Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə91/96
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32375
1   ...   88   89   90   91   92   93   94   95   96

Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
239
tütün əkinlərinə öldürücü zərbə vuran “mavi kif” virusu, həmçinin şəkər qa-
mışını məhv edən göbələk virusu xüsusi davamlılığı ilə seçilirdi. 1980-ci ildən 
etibarən isə Kuba donuz qripinin və mənşəyi bilinməyən qızdırma xəstəliyinin 
məngəsində boğulmağa başladı. Kuba rəhbərliyinin səbr kasasını daşdıran bu 
hadisələrə cavab olaraq 1981-ci ildə bu ölkənin rəhbəri Fidel Kastro bir neçə 
dəfə  real  faktlara  əsaslanaraq  ABŞ-ı  Havanaya  qarşı  bioloji  müharibə  apar-
maqda ittiham etmişdi. Ancaq bunun heç bir  faydası olmadı, çünki Vaşinqton 
ona ünvanlanan ittihamları 1969-cu ildə Senatın bioloji silahın istifadəsinə dair 
hazırladığı  məruzədəki  mülahizələrə  müvafiq  cavablandırdı.  Fidel  Kastronun 
nəzərinə çatdırıldı ki, bioloji silahın istifadəsi ABŞ-a sübut edilə bilməz və bu 
səbəbdən də onun ittihamları əbəsdir.    
ABŞ-ın adının hallandığı digər bir qalmaqal isə İran-İraq müharibəsi dövrünə 
(1980-1988)  təsadüf  edir.  Həmin  vaxt  Vaşinqtondan  maddi  və  hərbi  dəstək 
alan Səddam Hüseyn rejimi həm öz ölkəsində yaşayan dinc sakinlərə, həm də 
İran ərazisində yerləşən Sərdaşt şəhərinin mülki əhalisinə qarşı kimyəvi silah-
dan istifadə edərək, amansız qətliam törətmişdi. Kimyəvi silahın isə Səddam 
rejiminə Vaşinqton tərəfindən İranla müharibədə istifadə etmək üçün verildiyi 
heç kəs üçün sirr deyil. Müharibədən sonrakı dövrdə, daha dəqiq desək, 2004-
cü ildə İran məhkəməsi ABŞ-dan İran–İraq müharibəsinin gedişində Sərdaşt 
şəhərində kimyəvi hücum nəticəsində həlak olmuş yüzlərlə günahsız insanın 
ailəsinə 600 mln. dollar müqabilində təzminat ödəməsinin vacibliyi haqqında 
qərar çıxartdı. İran məhkəməsinin qərarında deyilirdi ki, həlak olan insanlara 
dair  məsuliyyət  hər  kəsdən  daha  çox  kimyəvi  silahı  Səddam  rejiminə  satan 
ABŞ-ın üzərinə düşür. Məhkəmənin bu qərarı ABŞ-ın maraqlarını İranda təmsil 
edən İsveçrə səfirliyinə təqdim edilsə də, indiyədək Vaşinqtondan məsələyə 
dair heç bir cavab gəlməyib. Lakin bunun müqabilində ABŞ dünya dövlətlərini 
İranın nüvə proqramına həssas yanaşmağa, həmçinin Vaşinqtonun “qara si-
yahısına” daxil olan ölkələrə silah satmamağa çağırır, öz çağırışlarına müsbət 
cavab almadıqda isə hərbə-zorba gəlməkdən də çəkinmir. 
Amerika  ədəbiyyatının  tarixində  özünəməxsus  yeri  olan  tanınmış  nasir 
Mark  Tven  hələ  XIX  əsrdə  qələmə  aldığı  “İngilislər  və  amerikalılar”  adlı  siya-
si  pamfletində  ABŞ-da  insana,  onun  həyatına  və  azadlığına  olan  münasibəti 
çox aydın şəkildə oxucunun diqqətinə çatdırır: “ABŞ-da bu yaxında baş verən 
dəhşətli  dəmiryolu  qəzasında  mənim  çox  yaxın  dostlarımdan  biri  dünyasını 
dəyişdi. Onun qalıqlarını bir səbətə toplayaraq ailəsinə yollayan dəmiryoluna sa-
hib şirkətin rəhbərliyi mərhumun ailəsinə məktub da yazmağı unutmadı. Səbətin 
içinə qoyulan məktubda isə mərhumun ailəsinə ölü üçün nə qədər pul istədikləri 
soruşulur  və  həmin  miqdarı  bir  parça  kağıza  yazaraq  səbətin  həmin  kağızla 
birlikdə şirkətə geri qaytarılması istənilirdi”. Bu hadisənin üzərindən bir əsrdən 
daha çox vaxt keçsə də, ABŞ-ın və onun himayə etdiyi dövlətlərin dünyanın ay-
rı-ayrı bölgələrində, xüsusilə də Yaxın Şərqdə törətdiklərini nəzərdən keçirdikcə 
əslində heç nəyin dəyişmədiyinə hər dəfə əmin olursan. İraq və Əfqanıstanda 
insanları qətlə yetirən Vaşinqton demokratiyası sonradan bu ölkələrin bərpası 


STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
240 
üçün onlara milyon dollarla vəsait verir, güzəştli kreditlər ayırır. Sadə dillə desək, 
qətlə yetirdiyi minlərlə günahsız insanın həyatını dolların gücü ilə satın alır. Mark 
Tvenin dövründə belə bir üsulu öz vətəndaşlarının üzərində sınaqdan keçirən 
ABŞ “demokratiyası” indi bunu müsəlmanların üzərində müvəffəqiyyətlə həyata 
keçirir.  Ərəb  ölkələrinə  neft  satışından  milyardlarla  dollar  vəsait  əldə  etməyə 
şərait yaradan Vaşinqton bunun müqabilində onları Fələstində İsrail tanklarının 
tırtılları altında inləyən minlərlə günahsız fələstinlinin faciəsinə göz yummağa 
vadar edir. Əfqanıstanda “yanlışlıqla” həyata keçirilən bombardımanlar zamanı 
həlak olan dinc sakinlərin müqabilində bu ölkəyə milyonlarla vəsait ayıran ABŞ 
narkoticarətin sözügedən məkanda vüsət almasına da göz yumur. Çox qəribə, 
qəddar və heç bir insani dəyərlərin çərçivəsinə sığmayan bir məntiqdir, deyilmi? 
Bu cür demokratiya məntiqinə inansaq, o zaman siyasi və maddi mənfəət 
müqabilində istənilən şəxsi qətlə yetirmək olar, əvəzində isə həmin insanın ya-
xınlarına müəyyən ödəniş etməklə yaranmış gərginliyi həll etmək mümkündür. 
O zaman beynəlxalq hüquqa və humanist dəyərlərə nə ehtiyac var ki? Belə 
bir şəraitdə sadəcə külli miqdarda sərvət sahibi olmaq kifayətdir ki, istənilən 
qanunu asanlıqla tapdalamağı bacarasan. Bəşəriyyətlə bu cür davrana bilmək 
üçün tələb olunan vəsaitin əldə edilməsi isə bilavasitə Vaşinqtonun bəhs etdiyi 
hərəkət azadlığının olmasından asılıdır. Həmin azadlığın əldə edilməsində isə 
ABŞ üçün istənilən üsul məqbuldur: həm hərbi müdaxilə, həm narıncı inqilab, 
həm də diktator rejimlərinin dəstəklənməsi...
Nəticə 
İnsan  təfəkkürü  ona  verilən  azadlıqdan  tam  şəkildə  rasionallıqla  istifadə 
etməyi bacarmadığından “açıq cəmiyyətin” də tam şəkildə nə zamansa bərqərar 
olacağına inanmaq sadəlövhlük olardı. Doğrudur, Popper belə bir fikir irəli sü-
rür ki, sivilizasiyaların inkişafı qapalı cəmiyyətdən açıq cəmiyyətə doğru ge-
dir və qloballaşmanı nəzərə alsaq, ilk baxışdan ona haqq qazandırmaq müm-
kündür. Ancaq get-gedə dünyada birqütblülüyün güclənməsi, həmçinin milli 
dövlətlərin güc mərkəzləri tərəfindən daimi təzyiq altında saxlanılması əksər 
dövlətlərdə  mühafizəkar  meyillərin  yenidən  ön  plana  çıxmasını  sürətləndirir. 
Mühafizəkarlıq isə istənilən cəmiyyətdən bu və ya digər şəkildə qapalılıq tələb 
edən düşüncə tərzidir.      
Demokratiyaya gəlincə, əksər siyasətşünasların etiraf etdikləri kimi, son 100 
ildə o, işıqlı idealdan tam mənada siyasi məyusluq simvoluna çevrilib, nəcib 
mahiyyətindən uzaqlaşaraq tamaşa xarakteri alıb [3, s.77].    


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə