Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə84/96
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32375
1   ...   80   81   82   83   84   85   86   87   ...   96

STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
224 
müsadirə  olunan  neft  məhsullarının  hərracda  satılması  haqqında  elanların 
verilməsi [8, vv.54-55].
Neft  məhsullarından  aksiz  vergisi  yüklər  Bakı  sənaye  rayonundan 
çıxarılarkən alınırdı və verginin həcmi bu müddətdə bir neçə dəfə artırılmışdı. 
1918-ci ilin sonuna aksiz dərəcəsinin həcmi müvafiq olaraq benzol və toluola  
90 qəpik, yüngül yağlara 1 manat 20 qəpik, benzin və sürtgü yağlarına 1 ma-
nat 60 qəpik olmaqla tətbiq olunurdu. Lakin satış üçün Bakıdan çıxarılan neft 
məhsullarının 80 faizini təşkil edən xam neft və mazut aksiz yığımına cəlb 
olunmurdu. Azərbaycan hökumətinin 1918-ci il 21 oktyabr tarixli qərarı ilə 
1919-cu il yanvarın 21-dən başlayaraq xam neft və digər neft məhsullarının 
hər puduna aşağıdakı aksiz məzənnələrinin tətbiqinə başlaıldı: xam neft və 
neft  yanacağına  (mazut)  -  3  manat;  kerosinə  (ağ  neft)  -  5  manat;  benzin 
və sürtgü yağlarına - 7 manat. Sonralar hökumət bu məzənnələrin yüksək 
olmasını qəbul edərək aksiz dərəcələrinin daha səmərəli metodla hesablan-
ması prinsipinə üstünlük verdi. Xam neftin aksiz məzənnəsini aşağı salmaq 
məqsədilə bütün neft məhsulları dörd qrupa bölündü: birinci qrupa neft və 
yağ qalıqları və ağır xam neft, ikinci qrupa təbii xam neft, üçüncü qrupa ağ 
neft və yüngül dizel yağı, dördüncü qrupa isə benzin və sürtgü yağları da-
xil edildi. Digər neft məhsulları, o cümlədən parafin, sabun surroqatları və 
s. neft emalı məhsulları qiymətindən asılı olaraq əsas 4 qrupdan birinə da-
xil edilmişdi. Bu amili nəzərə alaraq birinci qrup məhsulların hər puduna 2 
manat, ikinci qrupa 4 manat, üçüncü qrupa 5 manat, dördüncü qrupa isə 8 
manat aksiz məzənnəsinin tətbiq edilməsi düzgün hesab edilmişdi. Bakıdan 
xarici ölkələrə kerosin və mazutun əvəzinə xam neftin yeni məzənnələrlə ix-
rac edilməsi iqtisadi cəhətdən səmərəli ola bilməzdi. Belə ki, 3,25 pud xam 
neftin emalından 1 pud kerosin, 2 pud mazut alınırdı. Bu məhsulların ixracına 
üst-üstə 9 manat aksiz tətbiq olunurdusa, həmin miqdarda xam neftin aksiz 
dərəcəsi 13 manata çatırdı. Benzin və sürtgü yağlarına tələbat olduğuna görə 
bu məhsullara daha yüksək aksiz dərəcəsi təyin edilirdi [20, v. 18-20; 26, s. 
161].
Batumi vilayətinin rəhbərliyi Azərbaycan hökumətinə müraciət edərək lima-
na daxil olan yüklərin mühafizəsi, anbar xidməti və ölkəmizə məxsus yüklərin 
əlavə vergi və yığımlardan azad edilməsi müqabilində hər ay 60 min pud nef-
tin aksiz və gömrük vergisi ödənmədən daşınmasına icazə verilməsini xahiş 
etmişdi. Maliyyə-İqtisad Komitəsinin 1919-cu il fevralın 18-də keçirilən yığın-
cağında kvotanın 30 min puda qədər azaldılması müqabilində Batum vilayəti 
rəhbərliyinin təklifinə müsbət yanaşılacağı bildirilmişdi. Maliyyə naziri sazişin 
mətnində gömrük vergi və yığımlarına aid maddələrin, xüsusilə hökumətin xü-
susi icazəsi ilə fiziki şəxslərə aid ixrac yüklərinin imtiyazlı yüklərə aid edilməsi 
haqqında maddələrin daha aydın şərh olunması üçün düzəlişlər aparılmasını 
təklif etmişdi.
1919-cu il sentyabrın 16-da Azərbaycan Dövlət Bankının açılması, Bank Şu-


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
225
rası tərəfindən banklarda valyuta qəbuluna icazə verilməsi, neft sənayeçilərinə 
və kapital ixrac etmək istəyən sərmayəçilərə bir sıra güzəştlər edilməsi gömrük 
yığımlarından əldə edilən vəsaitin dövlət xəzinəsinə daxil olmasını sürətləndirdi 
[29, s.43-46].
Məlum olduğu kimi, 1920-ci il 26 yanvar tarixli razılaşmaya əsasən, Bakı-
dan Batumiyə göndərilən mazut Azərbaycan Nümayəndəliyinin deyil, Britani-
ya Neft İdarəsinin ünvanına göndərilirdi. Azərbaycanın neftin ixracını müstəqil 
həyata keçirməsi yolunda ingilis hərbi komandanlığı tərəfindən süni əngəllər 
yaradılırdı. Batumidəki neft anbarlarının əsas hissəsini ələ keçirən ingilislər ix-
racın həcmini öz tələbatlarına uyğun məhdudlaşdırmaqla bundan Azərbaycan 
hökumətinə təzyiq vasitəsi kimi istifadə edirdi. Digər tərəfdən, alınan neftin bir 
hissəsinin dəyərini limana daxil olan neft məhsullarından toplanan gömrük rü-
sumları hesabına ödəyirdilər. Böyük Britaniyanın neftin ixracına cavabdeh olan 
nümayəndəsi polkovnik Rul Batumiyə neft aparan şirkətlərə xəbərdarlıq edirdi 
ki, “əgər onun imzası olmayan qaimələr təqdim edilsə, həmin məhsula göm-
rük rüsumunun beş misli qədər cərimə tətbiq ediləcək. Neft anbarı ilə təmin 
olunmayan və neft məhsullarının qəbulu məntəqəsində yığılıb qalan məhsul 
isə müəyyən olunmuş qiymətə digər şirkətlərə satılacaqdır”. Əlbəttə, belə bir 
vəziyyətin  süni  surətdə  yaradılması  siyasi  və  iqtisadi  hegemonluğa  xidmət 
edirdi. 
Azərbaycan hökuməti belə hesab edirdi ki, Britaniya hakimiyyət orqanları-
nın bu tədbirlərin xaricində hər hansı bir təşəbbüsü ölkənin daxili işinə qarış-
maq kimi başa düşüləcəkdir. Ticarət, sənaye və ərzaq naziri xarici işlər nazirinə 
ünvanladığı  1920-ci  il  8  aprel  tarixli  məktubunda  bu  mövqeyə  qəti  etirazını 
ingilislərə  bildirməyi  xahiş  edirdi.  Nazirlik  təklif  edirdi  ki,  Batumi  limanında-
kı neft məhsullarının qəbulu məntəqəsində 10-20 il bundan əvvəlki qaydalar 
daxilində xidmət göstərilməlidir. Halbuki baş verə biləcək hər hansı bir yanğın 
təhlükəsini əvvəlcədən nəzərə alıb Batumi limanında ixrac neftinin daşınmasını 
düzgün təşkil etmək mümkün idi. Ticarət, Sənaye və Ərzaq Nazirliyi tərəfindən 
Batumidə  neftin  qəbulu  məntəqəsində  daha  əlverişli  imtiyaz  və  ödənişlərin 
tətbiqinə başlanıldı. Neft anbarlarına vurulmuş məhsulun göndərilməsinə cəmi 
4 ay vaxt verilməsi, əks-təqdirdə həmin şirkətin ixrac imtiyazlarının alınması 
kimi tədbirlər  həyata keçirilirdi  [1, vv.23-24].
Dövlət xəzinəsinin gəlirlər hissəsində, o cümlədən vergi, aksiz və gömrük 
daxilolmalarının xüsusi çəkisinin artmasında neft mühüm əhəmiyyətə malik idi. 
Azərbaycan hökuməti neftin ilkin olaraq yalnız Azərbaycan puluna satılması 
prinsipini  müdafiə edirdi. Maliyyə-İqtisad  Komitəsinin  1919-cu il sentyab-
rın 29-da keçirilən yığıncağının qərarı ilə bu ödənişlər üçün alınacaq pul ni-
şanlarının  təyin  edilməsi  səlahiyyəti  Maliyyə  Nazirliyinə  həvalə  edilmişdi.  Bu 
sahədə işlərin qaydaya salınması Ticarət, Sənaye və Ərzaq Nazirliyinin Batum-
dakı nümayəndəsi olan Böyük bəy Axundova həvalə olunmuşdu. 1919-cu ilin 
son 3 ayında təkcə Böyük Britaniya hərbi komandanlığının neftin daşınmasına 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə