Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə78/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   ...   74   75   76   77   78   79   80   81   ...   85

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
194 
mədəni baxımdan yerlilərdən aşağı səviyyədə idilər və  iqtisadi cəhətdən on-
lardan asılı olurdular. Nəticə etibarilə gəlmələr, əsasən, yerli əhali ilə qaynayıb-
qarışaraq onun dilini qəbul edirdilər.
 
2. Yəmən hökmdarlarına həsr olunmuş əsərlər haqqında 
ümumi məlumat
 
Ərəbdilli mənbələrdə Ərəb xilafətinin yaranmasından daha əvvəlki dövrlərdə   
Azərbaycan ərazisində türklərin yaşaması haqqında məlumatlara rast gəlinir. 
Belə mənbələr sırasında Yəmən hökmdarlarına həsr olunmuş əsərlər xüsusi yer 
tutur. Bu əsərlərdə əsas diqqət Yəməndə uzun müddət mövcud olmuş Himyər 
padşahlığına (e. ə. 115 – b.e. 587) yönəldilmişdir.
Zənnimizcə,  Yəmən  hökmdarlarına  həsr  olunmuş  əsərlərdə  Azərbaycan 
haqqında  bəhs  edilməsi  və  əhalisinin  “türk”  adlandırılması  təsadüfi  xarakter 
daşımır. Bu, qədim və erkən orta əsrlər dövründə yaşamış ərəbdilli müəlliflərin 
Azərbaycan haqqında müəyyən təsəvvürlərə malik olduğunu gəstərir.   
Ərəb tarixi ədəbiyyatı islamın ilk dövrlərində “ilmu-l-əxbar” (“xəbərlər elmi”) 
şəklində təzahür edirdi və bu zamanbir sıra hallarda hadisələrin xronoloji ar-
dıcıllığı gözlənilmirdi. Yəmən hökmdarlarına 
(onlar “tübbə” və “əqyal” titulları daşıyırdı-
lar)  həsr  olumuş  əsərlərdə  də  belə  hallara 
rast gəlinir. Həmin əsərlərdə dini rəvayətlərə 
və  xalq  əfsanələrinə  geniş  yer  verilmişdir. 
Bununla  belə,  bu  əsərlərin  tarixi  baxım-
dan dəyərli  olması  inkaredilməzdir. Birinci-
si,  həmin  əsərlərdə  haqqında  bəhs  edilən 
Yəmən  dövlətləri  (Məan,  Səba  və  Himyər 
padşahlıqları), həqiqətən, Ərəbistan yarıma-
dasında mövcud olmuş dövlətlərdir və on-
ların  hökmdarları  real  tarixi  şəxsiyyətlərdir 
[2, s.18-23]. İkincisi, burada haqqında bəhs 
olunan  tarixi  hadisələrə  bu  və  ya  digər 
şəkildə  digər  ərəbdilli  mənbələrdə  də  rast 
gəlinir.  Üçüncüsü,  burada  haqqında  bəhs 
edilən coğrafi yer adları (ölkə, şəhər, dəniz, 
çay) onların hal-hazırda da yerləşdiyi coğrafi mövqelərlə uyğunluq təşkil edir.
Bizə  məlum  olan  və  Azərbaycan  haqqında  məlumat  verən  yəmənli 
müəlliflərdən birincisi VII əsrdə yaşamış Ubeyd bin Şəriyə əl-Curhumidir. “Ki-
tab ət-Tican” əsərinə Übeyd bin Şəriyəyə aid edilən xəbərlər (“Əxbar Ubeyd 
bin Şəriyə əl-Curhumi”) də əlavə edilmişdir [3, s.323-499]. Mənbələrin verdiyi 
məlumatlara  görə,  xəlifə  I  Müaviyə  keçmiş  tarixlə,  xüsusilə  islamdan  əvvəlki 
cahiliyyə  dövrü  ilə  yaxından  maraqlanırdı.  O,  Ömər  bin  əl-As  adlı  şəxsin 
məsləhəti ilə Raqqada yaşayan və tarix haqqında ətraflı biliyə malik olan Übeyd 
bin Şəriyə əl-Curhumini öz yanına çağırdı. Übeyd bin Şəriyə əl-Curhumi xəlifə 
Ömərin  dövründə  də  elm  sahibi  kimi  böyük  şöhrət  qazanmışdı.  Übeyd  bin 
Şəriyə haqqında bir sıra ərəbdilli müəlliflər, o cümlədən İbn Quteybə [4, s.534], 
Zənnimizcə, Yəmən 
hökmdarlarına həsr olunmuş 
əsərlərdə Azərbaycan 
haqqında bəhs edilməsi 
və əhalisinin “türk” 
adlandırılması təsadüfi 
xarakter daşımır. Bu, qədim 
erkən orta əsrlər dövründə 
yaşamış ərəbdilli müəlliflərin 
Azərbaycan haqqında 
müəyyən təsəvvürlərə malik 
olduğunu gəstərir. 


Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
195
əl-Həmədani [5, s.161], Yaqut əl-Həməvi [6, s.1581] və başqaları öz əsərlərində 
məlumat vermişdir. Qeyd etmək lazımdır ki, bir sıra orta əsr müəllifləri onun 
verdiyi məlumatlardan bəhrələnmişdir.
Elm aləminə məlum olan və tarixi üslubda əsər yazmış yəmənli müəlliflərdən 
ikincisi VII əsrin II yarısı-VIII əsrin birinci yarısında yaşamış Vahab bin Münəbbih 
əl-Yəmənidir. Onun dəqiq doğum tarixi məlum deyil. Bəzi ehtimallara görə, o, 
h. 34-cü ildə (654) doğulmuşdur [7, s.23]. İbn Xallikan onun h. 114-cü ildə (732) 
vəfat etdiyini bildirir [8, s.35-36]. Onun ən məşhur əsəri “Kitab ət-Tican fi mulu-
ki Himyər” (“Himyər hökmdarları haqqında taclar kitabı”) adlanır. Bu kitabdan 
bir sıra orta əsr tarixçiləri və coğrafiyaçıları faydalanmışdır. İbn Xallikan yazır ki, 
İbn Quteybə bu kitabı “faydalı kitab” adlandırmışdır.
“Kitab ət-Tican fi muluki Himyər” əsərinin müəllifliyi məsələsində anlaşıl-
mazlıq vardır. Bəzi mənbələrdə və tarixi ədəbiyyatda bu əsərin İbn Hişama aid 
olduğu göstərilmişdir. Əslində isə kitabın müəllifi Vahab bin Münəbbihdir. Baş-
qa sözlə, kitabda hadisələr İbn Hişamın dilindən Vahab bin Münəbbihə isti-
nad edilərək verilmişdir. Yəni bu əsər İbn Hişamın sayəsində dövrümüzə qədər 
gəlib çatmışdır.
“Kitab  ət-Tican”  əsərinin  dövrümüzə  qədər  gəlib  çatmasında  böyük  rol 
oynamış Əbu Məhəmməd Cəmaləddin Əbdülmalik bin Hişam bin Əyyub əl-
Himyəri hicri III əsrdə (IX əsr) məşhur tarixçi, dilçi və din alimi kimi şöhrət qa-
zanmışdır. Onun ən məşhur əsəri “Əs-surətu-l-nəbəviyyə” adlanır. Bu əsər is-
lam peyğəmbərinin həyatına dair ən mükəmməl əsərlərdən sayılır. İbn Hişam 
hicri 218-ci ildə (833) vəfat etmişdir. 
“Kitab ət-Tican” əsərinin birinci nəşri h.1347-ci ildə Heydərabadda [9], ikinci 
nəşri isə 1979-cu ildə Səna şəhərində həyata keçirilmişdir [3].
Bizim müraciət etdiyimiz Yəmən mənşəli müəlliflərdən üçüncüsü İbn əl-Haik 
əl-Həmədani adı ilə məşhur olan Əbu Məhəmməd  əl-Həsən əl-Həmədanidir. 
Onun əsəri “əl-İklil” adlanır. O, Səna şəhərində anadan olmuşdur. Onun dəqiq 
doğum  tarixi  məlum  deyil.  Hicri  334-cü  ildə  (945)  vəfat  etmişdir  [6,  s.810]. 
Bəzi tarixi əsərlərdə onun h.345-ci ildə (956) vəfat etdiyi bildirilir [7, s.77]. Əl-
Həmədaninin on cildlik əsəri dövrümüzə qədər tam şəkildə gəlib çatmamışdır. 
Bu əsərdə Azərbaycanla bağlı məlumatlara onun səkkizinci cildində rast gəlinir 
[5]. Həmin cild bir neçə dəfə nəşr olunmuşdur.  
Öz əsərində Azərbaycan  və onun əhalisi haqqında məlumat verən yəmənli 
müəlliflərdən  dördüncüsü  Nəşvan  bin  Səid  əl-Himyəridir.  Onun  dövrümüzə 
qədər gəlib çatan əsəri “Muluk Himyər və əqyalu-l-Yəmən” (“Himyər hökm-
darları və Yəmən padşahları”) adlanır [10]. Nəşvan bin Səid əl-Himyəri hicri VI 
əsrdə (XII əsr) yaşamışdır. Onun h.573-cü ildə (1177) vəfat etməsi haqqında 
məlumat vardır. Yaqut əl-Həməvi, əs-Syuti, İbn Xallikan və başqaları bu müəllif 
haqqında məlumat vermişdir. Nəşvan bin Səid əl-Himyərinin haqqında bəhs 
olunan əsəri rəsmi əsərlər sırasına aid edilir. Yaqut əl-Həməvi onu “əmiru-l-
əllamət” adlandırır və göstərir ki, o, bir sıra fənlərə, o cümlədən tarix elminə 
yaxşı bələd idi [6, s.2745].
Yuxarıda adı çəkilən əsərlərdə Azərbaycanın hüdudları, şəhərləri və əhalisi 
haqqında maraqlı məlumatlara rast gəlinir. Həmin əsərlərdə rast gəlinən Yəmən 
hökmdarlarının adlarına digər ərəbdilli müəlliflərin əsərlərində, o cümlədən əl-


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə