Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə83/96
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32375
1   ...   79   80   81   82   83   84   85   86   ...   96

STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
222 
 2. Milli hökumətin neft və gömrük gəlirlərini artırmaq cəhdləri
Ticarət və sənaye nazirinin 16 mart 1919-cu il tarixli əmri ilə təsdiq edilmiş 
“Azərbaycan  Respublikasından  xüsusi  şərtlərlə  ixrac  olunan  mallar  haqqında 
Qaydalar”a əsasən, neft və neft məhsullarını göndərən ixracatçıdan hər bir ke-
çid üçün gömrük orqanlarında xüsusi şəhadətnamə tələb olunurdu. Hökumətin 
26 may 1919-cu il tarixli qərarı ilə Neft Sahibkarları Qurultayı nəzdindəki Neft 
məhsullarının  satışı  və  bölgüsü  bürosu  kommersiya  əməliyyatlarını  dövlət 
nümayəndəsinin  nəzarəti  ilə  aparmalı  idi.  Aksiz,  gömrük  vergisi  və  fraxtın 
ödənilməsinə neft yüklərinin xaricə satışı həyata keçirilənə qədər möhlət ve-
rilirdi. Qeyd edilən güzəştlər yalnız Büronun üzvü olan şirkətlərə şamil edilirdi 
[7, v.13; 27].
Azərbaycan  hökumətinin  xam  neftin  aksiz  dərəcələrinin  artırılması  haq-
qında  qərarından  sonra  Maliyyə  Nazirliyinin  Aksiz  Yığımları  İdarəsi  1919-cu 
ilin fevralından etibarən neftin Bakı-Batumi neft kəmərinə qəbul edilməsi və 
gömrük  sərhədindən  buraxılması  qaydalarını  yenidən  nəzərdən  keçirdi.  Ak-
siz  İdarəsinin  Azərbaycan  Dəmiryolları 
İdarəsinin  rəisinə  göndərdiyi  məktubunda 
bildirilirdi  ki,  neft  kəməri  ilə  İngiltərə 
hökumətinin  və  Gürcüstan  Dəmiryolları 
İdarəsinin  ünvanına  göndərilən  xam  neftə 
yeni aksiz dərəcələri hesablansa da, alıcılar 
tərəfindən  heç  bir  ödəniş  aparılmamışdır. 
Bütün  bunları  nəzərə  alaraq,  Aksiz  İdarəsi 
maliyyə  nəzarətinin  səmərəli  fəaliyyətini 
təmin etmək məqsədilə təkliflər paketi ha-
zırlamışdı.  Təkliflər  aşağıdakı  məsələləri 
nəzərdə tuturdu: birincisi, ixracatçı şirkət öz 
ərizəsində  alıcının,  yəni  neftin  göndərildiyi 
tərəfin ingilislər və ya Gürcüstan Dəmiryolları 
İdarəsinin  olmasını  göstərməlidir;  xam  neft  şəxsi  müəssisələrə  göndərildiyi 
halda isə aksiz yük göndərildiyi vaxtdan hesablanaraq dərhal ödənilməli və hər 
iki halda neft aksizlərinin dəqiq hesabatı aparılmalıdır. İkincisi, Saloğlu stan-
siyasında neft Gürcüstan tərəfinə təhvil verilərkən Dövlət Nəzarəti və  Aksiz 
İdarəsi nümayəndələrinin iştirakı ilə müvafiq akt tərtib edilməli, həmin aktda 
kəmərdən daxil olan neftin ingilislərə, Gürcüstana və ya ayrı-ayrı şirkətlərə aid 
olan hissəsi dəqiq göstərilməlidir. Üçüncüsü, neft kəmərinin texniki istismarına 
dair 1906-cı ildə təsdiq edilmiş 44 saylı Təlimata əsasən, kəmərin Bakı-Saloğlu 
hissəsində və kəmər boyu yerləşən nasos stansiyalarında ildə iki dəfədən az 
olmayaraq ümumi təftiş keçirilməlidir [13, vv. 4-7].
Lakin  1919-cu  ilin  əvvəllərində  Azərbaycanda  hər  ay  istehsal  edilən  nef-
tin cəmi 20 faizini ixrac etmək mümkün olurdu. Bunun əsas səbəbi yuxarıda 
1919-cu ilin əvvəllərində 
Azərbaycanda hər ay istehsal 
edilən neftin cəmi 20 faizini 
ixrac etmək mümkün olurdu. 
Bunun əsas səbəbi yuxarıda 
qeyd edildiyi kimi, Rusiya 
tərəfinin neftin sərbəst 
ixracına mane olan təcrid 
etmə siyasəti və iqtisadi 
blokadası idi.


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
223
qeyd  edildiyi  kimi,  Rusiya  tərəfinin  neftin  sərbəst  ixracına  mane  olan  təcrid 
etmə  siyasəti  və  iqtisadi  blokadası  idi.  Nazirlər  Şurasının  sədri  N.Yusifbəyli 
Azərbaycan  neftinin  ən  mühüm  potensial  alıcısı  olan  Rusiya  ilə  iqtisadi 
əlaqələrin bərpa edilməsini günün aktual məsələsi hesab edirdi. O, 1919-cu 
il aprelin 19-da parlamentin növbəti iclasında ölkənin ağır iqtisadi vəziyyətini 
təhlil edərək xarici iqtisadi-ticarət siyasətinin qeyri-normal olmasını göstərmiş, 
Azərbaycanın qonşu və digər xarici dövlətlərlə ticarət əlaqələrinin bərpasında 
neftin rolunu xüsusi vurğulamışdı. Bu siyasətin davamı olaraq 1919-cu il mayın 
26-da neft və neft məhsullarının Batumiyə ixracı haqqında hökumətin qəbul 
etdiyi qərar sahibkarlara girovsuz və mal mübadiləsi öhdəliyi olmadan ixrac 
əməliyyatına icazə verirdi. Bununla yanaşı, neftin ixracı bilavasitə maliyyə və 
gömrük nəzarəti altında həyata keçirilməli idi [27]. 
Maliyyə  naziri  Ə.Həsənovun  1919-cu  il  noyabrın  27-də  parlamentdə 
söylədiyi  fikirlər  hökumətin  xarici  ticarət  və  gömrük  gəlirlərinin  artacağına 
nikbinliklə yanaşdığını təsdiq edirdi: “Su yollarımız açılsa və Hacıtərxana nefti-
miz getsə, bəlkə, ticarət açılar, böyük mədaxilimiz ola, indi ki, yoxdur. Ümidva-
rıq ki, tezliklə Hökumətlər ilə etilaf əmələ gələcək və ticarətimiz başlanacaqdır. 
İndi  biz  daxildə  blokada  halındayıq.  Keçən  ay  Batuma  bir  balaca  neft  kaçat 
eləməklə 50 milyon gəlirimiz olubdur. Aksizdən 20 milyon və poşlindən 10 mil-
yon gəlir olub, gələcəkdə əgər nefteprovod belə işləsə, daha da artıq gəlirimiz 
olacaq. Keçmiş aylarda böylə mədaxil yox idi. ...İndi görürük ki, bir ayda 20 
milyon mədaxil olub, görürsünüz ki, ildə 18 milyon gözlədiyimiz yerdən ayda 
20 milyon götürülür” [21, s.545-546].
Mərkəzi  Gömrük  İdarəsi  Azərbaycan  dəmiryolunun  Poylu  stansiya-
sında  ixrac  yüklərinin  daşınması  üzərində  gömrük  nəzarətinin  təşkili  üçün 
1919-cu il fevralın 26-dan aşağıdakı təcili tədbirləri həyata keçirməyə baş-
ladı:  1)  Bakıdan  dəmiryolu  ilə  Poylu  stansiyasından  keçməklə  göndərilən 
neft məhsullarında yalnız Bakı gömrükxanasında gömrük vergisi tutulması; 
2)  Bakı  dəmiryolu  stansiyasından  neftlə  yüklənmiş  vaqonların  digər  ixrac 
sənədləri ilə yanaşı Ticarət, Sənaye və Ərzaq Nazirliyi və Neft Sənayeçiləri 
Qurultayı Şurasının xüsusi razılıq sənədinin sahibkar tərəfindən gömrükxa-
naya təqdim edildikdən sonra buraxılması; 3) Gömrük İdarəsi tərəfindən neft 
məhsullarının  ixracına  razılıq  sənədinin  gömrük  və  aksiz  vergisi  tutulduq-
dan sonra verilməsi; 4) Gömrük buraxılış məntəqəsindən yükün buraxılma-
sı haqqında yol bəyannaməsinin yalnız Gömrük İdarəsinin razılıq sənədinin 
əsli  təqdim  edildikdən  sonra  verilməsi;  5)  Poylu  gömrük  məntəqəsində  3 
gömrük  əməkdaşı  saxlamaq  şərti  ilə  Ağstafa  dəmiryolu  stansiyasında  300 
vaqon  tutumlu  4  dəmiryolu  döngəsi  və  yardımçı  yolların,  1500  pudluq 
dəmiryolu tərəzisinin və anbarların olması nəzərə alınaraq gömrükxananın 
Ağstafaya köçürülməsi; 6) Bakı, Tiflis, Kutaisi, Poti və Batumidə dərc olunan 
qəzetlər vasitəsilə Poylu stansiyasında saxlanılan neft yüklərinin sahibləri 7 
gün ərzində hökumətin yuxarıda göstərilən tələblərini yerinə yetirmədikdə 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə