Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə79/96
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32375
1   ...   75   76   77   78   79   80   81   82   ...   96

STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
210 
tatına) verir.
Siyasi  nümayəndəlik  münasibətinin  “yuxarıdan  aşağı”  göndərilməsi  isə 
idarəetmə münasibətlərinin, rəhbərlik və tabelik münasibətlərinin təşəkkülünə 
gətirib  çıxarır.  Siyasi  nümayəndəliyin  belə  növü  formal  nümayəndəlik 
kimi  müəyyənləşdirilir  (rəhbərlə  onun  nümayəndələri  arasında  şəxsi 
münasibətlərdən asılı olmayaraq). 
Xalq  suverenliyi  nəzəriyyəsinə  görə,  hakimiyyətin  əsas  mənbəyi  və  ona 
nümayəndə göndərilməsinin başlıca subyekti xalqdır. Vətəndaş cəmiyyətinin 
təşəkkülü  etnik  birliyin  suveren  xalq  kimi  təşəkkülü  sayəsində  reallaşır. 
Hakimiyyət səlahiyyətlərinin ayrı-ayrı və ya kollektiv siyasətçilər nümunəsində 
xalqın  nümayəndələrinə  verilməsi  demokratik  üsullar  gedişində  –  siyasi 
hakimiyyət orqanlarına seçkilərdə həyata keçirilir. Seçkilərin effektivliyinin baş-
lıca amili isə vətəndaş cəmiyyətinin yetkinlik dərəcəsi və onun səviyyəsinə uy-
ğun olan partiya sisteminin inkişafıdır. Bütün bunlar bütövlükdə siyasi demok-
ratiyanın mahiyyətini və məzmununu ifadə edir.
Siyasi demokratiyanı səciyyələndirən əhəmiyyətli cəhətlərdən biri də siyasi 
fəaliyyət və davranışdır. Siyasi fəaliyyət siyasi rejimdən asılıdır. Demokratik si-
yasi cəmiyyətdə bu həyat fəaliyyəti növü ümumi, azad, təşəbbüskar mahiyyətə 
malikdir,  vətəndaşların  mənafeyini  ifadə  edən  məsələlərin  həllində  təsirli 
amil  kimi  çıxış  edir.  Siyasi  fəaliyyət  demokratik  siyasi  rejimdə  vətəndaşların 
məqsədlərinin əldə olunması, özünütəsdiqi və özünüifadəsi tələbinin reallaş-
ması, vətəndaşlıq hissinin təzahürü vasitəsi kimi səciyyələnir.
Siyasi fəaliyyət siyasi həyatın başlıca məzmununu təşkil edir və insanların 
həyat fəaliyyəti sistemində xüsusi yer tutur. O, ayrıca insanın və ya qrupun öz 
maraqları, idealları və dəyərlərinə uyğunlaşmaq məqsədilə mövcud hakimiyyət 
sisteminə  münasibətdə  müdaxilə  kimi  müəyyənləşdirilir.  Sosial  qrupların  və 
ya fərdlərin fəaliyyəti sosial-iqtisadi və siyasi qaydaları təkmilləşdirmək və ya 
dəyişdirmək cəhdləri ilə bağlıdır. Siyasi fəaliyyət siyasi sistemi müxtəlif qrupların 
maraqlarını ifadə edən müəyyən məqsədlərin əldə edilməsinə istiqamətləndirir.
Sosial  subyektlərin  fəallığının  özünəməxsus  sferası  olan  siyasi  fəaliyyətin 
məzmununun müəyyənləşdirilməsi nəinki siyasətin mahiyyətini aydınlaşdırma-
ğa imkan yaradır, həmçinin siyasi rejimlərin və təbii olaraq siyasi demokratiya-
nın məzmununu dərk etməyə istiqamətlənir. Siyasi elmə dair ədəbiyyatda siyasi 
fəaliyyət məsələsinin nəzərdən keçirilməsinə əsasən iki mövqedən münasibət 
bildirilir. Həmin mövqelərdən biri onunla səciyyələnir ki, siyasi fəaliyyət siyasi 
sistemin daxilən özünü tənzimləməsi kimi müəyyənləşdirilir. Belə halda siyasi 
fəaliyyətin subyektlərinə fərdlərin təşkilat qrupları, məsələn, parlament, partiya 
fraksiyaları, idarə edən qruplaşmalar (elitalar, hökumət, digər hakimiyyət or-
qanları və s.) aid edilir [6, s.39].
Siyasi fəaliyyətin müəyyənləşdirilməsinə aid digər fikir ondan ibarətdir ki, 
siyasi sistem öz daxilindən deyil, məhz sosial-sinfi qüvvələr tərəfindən idarə 
olunur.
Siyasi  fəaliyyətin  mahiyyətinin  açıqlanmasına  aid  bu  iki  konseptual  ya-
naşmanın heç birinə üstünlük vermək düzgün olmazdı. Çünki siyasi fəaliyyət 


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
211
cəmiyyətin  siyasi  sisteminə  həm  daxilən  xas  olan  və  həm  də  ona  kənardan 
təsir  göstərən  subyektlərin  mütəşəkkil  fəaliyyətinin  məcmusudur.  Siyasi 
fəaliyyətin əsasını hakimiyyət təsisatlarının köməyi ilə ictimai münasibətlərin 
idarə  olunması  təşkil  edir.  D.P.Zepkin  siyasi  fəaliyyətin  konkret  məzmununa 
bunları aid edir: dövlət işlərində iştirak etmək; dövlətin fəaliyyətinin formala-
rını, vəzifələrini və istiqamətlərini müəyyənləşdirmək; hakimiyyətin bölünməsi 
onun fəaliyyətinə nəzarət; siyasi təsisatlara digər təsir göstərmək. 
Bu  cəhətlərin  hər  biri  özlüyündə  siyasi  fəaliyyətin  çoxtərəfli  növlərini 
müəyyənləşdirir.  Məsələn,  insanların  dövlət  hakimiyyəti  təsisatları  və  siyasi 
partiyalar çərçivəsində bilavasitə həyata keçirdikləri demokratik siyasi funksi-
yalar siyasi fəaliyyətin ümumiləşmiş ifadəsidir. 
İstifadə edilmiş ədəbiyyat:
1.   Ликин В.Н,  Мусиенко Т.В. Теория политики. М., 2007.
2.   Robert Dahl. Demokratiya haqqında. Bakı, 2004.
3.   Шестопал Е.Б. Очерки политической психологии. М., 1990.
4.   Вятр Е. Типология политических режимов.  Таллин, 1991.
5.   Пугачев В.П, Солоъвев А.И. Введение в политологию. М., 2010.
6.   Развитский И.И. Личностъ, Индивидуалъностъ, Общество. М., 1994. 
Elnur Hajaliyev
Essence and Features of Political Democracy
In  article  examines  the  essence,  the  contents  and  specific  features  of 
political democracy, attempt of the comparative analysis of various positions 
concerning  its  formation  which  found  the  reflection  in  modern  political 
thought.  Also  paid  the  attention  to  questions  of  political  partnership  and 
political activity in the conditions of political democracy.
Эльнур  Гаджалиев
Cущность  и  особенности  политической  демократии
В статье исследуются сущность, содержание и специфические особен-
ности политической демократии, делается попытка сравнительного ана-
лиза различных позиций, касающихся его формирования, которые нашли 
свое  отражение  в  современной  политической  мысли.  Также  уделяется 
внимание  вопросам  политического  соучастия  и  политической  деятель-
ности в условиях политической демократии.


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə