Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə85/96
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32375
1   ...   81   82   83   84   85   86   87   88   ...   96

STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
226 
və kəmərlə ötürülməsinə görə Azərbaycan Dəmiryolu İdarəsinə 40 mln. ma-
nat borcu yaranmışdı. Maliyyə Nazirliyi müvafiq dövlət strukturlarının məsul 
şəxslərini dövlətin iqtisadi maraqlarını qorumaq üçün təcili tədbirlər görməyə 
çağırırdı [16, vv.125, 129, 148].
Azərbaycan  hökuməti  neft  məhsullarının  ixracından  daxil  olan  pul 
ödənişlərinin (fraxt, aksiz və gömrük rüsumları) yalnız Cənubi Qafqaz Komis-
sarlığının  və  Azərbaycanın  pul  vahidləri  (bonlar)  ilə  ödənilməsi  tələbini  qo-
yurdu.  Maliyyə  Nazirliyinin  1920-ci  il  22  aprel  tarixli  qərarına  uyğun  olaraq, 
Batumiyə göndərilən neft və neft məhsullarının dəyəri, gömrük rüsumu və ak-
siz vergisinin Azərbaycan manatı ilə ödənilməsinə başlanılmışdı. Azərbaycan 
tərəfi qiymət siyasətində dəyişiklik edərək bir ton mazutun franko-Batumi satış 
qiymətini 25, kerosinin qiymətini isə 35 ABŞ dolları həcmində təyin etmişdi [1, 
v.11; 2, v.16].
Azərbaycanın  gömrük  xidməti  müxtəlif  təzyiqlərə  baxmayaraq,  neft  ix-
racının  milli  maraqlara  uyğun  həyata  keçirilməsinə  çalışırdı.  Azərbaycanın 
Batumidəki  Baş  Konsulluğunun  Ticarət  bölməsində  neft  məhsulları  qəbul 
edilərək  rəsmiləşdirilir,  gömrük  rüsumları  tutularaq  Konsulluğun  və  ya  Bakı 
gömrüyünün Mərkəzi Bankdakı hesablarına köçürülürdü.
Cədvəl 3.  1919-cu ilin I yarısında AXC-nin gömrük müəssisələrində yığılan 
vergi və rüsumların dinamikası  (manatla)
s/s Gömrük yığımları
Yanvar-may iyun
Cəmi 6 ay 
ərzində
1.
2.
3.
4.
5.
6.
7.
8.
9.
10.
11.
12.
13.
14.
15.
16.
17.
18.
İdxal mallarından daxilolmalar
İxrac mallarından daxilolmalar
Cərimələr
Malların müsadirəsindən 
daxilolmalar
Dəftərxana rüsumu
Anbar rüsumu
Tamğa rüsumu
Gəmi rüsumu
Puda görə rüsum
Gömrük yığımları üzrə cəmi
Digər yığımlar, o cümlədən
Gerb rüsumu
Baratlara görə alınan rüsum
Neft məhsullarına görə aksiz
Çaya görə aksiz
Tütünə görə aksiz
İçkilərə görə aksiz
Təsadüfi gəlirlər
Poçt göndərişləri rüsumu
Kibritə görə aksiz
Yekun
941311
7085290
6276
2155
21014
8079
11797
-
65389
8142315
2003123
11425
2909
175063
90524
1708705
28412
-
-
190
10159773
109309
2068465
3816
-
5077
116
3246
-
25906
2215956
459706
2052
843
1400
15101
378019
26372
-
11
38612
2678578
1050640
9153755
10092
2155
26091
8195
15044
-
92295
10358272
2462839
13488
3752
176463
105626
2086724
54784
-
11
38802
12838352
Mənbə: Azərbaycan Respublikasının Dövlət Arxivi, f.84, siy.1, iş 263, vər. 84-85.


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
227
İngilis  hərbi  komandanlığının  Azərbaycan  hökuməti  ilə  razılaşdırmadan 
və heç bir gömrük rüsumu ödəmədən külli miqdarda strateji malları ölkədən 
çıxarması  haqlı  olaraq  Milli  Hökumət  qurumlarının  etirazına  səbəb  olurdu. 
Müvafiq dövlət qurumları, o cümlədən Maliyyə Nazirliyi ölkədən çıxarılan ya-
nacaq məhsullarına görə yaranan borcların son qəpiyinə qədər ödənilməsini 
tələb edirdi. 1919-cu il dekabrın 24-də Gömrük rüsumları şöbəsi Xarici İşlər 
Nazirliyinə  göndərdiyi  müraciətdə  gömrük  baxışından  keçirilən  bütün  neft 
məhsullarından  rüsum  alınmasının  təmin  edilməsi  üçün  Konsulluqda  tərtib 
edilən hesabatların düzgün aparılmasını xahiş edirdi. 
Gömrük sənədlərinə əsasən, 1919-cu ilin 7 ayı ərzində Batumi neft kəməri 
ilə Böyük Britaniyaya daşınan 3,68 mln. pud neftə görə 10,5 mln. manat aksiz və 
11 mln. manatdan çox gömrük rüsumu ödənilməli idi. Maliyyə naziri Ə.Həsənov 
gömrük orqanlarının Böyük Britaniya hərbi komandanlığının Azərbaycandan 
apardığı  strateji  mallara  görə  borclu  qaldığı  aksiz  və  gömrük  vergisinin 
ödənilməsi vəziyyəti haqqında verdiyi məlumata əsaslanaraq, Nazirlər Şurası-
nın 1919-cu il 15 oktyabr tarixində keçirilən yığıncağında bu məsələ ilə bağlı 
məruzə etmişdi. Hökumətin müvafiq qərarı ilə maliyyə nazirinə tapşırılmışdı ki, 
Azərbaycan hökuməti ilə Böyük Britaniya arasında Azərbaycandan ixrac edilən 
malların  aksiz  və  gömrük  vergisindən  azad  edilməsi  haqqında  heç  bir  sazi-
şin mövcud olmamasını və həmin dövrə qədər aparılan yüklərə görə üst-üstə 
36701800 manat aksiz və gömrük vergilərinin yığılıb qalmasını Tiflisdəki ingilis 
hərbi qərargahının nümayəndəsi general Brofa çatdırsın [3, v.78; 19,  v.18].
General Brofa göndərilən teleqramda bir daha qeyd edilirdi ki, “Tiflisdə ko-
missiyanın qərarı Azərbaycan hökuməti tərəfindən təsdiq edilmədiyinə qədər, 
aksiz və gömrük vergisinin götürülməsi üçün əsas ola bilməz. Bunu nəzərə ala-
raq, teleqramlarda göstərilən əvvəlki otuz altı milyon yeddi yüz bir min səkkiz 
yüz  manat  əlli  qəpiyin  ödənilməsi  məcburidir  və  bu  məbləğin  ödənilməsi 
üçün  sərəncam  verməyinizi  Sizdən  xahiş  edirəm.  Maliyyə  naziri  Həsənov”. 
Sənəddə Britaniya hakimiyyət orqanları tərəfindən ixrac edilmiş malların aksiz 
və ixrac rüsumlarından azad edilməsi haqqında Britaniya hərbi qərargahının 
nümayəndəsi  ilə  Azərbaycan  hökuməti  arasında  heç  bir  yazılı  razılaşmanın 
olmadığı göstərilmiş və müvafiq həcmdə məbləğin Azərbaycan hökumətinə 
ödənilməsi tələb edilmişdi [20, v.120].
Azərbaycan  hökumətinin  tutduğu  qətiyyətli  mövqe  və  tələbindən  sonra 
ingilislərin neft sənayesi, maliyyə və gömrük idarələrinin fəaliyyəti üzərinə qo-
yulan nəzarət tədricən aradan qaldırıldı. Azərbaycan hökuməti ingilislər ölkəni 
tərk etdikdən sonra neft ixracının artırılmasına çalışırdı. Neft Sənayeçiləri Qurul-
tayları Şurası 1920-ci il martın 23-də Ticarət, Sənaye və Ərzaq Nazirliyinə neft 
məhsullarının  satış  qiymətlərinin  artırılması  haqqında  ixracatçılara  məlumat 
verdi. Yeni taariflərə əsasən,  xam neft və mazutun hər pudunun satış qiyməti 
32 manat, kerosinin hər pudunun 64 manat, maşın yağının hər pudunun satış 
qiyməti isə 190 manata çatdırılmışdı. Neftlə yüklənmiş qatarların hərəkətində 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə