Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə77/96
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32375
1   ...   73   74   75   76   77   78   79   80   ...   96

STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
206 
bu və ya digər dərəcədə siyasiləşməsini şərtləndirir.
Siyasi  iştirakçılıq  mövcud  cəmiyyət  daxilində  fərdi,  sinfi,  milli-etnik,  dini 
və digər zəmində siyasət-hakimiyyət münasibətləri prosesinə cəlb olunmağı 
səciyyələndirən universal hadisədir.
Siyasətdə iştirakçılıq bütövlükdə siyasi mədəniyyətin, ayrılıqda isə demok-
ratik siyasi mədəniyyətin çox əhəmiyyətli ünsürü kimi səciyyələnir. Görkəmli 
tədqiqatçı R.İnqlehart demokratik siyasi mədəniyyətin strukturunda üç başlıca 
indikatorun mövcudluğunu iddia edir: 
1)  bütövlükdə yaşayışın (həyatın) təmin olunması; 
2)  şəxsiyyətlərarası inam; 
3)  mövcud qaydaların müdafiə olunması [2, s.568]. 
R.İnqlehartın nəzəri tədqiqatlarında mərkəzi yeri yaşayışın təmin olunması 
ilə demokratiyanın sabitliyi arasındakı əlaqə məsələsi tutur.
Siyasi  iştirakçılıq  iki  başlıca  formada  ifadə  edilir:  birbaşa  (bilavasitə)  və 
vasitəli (nümayəndəli). Birbaşa iştirakçılıq kiçik təşkilatlar çərçivəsində nəzərə 
çarpır və onları təmsil edənlər yığıncaqlarda əksəriyyətin səsi əsasında müvafiq 
qərarlar qəbul edilir. Belə siyasi iştirakçılıq yerli idarəetmə və özünüidarəetmə 
üçün səciyyəvidir. Yerli özünüidarəetmə xalqın öz-özünü idarəetməsi olduğun-
dan demokratiyanın bütün prinsiplərini özündə əks etdirir. Dövlət konstitusiya 
və  qəbul  etdiyi  qanunlar  vasitəsilə  yerli  özünüidarəetmə  təsisatlarını  kütləvi 
hakimiyyət səlahiyyətləri ilə təmin edir.
Vasitəli  (dolayı)  iştirakçılıqda  kütlələr  siyasi  hakimiyyəti  həyata  keçirmək 
üçün  öz  nümayəndələrini  seçirlər.  Vasitəli  iştirakçılıq  xalqın  iradəsinin  təhrif 
olunması  üçün  böyük  imkanlar  yaradır.  Başqa  sözlə,  seçilmiş  nümayəndələr 
(deputatlar  və  b.)  öz  maraqlarını  güddüyündən,  onların  maraqları  təmsil 
etdikləri seçicilərin mənafeyi ilə üst-üstə düşməyə bilər. Belə halda kütlələr öz 
nümayəndələri üzərində nəzarəti itirmək təhlükəsi ilə üzləşər və nəticədə siyasi 
iştirakçılığın dərəcəsi aşağı düşər. Nümayəndəli iştirakçılıq yalnız böyük siyasi 
sistemlərdə mövcuddur.
Siyasi demokratiya baxımından vətəndaşların siyasi iştirakçılığı üçün həm 
obyektiv  şərait  (siyasi  qüvvələrin  yerləşməsi,  cəmiyyətin  siyasi  mədəniyyəti), 
həm  də  siyasi  sistemə  subyektiv  münasibət,  siyasətdə  iştirakın  motivləri, 
vətəndaşların tələbatı, bilikləri, məlumatlı olmaları və s. əhəmiyyət kəsb edir. 
Bu və ya digər amillərin təsiri ilə bağlı belə qənaətə gəlmək mümkündür ki, 
insan hansısa siyasi bütövlüyün tərkib hissəsinə çevrilir və yaxud da yox.
Y.B.Şestopal siyasi iştirakçılığın daha çox işlənib hazırlanmış sxeminə aşağı-
dakı ünsürləri aid edir [3, s.24-37].
-   hər  hansı  fəaliyyətdə  iştirak  etməyin  zəruriliyi  ilə  bağlı  olmayaraq,  siyasi 
sistemdən çıxış edən impulsa reaksiya;
-   seçkilərdə nümayəndələrin iştirakı elektoral davranış sayılır;
-   siyasi və digər təşkilatların fəaliyyətində iştirak etmək;
-   dövlət  və  digər  siyasi  təsisatlar  çərçivəsində  siyasi  funksiyaların  yerinə 
yetirilməsi. Bu funksiya vəzifəli şəxslərin, deputatların, partiya liderləri və 
funksionerlərin peşəkar siyasətini reallaşdırır;


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
207
-   birbaşa fəaliyyət (mitinqlərdə, nümayişlərdə və digər bu kimi tədbirlərdə 
iştirak etmək).
Siyasi iştirakçılığın tipləri müxtəlifdir. Onlardan hansısa biri siyasi həyatda 
təvazökar yer tutur, digəri tamamilə inkişaf etmiş səviyyədə olmaqla konkret 
cəmiyyətin siyasi mədəniyyəti barədə mülahizə yürütməyə imkan verir. Siyasi 
fəallığın bütün formalarından daha inkişaf edəni elektoral fəallıqdır. 
Siyasi demokratiyanın formalaşması və inkişafı şəraitini reallaşdıran demok-
ratik siyasi rejim xalqın hakimiyyətin mənbəyi kimi tanınması ilə bağlıdır. O, 
vətəndaşların siyasi həyatda geniş iştirakı, onların siyasi hüquq və azadlıqları-
nın praktiki reallaşması vasitəsilə hakimiyyət strukturlarının formalaşması pro-
sesini təmin etməlidir. Deməli, demokratik siyasi rejim xalq hakimiyyətini, baş-
qa sözlə, bütün hakimiyyətin xalqa verilməsini, onun siyasi təsisatlara nəzarəti 
vasitəsilə cəmiyyətin və dövlətin real idarə olunması imkanlarını nəzərdə tutur .
Siyasi  demokratiyanın,  bütövlükdə  xalq  hakimiyyəti  probleminin  nəzəri 
cəhətdən  işlənib  hazırlanmasında  demokratiyaya  aid  marksist  konsepsiya 
əhəmiyyətli  rol  oynayır.  Həmin  konsepsiyada  belə  bir  müddəa  əsaslandırılır 
ki,  demokratiya  nəticə  etibarilə  cəmiyyətdə  qərarlaşan  hakim  istehsal 
münasibətləri sayəsində yaranan dövlət-siyasi təşkil, hakimiyyət formasıdır. O, 
sinfi xarakter daşıyır, istismarçı cəmiyyətdə isə formal, məhdud xarakter kəsb 
edir, hakim siniflərin diktaturasının xüsusi formasıdır. Marksizmə görə, sosia-
lizm uğrunda inqilabi mübarizənin məqsədlərindən biri formal demokratiya-
nın aradan qaldırılmasına nail olmaqdan və əsl xalq hakimiyyətinin təşkilindən 
ibarətdir.
Müasir  Qərb  politologiyasında  plüralist  demokratiya  konsepsiyasının 
görkəmli  nümayəndələrindən  hesab  olunan  R.Dal  isə  qeyd  edir  ki,  demok-
ratiyanın  formalaşması  və  fəaliyyətinin  başlıca  prinsipi  hakimiyyətin  qəsb 
edilməsi vasitəsilə onun bir əldə mərkəzləşməsinə yol verməməkdən ibarətdir. 
Buna görə demokratik siyasi rejimin qeyri-demokratik rejimlərdən əsas fərqi 
ondan ibarətdir ki, hakimiyyət strukturlarının və münasibətlərinin demokratik 
təşkilində onun səlahiyyətlərinin müəyyən hissəsinin yerli orqanlara verilməsi, 
hakimiyyətin  müxtəlif  qollara  (qanunverici,  icraedici  və  məhkəmə)  ayrılma-
sı  həyata  keçirilir.  Müasir  demokratik  siyasi  rejimlərin,  siyasi  demokratiyanın 
mahiyyətini  beynəlxalq  xarakterli  amillər,  xüsusilə  xalqlar  arasında  qarşılıqlı 
etimada və hörmətə əsaslanan münasibətlərin xarakteri aydın ifadə edir. Bu 
cəhət bir sıra beynəlxalq təşkilatların, o cümlədən BMT-nin sənədlərində öz 
əksini tapmışdır. Həmin sənədlərdə xalqların hüquqları aşağıdakı kimi nəzərdə 
tutulur:
-   Millətlərin mövcudluğu hüququ, genosidin və etnosidin qadağan olunması;
-   özünü eyniləşdirmə hüququ, başqa sözlə, vətəndaşların milli mənsubiyyətini 
özlərinin müəyyənləşdirməsi;
-   dil  sferası  və  təhsil,  mədəni  irs  və  xalq  ənənələri  daxil  olmaqla  milli 
xüsusiyyətlərin saxlanılması;
-   xalqların yaşadığı ərazidə təbii sərvətlərdən və ehtiyatlardan istifadə hüqu-
qu. Bunun aktuallığı xüsusilə yeni ərazilərin intensiv şəkildə təsərrüfatçılıq 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə