Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə90/96
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32375
1   ...   86   87   88   89   90   91   92   93   ...   96

Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
237
ölkənin  daxilində,  ondan  iki  dəfə  çox  isə 
ölkənin xaricində azad mühit gərəkdir. Ay-
dın məsələdir ki, bu mühiti rəsmi Vaşinqton 
demokratiya uğrunda mübarizə adı altında 
bütün dünyada müdafiə edir və öz istəklərini 
bəşəri dəyərlərin təntənəsi kimi qələmə ve-
rir.  Təbii  ki,  İraq  və  Əfqanıstanda amerika-
lı  əsgərlərin  dinc  əhaliyə  tutduğu  divanı, 
həmçinin  “Quantanamo”  həbsxanasında 
məhbuslarla  etdiyi  rəftarı  xatırladıqda  in-
sanda ABŞ və bəşəri dəyərlər arasında bö-
yük bir uçurumun olduğu təəssüratı yaranır. 
Demək, ABŞ demokratiyası əslində ölkənin 
milli maraqlarının müdafiəsi üçün hətta in-
sani  dəyərlərin  də  qurban  verilməsinə  im-
kan  yaradacaq  dərəcədə  “mütəhərrikdir?” 
Bəs onda niyə digər dövlətlər öz maraqlarını 
müdafiə edən zaman Vaşinqton onları de-
mokratiyanın pozulmasında ittiham etməyə 
başlayır? Bəlkə, həmin anda Vaşinqton hü-
quqları  pozulan  insanların  halından  deyil, 
daha çox öz hərəkət azadlığının təhlükə al-
tına düşməsindən narahatlıq keçirir? Həmin 
azadlığın  ki,  onun  hesabına  ABŞ  istənilən 
ölkədə istənilən vaxt çətinlik çəkmədən ic-
timai-siyasi vəziyyəti gərginləşdirərək, yerli 
hökumətləri siyasi şantaj etmək üçün əlavə üstünlüklər qazanır.                
Doğrudur, daxili qanunvericilik nöqteyi-nəzərindən vətəndaşlarına kifayət 
qədər hüquq və azadlıqlar verən ABŞ konstitusiyası Amerika demokratiyası-
nın sarsılmaz dayağı hesab edilir. Lakin bu azadlıqların hamısı ABŞ-ın dövlət 
maraqlarının  xüsusiyyətlərinə  uyğunlaşdırılıb  və  demokratiya  anlayışı  bu 
ölkədə  heç  də  hər  kəsin  fikirləşdiyi  kimi  özbaşınalıq,  həmçinin  sərhəd  ta-
nımayan azadlıq demək deyil. Əksinə, məşhur deyimdə səsləndiyi kimi, bu 
ölkədə  “fərdin  azadlığı  dövlətin  həyati  maraqlarının  başlandığı  yerdə  sona 
çatır”.  Belə  bir  fəlsəfə  özünü    söz  azadlığından  tutmuş  fərdin  şəxsi  azad-
lıqlarına  qədər  hər  yerdə  aydın  şəkildə  büruzə  verir.  Hələ  XIX  əsrdə  ABŞ 
dövlətçiliyinin təşəkkülündə müstəsna pay sahibi olmuş Tomas Cefferson ya-
zırdı ki, “Mətbuatın azad şəkildə istədiyini yazdığı bir ölkədə heç kəs özünü 
azad hiss edə bilməz”. Yəqin ki, bu sözlərdən insanların şərəf və ləyaqətini 
alçaldan, cəza aldıqları zaman isə bunu mətbuat azadlığının pozulması kimi 
hər  yana  car  çəkən  bəzi  mətbu  orqanlarımız  özləri  üçün  zəruri  nəticələr 
çıxaracaqlar.  ABŞ-ın  keçmiş  prezidenti  Corc  Buşun  hakimiyyəti  illərində 
(2000-2008) terrorizm təhlükəsi bəhanə gətirilərək, dinc amerikalıların bü-
tün telefon danışıqlarının dinlənilməsinə icazə verilmişdi. Bu isə ABŞ qanun-
Doğrudur, daxili 
qanunvericilik nöqteyi-
nəzərindən vətəndaşlarına 
kifayət qədər hüquq və 
azadlıqlar verən ABŞ 
konstitusiyası Amerika 
demokratiyasının sarsılmaz 
dayağı hesab edilir. Lakin 
bu azadlıqların hamısı 
ABŞ-ın dövlət maraqlarının 
xüsusiyyətlərinə 
uyğunlaşdırılıb və demokratiya 
anlayışı bu ölkədə heç də 
hər kəsin fikirləşdiyi kimi 
özbaşınalıq, həmçinin sərhəd 
tanımayan azadlıq demək 
deyil. Əksinə, məşhur deyimdə 
səsləndiyi kimi, bu ölkədə 
“fərdin azadlığı dövlətin həyati 
maraqlarının başlandığı yerdə 
sona çatır”.


STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
238 
larına əsasən vətəndaş üçün konstitusiya ilə nəzərdə tutulmuş azadlıqların 
məhdudlaşdırılması demək idi. Baxmayaraq ki, ölkədə vəziyyət heç də ABŞ 
hakimiyyət  dairələrinin  iddia  etdiyi  kimi  təhlükəli  deyildi.  Tarixən    ABŞ-ın 
öz hərbi və siyasi maraqları naminə dəfələrlə demokratiyanı tapdaladığına 
dəlalət edən faktların olduğunu artıq yuxarıda qeyd etdiyimizdən, məsələni 
əlavə nümunələrlə uzatmağın mənası yoxdur. 
Lakin məqaləni başa vurmamışdan öncə ABŞ hakimiyyətinin bu gün dün-
yanın bir sıra dövlətlərini nüvə silahı yaradaraq, həmçinin bakterioloji silah-
lar əldə edərək bəşəriyyəti təhlükə qarşısında qoymasına dair səsləndirdiyi 
ittihamları  onların  öz  davranışları  fövqündə  şərh  etmək  pis  olmazdı.  İra-
nı    əldə  ciddi  sübutlar  olmadan  nüvə  silahının  yayılmasında  günahlandı-
ran  ABŞ-da  1960-cı  il  avqustun  29-da  Senatın  Beynəlxalq  münasibətlər 
komitəsinin  hazırladığı  məruzədə  bioloji  silahın  istifadəsi  və  onun  hərbi 
əməliyyatlarda,  həmçinin  təxribatlarda  tətbiqi  ətraflı  şəkildə  təhlil  olunur, 
həmçinin  bu  silahın  üstünlüklərinə  bir  növ  “bəraət  qazandırılır”:  “Bioloji 
müharibədə tətbiq olunan və xəstəlik törədən mikroorqanizmlərin təbiəti 
onları  məxfi  əməliyyatlarda  və  təxribat  əməliyyatlarında  müvəffəqiyyətlə 
istifadə etməyə imkan verir”. 
9  il  sonra  ABŞ  Senatında  keçirilmiş  iclaslardan  birinin  materiallarına 
nəzər  saldıqda  isə  (1969-cu  ilin  may  ayı)  sanki  rəsmi  Vaşinqtonun  ona  qar-
şı səsləndiriləcək ittihamlara bəraət hazırladığı təəssüratı yaranır: “Xəstəliklər 
törədən  orqanizmlərin  bu  və  ya  digər  şəkildə  təbiətdə  mövcudluğu  ilə 
əlaqədar  olaraq  bioloji  silahla  həmlənin  hazırlanmasında  ittihamları  sübut 
etmək çətindir. Bu orqanizmlər gizli surətdə gətirilmişdirsə, etiraz etmək olar 
ki, yaranmış vəziyyət öz-özünə əmələ gələn epidemiyanın nəticəsidir. Dünya 
minlərlə epidemiya keçirmişdir və həmişə dünyanın hər hansı rayonunda hər 
bir xüsusi xəstəliyin ilk halı olmalıdır... Başqa dəlillər olmadıqda bu və ya digər 
xəstəliyin baş verməsi bioloji həmlənin sübutu ola bilməz”. 
Təbii ki, əgər tarix sonralar ABŞ-ın ona rəqib olan dövlətlərə münasibətdə 
məruzələrdə    əksini  tapmış  davranışı  nümayiş  etdirməsəydi,  bu  gün  həmin 
məruzələrin  iqtibas  edilməsinə  ehtiyac  yaranmazdı.  Belə  ki,  1971-ci  ildən 
etibarən (məruzənin hazırlanmasından iki il sonra) SSRİ-nin Amerika qitəsindəki 
dayağı  hesab  edilən  və  ABŞ  üçün  arzuolunmaz  olan  Kubadakı  kommunist 
rejiminə iqtisadi zərbə vurmaq və adanın əhalisini psixoloji cəhətdən qorxut-
maq üçün Vaşinqtonun xüsusi xidmət orqanlarının əli ilə bu ölkəyə qarşı bio-
loji müharibəyə başlanması haqqında siyasi qalmaqallar bir-birini əvəz etməyə 
başladı.  Əvvəlcə  Mərkəzi  Kəşfiyyat  İdarəsinin  adının  çəkilməsini  istəməyən 
zabitlərindən  biri  1977-ci  ildə  “Nyusdey”  qəzetinə  müsahibəsində  ABŞ 
kəşfiyyatının Kubadakı agentlərinə virus dolu xüsusi borucuq ötürdüyünü etiraf 
edir. Bu borucuğun dinc əhalinin mənafeyinə xidmət etmədiyini bildirmək isə, 
yəqin ki, artıqdır. Dövrün mətbuatını, həmçinin ümumi xronikasını izləyərkən 
məlum  olur  ki,  ABŞ  zabitinin  bu  etirafı  ilə  Kubada  öldürücü  epidemiyaların 
sürətlə yayılması eyni vaxta təsadüf edir. Həmin xəstəliklər arasında Kubanın 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə