Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə94/96
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32375
1   ...   88   89   90   91   92   93   94   95   96

Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
247
təşkilatlarının bu məsələyə göstərdiyi qayğı 
və diqqətdə özünü göstərirdi” [1, s. 5-6].
Z.B.Göyüşov  problemlərin  təhlilinə 
keçməzdən əvvəl, burada sistemli yanaşma 
əsasında  həm  xronoloji,  həm  də  məntiqi 
təhlil  aparmağa  cəhd  edir.  Kitabın  birinci 
bölməsində  Azərbaycan  tədqiqatçılarının 
dialektik 
materializm 
probleminə 
münasibətləri  öyrənilir.  N.Nərimanov,  Ağa-
malıoğlu,  R.Axundov  və  digər  ictimai-si-
yasi xadimlərin bu sahədə mövqeləri təhlil 
edilir.  Göstərilir  ki,  marksizm  təlimi  və 
onun  davamçıları  olan  kommunist  elita-
sı  mühafizəkar  mövqedə  duraraq,  həmin 
dövrün  ideoloji  mübarizəsinin  bütün  ça-
larlarını öz yaradıcılıqlarında ifadə etmişlər. 
Həmin dövr üçün aktual hesab edilən mexanistlərlə marksistlərin polemika-
sına  R.Axundov  münasibət  bildirmişdir.  Burada  metafiziklik,  təftişçilik  kimi 
keyfiyyətlər ifşa olunur, marksizm fəlsəfəsinin mövqeləri əsaslandırılır.
Xatırladaq  ki,  ilk  yaradılmış  sosialist  dövləti  ilə  bütün  kapitalizm  dünyası 
arasında dərin səddin olması bir çox elm sahələrində, o cümlədən fəlsəfədə 
yuxarıda qeyd edilən problemləri yaratmışdır. Sosial-siyasi prinsiplərin təsiri bir 
çox elm sahələrinin ləngiməsinə, təhrif olunmuş istiqamətdə inkişafına gətirib 
çıxarmışdır.
Birtərəflilik  xüsusilə  özünü  məhz  sosial  elmlər  sahəsində  ifadə  etmişdir. 
“Yeganə doğru olan” elm sayılan marksizm (Marksın təlimindən bəzən çox uzaq 
olan), demək olar ki, bütün tədqiq etdiyimiz dövrdə öz təsirini göstərməkdə 
davam edirdi. Azərbaycanda bu sahədə daha çox “canfəşanlıq” edənlər adlarını 
yuxarıda qeyd etdiklərimizlə yanaşı, S.M.Əfəndiyev, Q.Musabəyov, A.Q.Qarayev, 
A.Sultanova  və  başqaları  olmuşdur.  Z.B.Göyüşovun  haqlı  olaraq  qeyd  etdi-
yi  kimi,  fəlsəfə  sahəsində  marksizm  ideyalarını  müdafiə  edənlər  sırasında 
digər elm sahələrinin nümayəndələri, o cümlədən A.Y.Əfəndiyev, Ə.Y.Seyidov, 
B.Həsənbəyov, A.Məmmədbəyov və başqaları da olmuşdur [1, s.14].
Əsərdə  qeyd  olunur  ki,  siyasi  xadimlər  və  digər  elm  sahələrinin 
nümayəndələri ilə yanaşı, həm də peşəkar səviyyədə fəlsəfi-elmi tədqiqatların 
aparılması üçün xüsusi təşkilat və idarələrin yaradılması respublikada fəlsəfənin 
formalaşması və təşəkkül tapması üçün vacib olan amillər idi. XX əsrin 20–30-
cu illərində Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu yaradılmışdır. Burada 
digər sosial problemlərlə yanaşı, yeni yaradılmış Fəlsəfə şöbəsində fəlsəfənin 
müxtəlif  sahələri  üzrə  tədqiqatlar aparılırdı.  Z.Göyüşov  özü  də  vurğulayır  ki, 
burada aparılan iş sırf ideoloji mübarizə zəminində qurulurdu. Məsələn, Ca-
hangir Nağıyev  fəal mövqeyi ilə işçilərdən fərqlənirdi. Onun birbaşa iştirakı ilə 
həmin dövrdə BDU-da Fəlsəfə kafedrası, “İnqilab və mədəniyyət” jurnalında isə 
“Fəlsəfə” bölməsi açılmışdı [1, s.15].
Avropada Birinci Dünya 
müharibəsindən sonra 
formalaşan yeni siyasi 
münasibətlər və iqtisadi durum 
dünyada yeni münasibətin 
yaranmasına səbəb olmuşdur. 
Məlumdur ki, XX əsrin birinci 
yarısında mənəvi həyatda 
baş verən bir sıra dəyişikliklər 
həm də əvvəlki əsrdə baş 
vermiş elmi çevrilişlərlə bağlı 
olmuşdur. 


STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
248 
Bütün bu proseslərin ürəkaçan tərəfi kimi fəlsəfənin ayrıca bir elm sahəsi ola-
raq peşəkar səviyyədə inkişaf etməsinə cəhdi qeyd etmək olar. Tədqiqatçıların 
savadlı  və  qabiliyyətli  (məsələn,  C.Nağıyev)  olmalarına  baxmayaraq,  ideoloji 
amil bu sahənin kifayət qədər ləngiməsinə, geridə qalmasına və təhrif olunma-
sına səbəb olmuşdur. Xüsusilə bu dövrdə marksizm fəlsəfəsinin bir çox sahələri 
inkişaf etdirilmişdir. Z.B.Göyüşovun sözügedən əsərinin olduqca əhatəli olma-
sına baxmayaraq, burada bir çox məsələlər axıra qədər öyrənilməmişdir. Bunu 
müəllifin özü də etiraf etmişdir. Məsələn, o qeyd etmişdir ki, C.Nağıyevin bir 
çox əsəri indiyə qədər tapılmamışdır [1, s.17].
Şübhəsiz,  həmin  dövrün  marksist  filosofları  savad  və  qabiliyyət  baxımın-
dan  yüksək  səviyyəli  olub,  öyrəndikləri  məsələlərə  birmənalı  münasibət 
sərgiləməmişdilər. Təsadüfi deyil ki, XX əsrin 20–30-cu illərinin repressiya qur-
banları içərisində kifayət qədər filosof-alim var idi.
Dünya  fəlsəfə  elmində  gedən  proseslərin  özünəməxsusluğu  burada 
müəyyən parametrləri aşkar etməyə imkan vermir. Lakin bir şeyi qeyd etmək 
olar ki, bu dövrdə kommunist və antikommunist ideologiyalar qarşı-qarşıya 
dururdu. Avropada Birinci Dünya müharibəsindən sonra formalaşan yeni si-
yasi münasibətlər və iqtisadi durum dünyada yeni münasibətin yaranmasına 
səbəb olmuşdur. Məlumdur ki, XX əsrin birinci yarısında mənəvi həyatda baş 
verən bir sıra dəyişikliklər həm də əvvəlki əsrdə baş vermiş elmi çevrilişlərlə 
bağlı olmuşdur. Biz burada ilk növbədə hüceyrənin kəşfini, Darvinin yaratdığı 
təkamül nəzəriyyəsini, nüvə şüalanmasını nəzərdə tuturuq. Artıq dünya elmi-
texniki inqilab astanasında durmuşdu. Belə bir şəraitdə ideoloji qarşıdurma 
ilk növbədə elm və texnika sahəsində rəqabətin güclənməsi ilə nəticələnirdi.
Digər  bir  istiqaməti  də  burada  qeyd  etmək  istərdik.  Təbii  və  humanitar 
elmlərin sürətli inkişafı XIX əsrin ortalarında sosial elmlərin bir çox sahələrinin, 
o  cümlədən  iqtisadi  nəzəriyyənin,  sosiologiyanın  və  antropologiyanın,  hu-
manitar  elmlərdən  isə  psixologiyanın  inkişafına  səbəb  olmuşdur.  Bu  da  öz 
növbəsində sosial və humanitar elmlərdə insanın diqqət mərkəzinə gəlməsinə 
səbəb olmuşdur. 
Həmin dövrün elmi təfəkkürünün inkişaf xüsusiyyətlərindən biri də sosial 
elmlərin  kateqorial  aparatının  formalaşmasında  yaranan  ziddiyyətlər  olmuş-
dur.  Məlumdur  ki,  hətta  pozitivizmin  yeni  mərhələsi  olan  neopozitivizmdə 
fəlsəfənin  elmin  dili  kimi  istifadə  olunması  məsələsi  irəli  sürülmüşdü.  Elmin 
inkişaf sürətinə nisbətdə ehkamçılıq və buna bənzər hallara qarşı çıxış etmək 
yolunu bəzi tədqiqatçılar (məsələn, neokantçılar) cəmiyyət və təbiət qanunları-
nın fərqləndirilməsində, onların qarşı-qarşıya qoyulmasında görürdülər. Vaxtilə 
F.Nitsşe dünyanı “hər an dəyişən yalan” adlandırmışdı [2, s.6].
Ehkamçılıqdan  uzaq  olmaq  missiyasını  öz  üzərinə  götürən  Avropa  və 
Amerika tədqiqatçıları elmi-texniki inqilabın imkanlarından faydalanaraq, bir 
tərəfdən, elmin humanitar sahələrini, o cümlədən tarixi, hüququ, dilçiliyi, psixo-
logiyanı inkişaf etdirir, digər tərəfdən də dünyanı praktiki cəhətdən fəth etməyi 
davam etdirirdilər. Təsadüfi deyil ki, bu proses ABŞ-da praqmatizm kimi böyük 
bir  fəlsəfi  cərəyanın  yaranması  ilə  nəticələnmişdir.  Göründüyü  kimi,  Şərq  və 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə