərbaycanda turizm və sosial rifah:
qarşılıqlı təsir və nəticələr
Azərbaycanda milli turizm sektorunu inkişaf etdirmək və turizm ehtiyatla-
rından əhalinin sosial rifahı yönündə səmərəli istifadə etmək siyasətinin əsası,
bütün sahələrdə olduğu kimi, ümummilli lider Heydər Əliyev tərəfindən qo-
yulmuşdur. Hələ sovet dövründə, Azərbaycana rəhbərliyinin ilk mərhələsində
Dağlıq Qarabağda (Xankəndidə, Şuşada), Mingəçevirdə, Naxçıvanda, Nafta-
landa və Bakının Mərdəkan qəsəbəsində ekskursiya büroları, daha sonra isə
Qəbələdə “Qafqaz” və Xaçmaz rayonunun Nabran bölgəsində “Dostluq” adlı
turizm bazaları (1969-cu ildə) yaradılmışdır. 1983-cü ildə SSRİ Nazirlər Sove-
ti sədrinin birinci müavini işləmiş Heydər
Əliyevin birbaşa təşəbbüsü və rəhbərliyi ilə
Xəzərin Azərbaycan sahillərində Ümumitti-
faq əhəmiyyətli kurort zonasının yaradılma-
sı barədə müvafiq qərar qəbul olunmuşdu.
Ulu Öndərin 1993-cü ilin yayında siya-
si hakimiyyətə qayıdışından sonra onun
turizmə göstərdiyi qayğının miqyasını
ifadə edəcək faktların statistikası isə ayrıca
tədqiqatın mövzusudur.
Ümummilli lider Heydər Əliyevin
müəllifi olduğu Azərbaycan Respublika-
sının 1995-ci ildə qəbul edilmiş Konstitu-
siyasının “İstirahət hüququ” ilə bağlı 37-ci
maddəsində qeyd edilir ki: “I. Hər kəsin
istirahət hüququ vardır. II. Əmək müqaviləsi
ilə işləyənlərə qanunla müəyyən edilmiş iş günü, istirahət və bayram günləri,
ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi
təmin edilir” [8].
Göründüyü kimi, Azərbaycan Respublikasının ali qanunlar toplusunda
“istirahət hüququ” əsas insan hüquq və azadlığı kimi qəbul edilir və büdcədən
maliyyələşdirilən məzuniyyət imkanı mövcuddur. Bu, əhalinin aztəminatlı
təbəqələri üçün həm də turizm səyahətləri ilə bağlı imkanların yaradılması
deməkdir.
Azərbaycanda turizmin inkişaf tendensiyası yalnız 90-cı illərin sonlarında
ölkənin ali qanunvericilik aktlarında öz əksini tapmışdır. Belə ki, 1999-cu il
iyulun 27-də ümummilli lider Heydər Əliyev “Turizm haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi haqqında” fərman imzalamışdır.
Bu qanun Azərbaycan Respublikasında turizm bazarının hüquqi əsaslarının
bərqərar edilməsinə yönəlmiş dövlət siyasətinin prinsiplərini, turizm
Azərbaycanda milli turizm
sektorunu inkişaf etdirmək
və turizm ehtiyatlarından
əhalinin sosial rifahı
yönündə səmərəli istifadə
etmək siyasətinin əsası,
bütün sahələrdə olduğu
kimi, ümummilli lider
Heydər Əliyev tərəfindən
qoyulmuşdur.