Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə82/96
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32375
1   ...   78   79   80   81   82   83   84   85   ...   96

STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
220 
qərarı  ilə  Hacıtərxan  istiqamətində  üzən  gəmilərin  hərəkətinə  ciddi  nəzarət 
rejimi tətbiq edilmişdi [11, v.2].
Neft ticarətində fəallığı artırmaq üçün ixracla məşğul olan şirkətlərə (“Şell”, 
“Nobel  qardaşları”,  “Oleum  neft  cəmiyyəti”,  “Mazut”  və  s.)  münasibətdə 
bir sıra güzəştlər nəzərdə tutulurdu. Tətbiq edilən güzəştlərdən biri də ix-
raca  göndərilən  neft  və  neft  məhsullarına  görə  ödənilən  gömrük  rüsum-
larının  müvəqqəti  olaraq  təxirə  salınması  idi.  Gömrük  idarəsindən  Maliyyə 
Nazirliyinə daxil olan 21 oktyabr tarixli məlumatdan aydın olur ki, təkcə 1919-
cu  ilin  avqust-sentyabr  ayları  ərzində  13  şirkətin  ixrac  etdiyi  1686492  pud 
neft və neft məhsullarına görə üst-üstə 2237011 manat həcmində gömrük 
vergisinin ödənilməsi təxirə salınmışdı. Lakin bu güzəştdən bir çox hallarda 
sui-istifadə edilirdi. Gömrük sənədləri birmənalı olaraq təsdiq edir ki, göm-
rük rüsumuna görə yaranan borcların vaxtında qaytarılmaması halları geniş 
yayılmışdı. Mərkəzi Gömrük İdarəsinin arayışına əsasən, “Nobel qardaşları” 
şirkəti  tərəfindən  1917-ci  il  oktyabrın  1-dən  1918-ci  il  noyabrın  15-nədək 
ödənilməyən 120597 manat  gömrük vergisi və rüsumları ilə bağlı məsələ 
Maliyyə Nazirliyinin 1919-cu il 24 iyul tarixli şura yığıncağında müzakirə edil-
miş və yaranan borcun bir hissəsinin (1918-ci ilin iyunun 1-nədək olan 32673 
manat gömrük rüsumunun) ödənilməsi həmin şirkətdən tələb edilmiş, bor-
cun digər hissəsinin (87924 manat) ödənilməsi məsələsi isə neft sənayesinin 
milliləşdirilməsi ilə əlaqədar əlavə qaydaların tətbiq edilməsi səbəbindən açıq 
qalmışdı. 1919-cu ilin dekabr ayının hesabatına əsasən, 23 şirkət tərəfindən 
Batuma göndərilən 717 min pud neftə görə 1291484 manat vaxtı uzadılmış 
gömrük rüsumu borcu yaranmışdı. Bu borcun 457621 manatı yalnız “Nobel 
qardaşları” şirkətinin daşıdığı 254234 pud neftdən daxil olmalı idi. Batuma 
daha çox neft ixrac edən və gömrük vergisi ödəməli olan şirkətlər sırasın-
da  “Kaspiyskoe  tovarişestvo”,  “Volqa”,  “Mantaşov  və  Ko”,  “Bakı-Hacıtərxan 
Cəmiyyəti”,  “Russkoe  Tovarişestvo  Neft”  və  “Əli  Şəmsi  oğlu  Əsədullayev” 
şirkəti də var idi [10, vv.137-140; 12, vv.132, 173-176].  
Cədvəl 1.  Bakı-Batumi neft kəməri ilə Gürcüstan hökumətinin ünvanına 
göndərilən neftin miqdarı haqqında 
S/s
İxrac
neftinin 
miqdarı 
(pudla)
İxrac 
neftinin 
dəyəri 
(manat)
Fraxt 
(manat)
Aksiz 
(manat)
Gömrük 
rüsumu 
(manat)
Cəmi 
(manat)
1
5188550
8187750
8494324
11500650 -
28182724
Mənbə: Azərbaycan Respublikasının Dövlət Arxivi, f. 24, siy.1, iş 275, v. 78.
Ümumiyyətlə,  Neft  və  neft  məhsullarının  satışı  bürosunun  yaradıldığı 
vaxtdan 1919-cu il mayın 1-dək olan müddətdə Britaniya Baş Qərargahına 
(Brıtıch  Headquarters)  aşağıdakı  miqdarda  neft  məhsulları  verilmişdi: 


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
221
neft – 2688143 pud, mazut – 357006 pud, kerosin – 128805 pud, benzin – 
49837 pud və sürtgü yağı – 2724 pud. Britaniya Baş Qərargahının Bakıdakı 
nümayəndəsi 1919-cu il mayın 13-də Ticarət, Sənaye və Ərzaq Nazirliyinə 
müraciətində Petrovska (Mahaç-Qala) göndərilməsi üçün 3000 pud 1-ci növ 
benzinin  Azərbaycandan  çıxarılmasına  kömək  edilməsini  xahiş  etmişdi.  24 
may 1919-cu il tarixli məktubda isə Britaniya komandanlığının ehtiyaclarını 
ödəmək üçün Batumiyə 450 min pud mazut, 150 min pud kerosin və 75 min 
pud benzinin göndərilməsinə razılıq verilməsi göstərilmişdi. 31 may 1919-
cu  il  tarixli  digər  bir  sənədlə  gömrük  ixrac  rüsumu  ödəməklə  Bakı-Batumi 
neft kəməri ilə 200 min pud neftin göndərilməsinə icazə verilmişdi. 19 iyun 
1919-cu ildə isə Ənzəliyə 1000 pud kerosin aparılması xahişinə müsbət cavab 
verilmişdi [6, vv.114, 123; 31, s.44]. Təxmini hesablamalara görə, Böyük Brita-
niyanın müvafiq qurumları tərəfindən Xəzər dənizi ilə İrana Bakı-Batumi neft 
kəməri və dəmiryolundan istifadə etməklə 1918-ci ildə 13284,2 ton, 1919-cu 
ildə 375308,9 ton, 1920-ci ilin yanvar-aprel aylarında isə 153221,8 ton neft 
məhsulları daşınmışdı [3, v.194]
Dövlət  Müdafiə  Komitəsinin  1919-cu  il  9  dekabr  tarixli  qərarı  ilə  Yollar 
Nazirliyinə Azərbaycanın Batumidəki Baş Konsulluğunun ünvanına dəmiryolu 
ilə 250 min pud mazut və Bakı-Batumi neft kəməri ilə 1,5 mln. pud kerosin 
göndərilməsi  haqqında  tapşırıq  verilmişdi.  Konsulluğun  Ticarət  şöbəsinin 
və Neft Kəməri İdarəsinin 15 nəfər əməkdaşı neftin qəbulu və daşınması ilə 
məşğul idi. Bakı Aksiz İdarəsinin 3 nəfər müfəttişi isə Batumiyə daxil olan neft 
və neft məhsullarının ixracı üzrə əməliyyatların düzgün aparılmasına nəzarət 
edirdi. Nazirlər Şurasının 1919-cu il 10 dekabr tarixli sərəncamı ilə işin ağırlığı 
nəzərə alınaraq neftin ixracına cəlb edilən həmin işçilərin əmək haqqı 50 faiz 
artırılmışdı [14, vv.69, 87-88].
Cədvəl 2. Bakı-Batumi neft kəməri ilə Böyük Britaniya hərbi komandanlığı-
na göndərilən neftin miqdarı haqqında 
S/s
Neftinin 
miqdarı 
(pudla)
Neftin 
dəyəri 
(manat)
Fraxt 
(manat)
Aksiz 
(manat)
Gömrük 
rüsumu 
(manatla)
Cəmi 
ödənişlər 
(manatla)
1
3682287
11268360 5693479
10500000 1104686
17298165
Mənbə:   Azərbaycan Respublikasının Dövlət Arxivi,  f. 24, siy.1, iş 275, v. 78.
Neft məhsullarının satışı bürosunun 1920-ci il 12 mart tarixli məktubundan 
aydın olur ki, bütövlükdə Bakı-Batumi neft kəmərinin Azərbaycan ərazisindən 
keçən hissəsinin neftlə doldurulmasında 80 şirkət iştirak etmişdi. Neft kəmərinə 
vurulan 980246 pud neftin dəyəri 12743198 manat (hər pudu 13 manat ol-
maqla), daşınma xərci isə 392000 manat (hər pudu 40 qəpik olmaqla) təşkil 
etmişdi.  Hesablamaya  görə,  1919-cu  ilin  birinci  yarısında  Batumiyə  daşınan 
neftin 58 faizi ingilis hərbi komandanlığına məxsus olmuşdur  [18, v.4; 27]. 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə