Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə83/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   ...   77   78   79   80   81   82   83   84   85

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
208 
ifadə olunur) pozma (CM-in 333 –335-ci maddələri);
3)  xüsusi xidmət qaydalarını pozma (CM-in 336–340-cı maddələri);
4)  hərbi vəzifə cinayətləri (CM-in 341–344-cü maddələri);
5)  hərbi əməliyyatlar rayonunda hərbi qulluq qaydalarını pozma (CM-in  345–
346-cı maddələri);
6)  hərbi əmlaka ziyan vurma və ya ondan istifadə qaydalarını pozma (CM-in  
347–350-ci maddələri);
7)  hərbi  texnikakını  idarəetmə  və  istismar  qaydalarını  pozma  (CM-in    351–
353-cü maddələri) [6].
Hesab edirik ki, hərbi xidmət əleyhinə olan cinayətlərin qruplaşdırılmasında 
yol verilmiş əvvəlki ziddiyyətli və qüsurlu halların müəyyən dərəcədə aradan 
qaldırılmasına  baxmayaraq,  sonuncu  qruplaşmada  da  müəyyən  nöqsanlara 
yol verilmişdir. Belə ki, sistemdaxili qrupları təşkil edən cinayətlərin bilavasitə 
obyektinin müəyyən edilməsində yol verilmiş səhvlər sonuncu qruplaşmanın 
da  qüsurlu  alınmasına  səbəb  olmuşdur.  Məsələn,  məlumdur  ki,  hərbi  vəzifə 
cinayətləri dedikdə, Cinayət Məcəlləsinin 341 və 342-ci maddələrində nəzərdə 
tutulan cinayət əməlləri (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini 
aşma və ya hakimiyyətdən istifadə etməmə; qulluğa səhlənkar yanaşma) başa 
düşülür. Həmin cinayətlərin bilavasitə obyekti hərbi idarəetmə orqanlarının (o 
cümlədən də vəzifəli şəxslərin) fəaliyyətini tənzimləyən ictimai münasibətlərdir. 
Cinayət Məcəlləsinin 343 və 344-cü maddələrində nəzərdə tutulan cinayətlərin 
(müharibə  aparma  vasitələrini  düşmən  üçün  qoyub  getmə,  batmaqda  olan 
hərbi  gəmini  tərk  etmə)  bilavasitə  obyekti  isə  müharibə  vaxtı,  döyüş  şəraiti 
və digər ekstremal şəraitdə hərbi qulluqçuların (rəis, komandir, gəminin ko-
manda  heyətinə  daxil  olan  şəxs)  davranış  qaydalarını  müəyyən  edən  icti-
mai  münasibətlərdir.  Göründüyü  kimi,  Cinayət  Məcəlləsinin  341  və  342-ci 
maddələrində nəzərdə tutulan cinayət əməlləri ilə 343 və 344-cü maddələrdə 
nəzərdə  tutulan  cinayətlərin  bilavasitə  obyektləri  bir-birindən  əhəmiyyətli 
dərəcədə fərqlənir. Lakin buna baxmayaraq, müəllif həmin cinayət əməllərini 
hərbi vəzifə cinayətləri adlanan bir qrupa daxil etmişdir. Cinayət Məcəlləsinin 
349-cu  maddəsində  nəzərdə  tutulan  əməlin  (silahla  və  ətrafdakılar  üçün 
yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma) bilavasitə ob-
yektinin  hərbi  əmlaka  ziyan  vurma  və  ya  ondan  istifadə  qaydalarını  pozma 
kimi müəyyən edilməsi düzgün deyil. Həmin maddənin adından da görünür 
ki, burada «yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma»dan 
söhbət gedir və s. [4, s. 15-16].
Bir qədər fərqli mövqedən çıxış edən İ.B.Ağayev hesab edir ki, bilavasitə 
obyektdən asılı olaraq, hərbi xidmət əleyhinə olan cinayətləri aşağıdakı qrup-
lara bölmək olar: 
1. Hərbi xidmət borcu və vəzifələri əleyhinə olan cinayətlər:
–   hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə;
–   fərarilik;
–   öz sağlamlığına zərər vurma və ya sair üsulla hərbi xidmətdən boyun qaçır-
ma;
–   döyüş meydanını özbaşına tərk etmə və ya silah işlətməkdən boyun qaçır-
ma;


Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
209
2. Hərbi intizamın ümumi qaydaları əleyhinə olan cinayətlər:
–   əmri icra etməmə; 
–   rəisə müqavimət göstərmə və ya onu qulluq vəzifəsini pozmağa məcbur 
etmə; 
–   hərbi rəisə qarşı zorakı hərəkətlər etmə;
–   hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə
–   tabelik  münasibətlərində  olmayan  hərbi  qulluqçular  arasında  qarşılıqlı 
münasibətlərin nizamnamə qaydalarını pozma;
–   əsirlikdə olan hərbi qulluqçunun cinayət hərəkətləri;
3. Hərbi xidmətin xüsusi vəzifələri əleyhinə olan cinayətlər:
–   döyüş növbəsi çəkmə qaydalarını pozma;
–   sərhəd xidməti qaydalarını pozma;
–   qarovul xidmətinin nizamnamə qaydalarını pozma;
–   ictimai qaydanın mühafizəsi və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə 
xidmət qaydalarını pozma;
–   daxili xidmətin və ya patrul xidmətinin nizamnamə qaydalarını pozma; 
–   batmaqda olan hərbi gəmini tərk etmə;
–   hakimiyyətdən  sui-istifadə  etmə,  hakimiyyət  həddini  aşma  və  ya 
hakimiyyətdən istifadə etməmə;
  qulluğa səhlənkar yanaşma;
4. Hərbi əmlakı itirmə, zədələmə və ya məhv etmə ilə, yaxud onun tərkibinə 
daxil olan yüksək təhlükə mənbələri ilə davranış qaydalarını pozmaqla əlaqədar 
olan cinayətlər:
–   hərbi əmlakı qəsdən məhv etmə və ya zədələmə; 
–   hərbi əmlakı ehtiyatsızlıqdan zədələmə, xarab etmə və ya məhv etmə
–   hərbi əmlakı itirmə;
–   silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qay-
dalarını pozma;
–   maşınları idarəetmə və istismar qaydalarını pozma; 
–   uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma;
–   hərbi gəmiləri idarəetmə qaydalarını pozma (CM-in 350–353-cü maddələri);
–   müharibə aparma vasitələrini düşmən üçün qoyub getmə [3, s. 779-780].
Zənnimizcə,  hərbi  xidmət  əleyhinə  olan  cinayətlərin  bu  şəkildə  qruplaş-
dırılması  yuxarıda  göstərilən  qruplaşmalardan  daha  ziddiyyətli  və  qüsurlu-
dur.  Müəllifin  təqdim  olunan  qruplaşmanı  hansı  səbəbdən  CM-in  333-cü 
maddəsindən başlamasını, döyüş meydanını özbaşına tərk etmə və ya silah 
işlətməkdən boyun qaçırma əməlini, hərbi hissəni və ya xidmət yerini özba-
şına tərk etmə, fərarilik və öz sağlamlığına zərər vurma və ya sair üsulla hərbi 
xidmətdən boyun qaçırma kimi əməllərlə bir qrupa daxil etməsini və həmin 
qrupu hərbi xidmət borcu və vəzifələri əleyhinə olan cinayətlər adlandırma-
sını  başa  düşmək  və  qəbul  etmək  mümkün  deyil.  Belə  ki,  döyüş  meydanını 
özbaşına tərk etmə və ya silah işlətməkdən boyun qaçırma cinayətinin obyekti 
döyüş meydanında davranış qaydaları olduğu halda, hərbi hissəni və ya xidmət 
yerini özbaşına tərk etmə, fərarilik və öz sağlamlığına zərər vurma və ya sair 
üsulla hərbi xidmətdən boyun qaçırma əməllərinin obyekti Silahlı Qüvvələrdə 
və  qanunvericiliyə  uyğun  olaraq  yaradılmış  digər  silahlı  birləşmələrdə  hərbi 


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə