Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə93/96
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32375
1   ...   88   89   90   91   92   93   94   95   96

Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
245
qında əhatəli nəşrlərin hazırlanaraq təqdim 
edilməsi  son  dərəcə  vacib  məsələdir. 
Azərbaycanın  fəlsəfi  düşüncə  tarixi  və 
ənənəsinin  belə  şəkildə  təqdimi  və  yayıl-
ması yalnız  milli məkan üçün deyil, həm də 
ilk növbədə beynəlxalq miqyasda ölkəmizin 
nüfuzu üçün mühüm töhfə ola bilər. 
Bu məqalədə XX əsr  Azərbaycan fəlsəfəsi 
tarixinin  tədqiqi  sahəsində  görkəmli  alim 
Z.B.Göyüşovun yaradıcılığına nəzər salınır.
Azərbaycanda XX əsrin 20-50-ci illərində 
fəlsəfə  tarixi  sahəsindəki  araşdırmaların 
təhlili,  onun  nəzəri-metodoloji  əsaslarının 
axtarışı göstərir ki, bu dövrdə uğurlarla yanaşı, zaman ilə müəyyən edilən bir sıra 
çatışmayan cəhətlər də formalaşmışdır. Bu sahədə öz fikrini bildirməyə çalışan, 
Azərbaycan fəlsəfə tarixinə ümumi nəzər salmağa cəhd edən tədqiqatçılardan 
biri də Z.B.Göyüşov olmuşdur.
İlk növbədə qeyd edək ki, istər Z.B.Göyüşovun, istərsə də digər tədqiqatçıların 
yaradıcılığında fəlsəfəyə və onun tarixinə münasibət bir sıra amillərlə şərtlənir. 
Həmin amillər aşağıdakılardır:
–  Azərbaycanda  fəlsəfənin  inkişaf  xüsusiyyətləri  (sahələr,  istiqamətlər, 
tədqiqatçıların keyfiyyət tərkibi);
–  dövrün mənəvi həyatının, mədəniyyətinin forma və məzmun baxımından 
formalaşması;
–   mövcud sosial-siyasi quruluşun xüsusiyyətləri;
–   elmi-texniki inqilab baxımından elm və təhsilin inkişaf etdirdiyi sahələr və 
istiqamətlər və s.
Tədqiq  edilən  dövrün  ən  sanballı  mənbəyi  Z.B.Göyüşovun  “Sovet 
Azərbaycanında fəlsəfi fikir (Qısa oçerk)” əsəridir. Burada sistemli və mərhələli 
şəkildə  1920–1975-ci  illərdə  sovet  dövrünə  aid  proseslər  izlənilmiş,  onla-
ra qiymət verilmişdir. Müəllif ilk növbədə sovet hakimiyyətinin qurulması və 
ölkədə  marksizm-leninizm  ideologiyasının  bərqərar  olmasına  dair  fikirlərini 
açıqlayır, məsələlərə münasibət bildirir. Əsərdə həmçinin formalaşmaqda olan 
fəlsəfə sahələrinə – dialektik və tarixi materializmə aid tədqiqatlar, fəlsəfi kadr-
ların yetişdirilməsi, fəlsəfi araşdırmalar aparan təşkilatların fəaliyyəti haqqında 
məlumat verilir. Bütövlükdə elmin fəlsəfəsi, fəlsəfə tarixi, etika, məntiq, esteti-
ka, elmi ateizm kimi fəlsəfə sahələrinin vəziyyəti qiymətləndirilir. Öyrəndiyimiz 
sahənin  təhlilində  Z.B.Göyüşovun  xidmətləri  olduqca  çoxdur.  Mümkün 
qədər  əhatəli,  məntiqilik  və  tarixilik  prinsiplərinə  cavab  verən  tədqiqatında 
Z.B.Göyüşov Azərbaycan fəlsəfəsi tarixinin maraqlı oçerkini yaratmışdır” [1].
Bununla belə, tarixi dövr bizdən uzaqlaşdıqca biz başa düşürük ki, burada 
təhlil üçün hələ çox imkanlar var. Bir çox suallar öz cavabını gözləyir. Məlumdur 
ki,  fəlsəfə  yalnız  peşəkarlar  tərəfindən  yaradılmır.  Z.Göyüşovun  tədqiqatı  isə 
məhz  peşəkar  filosofların  yaradıcılığına  həsr  olunmuşdur.  Burada  metodolo-
Qərb tədqiqatçılarının 
müşahidəsinə görə, müasir 
sosial reallığı özündə əks 
etdirən terminlərin məzmunu 
müəyyən ərazi, region, 
sivilizasion yanaşma və yaxud 
sosial quruluşa uyğun olaraq 
yozulur, sosial baxımdan 
dəyərləndirilir. 


STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
246 
ji məsələlər də unudulmayıb, fəlsəfənin inkişaf xüsusiyyətlərinin tarixi mərhələ 
ilə  həmahəng  olması  barədə  fikirlərə  də  rast  gəlirik.  Məsələn,  əsərin  “Giriş” 
hissəsində qeyd olunur ki, “Azərbaycan fəlsəfi fikri ərəbdilli və farsdilli orta əsr 
fəlsəfəsinin ayrılmaz hissəsi kimi inkişaf edirdi, bununla belə, burada Azərbaycan 
milli təfəkkürünün özünəməxsusluğu da öz ifadəsini tapmışdır [1, s. 3-4].
Daha sonra metodoloji cəhət həm də onda ifadə olunur ki, müəllif fəlsəfənin 
əsas məsələsinin həlli baxımından (dünyanın yaranışında ruhun, yaxud mate-
riyanın  birinciliyi  və  dünyanın  idarə  olunması  məsələsi)  müxtəlif  cərəyan  və 
istiqamətin üstünlük təşkil etməsinə dair öz mövqeyini bildirir.
Müəllif əsaslı olaraq vurğulayır ki, araşdırılan dövrdə Azərbaycan fəlsəfəsi 
ümumsovet fəlsəfi elminin tərkib hissəsi kimi inkişaf etmişdi [1, s. 5].
Həmin  dövrün  “amalı”  burjua  ideologiyasını  ifadə  edən  fəlsəfi  ideyalara 
qarşı mübarizənin aparılması olmuşdur. Təsadüfi deyil ki, həmin dövrdə xaricdə 
çıxan ədəbiyyata münasibət bildirilərkən məqalənin, kitabın, monoqrafiyanın 
adında mütləq “tənqid” sözü verilirdi, hərçənd həmin tənqid olunan yanaşma-
lar və metodikalardan gen-bol istifadə olunurdu. 
Z.B.Göyüşovun  yazdığı  əsərin  məziyyətlərindən  biri  də  marksist-leninçi 
fəlsəfənin  müxtəlif  sahələrinə  aid  tədqiqatların  geniş  icmalının  verilməsidir. 
Bundan  başqa,  müəllif  əsas  diqqəti  həm  də  fəlsəfi  kadrların  formalaşma-
sı  və  yerləşdirilməsi  məsələsinə  yönəltmişdir.  Bütövlükdə  bu  işin  uğurlu 
tərəflərindən biri də XX əsrin 20-ci illərindən etibarən özünə müasir olan dövrə 
qədər fəlsəfədə inkişaf xəttinin müəyyən edilməsi, burada elmi tədqiqatların 
əsas istiqamətlərinin göstərilməsi olmuşdur.
Müəllifin  fikrincə,  bu  dövr  ərzində  uğurlar  az  olmamışdır.  Həmin  dövrdə 
yaşayıb-yaradanlar  sırasında  A.O.Makovelski,  A.S.Şakirzadə,  F.Q.Köçərli, 
M.M.Səttarov kimi tədqiqatçıların adlarını qeyd etmək olar. Adları qeyd edilən 
müəlliflərdən fərqli olaraq, Z.B.Göyüşov bütövlükdə fəlsəfə sahəsinin tarixi ic-
malını verməyə uğurlu bir cəhd etmişdir.
İndi  isə  müəllifin  konseptual  yanaşmasının  bir  neçə  xüsusiyyəti  üzərində 
daha ətraflı dayanaq.
Qeyd  etdiyimiz  kimi,  sosial  elmlər,  bir  çox  cəhdlərə  baxmayaraq, 
qiymətvermədən,  yəni  həmin  dövrün  ideoloji  buxovundan  uzaqlaşa 
bilməmişdir. Bu, bütün ictimai elmlərə, o cümlədən fəlsəfəyə aiddir. Bu cür ya-
naşmaya indi də rast gəlinir. Qərb tədqiqatçılarının müşahidəsinə görə, müasir 
sosial reallığı özündə əks etdirən terminlərin məzmunu müəyyən ərazi, region, 
sivilizasion yanaşma və yaxud sosial quruluşa uyğun olaraq yozulur, sosial ba-
xımdan dəyərləndirilir [6].
Tədqiq edilən dövrdə yazılan əsərlər daha çox konyuktur xarakter daşıyır, 
ideoloji tələblərdən irəli gələn mahiyyət kəsb edirdi. Bu fikrimizi Z.B.Göyüşovun 
aşağıdakı  fikri  də  təsdiqləyir:  “İdeologiya  sahəsində  Azərbaycan  Kommunist 
Partiyasının  Mərkəzi  Komitəsi  məqsədyönlü  və  ardıcıl  iş  apararaq,  bunun-
la respublikada mənəvi-siyasi atmosferin sağlamlaşması, kommunist əxlaqın 
antikodlarına qarşı aparılan uğurlu və ardıcıl mübarizənin davam etdirilməsi 
üçün şərait yaradırdı. İlk növbədə bu, peşəkar kadrların hazırlanması və partiya 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə