Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə95/96
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32375
1   ...   88   89   90   91   92   93   94   95   96

Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
249
Qərb sivilizasiyaları həmin prosesdə eyni cür iştirak etsələr də, nəticə etibarilə 
müxtəlif istiqamətlərdə gedən inkişafa nail oldular. Dünyaya olan münasibət 
müxtəlif əqidə prizmasından formalaşdığı üçün nəticələr bir tərəf üçün acına-
caqlı oldu: ehkamçılıq, ideyaya sadiqlik inkişafı bütövlükdə saxladı, təhrif etdi, 
insanların  bacarıq  və  qabiliyyətlərinin  formalaşması  və  tətbiqi  işində  adi  bir 
buxova çevrildi.
Bütün bu deyilənlərə baxmayaraq, tarixi proses öz inkişaf səmtini dəyişmir, 
çətinliklə də olsa ümumdünya inkişaf məcrasında öz axarı ilə gedirdi. Biz bu-
rada  tədqiq  etdiyimiz  dövrdə  Azərbaycanda  baş  verən  prosesləri  nəzərdə 
tuturuq.  Sovet  dövlətinin  tərkibində  Azərbaycan  digər  sovet  respublikala-
rı kimi müəyyən muxtariyyətə malik idi. Dövrün  fövqəldövləti olan SSRİ-nin 
qüdrətli olması kəskin ideoloji mübarizədə əks tərəfin təzyiq və təsirlərə tab 
gətirməsindən asılı idi. İdeoloji ştamplar və şüarlar insanların psixologiyasına 
aşılanır,  ictimai  şüur  formalaşır,  hər  bir  sovet  vətəndaşı  hökumətin  sadiq  və 
məsuliyyətli üzvünə çevrilirdi. Məhdud ideyalar çərçivəsində dünyanı qavra-
maq məqsədilə təhsil sistemi, istehsal, asudə vaxtın keçirilmə formaları, adət- 
ənənələrdən  istifadə  olunurdu.  Nəticədə,  böyük  çətinliklə  də  olsa    iqtisadi 
cəhətdən struktur dəyişiklikləri baş verir, yeni sosial qruplar formalaşırdı. Elm 
və təhsil sahələri də sürətlə inkişaf edirdi. Bu barədə Z.B.Göyüşov öz əsərində 
də yazır. O qeyd edir ki, peşəkar filosof-alimlərin yetişdirilməsində bir sıra rus 
alimləri,  o  cümlədən  A.O.Makovelski,  Qulyayev,  Komarovski,  Rubanovski  və 
Çiçikalovun xidmətləri olduqca böyük olmuşdur [1, s.18]. Bu alimlər hazırlıq 
məktəbini hələ Çar Rusiya dönəmində keçmişdilər. Onların potensialı olduqca 
yüksək olmuşdur. 
Azərbaycan fəlsəfi məktəbinin yaranmasında adları qeyd edilən alimlərin 
xidmətləri həm də onların fərdi elmi yaradıcılığı ilə səciyyələnir. Z.B.Göyüşovun 
tədqiqatının  üstün  cəhətlərindən  biri  də  ilkin  mənbələrə,  yəni  arxiv  materi-
allarına,  müəllifin  yaradıcılığının  məhsulu  olan  əsərlərə  müraciət  etməsidir. 
O,  respublika  və  onun  sərhədlərindən  uzaqlarda  tanınan  tədqiqatçıların 
tərcümeyi-halı ilə tanış olur, onların əsərlərinin qısa xarakteristikasını verir və 
qiymətləndirirdi.
Z.B.Göyüşovun toxunduğu məsələlərdən biri də hakimiyyət və din problemi 
idi. Artıq qeyd etmişik ki, fəlsəfi problemlərə öz münasibətini bildirənlər əsasən 
partiya  təşkilatlarının  işçiləri,  siyasi  rəhbərlər  və  liderlər  olmuşlar.  Şübhəsiz, 
onlar  gündəlik  aktual  məsələlərə  münasibət  bildirməyə  bilməzdilər.  Belə 
problemlərdən biri də din məsələsi idi. Dindarlıq həddi (xüsusilə islam dininə 
tapınma) yüksək olan bir ölkədə yeni ideoloji dəyərləri insan şüuruna aşıla-
maq o qədər də asan iş deyildi. Məhz buna görə də din nadanlıq və cəhalət 
rəmzi kimi ideya mübarizəsi obyektinə çevrilmişdi. Bu sahədə xüsusilə Ağa-
malıoğlu, Q.Musabəyov, M.Hacıyev, M.Quliyev və başqalarının tədqiqatlarının 
“xidmətlərini”  qeyd  etmək  olar.  Din  ilə  mübarizə  ideoloji  sahənin  vacib 
istiqamətlərindən biri idi. İlk növbədə tədqiqat və təbliğat işi gücləndirilir, yeni 
adət və ənənələr tətbiq edilirdi ki, insanlar dünyanı materialist ruhunda qavra-
sın və yeni ideologiya ilə dini əvəz etsin.


STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
250 
Ümumi  savadsızlıq,  gerilik,  yoxsulluq  bu  mübarizədə  bir  fürsət  idi  ki, 
kommunistlər bundan məharətlə istifadə etmişdilər.
Tarixi materializm də Z.B.Göyüşovun tədqiq etdiyi sahələrdən biri olmuş-
dur. Əsərin bütün ikinci fəsli boyunca o, tarixi materializm ideyalarının mark-
sist variantını qəbul etmiş Azərbaycan filosoflarının yaradıcılığına münasibət 
bildirməyə çalışmışdır. Geniş, hərtərəfli məlumatları  toplamış  müəllif  burada 
sübut etməyə çalışır ki, həmin dövrün tədqiqatçı-filosoflarının yaradıcılığı ol-
duqca maraqlı və rəngarəng olmuşdur. Qeyd etmək olar ki, bu tədqiqatçıların 
xidmətlərindən biri də dünya fəlsəfə xəzinəsinin inciləri ilə geniş oxucu kütləsini 
tanış  etmək  olmuşdur.  Xüsusilə  burada  C.Nağıyevin  xidmətlərini  göstərmək 
olar. Təcrübə işindən başqa, “materialist mövqedən” çıxış edən bir çox Qərb 
filosoflarının əsərləri araşdırılır, onlara münasibət bildirilirdi. Burada Z.Göyüşov 
ilk növbədə M.Hüseynovun, Ə.Seyidovun, Ə.Kazımovun, Ə.Əfəndiyevin adları-
nı çəkir [5, s. 21-51]. Qeyd edək ki, həmin müəlliflərin tədqiqat obyekti fransız 
materialistləri (Didro, Holbax, Helvetsi), Lokk, Spinoza, Dekart və Leybnist ol-
muşdur. Göründüyü kimi, əsas diqqət klassik fəlsəfi irsə, yeni dövrün filosof-
larına  yetirilirdi  ki,  bunların  da  sırasında  əsasən  materializmə  meyilli  olanlar 
əksəriyyət təşkil edir.
Tarixi  materializmin  ideyaları  ətrafında  aparılan  müzakirələr  əsasən  sin-
fi  mübarizə,  proletar  diktaturası,  sosializm  və  kommunizm  məsələləri  kimi 
kəskin  problemləri  əhatə  edirdi.  Burada  istər-istəməz  ölkə  sərhədlərini  aş-
maq,  dünyada  baş  verən  prosesləri  təhlil  etmək  zərurəti  meydana  gəlirdi. 
Şübhəsiz, istifadə oluna bləcək faktlar və materiallar vahid sovet informasi-
ya maşını – Siyasi Büro tərəfindən ifadəli şəkildə çatdırılırdı. Dəmir sədd nə 
qədər güclü olsa da, sovet dövləti tam təcrid oluna bilməzdi. Bunu yaxşı başa 
düşən sovet ideoloqları ilk növbədə kommunizm və sosializm ideyalarını bü-
tün dünyaya – ABŞ-dan tutmuş Afrika ölkələrinə qədər yaymağa çalışırdılar. 
Məlumdur ki, bir çox ölkələrdə Sovetlər Birliyi tərəfindən maliyyələşdirilən 
təşkilatlar  –  ilk  növbədə  kommunist  partiyaları  fəaliyyət  göstərir  və  onlar 
hakimiyyətə can atırdılar. Beləliklə, həm daxili, həm də xarici siyasətdə ideo-
logiyanı yaşatmaq və onun ideyalarını reallaşdırmaq cəhdləri səngimirdi (bu 
vəziyyət XX əsrin 80-cı illərinə qədər davam etmişdi).
Din amili ilə yanaşı kəskin məsələlərdən biri də milli məsələ idi. Məlumdur 
ki,  böyük  bir  ərazini  əhatə  edən  Sovetlər  Birliyində  idarəetmə  prinsipləri 
dildə  beynəlmiləl  elan  edilsə  də,  əslində,  rus  şovinizmi  üzərində  cilalanır-
dı.  Yerlərdə  etirazlar  səslənsə  də,  bunların  qarşısını  almaq  üçün  “üsyançı-
lara” dərhal damğa vurulur, onlar mətbuatda, elmi jurnal səhifələrində ifşa 
olunur,  vətəndaşlara  onların  “əsl  sifətləri”  çatdırılırdı.  Qardaşlıq  və  dostluq 
prinsiplərini bəyan edən kommunist filosoflar var qüvvələri ilə sübut etməyə 
çalışırdılar ki, bu ölkədə millətlər bərabərliyi əldə edilmiş, zülmə və istismara 
son qoyulmuşdur [1, s.81].
Z.Göyüşovun  tədqiqə  cəlb  etdiyimiz  sözügedən  monoqrafiyasında 
diqqət  yetirdiyi  məsələlərdən  biri  də  həmin  dövrdə  fəlsəfə  sahəsində  apa-
rılan  tədqiqatların  məzmunu  və  mahiyyətinin  müəyyən  edilməsi  idi.  Haq-


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə