Say 2 (9) • 2014 |
STRATEJİ TƏHLİL
245
qında əhatəli nəşrlərin hazırlanaraq təqdim
edilməsi son dərəcə vacib məsələdir.
Azərbaycanın fəlsəfi düşüncə tarixi və
ənənəsinin belə şəkildə təqdimi və yayıl-
ması yalnız milli məkan üçün deyil, həm də
ilk növbədə beynəlxalq miqyasda ölkəmizin
nüfuzu üçün mühüm töhfə ola bilər.
Bu məqalədə XX əsr Azərbaycan fəlsəfəsi
tarixinin tədqiqi sahəsində görkəmli alim
Z.B.Göyüşovun yaradıcılığına nəzər salınır.
Azərbaycanda XX əsrin 20-50-ci illərində
fəlsəfə tarixi sahəsindəki araşdırmaların
təhlili, onun nəzəri-metodoloji əsaslarının
axtarışı göstərir ki, bu dövrdə uğurlarla yanaşı, zaman ilə müəyyən edilən bir sıra
çatışmayan cəhətlər də formalaşmışdır. Bu sahədə öz fikrini bildirməyə çalışan,
Azərbaycan fəlsəfə tarixinə ümumi nəzər salmağa cəhd edən tədqiqatçılardan
biri də Z.B.Göyüşov olmuşdur.
İlk növbədə qeyd edək ki, istər Z.B.Göyüşovun, istərsə də digər tədqiqatçıların
yaradıcılığında fəlsəfəyə və onun tarixinə münasibət bir sıra amillərlə şərtlənir.
Həmin amillər aşağıdakılardır:
– Azərbaycanda fəlsəfənin inkişaf xüsusiyyətləri (sahələr, istiqamətlər,
tədqiqatçıların keyfiyyət tərkibi);
– dövrün mənəvi həyatının, mədəniyyətinin forma və məzmun baxımından
formalaşması;
– mövcud sosial-siyasi
quruluşun xüsusiyyətləri;
– elmi-texniki inqilab baxımından elm və təhsilin inkişaf etdirdiyi sahələr və
istiqamətlər və s.
Tədqiq edilən dövrün ən sanballı mənbəyi Z.B.Göyüşovun “Sovet
Azərbaycanında fəlsəfi fikir (Qısa oçerk)” əsəridir. Burada sistemli və mərhələli
şəkildə 1920–1975-ci illərdə sovet dövrünə aid proseslər izlənilmiş, onla-
ra qiymət verilmişdir. Müəllif ilk növbədə sovet hakimiyyətinin qurulması və
ölkədə marksizm-leninizm ideologiyasının bərqərar olmasına dair fikirlərini
açıqlayır, məsələlərə münasibət bildirir. Əsərdə həmçinin formalaşmaqda olan
fəlsəfə sahələrinə – dialektik və tarixi materializmə aid tədqiqatlar, fəlsəfi kadr-
ların yetişdirilməsi, fəlsəfi araşdırmalar aparan təşkilatların fəaliyyəti haqqında
məlumat verilir. Bütövlükdə elmin fəlsəfəsi, fəlsəfə tarixi, etika, məntiq, esteti-
ka, elmi ateizm kimi fəlsəfə sahələrinin vəziyyəti qiymətləndirilir. Öyrəndiyimiz
sahənin təhlilində Z.B.Göyüşovun xidmətləri olduqca çoxdur. Mümkün
qədər əhatəli, məntiqilik və tarixilik prinsiplərinə cavab verən tədqiqatında
Z.B.Göyüşov Azərbaycan fəlsəfəsi tarixinin maraqlı oçerkini yaratmışdır” [1].
Bununla belə, tarixi dövr bizdən uzaqlaşdıqca biz başa düşürük ki, burada
təhlil üçün hələ çox imkanlar var. Bir çox suallar öz cavabını gözləyir. Məlumdur
ki, fəlsəfə yalnız peşəkarlar tərəfindən yaradılmır. Z.Göyüşovun tədqiqatı isə
məhz peşəkar filosofların yaradıcılığına həsr olunmuşdur. Burada metodolo-
Qərb tədqiqatçılarının
müşahidəsinə görə, müasir
sosial reallığı özündə əks
etdirən terminlərin məzmunu
müəyyən ərazi, region,
sivilizasion yanaşma və yaxud
sosial quruluşa uyğun olaraq
yozulur, sosial baxımdan
dəyərləndirilir.
STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
246
ji məsələlər də unudulmayıb, fəlsəfənin inkişaf xüsusiyyətlərinin tarixi mərhələ
ilə həmahəng olması barədə fikirlərə də rast gəlirik. Məsələn, əsərin “Giriş”
hissəsində qeyd olunur ki, “Azərbaycan fəlsəfi fikri ərəbdilli və farsdilli orta əsr
fəlsəfəsinin ayrılmaz hissəsi kimi inkişaf edirdi, bununla belə, burada Azərbaycan
milli təfəkkürünün özünəməxsusluğu da öz ifadəsini tapmışdır [1, s. 3-4].
Daha sonra metodoloji cəhət həm də onda ifadə olunur ki, müəllif fəlsəfənin
əsas məsələsinin həlli baxımından (dünyanın yaranışında ruhun, yaxud mate-
riyanın birinciliyi və dünyanın idarə olunması məsələsi) müxtəlif cərəyan və
istiqamətin üstünlük təşkil etməsinə dair öz mövqeyini bildirir.
Müəllif əsaslı olaraq vurğulayır ki, araşdırılan dövrdə Azərbaycan fəlsəfəsi
ümumsovet fəlsəfi elminin tərkib hissəsi kimi inkişaf etmişdi [1, s. 5].
Həmin dövrün “amalı” burjua ideologiyasını ifadə edən fəlsəfi ideyalara
qarşı mübarizənin aparılması olmuşdur. Təsadüfi deyil ki, həmin dövrdə xaricdə
çıxan ədəbiyyata münasibət bildirilərkən məqalənin, kitabın, monoqrafiyanın
adında mütləq “tənqid” sözü verilirdi, hərçənd həmin tənqid olunan yanaşma-
lar və metodikalardan gen-bol istifadə olunurdu.
Z.B.Göyüşovun yazdığı əsərin məziyyətlərindən biri də marksist-leninçi
fəlsəfənin müxtəlif sahələrinə aid tədqiqatların geniş icmalının verilməsidir.
Bundan başqa, müəllif əsas diqqəti həm də fəlsəfi kadrların formalaşma-
sı və yerləşdirilməsi məsələsinə yönəltmişdir. Bütövlükdə bu işin uğurlu
tərəflərindən biri də XX əsrin 20-ci illərindən etibarən özünə müasir olan dövrə
qədər fəlsəfədə inkişaf xəttinin müəyyən edilməsi, burada elmi tədqiqatların
əsas istiqamətlərinin göstərilməsi olmuşdur.
Müəllifin fikrincə, bu dövr ərzində uğurlar az olmamışdır. Həmin dövrdə
yaşayıb-yaradanlar sırasında A.O.Makovelski, A.S.Şakirzadə, F.Q.Köçərli,
M.M.Səttarov kimi tədqiqatçıların adlarını qeyd etmək olar. Adları qeyd edilən
müəlliflərdən fərqli olaraq, Z.B.Göyüşov bütövlükdə fəlsəfə sahəsinin tarixi ic-
malını verməyə uğurlu bir cəhd etmişdir.
İndi isə müəllifin konseptual yanaşmasının bir neçə xüsusiyyəti üzərində
daha ətraflı dayanaq.
Qeyd etdiyimiz kimi, sosial elmlər, bir çox cəhdlərə baxmayaraq,
qiymətvermədən, yəni həmin dövrün ideoloji buxovundan uzaqlaşa
bilməmişdir. Bu,
bütün ictimai elmlərə, o cümlədən fəlsəfəyə aiddir.
Bu cür ya-
naşmaya indi də rast gəlinir. Qərb tədqiqatçılarının müşahidəsinə görə, müasir
sosial reallığı özündə əks etdirən terminlərin məzmunu müəyyən ərazi, region,
sivilizasion yanaşma və yaxud sosial quruluşa uyğun olaraq yozulur, sosial ba-
xımdan dəyərləndirilir [6].
Tədqiq edilən dövrdə yazılan əsərlər daha çox konyuktur xarakter daşıyır,
ideoloji tələblərdən irəli gələn mahiyyət kəsb edirdi. Bu fikrimizi Z.B.Göyüşovun
aşağıdakı fikri də təsdiqləyir: “İdeologiya sahəsində Azərbaycan Kommunist
Partiyasının Mərkəzi Komitəsi məqsədyönlü və ardıcıl iş apararaq, bunun-
la respublikada mənəvi-siyasi atmosferin sağlamlaşması, kommunist əxlaqın
antikodlarına qarşı aparılan uğurlu və ardıcıl mübarizənin davam etdirilməsi
üçün şərait yaradırdı. İlk növbədə bu, peşəkar kadrların hazırlanması və partiya