Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə81/96
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32375
1   ...   77   78   79   80   81   82   83   84   ...   96

STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
218 
rük təşkilatının yenidən qurulması haqqında Azərbaycan parlamentinə qanun 
layihəsi təqdim edilmişdi. Gömrük idarəsinin xüsusi şöbə statusunda nazirliyin 
strukturuna daxil edilməsində məqsəd gömrük nəzarətinə və aksiz yığımları-
na aid bütün işlərin vergilər şöbəsindən alınıb bir mərkəzdə cəmləşdirilməsi 
idi. Nazirlər Şurasının 21 oktyabr 1918-ci il tarixli qərarı ilə Maliyyə Nazirliyi 
Dəftərxanasının  tərkibində bütün vergi növləri, o cümlədən gömrük yığımları-
na aid məsələlərlə məşğul olan şöbə təşkil olundu. Bu tədbir müstəqil gömrük 
idarəçiliyinin yaradılmasında ilk addımlardan biri idi. Gömrük rüsumları şöbəsi 
gömrük  qaydalarının  pozulmasına  qarşı  mübarizə  aparmaqla  yanaşı,  zəruri 
statistik məlumatların yığılması və gömrükxanaların digər dövlət orqanları ilə 
(polis, hərbi təşkilatlar, sərhəd xidməti, dəmiryolu və s.) qarşılıqlı fəaliyyətini 
təmin etməli idi. 
Azərbaycan  neftinin  daşınması  əsasən  dəmiryolu  ilə  həyata  keçirilirdi. 
Gürcüstanla sərhəddə, Poylu gömrükxanasında yaranmış vəziyyət hökuməti 
narahat  etməyə  bilməzdi.  Məlum  hadisələr  zamanı  stansiyanın  və  gömrü-
yün  yerləşdiyi  binalar  yandırılmışdı.  Gömrük  qeydiyyatı  müvəqqəti  olaraq 
vaqonlarda  aparılırdı.  Bu  isə  öz  növbəsində  qaçaqmalçılıq  hallarının  art-
masına əlverişli şərait yaradırdı. Yoxlama komissiyası tərəfindən stansiyanın 
dəmiryolu xəttinin döngələrində neftlə yüklənmiş və sahibi məlum olmayan 
20 vaqonun tapılması buna əyani sübut idi. Batuma göndərilən  200 vaqon-
dan çox neft və neft məhsulları xətlərdə “ilişib qalmışdı”. Yaranmış vəziyyəti 
araşdıran dövlət komissiyası gömrük nəzarətinin daha yaxşı texniki imkan-
lara malik Ağstafa stansiyasında təşkilini məsləhət görürdü. Maliyyə-İqtisad 
Komitəsinin  25  fevral  1919-cu  ildə  yollar  naziri  X.Məlik-Aslanovun  sədrliyi 
ilə  keçirilən  yığıncağında  dəmiryolu  daşımaları  və  gömrük  nəzarətinin 
tənzimlənməsi geniş şəkildə müzakirə edilmiş, bundan sonra  sahibi tapılma-
yan yüklərin müsadirə edilməsi, Bakıdan Gürcüstana və Batuma göndərilən 
yüklərə  görə  gömrük  rüsumlarının  Bakı  gömrükxanasında  tutulması  daha 
məqsədəuyğun sayılmışdı [4, v.13-14].
Həmin dövrdə Azərbaycan neftinin xarici bazara çıxmasına əlverişli şərait 
yaradan yeganə yol Bakı-Batumi neft kəməri və bu istiqamətdəki dəmiryolu 
daşımaları idi. Azərbaycan neftinin bir hissəsi Bakı-Batumi neft kəməri ilə nəql 
edilirdi. Uzunluğu 861 km olan bu neft kəmərinin tikintisi 1905-ci ildə başa 
çatmışdı.  15  güclü  kompressor  stansiyası  ilə  təchiz  olunan  neft  kəmərinin 
gündəlik məhsuldarlığı 225 min pud idi. Təkcə 1913-cü ildə bu kəmərlə 23000 
pud kerosin nəql edilmişdi. Bu, Bakıdan daşınan bütün kerosinin 25 faizindən 
çoxunu təşkil edirdi ki, öz növbəsində il ərzində 32 min vaqonu və ya 800 qa-
tarı əlavə yüklərin daşınmasına yönəltməyə imkan verirdi. Hərbi əməliyyatların 
başlanması  və  Qara  dənizdə  gəmilərin  hərəkətinin  dayanması  ilə  əlaqədar 
kəmərin gücündən yalnız daxili təchizat işlərində, əsasən də Cənubi Qafqaz 
dəmiryolu və sənaye müəssisələrinin yanacağa olan tələbatının ödənilməsində 
istifadə edilirdi [9, v.321]. 


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
219
1918-ci ilin oktyabrından Azərbaycandan 
Osmanlı  dövlətinə  göndərilən  neft  və  neft 
məhsullarının  Batumidən  keçməklə  Alek-
sandropola  ötürülməsinə  dair  Gürcüstan 
hökuməti  ilə  rəsmi  razılıq  əldə  edilmişdi 
[22]. 
Bakı-Batumi  dəmiryolu  və  neft  kəməri 
ingilislərin  əlində  olduğundan  neft  ixra-
cına  nəzarəti  də  onlar    həyata  keçirirdi. 
Azərbaycan  hökuməti  neftin  ixrac  həcmini 
öz  nəzarətində  saxlamağa  çalışırdı.  Bu 
məqsədlə Bakı Neft Sənayeçiləri Qurultayı Şurası tərəfindən Böyük Britaniya 
hərbi  komandanlığına  və  Gürcüstanın  müvafiq  dəmiryolu  idarəsinə  26  iyul 
1918-ci il tarixində imzalanmış müqavilə əsasında təhvil verilən neft və neft 
məhsullarının miqdarı haqqında təcili və dəqiq məlumat verilməsi tələb edil-
mişdi [15, v.11-13]. Düzdür, 1918-ci ilin noyabr-dekabr aylarında Batuma neft 
məhsullarının aparılması haqqında məlumatlar səhih olmasa da, sonrakı ay-
larda daşınan neftin miqdarı haqqında dəqiq məlumatlar vardır. 1919-cu ilin 
yanvar-dekabr ayları ərzində Azərbaycandan Antanta ölkələrinə, o cümlədən 
İngiltərəyə aparılan neftin miqdarı 20677 min pud olmuşdu. Həmin ilin ikinci 
yarısında ixrac edilən neft və neft məhsullarının miqdarı birinci yarımildəkindən 
2,6  dəfə  çox  olmuşdu.  Bu,  daşımaların  həcminin  durmadan  artmasını  sübut 
edir [30]. 
Cümhuriyyət  dövründə  Azərbaycanla  Rusiya  arasında  iqtisadi  əlaqələrin 
qırılması  nəticəsində  istehsal  olunan  neft  məhsullarının  satışında  çətinliklər 
yaranmışdı. Sovet Rusiyasının rəhbərləri hər iki tərəf üçün faydalı ola biləcək 
ticarət  əlaqələrinin  qaydaya  salınması  əvəzinə,  neftin  dövlət  səviyyəsində 
qaçaqmalçılıq  yolu  ilə  aparılması  əməliyyatlarına  üstünlük  verirdilər.  Belə  ki, 
1919-cu ilin avqustundan 1920-ci ilin aprelinədək Bakıdan Hacıtərxana 20 min 
pud benzin və 35 min pud sürtgü yağının aparılması arxiv sənədləri ilə sü-
but olunur. Azərbaycan neftinin Sovet Rusiyası tərəfindən satın alınmamasının 
bir  neçə  səbəbi  var  idi:  birincisi,  Sovet  Rusiyası  bu  dövrdə  qismən  blokada 
şəraitində idi; ikincisi, Azərbaycanın müstəqilliyi Sovet Rusiyası tərəfindən ta-
nınmadığına görə ticarət sazişlərinin bağlanması hüquqi cəhətdən mümkün-
süz idi; üçüncüsü, sovet rəhbərliyi ölkəmizi neft gəlirlərindən məhrum etməklə 
Azərbaycanda iqtisadi xaos və sosial narazılıq yaratmaq istəyirdi. Halbuki AXC 
hökuməti digər ölkələr kimi Rusiya ilə də normal iqtisadi əlaqələrin yaradılma-
sının tərəfdarı idi. RSFSR hökuməti ölkəmizin müstəqilliyini tanımaq istəmir və 
bunun yalnız Azərbaycanla qarşılıqlı münasibətlərin müxtəlif məsələlərinə aid 
danışıq və razılaşmalar nəticəsində mümkün ola biləcəyini bəhanə edirdi. Nef-
tin Xəzər dənizi vasitəsilə Rusiyaya qaçaqmalçılıq yolu ilə daşınmasının qarşı-
sını almaq üçün Ticarət, Sənaye və Ərzaq Nazirliyinin 1919-cu il 26 may tarixli 
Bakı-Batumi dəmiryolu 
neft kəməri ingilislərin 
əlində olduğundan neft 
ixracına nəzarəti də onlar  
həyata keçirirdi. Azərbaycan 
hökuməti neftin ixrac 
həcmini öz nəzarətində 
saxlamağa çalışırdı. 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə