Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə89/96
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32375
1   ...   85   86   87   88   89   90   91   92   ...   96

Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
235
Bu  fikir  fəlsəfə  tarixində  öz  görkəmli  müdafiəçilərini  tapmışdır.  Məsələn, 
görkəmli  alman  filosofu  V.Hegel  (1770-1831)  müharibəni  hər  bir  cəmiyyət 
üçün nəinki iqtisadi, həm də psixoloji və mənəvi çıxış yolu kimi nəzərdən ke-
çirir: “Küləyin əsməsi gölün çürüməsinə imkan vermədiyi kimi, yəni əgər külək 
uzun müddət əsməsə, mütləq belə olmalıydı, müharibə də xalqları çürüməkdən 
qoruyur. Belə ki, uzunmüddətli və sözsüz ki, xüsusilə əbədi sülh zamanı bu, 
mütləq baş verməlidir. 
...Xalqların ölümdən qorxması onların azadlığının məhvinə səbəb olur” [1, 
s.565].   
 
ABŞ-ın demokratiya fəlsəfəsi nümunəsində 
“humanist” dəyərlər və siyasi reallıqlar
 
Açıq  cəmiyyət  anlayışının  və  demokratiyanın  daima  əbədi  siyasi  və  iqti-
sadi maraqların kölgəsində qaldığını anlamaq üçün ABŞ-ın bu istiqamətdəki 
tarixi davranışlarına diqqət yetirmək lazımdır. Çünki bir çox hallarda məhz bu 
dövlətin hakimiyyət strukturları bütün dünyanı onlardan nümunə götürməyə 
səsləyir, hər kəsə yol göstərməyi sevirlər.  
Yarandığı  dövrdən  etibarən  özünü  demokratiyanın  beşiyi  və  dünyadakı 
ən  qətiyyətli  müdafiəçisi  elan  edən  ABŞ-ın  bu  məfhuma  münasibəti  sözün 
həqiqi mənasında qəribə, daha dəqiq desək, təzadlıdır. Doğrudur, Qərbdə bir 
qisim tanınmış mütəfəkkirlər ABŞ demokratiyasını etalon hesab edir, azadlığı 
isə amerikalıların yeganə mövcudluq kredosu adlandırırlar. Məsələn, tanınmış 
fransız filosofu A.Tokvil (1805-1859) özünün məşhur “Amerikada demokratiya” 
adlı əsərində amerikalıları və rusiyalıları müqayisə edərək, bu iki sivilizasiyanın  
inkişaf  xarakterində  demokratiyanı  əsas  fərq  qismində  göstərir.  Daha  dəqiq 
desək, Tokvil demokratiyanı ABŞ sivilizasiyasının əsas tərəqqi qaynağı, totali-
tarizmi və gücü isə rusların inkişafında yeganə vasitə hesab edir: “Amerikalılar 
təbiətin onların qabağına atdığı maneələrlə, ruslar isə əhali ilə mübarizə apa-
rırlar. Biri səhralar və barbarlıqla, o biri isə döyüşə hazır olan sivilizasiya ilə dö-
yüşür. Buna görə amerikalıların mübarizəsi əkinçinin kətməni ilə, rusların işğalı 
isə əsgərin qılıncı ilə aparılır. Öz məqsədinə çatmaq üçün birinci şəxsi marağa 
bel bağlayıb, sərbəst hərəkət etmək imkanı verir, digəri isə cəmiyyətin bütün 
gücünü, necə deyərlər, bir adamın əlində cəmləşdirir. Biri üçün hərəkət vasitəsi 
kimi azadlıq əsasdır, o biri üçün isə itaət. Onların çıxış nöqtəsi ayrı-ayrıdır, yol-
ları da eləcə”. Tarix də göstərdi ki, ruslardan 
fərqli  olaraq  ABŞ-ın  dünyada  öz  nüfuzunu 
yaymaq  uğrunda  apardığı  mübarizə  məhz 
demokratiya  pərdəsi  altında  cərəyan  edib 
və  etməkdə  davam  edir.  Daha  doğrusu, 
ABŞ  demokratiyanın  boğulmasını  bəhanə 
edərək,  çox  rahatlıqla  digər  dövlətlərin 
daxili  işlərinə  qarışmağı  özünə  “borc”  bi-
lir.  ABŞ  demokratiyası  əslində  bu  dövləti 
Yarandığı dövrdən etibarən 
özünü demokratiyanın beşiyi 
və dünyadakı ən qətiyyətli 
müdafiəçisi elan edən ABŞ-ın 
bu məfhuma münasibəti sözün 
həqiqi mənasında qəribə, daha 
dəqiq desək, təzadlıdır. 


STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
236 
ərsəyə gətirmiş əksəriyyəti ingilis olmaqla mühacir koloniyalarının ruhundan 
qaynaqlanır.  Çünki  Avropadan  mühacirət  etmiş  narazı  şəxslərin  Amerikada 
hər hansı uğura nail ola bilməsi üçün onların mütləq şəkildə azad qanunların 
hökm sürdüyü cəmiyyətə ehtiyacları var idi. Əgər tarixə diqqətlə fikir versək, 
görərik ki, ABŞ dövlətini formalaşdırmış ilk 13 koloniyada hökm sürən iqtisadi 
və siyasi mühit bu dövlətə sonradan birləşmiş koloniyalardakı ab-havadan  öz 
mütərəqqiliyi ilə fərqlənirdi. 
Azad mühitdə özlərinə  xeyli  kapital toplamağa müvəffəq  olmuş  bu ştat-
ların sonrakı genişlənmə ardıcıllığına nəzər salsaq, onların silahdan daha çox 
satınalma üsulundan istifadə etməsinin şahidi olarıq.  ABŞ-ın bir dövlət kimi 
təşəkkülündə kapitalın və azad sahibkarlığın silahdan daha çox paya malik ol-
masını iddia etsək, yəqin ki, səhv etmərik. Ən azından ona görə ki, XIX əsrdə,  
yəni ABŞ-ın bir dövlət kimi formalaşdığı zaman kəsiyində onun cəmi iki dəfə 
silaha əl atdığına görürük. Birinci dəfə ABŞ silah gücünə cənub ştatları ilə olan 
vətəndaş müharibəsini öz lehinə həll etdi. Həmin dövrün siyasi şərtlərini təhlil 
etsək, müharibənin qaçılmaz olduğuna bir daha əmin olarıq. Birincisi, şima-
lın cənub ştatları ilə hər hansı maddi sövdələşməyə getməsi praktik cəhətdən 
mümkün  deyildi.  Ona  görə  ki,  cənubu  idarə  edən  mülkədarlar  və  quldarlar 
qul əməyinin hədsiz istismarı və təbii sərvətlərin satışından saysız gəlir əldə 
edirdilər, yəni onların pula heç bir ehtiyacı yox idi. Əksinə, cənub öz maddi 
resurslarına  və  Avropadakı  havadarlarının  köməyinə  arxayın  olaraq,  şimalı 
birdəfəlik işğal etmək niyyətində idi. Şimalda isə bunu çox gözəl anlayırdılar 
və ABŞ rəhbərliyi onu da  başa düşürdü ki, qonşuluqda cənub kimi təhlükənin 
mövcudluğu Vaşinqtonun gələcək mövcudluğunu böyük bir sual işarəsi altına 
qoyur. Belə bir şəraitdə isə iki sistemdən biri qalmalı idi, ya azad sahibkarlığa və 
kapitalizmə əsaslanan şimal, ya da quldarlıq üzərində bərqərar olmuş cənub. 
Yeri gəlmişkən, prezident Linkolnun quldarlığı cənubla müharibə dövründən 
qabaq deyil, məhz bu hərbin gedişində ləğv etməsi çox şeydən xəbər verir. 
ABŞ-ın XIX əsrdə ikinci dəfə silaha əl atdığı hadisə isə İspaniya ilə müharibə 
dövrünə  (1898)  təsadüf  edir.  Bu  müharibə  öz  tarixi  əhəmiyyəti  və  missiyası 
nöqteyi-nəzərindən  heç  də  ABŞ-ın  istiqlaliyyət  müharibəsindən  geri  qalmır. 
Əgər birinci halda ABŞ öz dövlət müstəqilliyini avropalılardan müvəffəqiyyətlə 
müdafiə edə bilmişdisə, İspaniya ilə müharibənin nəticələrinə əsasən isə Va-
şinqton  Avropa  müstəmləkəçiliyinin  Amerika  qitəsindəki  sonuncu  dayaqla-
rına sarsıdıcı zərbə endirməyi bacarmışdı. ABŞ-ın həm birinci, həm də ikinci 
dünya müharibəsindəki davranışları onu göstərdi ki, bu ölkə dünyanı güc yolu 
ilə deyil, pulun qüdrəti hesabına istila etmək taktikasını seçib. Dünyanın apa-
rıcı  dövlətlərini  maddi  cəhətdən  özündən  asılı  salan  ABŞ  sonralar  məhz  bu 
asılılığın hesabına qlobal siyasətdə diktə edən tərəf mövqeyinə yüksələ bildi. 
“Sem dayının” siyasi himayəsi altında dünyanın aparıcı bazarlarına, o cümlədən 
XX əsrin ikinci yarısından etibarən neft resursları üzərində nəzarətə yiyələnən 
ABŞ kapitalı öz müvəffəqiyyətini məhz azad hərəkət etmək üçün yaradılmış 
şəraitə borcludur. Külli miqdarda vəsait əldə edə bilmək və kapital ehtiyatla-
rına arxalanaraq dünyaya hökmranlığını həyata keçirmək naminə ABŞ-a həm 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə