Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə76/96
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32375
1   ...   72   73   74   75   76   77   78   79   ...   96

STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
202 
Siyasi 
demokratiyanın 
mahiyyəti və 
xüsusiyyətləri


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
203
Açar sözlər: siyasi demokratiya, siyasi iştirakçılıq, siyasi mədəniyyət, siyasi 
rejim
Key  words:  political  democracy,  political  partnership,  political  culture, 
political regime
Ключевые слова: политическая демократия, политическое соучастие, 
политическая культура, политический режим
Siyasi 
demokratiyanın 
mahiyyəti və 
xüsusiyyətləri
Elnur 
HACALIYEV
AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq 
İnstitutunun böyük elmi işçisi, siyasi elmlər 
üzrə fəlsəfə doktoru. 
elnurhacali@mail.ru


STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
204 
Siyasi  demokratiya  siyasət  nəzəriyyəsində  və  praktikada  müxtəlif  cür 
istifadə  edilir.  O,  xüsusilə  hakimiyyətin  forması  kimi  dövlət  quruluşunu 
səciyyələndirmək,  həmçinin  müxtəlif  təşkilatların  (partiya,  həmkarlar  itti-
faqı  və  s.)  forması,  vətəndaşların  və  ictimai  qrupların  hakimiyyətin  həyata 
keçirilməsində iştirakının ölçüsü, vətəndaşların hüquq və azadlıqlarıının sino-
nimi,  siyasi  dünyagörüş  və  ictimai  hərəkat,  nəhayət,  sosial-siyasi  və  mənəvi 
dəyər kimi nəzərdən keçirilir. Belə halda siyasi demokratiya hakimiyyətin siyasi 
təşkilinin və həyata keçirilməsinin xüsusi üsulu kimi başa düşülür. Siyasi de-
mokratiya xalqın hakimiyyətin mənbəyi kimi təsdiqlənməsinə və vətəndaşların 
hüquq və azadlıqlarının geniş dairəsinə yiyələnməsinə əsaslanan cəmiyyətin 
siyasi təşkili formasıdır.
Demokratik  hakimiyyət  sistemi  özündə  iki  əhəmiyyətli  komponenti 
birləşdirir:
1.  Siyasi hökmranlığın  demokratik forma və metodlarını; 
2.  Qəbul edilən qərarlara təsir göstərmək yolu ilə vətəndaşların siyasətdə real 
iştirakı imkanlarını. 
Siyasi  elmə  aid  müasir  ədəbiyyatda  siyasi  demokratiyanın  formalaşması 
şəraitinə münasibətdə iki əsas elmi yanaşma nəzərə çarpır: struktur və pro-
sedur.  Struktur  yanaşmanın  nümayəndələri 
bildirirlər ki, mövcud cəmiyyətin  demokra-
tik  qaydaları  müəyyənedici  makroamillərin 
təsiri ilə təşəkkül tapır. Bu amillərə iqtisadi 
və sosial strukturlar, cəmiyyətdə qərarlaşan 
hüquq  normaları,  ənənələr,  adətlər 
və  s.  aiddir.  Marksistlərin  fikrinə  görə, 
mülkiyyət  münasibətləri  siyasi  qaydaların 
təşəkkülünün əsas amilidir. Bu mövqe belə 
qənaətə gəlməyə əsas verir ki, demokratiya 
cəmiyyətin  müvafiq  sosial-iqtisadi  inkişafı 
nəticəsində formalaşmışdır.
Siyasi  demokratiyanın  formalaşması 
məsələsi  ilə  bağlı  digər  (prosedur)  yanaş-
ma  tərəfdarları  struktur  nöqteyi-nəzərin 
fikirləri ilə razılaşmasalar da, qeyd edirlər ki, 
demokratiyaya keçidin və onun bərqərar ol-
masının başlıca şərti idarə edən elitanın xarakterindən, onun siyasi dəyərləri və 
ideallarından, istifadə etdiyi ən mühüm taktika və texnologiyadan ibarətdir. Bu 
baxımdan A.Pşevorski, F.Şmitter, D.Lints və digərləri bildirirlər ki, demokratiya 
spesifik “siyasi layihə” kimi çıxış edir, bu və ya digər ölkədə yaranan şəraitdə 
həyata keçirilir. 
Normativ  bazada  siyasi  demokratiya  münaqişəli  mənafelərin  rəqabətini 
təşkil  edir  və  nizama  salır,  məğlubiyyətə  məruz  qalan  qrupun  hakimiyyətdə 
iştirakını davam etdirmək hüququnu saxlayır. Siyasi demokratiya şəraitində bu 
və  ya  digər  qrup  öz  davranışının  strategiyasını  sərbəst  seçmək  imkanı  əldə 
Normativ bazada siyasi 
demokratiya münaqişəli 
mənafelərin rəqabətini 
təşkil edir və nizama salır, 
məğlubiyyətə məruz qalan 
qrupun hakimiyyətdə 
iştirakını davam etdirmək 
hüququnu saxlayır. Siyasi 
demokratiya şəraitində bu və 
ya digər qrup öz davranışının 
strategiyasını sərbəst seçmək 
imkanı əldə edir. 


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
205
edir. Lakin bu cür strategiyanın tətbiqinin nəticələri birmənalı deyil, müxtəlif 
yönümlü ola bilər. Hakimiyyətin siyasi demokratik təşkilinin özünəməxsusluğu 
və unikal mahiyyət kəsb etməsi onun üsullarının universallığında və siyasi qay-
daların təşkili mexanizmində əksini tapır. Bu cəhət aşağıdakıları nəzərdə tutur:
-   cəmiyyət və dövlət işlərində bütün vətəndaşların bərabər hüquqlu iştirakı-
nın təmin olunması;
-   hakimiyyətin başlıca orqanlarının sistemli seçilməsi;
-   çoxluğun nisbi üstünlüyünü və azlığın hüququna hörməti təmin edən me-
xanizmin mövcudluğu;
-   hakimiyyətin əvəz olunmasının hüquqi metodlarının mütləq üstünlüyü;
-   elita idarəçiliyinin peşəkar xarakteri;
-   ən əhəmiyyətli siyasi qərarların qəbuluna ictimaiyyətin nəzarəti;
-   ideya plüralizmi və rəhbərin rəqabəti.
Ədalətli siyasi qaydalara və prinsiplərə əsaslanan demokratik cəmiyyət xal-
qın siyasi qərarların işlənib hazırlanmasına təsiri hüquqi ilə səciyyələnir. Həmin 
hüquq  demokratik  təsisatlarda,  xüsusilə  kütləvi  informasiya  vasitələrində 
təkliflər  və  ya  tənqid  formasında,  seçkiqabağı  kampaniyada  iştirak  etməklə 
ifadə olunur. Qəbul edilmiş qərarların işlənib hazırlanmasında xalqın siyasi işti-
rakçılığına konstitusiya vasitəsilə təminat verilir. Xalqın siyasi iştirakçılığı siyasi 
demokratiya anlayışının ən əhəmiyyətli tərəflərindəndir.
İnsanlar  siyasətdə  müxtəlif  cür  iştirak  edir  və  özlərini  müxtəlif  səviyyədə 
aparırlar.  Siyasi  iştirakçılıq  sosial  təbəqələrin,  əhalinin  müxtəlif  qruplarının 
və şəxsiyyətin maraqlarını, görüşlərini, fəaliyyətini ifadə edən üsuldur, konk-
ret  qərarın  həyata  keçirilməsi  məqsədilə  cəmiyyətin  siyasi  strukturuna  təsir 
etməyə əsaslanır [1, s. 355].
Siyasi iştirakçılıq aşağıdakı formalarda təzahür edir:
-   fərdi və kollektiv;
-   könüllü və məcburi;
-   fəal və passiv;
-   ənənəvi və alternativ;
-   inqilabi və mühafizəkar.
Siyasi  iştirakçılığın  bu  və  ya  digər  təzahürünə  ən  müxtəlif  amillər  təsir 
göstərir. Onlara aiddir: siyasi sistemin və rejimin xüsusiyyətləri; siyasi ənənə və 
siyasi mədəniyyət, sabitlik; siyasi təsisatlar və siyasi qüvvələrin yerləşdirilməsi; 
mədəni təhsil səviyyəsi, insanın maddi vəziyyəti və sosial statusu.
Siyasi  iştirakçılıq  siyasi  mədəniyyətin  məzmununu  və  strukturunu  əks 
etdirən əhəmiyyətli ünsürlərdəndir. Siyasətdə iştirak insanların siyasi idarəetmə 
fəaliyyətinin  ayrılmaz  cəhətidir.  Siyasi  məna  kəsb  edən  bu  cəhət  cəmiyyət 
üzvlərinin  mənafeyini  əks  etdirən  vasitələrdən  biri  kimi  səciyyələnir.  Siya-
si iştirakçılıq o zaman siyasi keyfiyyət kimi nəzərə çarpır ki, şəxsiyyət, qrup-
lar,  təbəqələr,  siniflər  siyasət-hakimiyyət  münasibətlərinə,  siyasi  xarakter  da-
şıyan  qərarların  qəbul  edilməsinə  və  idarəetmə  prosesinə  cəlb  olunurlar. 
Vətəndaşların siyasi qərarların qəbul edilməsinə və idarəetmə prosesinə cəlb 
olunmaları onların cəmiyyət həyatının sosial, iqtisadi və mədəni sferalarında 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə