Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə87/96
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32375
1   ...   83   84   85   86   87   88   89   90   ...   96

STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
230 
27. “Азербайджан” (газета), Баку,  1918-1919. 
28. “Голос России” (газета), Тифлис, 1919, 4  ноября, № 25. 
29. Гулиев Р. Из истории азербайджано-грузинских торговых связей в 1918-1920 годах 
(в контексте таможенных отношений) // “Кавказ и Мир”, Тбилиси, 2011, №11.
30. “Народное Хозяйство”, Изд. СНХ АССР, 1920, № 1-2.
31. Свод законов Российской империи. т. XI, ч. II, 1906 г.
32.  Юсифзаде  С.З.  Азербайджано-Британское  отношения  (1918-1920  гг.):  Дис.  … 
док. ист. наук. Баку, 2004, -290 с.
Rofat  Guliyev 
Protection of national interest in the custom-tax policy of the 
Azerbaijan Democratic Republic (in the context of oil export)
In the article, a special strategic significance of the oil export in the external 
economic politics of the Azerbaijan Democratic Republic and in particularly 
the  activites  of  the  governmentcustoms  tariff  in  this  field.  The  only  way  to 
foreign markets via the Baku-Batumi oil pipeline through Georgia was railway. 
Without the consent of the Government British military command led thou-
sands of tons of oil from the country withnout paying any taxes. Oil and oil 
products export customs duties and excise taxes, which was an important part 
of the budget revenues.
The author analyses some difficulties in the increasing specific proportion 
of the customs duties excises and other tax duties in the profitable part of the 
state treasure on account of the of oil and oil products.
Рофат  Гулиев 
Зашита национальных интересов в таможенно-налоговой 
политике Азербайджанской Демократической Республики
(в контексте экспорта нефти)
В  статье  указывается  на  особое  стратегическое  значение  нефтяного 
экспорта  во  внешне  экономической  политике  Азербайджанской  Демо-
кратической Республики, на особенности таможенно-тарифной деятель-
ности правительства в этой области. Единственным способом выхода на 
зарубежные рынки был железнодорожный узел через территорию Гру-
зии и нефтепровод Баку-Батуми. Без согласия правительства, Британское 
военное командование вывезло из страны тысячи тонн нефти, причем не 
платя никаких налогов. Таможенная пошлина и акцизные сборы от вывоз-
ных нефтепродуктов составляли  важную часть доходов бюджета.
Автор статьи анализирует и некоторые трудности в повышении удель-
ного веса таможенных пошлин, акцизов и других налоговых сборов в до-
ходной части государственной казны за счет экспорта нефти и нефтяных 
продуктов. 
Açıq cəmiyyət 
fəlsəfəsi və siyasi 
reallıqlar: təzad, yoxsa 
qanunauyğunluq?


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
231
Açar sözlər: açıq cəmiyyət, Anri Berqson, Karl Popper, demokratiya 
 
Keywords: open society, Henri Bergson, Karl Popper, democracy
Ключевые  слова:    открытое  общество,  Анри  Бергсон,  Карл  Поппер, 
демократия 
Açıq cəmiyyət 
fəlsəfəsi və siyasi 
reallıqlar: təzad, yoxsa 
qanunauyğunluq?
Eldar 
ƏMİROV 
Bakı Slavyan Universitetinin 
doktorantı
eldar_amirov@list.ru


STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
232 
Giriş 
Meydana  gəlməsi  politologiyaya  dair  çap  olunmuş  əksər  izahlı  sorğu 
lüğətlərində  Karl  Popperin  adına  çıxılan  “açıq  cəmiyyət”  anlayışının  müəllifi, 
əslində,  tanınmış  fransız  filosofu  Anri  Berqsondur.  Belə  ki,  1943-cü  ildə  Karl 
Popperin qələmə aldığı “Açıq cəmiyyət və onun düşmənləri” adlı kitabdan son-
ra bütün dünyada geniş istifadə edilməyə başlanan “açıq cəmiyyət” anlayışını  
Popperdən xeyli əvvəl şərh edən fransız filosofu Anri  Berqson (1859 - 1941) 
onu siyasi-hüquqi termin qismində təqdim etmişdi [2, s.168].  
Açıq  cəmiyyət  öz  mahiyyəti  etibarilə  demokratiya  fəlsəfəsindən  qaynaq-
lanan  və  totalitar  üsullarla  idarə  edilən  cəmiyyətlərin  tədricən  həm  hüquqi, 
həm  siyasi,  həm  də  ideoloji  cəhətdən  azad  olmasını,  dünya  ictimaiyyətinin, 
eləcə də sıravi vətəndaşların üzünə açılmasını özündə ehtiva edən politoloji 
modeldir. Bir sıra mühüm tələblərə cavab verməli olan açıq cəmiyyət modeli 
müasir dünyada özünə geniş tətbiq məkanı tapsa da, onun tam təzahür for-
masının nə vaxtsa bərqərar olacağına ümid etmək sadəlövhlük olardı. Çünki 
istənilən  aparıcı  fövqəldövlət  özünə  qarşı  yönələn  təsirlərin  qarşısını  almaq 
üçün  idarəçilik  sisteminin  müəyyən  cəhətlərini  daima  cəmiyyət  üçün  qapalı 
saxlamağa məcburdur. Bu isə tam mənada açıq cəmiyyət fəlsəfəsinin tətbiqini 
mümkünsüz edir.
Demokratiya və real siyasi psixologiya  
Həm Şərq, həm də Qərb tarixində uzun müddət hakim kəsilmiş qapalılı-
ğa əsaslanan siyasi üsul idarəsinə qarşı alternativ qismində irəli sürülən açıq 
cəmiyyət  ideyasının  İkinci  Dünya  müharibəsinin  gedişində  geniş  yayılma-
sı heç də təsadüfi deyildi. Bütün Avropanı qanlı müharibə meydanına çevir-
miş faşizmə, həmçinin milyonlarla günahsız insanı siyasi baxışları ucbatından 
amansızlıqla  məhv  etmiş  kommunizmə  alternativ  olaraq  düşünülmüş  “açıq 
cəmiyyət” mütərəqqi beyinlərin Avropanın gələcəyi üçün nəzərdə tutduqları 
sosial-siyasi  modellər  arasında  öz  dövrünə  görə  ən  mütərəqqisi  idi.  İnsanın 
sosial və siyasi tələbatlarının ödənilməsi üçün bütün idarəçilik sistemini inzi-
bati xarakterli sərt mexanizmlərdən, hər cür ideoloji əngəllərdən təmizləməyi 
nəzərdə  tutan  “açıq  cəmiyyət”  ideyası  və  onun  müəllifləri  haqlı  olaraq  XVIII 
əsrdən bu yana Avropa maarifçilərinin təntənəsi uğrunda mübarizə apardıqları 
liberalizmin amallarının varisi hesab edilə bilərlər. Çünki Popperin və Berqsonun 
fikirlərini təhlil edərkən, aydın şəkildə görmək olur ki, bu iki mütəfəkkir ədalətli 
və azad hüquqi prinsiplər əsasında idarə edilən cəmiyyətin ilk növbədə azad 
insan fenomenindən qaynaqlandığı fikrini müdafiə edirlər. Berqson yazırdı ki, 
“İstənilən növ cəmiyyət, o cümlədən də qapalı cəmiyyətlər öz  təşəkkülünü 
“həyat  eşqi”  ilə  hərəkət  edən  mövcudluğunu  “mistik  dahinin”  azad  ruhuna 
borcludurlar.  “Mistik  dahi”  dedikdə  Berqsonun  azad  insan  iradəsini  nəzərdə 
tutduğunu qeyd etmək gərəkdir. Fransız mütəfəkkirinin fikrincə, insan iradəsi 
özünü “açıq-demokratik cəmiyyətdə” daha asan şəkildə təsdiq etmək imkanı-


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə