Say 2 (9) • 2014 |
STRATEJİ TƏHLİL
235
Bu fikir fəlsəfə tarixində öz görkəmli müdafiəçilərini tapmışdır. Məsələn,
görkəmli alman filosofu V.Hegel (1770-1831) müharibəni hər bir cəmiyyət
üçün nəinki iqtisadi, həm də psixoloji və mənəvi çıxış yolu kimi nəzərdən ke-
çirir: “Küləyin əsməsi gölün çürüməsinə imkan vermədiyi kimi, yəni əgər külək
uzun müddət əsməsə, mütləq belə olmalıydı, müharibə də xalqları çürüməkdən
qoruyur. Belə ki, uzunmüddətli və sözsüz ki, xüsusilə əbədi sülh zamanı bu,
mütləq baş verməlidir.
...Xalqların ölümdən qorxması onların azadlığının məhvinə səbəb olur” [1,
s.565].
ABŞ-ın demokratiya fəlsəfəsi nümunəsində
“humanist” dəyərlər və siyasi reallıqlar
Açıq cəmiyyət anlayışının və demokratiyanın daima əbədi siyasi və iqti-
sadi maraqların kölgəsində qaldığını anlamaq üçün ABŞ-ın bu istiqamətdəki
tarixi davranışlarına diqqət yetirmək lazımdır. Çünki bir çox hallarda məhz bu
dövlətin hakimiyyət strukturları bütün dünyanı onlardan nümunə götürməyə
səsləyir, hər kəsə yol göstərməyi sevirlər.
Yarandığı dövrdən etibarən özünü demokratiyanın beşiyi və dünyadakı
ən qətiyyətli müdafiəçisi elan edən ABŞ-ın bu məfhuma münasibəti sözün
həqiqi mənasında qəribə, daha dəqiq desək, təzadlıdır. Doğrudur, Qərbdə bir
qisim tanınmış mütəfəkkirlər ABŞ demokratiyasını etalon hesab edir, azadlığı
isə amerikalıların yeganə mövcudluq kredosu adlandırırlar. Məsələn, tanınmış
fransız filosofu A.Tokvil (1805-1859) özünün məşhur “Amerikada demokratiya”
adlı əsərində amerikalıları və rusiyalıları müqayisə edərək, bu iki sivilizasiyanın
inkişaf xarakterində demokratiyanı əsas fərq qismində göstərir. Daha dəqiq
desək, Tokvil demokratiyanı ABŞ sivilizasiyasının əsas tərəqqi qaynağı, totali-
tarizmi və gücü isə rusların inkişafında yeganə vasitə hesab edir: “Amerikalılar
təbiətin onların qabağına atdığı maneələrlə, ruslar isə əhali ilə mübarizə apa-
rırlar. Biri səhralar və barbarlıqla, o biri isə döyüşə hazır olan sivilizasiya ilə dö-
yüşür. Buna görə amerikalıların mübarizəsi əkinçinin kətməni ilə, rusların işğalı
isə əsgərin qılıncı ilə aparılır. Öz məqsədinə çatmaq üçün birinci şəxsi marağa
bel bağlayıb, sərbəst hərəkət etmək imkanı verir, digəri isə cəmiyyətin bütün
gücünü, necə deyərlər, bir adamın əlində cəmləşdirir. Biri üçün hərəkət vasitəsi
kimi azadlıq əsasdır, o biri üçün isə itaət. Onların çıxış nöqtəsi ayrı-ayrıdır, yol-
ları da eləcə”. Tarix də göstərdi ki, ruslardan
fərqli olaraq ABŞ-ın dünyada öz nüfuzunu
yaymaq uğrunda apardığı mübarizə məhz
demokratiya pərdəsi altında cərəyan edib
və etməkdə davam edir. Daha doğrusu,
ABŞ demokratiyanın boğulmasını bəhanə
edərək, çox rahatlıqla digər dövlətlərin
daxili işlərinə qarışmağı özünə “borc” bi-
lir. ABŞ demokratiyası əslində bu dövləti
Yarandığı dövrdən etibarən
özünü demokratiyanın beşiyi
və dünyadakı ən qətiyyətli
müdafiəçisi elan edən ABŞ-ın
bu məfhuma münasibəti sözün
həqiqi mənasında qəribə, daha
dəqiq desək, təzadlıdır.