Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə78/96
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32375
1   ...   74   75   76   77   78   79   80   81   ...   96

STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
208 
baxımından mənimsənilməsi ilə bağlıdır;
-   hər bir xalqın dünya sivilizasiyasının nailiyyətlərinə qovuşması və onlardan 
istifadə hüququ.
Haqqında mülahizələr yürütdüyümüz hüquqların praktiki baxımdan həyata 
keçirilməsi onlardan hər birinin və bütövlükdə hamısının səmərəli yolla həllini 
nəzərdə  tutur.  Bu  məqsədlə  obyektiv  və  subyektiv  amillərin  dərindən,  incə 
şəkildə nəzərə alınması, iqtisadi, siyasi və sırf etnik xarakterli çoxlu ziddiyyətlərin 
və çətinliklərin aradan qaldırılması zəruridir.
Hakimiyyətin həyata keçirilməsinin əhəmiyyətli demokratik prinsipləri siya-
si demokratiyanı daha aydın şəkildə səciyyələndirir. Həmin prinsiplərə aiddir: 
siyasi plüralizm (çoxpartiyalılıq, siyasi fəallığın və şəxsi fəaliyyətin təzahürünün 
müxtəlifliyi),  vətəndaşların  mənafelərinin  ifadəsinin  birbaşa  və  nümayəndəli 
formaları, azadlıq və məsuliyyətin qarşılıqlı əlaqəsi, çoxluğun mənafeyinin və 
azlığın hüququnun öz mövqeyində təmin olunması, qanunun aliliyi, aşkarlıq, 
seçilmiş nümayəndələrin geri çağırılması hüququ və digərləri.
  Demokratik  hakimiyyət  sistemlərində  demokratik  prosedurlar  bö-
yük  əhəmiyyətə  malikdir.  Hakimiyyətin  təsisatlarının  formalaşması,  onların 
fəaliyyətinin  və  qərarların  qəbul  edilməsinin  demokratik  prosedurları  de-
mokratik  prinsiplərin  gözlənilməsindən  az  əhəmiyyət  kəsb  etmir.  Məsələn, 
Polşa  politoloqu  E.Vyatr  demokratik  siyasi  rejimi  səciyyələndirərək  onun  ən 
əhəmiyyətli üç əlamətini göstərir: müntəzəm yarış seçkiləri; xalqın iradəsinin 
nəticələri sayəsində hökumətin əvəz olunması; şəxsiyyətin və azlığın hüququ-
nun qorunması [5, s.55-60].
Siyasi demokratiya şəraitində səciyyəvilik kəsb edən daha əhəmiyyətli pro-
sedurlara bunları aid etmək olar:
-   seçkilər – düzgün, azad, müntəzəm;
-   səsvermə – birbaşa, bərabər, gizli;
-  referendum  –  məsələnin  səliqəli,  nəzakətli  qoyuluşu  referendumun 
keçirilməsində xüsusi əhəmiyyət kəsb edir;
-   nümayəndə göndərmək səlahiyyəti;
-   ictimai rəyin öyrənilməsi və nəzərə alınması;
-   əhəmiyyətli ictimai məsələlərin ümumxalq müzakirəsi;
-   xalqı hakimiyyətin mənbəyi kimi təsdiqləmək;
-   hakim partiya ilə yanaşı, müxalifət partiyalarının da leqal mövcudluğu;
-   vətəndaşların siyasi və digər hüquq və azadlıqlarının rəsmi elan olunması 
və onların həyata keçirilməsi;
-   bütün vətəndaşların qanun qarşısında bərabərliyi.
Siyasi  demokratiya  ictimai  həyatın  hərtərəfli  demokratikləşməsini, 
siyasiləşməsini və həyatın bütün sferalarına aid qərarların qəbul edilməsində 
hər bir vətəndaşın öz səs hüququndan istifadə edərək iştirak hüququnu təmin 
edir. Siyasi demokratiya həm də seçkidə rəqabət aparan azlıqların seçim baca-
rığı sistemini ifadə etməlidir. C.Sartorinin qeyd etdiyi kimi, demokratiya seçmə 
qabiliyyətinə malik poliarxiyanı əks etdirməlidir.
Kanada  tədqiqatçısı  M.Bunqe  ictimai  quruculuğun  (kapitalizm  və 


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
209
sosializmə  əks  olan)  “üçüncü  yol”  ideya-
sını  inkişaf  etdirərək  yeni  bir  konsepsiya 
–  “inteqral  texnodemokratiya”  konsep-
siyasını  irəli  sürmüşdür.  Elmə  əsaslanan 
həmin  konsepsiya  mövcud  siyasi  demok-
ratiyanı  (xalq  nümayəndəliyi  və  iştirak-
çılıq),  iqtisadi  (kooperativ  mülkiyyət  və 
özünüidarə),  mədəni  (bütün  həyat  boyu 
mədəniyyətə, təhsilə universal nail olmaqla 
birlikdə mədəni muxtariyyət) demokratiyanı 
genişləndirməlidir.
Müasir  siyasi  demokratiyanın  başlıca 
təsisatlarından  biri  azad  seçkilər  vasitəsilə 
həyata keçirilən xalq nümayəndəliyidir. Azad 
seçkilər demokratik siyasi hakimiyyətin for-
malaşmasının  vacib  şərtidir.  Müasir  sivil 
cəmiyyətdə seçkilər elə bir prosedurdur ki, 
onun köməyilə vətəndaşların nümayəndəli, 
qanunverici  və  icraedici  hakimiyyətin  formalaşmasında  iştirakı  təmin  edilir. 
Vətəndaşların siyasi hüquqlarının reallaşması seçkilərlə bağlıdır.
Seçkilər siyasi demokratiyanın mövcudluğunun, hakim elitaların bir-birini 
əvəz etməsinin göstəricisidir, hakimiyyətin dinc yolla, xalqın iradəsi ilə bir qrup 
insanlardan digərlərinə verilməsidir. Seçkilərin uğurlu keçirilməsi və cəmiyyət 
tərəfindən təsdiqlənməsi cəmiyyətin demokratiyanın vacib problemlərinin dinc 
siyasi vasitələrlə həll edilməsinin mühüm əlamətidir. Seçkilər siyasi prosesin ən 
əhəmiyyətli tərkib hissəsidir. Seçkilər zamanı vətəndaşlar fəal siyasi həyata cəlb 
olunmaqla,  hakimiyyət  sistemində  xalqın  suverenliyini  və  maraq  qruplarının 
nümayəndəliyini təmin edir. Seçkilər müasir siyasətin ən mühüm komponenti 
olmaqla, demokratiyanın ayrılmaz elementi kimi çıxış edir. Seçkilər cəmiyyətin 
siyasi sisteminin yeniləşməsinin ən əhəmiyyətli texnologiyasıdır. Bu texnologi-
ya siyasi sistemin dinamik sabitliyinin formalaşmasına istiqamətlənir.
Qeyd edək ki, müasir dövlətlərdə və onların siyasi təsisatlarında hakimiyyət 
səlahiyyətlərinin  reallaşmasının  vasitəli  forması  daha  geniş  yayılmışdır, 
belə  halda  bir  siyasi  subyekt  digər  siyasi  subyektin  nümayəndəsinin  ro-
lunu  icra  edir.  Siyasi  subyektlər  arasında  münasibətlərdə  onlardan  birinin 
digərinin  nümayəndəsi  kimi  çıxış  etməsi,  başqa  sözlə,  birincinin  hakimiyyət 
səlahiyyətlərini və digər siyasi fəaliyyəti həyata keçirməsi siyasi nümayəndəlik 
münasibəti adlanır. Tarixdə siyasi demokratiyanı səciyyələndirən bu cür siyasi 
nümayəndəlik münasibətinin müxtəlif təşəkkül üsulları mövcud olmuşdur.
Müasir  dövlətlərdə  siyasi  nümayəndəliyin  formalaşmasının  daha  geniş 
yayılan  üsulu  hakimiyyətə  göndərilməkdir.  Hazırkı  demokratik  dövlətlərdə 
hakimiyyətə nümayəndə göndərilməsinin iki istiqamətini fərqləndirmək olar: 
“aşağıdan yuxarı” və “yuxarıdan aşağı”. Birinci halda xalq öz səlahiyyətini de-
mokratik seçkilər vasitəsilə öz nümayəndəsinə (prezidentə, parlamentin depu-
Müasir siyasi demokratiyanın 
başlıca təsisatlarından biri 
azad seçkilər vasitəsilə 
həyata keçirilən xalq 
nümayəndəliyidir. Azad 
seçkilər demokratik siyasi 
hakimiyyətin formalaşmasının 
vacib şərtidir. Müasir sivil 
cəmiyyətdə seçkilər elə bir 
prosedurdur ki, onun köməyilə 
vətəndaşların nümayəndəli, 
qanunverici və icraedici 
hakimiyyətin formalaşmasında 
iştirakı təmin edilir.


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə