Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə86/96
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32375
1   ...   82   83   84   85   86   87   88   89   ...   96

STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
228 
gecikmələrin  qarşısını  almaq  üçün  əlavə  tədbirlər  görülürdü.  1919-cu  il  ap-
relin  17-də  Dəmiryolu  İdarəsi  “F.A.Matiyeviç  və  Ko”  Ticarət  Evi  ilə  müqavilə 
bağlayaraq  Batumidə  öz  ticarət  agentliyini  yaratmışdı.  Dəmiryolu  İdarəsinin 
bütün  kommersiya  sifarişlərinin  icrası  həmin  şirkətə  tapşırılmışdı.  Parlamen-
tin 1920-ci il fevralın 9-da qəbul etdiyi qərarla “Neft məhsullarından tutulan 
vergilərin dəyişdirilməsi haqqında” Qanunun 5-ci bəndinə əsasən, aksiz yığım-
ları Azərbaycandan ixrac olunan neft və neft məhsullarına da tətbiq edilirdi. 
İxracatçılar neft məhsullarına aksiz məzənnəsinin qeyri-düzgün hesablanması 
haqqında müraciət etdikdə, onların şikayətinə Aksiz İdarəsi və Neft Sənayeçiləri 
Qurultayı Şurasının hər birindən 2 nəfər nümayəndənin daxil olduğu xüsusi 
komissiyada baxılırdı. 1919-cu ildə dövlət büdcəsinə daxil edilən gömrük yı-
ğımları (rüsum, aksiz və pud hesabı vergisi) 71,2 mln. manat olmuşdu və 1920-
ci ildə bunun 83,9 mln. manata çatdırılması nəzərdə tutulurdu [5, v.27; 16, v.45].
Bütövlükdə bir ay ərzində gömrük qeydiyyatından keçməklə, ümumi dəyəri 
361,9 mln. manat təşkil edən ixrac malları gömrük baxışından keçirilmiş və 21,3 
mln. manat həcmində gömrük rüsumu alınmışdı. Nəzərə alınmalıdır ki, Gür-
cüstan tərəfinə göndərilən neft və neft məhsulları, pambıq, un və qoyun ətinə 
gömrük  rüsumu  tətbiq  edilmirdi.  Qonşu  respublikanın  Azərbaycandan  idxal 
etdiyi malların yarıdan çoxu gömrük vergisindən azad edilmişdi [17, v.203]. 
Nəticə
AXC  yarandığı  gündən  bütün  çətinliklərə  və  təzyiqlərə  baxmayaraq,  xarici 
ticarətin gömrük-taarif tənzimlənməsi sahəsində müstəqil siyasət yeritməyə ça-
lışırdı. Əslində, Azərbaycan hökumətinin 1919-cu il mayın 23-də sərbəst ixraca 
icazə verilməsi haqqında qərarı ingilislərin hərbi missiyasının təzyiqi ilə verilmişdi 
və yalnız  hərbi təsərrüfatın ehtiyaclarının ödənilməsi üçün ixrac edilən mallarına 
gömrük rüsumu tətbiq edilməməli idi. Halbuki ingilislərin hərbi təchizat idarəsi 
ehtiyac olduğundan on dəfələrlə çox maye yanacaq daşıyıb aparmış, gömrük və 
aksiz ödənişlərindən  bilərəkdən yayınmışdı [32, s. 208].
Azərbaycan Cümhuriyyətinin yeritdiyi və milli maraqlara cavab verən göm-
rük-taarif  siyasətinə  qarşı  Britaniya  hökuməti  tərəfindən  etirazlar  səslənirdi. 
Britaniya tərəfi Milli Hökumət tərəfindən gömrük tariflərinin dəyişdirilməsinin 
1903-cü ilin Ticarət Konvensiyasına zidd olduğunu iddia edir və bununla da, 
əslində,  hərbi  və  qeyri-hərbi  yüklərin  gömrük  rəsmiləşdirilməsi  aparılma-
dan, rüsum və vergi ödənmədən, yalnız yerli gömrük orqanlarına sərhəddən 
keçirilən  yüklərin  çəkisi  və  növü  haqqında  statistik  məlumatları  verməklə 
kifayətlənmək istəyirdi.
Müxtəlif səviyyələrdə siyasi-iqtisadi təzyiqlərə və çətinliklərə baxmayaraq, 
AXC müstəqil gömrük siyasəti yeritməkdə, xarici ticarətin milli maraqlara xidmət 
etməsində bir o qədər israrlı idi. Milli gömrük xidməti və gömrük baxımından 
sərhəd mühafizəsinin təşkil edilməsi dövlət quruculuğunun bu sahəsində tarixi 


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
229
ənənələrin bərpası, yüz illərlə mövcud olmuş gömrük işinin yeni tarixi şəraitdə 
davam etdirilməsi demək idi. Təəssüf ki, 1920-ci il  aprelin 28-də baş verən 
sovet-bolşevik işğalı ilə Cümhuriyyətin devrilməsi müstəqil gömrük sisteminin 
formalaşdırılması sahəsində görülən işləri də yarımçıq qoydu. 
Bu gün müstəqil Azərbaycan Respublikasının davamlı inkişafının əsasında 
ümummilli  lider  Heydər  Əliyevin  müəllifi  olduğu  neft  strategiyası  durur. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam 
etdirilən iqtisadi siyasət milli maraqların müdafiəsinin üstün amilinə çevrilmiş-
dir. Neft ixracı sahəsində müstəqil, milli maraqlara cavab verən strategiyanın 
işlənib-hazırlanması və həyata keçirilməsinin ölkə iqtisadiyyatı üçün nə qədər 
önəmli  və  həyati  bir  məsələ  olması  tarixi  təcrübədə  təsdiq  edildi.  Düzgün 
həyata keçirilən gömrük və vergi siyasəti isə büdcə gəlirlərinin formalaşmasın-
da həlledici rol oynadı.
İstifadə edilmiş ədəbiyyat:
1.   Azərbaycan Respublikasının Dövlət Arxivi (ARDA), f. 24, siy. 1, iş 169.
2.   ARDA, f. 24, siy. 1, iş 199.
3.  ARDA, f.  24, siy. 1, iş 275.
4.   ARDA, f. 24, siy. 1, iş 337.
5.   ARDA, f. 24, siy. 1, iş 424.
6.  ARDA, f. 84, siy. 1, iş 50.
7.   ARDA, f. 84, siy. 1, iş 57.
8.   ARDA, f. 84, siy. 1, iş 60.
9.   ARDA, f. 84, siy. 1, iş 236.
10.  ARDA, f. 84, siy. 1, iş 250.
11.  ARDA, f. 84, siy. 1, iş 263.
12.  ARDA, f. 84, siy. 1, iş 271.
13.  ARDA, f. 90, siy. 1s, iş 44.
14.  ARDA, f. 90, siy. 1s, iş 151.
15.  ARDA, f. 90, siy. 2, iş 3.
16.  ARDA, f. 90, siy. 3, iş  4.
17.  ARDA, f. 363, siy. 1, iş 738.
18. ARDA, f. 895, siy. 3, iş 116.
19.  ARDA, f. 897, siy. 1, iş 38.
20.  ARDA, f. 897, siy. 1, iş 41.
21.  Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920-ci illər). Parlament (stenoqrafik hesabat). 
2 cilddə, II c., Bakı: Azərbaycan nəşriyyatı, 1998, -992 s. 
22. “Azərbaycan” qəzeti, Bakı, 11 oktyabr 1919-cu il.
23. Azərbaycan tarixi: 7 cilddə, V c., (1900 – 27 aprel 1920). Bakı: “Elm”, 2001, -672 s. 
24. Əliyev H.Ə. “Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında”. Yeni 2001-ci il, yeni 
əsr və 3-cü minillik münasibətilə Azərbaycan xalqına müraciəti. “Azərbaycan” qəzeti, 
30 dekabr 2000-ci il.
25. Əsədov O., Cəbrayılov R. Azərbaycan Respublikasının Parlamenti. Bakı: “Çaşıoğlu”, 
2008, -520 s.
26.  Quliyev  R.Ə.  Azərbaycan  Xalq  Cümhuriyyətinin  neft  ixracı  sahəsində  gömrük-tarif 
siyasəti  (qanunvericilik,  satışı  və  daşınması  üzərində  gömrük  nəzarətinin  təşkili)  // 
“Pedaqoji Universitet Xəbərləri. Humanitar elmlər bölməsi, Bakı, 2010, № 6, s.157-162.


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə