Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə88/96
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32375
1   ...   84   85   86   87   88   89   90   91   ...   96

Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
233
na sahibdir. Açıq cəmiyyət, Berqsonun təbirincə desək, hər bir fərdin yeni “so-
sial orqanizm” ərsəyə gətirə biləcəyi münbit məkandır. Müasir rusiyalı fəlsəfə 
tədqiqatçısı A.F.Zotov özünün “Müasir Qərb fəlsəfəsi” adlı kitabında Berqsonun 
“açıq cəmiyyəti” “qapalı cəmiyyətlə” qarşılaşdırdığını xüsusi olaraq vurğulayır 
və fikirlərinə onu da əlavə edir ki, fransız filosofunun siyasi cəmiyyət haqqın-
dakı mülahizələri onun intellektin fəlsəfəsinə dair düşüncələri ilə həmahəng 
səslənir.  
Belə  ki,  “Yaradıcı  təkamül”  adlı  kitabında  hissiyyatla  intellekti  iki  fərqli 
qütb  kimi  qarşı-qarşıya  qoyan  Berqson  qapalı  cəmiyyətlərin  “intellektin 
dağıdıcı  gücünə”  daima  müqavimət  göstərdiyini  yazır.  Bu  müqavimətin 
təşkilində “qapalı cəmiyyətin” əsas müttəfiqi “ətalətdə olan din” və mənəvi 
borc hissləridir. Mənəvi borc dedikdə qapalı cəmiyyətlərdə başa düşülən əsas 
anlayışlar adət və ənənə məfhumlarıdır. Yəni “qapalı cəmiyyət” istənilən yeni-
liyi əsrlərlə bərqərar olmuş adət-ənənənin, idarə üsulunun və həyat tərzinin 
dəyişilməsinə  cəhd  kimi  qiymətləndirir,  müvafiq  olaraq  da  bu  cəhdə  qarşı 
var gücü ilə mübarizə aparır. Berqson çox düzgün qeyd edir ki, bu iki anlayış, 
yəni ənənəçilik və yeni fikir bir-birinə qarşı amansız şəkildə duran iki fərqli, 
barışmaz fikir tərzidir [4, s.95-97].  
Qapalı cəmiyyətlərdə əsas hərəkətverici qüvvə “müharibə instinktidir” və bu 
cür cəmiyyətlərin şüarı da məhz gücdən irəli gələn təfəkkür tərzindən qaynaq-
lanır: “Hakimiyyət iyerarxiya və sabitlikdir”. Sadə dillə desək, qapalı cəmiyyət 
sabit iyerarxiyaya tabe olan güclü və sabit hakimiyyətin olmasını özündə ehtiva 
edir. Belə cəmiyyətlərdə sabitliyin pozulması ənənəvi iyerarxiyanın dağılması-
na və hakimiyyətin zəifləməsinə gətirib çıxarır ki, bu da mühafizəkarlar üçün 
məqbul olmayan inkişaf ssenarisidir. Tarix isə sübut edir ki, iyerarxiyanın pozul-
masına gətirib çıxaran başlıca amil tənqidi fikrin meydana gəlməsidir. Ənənəvi 
quruluşu tənqid edən intellekt cəmiyyətin gələcək inkişafı üçün yeni idarəçilik 
modelləri təklif etməyə başlayır ki, həmin modellərin hər biri öz növbəsində 
mühafizəkar  hakimiyyətlə  ziddiyyət  təşkil  etməkdədir.  Sonralar  Popper 
tərəfindən oxşar interpretasiyada irəli sürülmüş “açıq cəmiyyət” modeli özünün 
tam təzahür formasında bir sıra şərtlərin olmasını nəzərdə tutur. V.A.Baçinin 
özünün politologiyaya dair ensiklopedik sorğu lüğətində bu şərtlərin sayını 11 
olaraq göstərir: 1) insanların ənənələrin mahiyyətinə, qadağalara və hakimiyyət 
orqanlarının  fəaliyyətinə  tənqidi  yanaşması;  2)  dövlət  strukturlarının,  sosial 
münasibətlərin, fərdlərin həyat fəaliyyətinin rasional əsaslara söykənməsi; 3) 
dini dəyərlərin dünyəviləşməsi, daha doğrusu, insanların fəaliyyətini yönəldən 
əsas mənəvi dəyərlərin sağlam təfəkkürə və humanizmə əsaslanması; 4) hər 
bir fərdin onun təfəkkürü tərəfindən diqtə olunan təşəbbüsləri həyata keçirə 
bilməsi  üçün  zəruri  olan  hərtərəfli    azad  mühitin  yaradılması;  5)  intellek-
tual  azadlığın  inkişafına  imkan  yaradan  sosial  şəraitin  yaradılması;  6)  fərdin 
özünü  sübut  etməsinə  və  mənsəb  pilləsi  ilə  yüksəlməsinə  imkan  verən  il-
kin  şərtlərin  bərqərar  edilməsi;  7)  cəmiyyətin  sosial  münasibətlərin  daima 
təkmilləşdirilməsinə doğru məqsədyönlü şəkildə irəliləmək niyyətinin olması; 
8) ayrı-ayrı fərdlərin, təfəkkür və iradələrin mütərəqqi mübarizəsi üçün tələb 


STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
234 
olunan mühitin yaradılması; 9) cəmiyyətin siyasi həyatının bütövlüklə zorakılığı 
istisna edən hüquq sisteminə tabe edilməsi; 10) mülki hüququn tamamilə fərdi 
azadlıq prinsiplərinə uyğunlaşdırılması; 11) cinayət hüququnun və onunla bağ-
lı olan qanunvericilik fəaliyyətlərinin mənəvi əsaslar əsasında icrası, xüsusilə də 
günahsızlıq prezumpsiyası anlayışı üzərinə oturdulması [2, s.168-169].  
Lakin Berqson tərəfindən nəzəri əsasları hazırlanmış, Popper tərəfindən isə 
müvəffəqiyyətlə təbliğ edilmiş “açıq cəmiyyət” fəlsəfəsinin vaxtilə bir sıra ta-
nınmış mütəfəkkirlər tərəfindən haqlı olaraq tənqid edilməsi də heç kim üçün 
sirr  deyil.  Məsələn,  F.Nitsşe  demokratiyanı  və  ümumiyyətlə,  açıq  cəmiyyətin 
özündə  ehtiva  etdiyi  əksər  azadlıqları  insanın  tərəqqisi  üçün  ziyanlı  hesab 
edirdi.  Nitşenin  fikrincə,  açıq  cəmiyyətin,  yəni  demokratiyanın  tam  mənada 
təntənəsi  aristrokratik  ruhu  məhv  edir,  əvəzində  isə  hakimiyyət  “cəmiyyətin 
tozu” olan sıravi xalqın əlinə keçir. Təbii ki, Nitşenin fikirlərini birmənalı şəkildə 
şərh etmək düzgün olmazdı, lakin bu fikirləri birmənalı şəkildə rədd etmək də 
doğru deyil. Ən azından ona görə ki, bəşər övladının kosmosu fəth etməsinə 
baxmayaraq, onun siyasi təfəkkürü hələ də Popperin haqqında danışdığı açıq 
cəmiyyəti tam mənada bərqərar etməyə imkan vermir. İnsanın siyasi təfəkkürü 
mükəmməllikdən uzaqdır və hər bir fərdin ayrılıqda irəli sürdüyü təşəbbüs heç 
də rasional ola bilmir [4, s.97].  
Doğrudur, söz azadlığı prinsipi nöqteyi-nəzərindən hər kəsin bu və ya digər 
məsələyə  dair  mülahizələrinə  səbrlə  qulaq  asmaq  mütləqdir,  yalnız  heç  kəs 
bu  fikirlərin  hamısının  sağlam  təfəkkürün  məhsulu  olduğuna  təminat  verə 
bilməz. Bunun üçün də güclü dövlətçilik ənənələri formalaşdırmaq istəyində 
olan ölkə əsla hər bir ideyanın hakimiyyət mexanizmlərinə nüfuz etməsinə im-
kan verməməlidir. Dövlətçiliyini demokratiyaya və ictimai fikrə qurban verən 
ölkələrin isə faciə ilə qarşılaşdıqlarını tarix dəfələrlə sübut edib. Nümunə kimi 
deyə bilərik ki, 1933-cü ildə azad seçki ilə hakimiyyətə gələn və öz ideyalarını 
asanlıqla hakimiyyətin ən yuxarı eşelonlarına qədər yaymağa müvəffəq olan 
nasistlər sonradan həm alman xalqını, həm də bütün Avropanı hansı faciələrlə 
üz-üzə qoydu. Bu mənada kommunist təhlükəsi yarandığı zaman ABŞ-ın və 
bir sıra aparıcı Avropa dövlətlərinin öz ərazilərində kommunist partiyalarının 
fəaliyyətinə  qadağa  qoyması  gələcək  faciələrin  qarşısını  alan  hərəkət  kimi 
qəbul edilə bilər. 
Heç şübhə yoxdur ki, açıq cəmiyyətlərin bütün dünyada tam təntənəsinə 
maneə yaradan başqa bir mühüm tarixi-siyasi amil müharibələrdir. Bəşəriyyət 
tarixində  ilk  müharibələr  başladıqdan  və  dövlət  təşəkkül  tapdıqdan  sonra 
müharibələr əsas genişlənmə faktoru qismində çıxış etmişdir. Müasir dövrdə 
müharibələrin  aparılma  vasitələri  dəyişdirilsə  də,  onların  mahiyyətində  ciddi 
dəyişikliklər baş verməyib. Yenə də əsas məqsəd qarşı tərəfi neytrallaşdırmaq, 
onun tabeliyindəki qüvvələri bütün mümkün vasitələrlə zərərsizləşdirməkdən 
ibarətdir.  Bu  isə  açıq  cəmiyyətin  demokratik  formalaşma  prinsiplərinə 
tamamilə ziddir. Yəni əgər açıq cəmiyyət fəlsəfəsi dövlət quruculuğunu və ic-
timai münasibətləri demokratik və sivil başlanğıclar əsasında nəzərdə tutursa, 
müharibə fəlsəfəsi bütünlüklə güc amilinə söykənir [5].   


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə