Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə74/96
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32375
1   ...   70   71   72   73   74   75   76   77   ...   96

STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
198 
mun qərarlarının obyektivliyinə şübhələri də artırmışdır. 
Azərbaycana gəldikdə isə, onun etnik palitrası unikal təbiəti qədər zəngindir. 
Və bu fakt da Azərbaycanın monoetnik dövlət olan Ermənistandan nə qədər 
öndə  olduğunu  təsdiq  edir.  Ərazi  etibarilə  nisbətən  kiçik,  lakin  etnomədəni 
müxtəliflik  baxımından  rəngarəngliyi  ilə  seçilən  Azərbaycanda  fərqli  dillərdə 
danışan və fərqli mədəniyyətlərin daşayıcıları olan onlarla xalqın nümayəndəsi 
yaşayır. Ölkəmizdə tarixən xalqların birgəyaşayış prinsiplərinin nadir nümunəsi 
formalaşmışdır. Azərbaycanın etnik xəritəsində mədəni müxtəliflik milli və dini 
azıqların sadəcə cəmlənməsi kimi başa düşülmür. Tarixən olduğu kimi bu gün 
də  Azərbaycan  ümummilli  həmrəyliyin  inkişafı  üçün  əlverişli  mühit  təqdim 
edir. Başqa sözlə desək, etnik, dini və digər mənsubiyyətindən asılı olmayaraq 
ərazisində məskunlaşan hər bir vətəndaş Azərbaycanın sərvətidir.
Azərbaycan  son  illərdə  bəşəriyyətin  gələcək  inkişafı  naminə 
mədəniyyətlərarası,  konfessiyalararası  və  sivilizasiyalararası  dialoq  üçün  real 
imkan və mexanizmlərin müəyyən edilməsinə xidmət göstərən müzakirələrin 
təkcə iştirakçısı deyil, həm də bu müzakirələrin təşəbbüskarı və təşkilatçısı kimi 
də çıxış edir. 
Bu  gün  Azərbaycan  dövlətini  narahat  edən  əsas  problem  ermənilər 
tərəfindən  işğal  edilmiş  20%  ərazisində  milli  və  dini  azlıqlara  yönəlik 
siyasətini həyata keçirə bilməməsidir.  ATƏT-in Milli Azlıqlar üzrə Ali Komis-
sarlığı  tərəfindən  hazırlanaraq  üzv  ölkələrə  təqdim  olunmuş  “Dövlətlərarası 
münasibətlərdə  milli  azlıqlara  dair  Bolzano  tövsiyələri”nin  ümumi  prinsipləri 
“suverenlik” anlayışının  definisiyası ilə başlayır: “Suverenlik dövlətin öz ərazi 
bütövlüyü və əhalisi üzərində müstəsna olaraq beynəlxalq hüququn nəzərdə 
tutduğu prinsiplər əsasında yirisdiksiyasını nəzərdə tutur. Heç bir dövlət digər 
dövlətin razılığı olmadan onun ərazisindəki əhali üzərində yurisdiksiyanı həyata 
keçirə bilməz” [35].
20 ildən çoxdur ki, torpaqları işğal altında olan Azərbaycanda bu tövsiyələr 
birmənalı  olaraq  sual  doğurur:  Azərbaycanın  razılığı  olmadan  onun  tarixi 
ərazisi  olan  Dağlıq  Qarabağda  Ermənistanın  əhali  üzərində  qanunsuz  yuris-
diksiya  həyata  keçirməsi  beynəlxalq  hüququn,  həmçinin  qeyd  edilən  həmin 
tövsiyələrin açıq şəkildə pozulması demək deyilmi?
Və  yaxud  həmin  sənədin  “Dövlətlərin  milli  azlıqlara  münasibətdə  götür-
düyü öhdəliklər” adlı hissəsinin 7-ci bəndində  qeyd edilir: “Dövlət milli azlıq-
ların inteqrasiyasını yalnız o halda təmin edə bilər ki, öz növbəsində azlıqlar 
da yaşadıqları dövlətin birgəyaşayış qanunlarına hörmət etsin və ictimai-siyasi 
həyatda fəal iştirak etsinlər” [35]. Qeyd etidiyimiz kimi, Azərbaycan dövləti öz 
ərazisində  yaşayan  bütün  etnik  və  dini  azlıqların  inteqrasiyası,  hüquqlarının 
qorunması üçün təminat vermiş, lazımi şərait yaratmışdır. Lakin təkcə erməni 
işğalı altında olan Dağlıq Qarabağ və ona bitişik ərazilərində bu siyasətini re-
allaşdıra, qanuni təminatı altına ala bilmir. Çünki Dağlıq Qarabağda yaşayan 
ermənilər qeyd olunan 7-ci bəndin tövsiyələrinə riayət etmirlər.
Təəccüblüsü də odur ki, bu münaqişənin tənzimlənməsi ilə daha sıx məşğul 
olmalı  olan  beynəlxalq  statuslu  təşkilat  da  yuxarıda  qeyd  etdiyimiz  Bolzano 


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
199
tövsiyələrini üzv ölkələrə təqdim edən ATƏT-dir. Bu qurumun Minsk qrupu 20 
ildən çox bir tarixi olan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün sadəcə “səy” 
göstərir. 
...Və nəhayət, Prezident İlham Əliyev Dünya Dini Liderlərinin Bakı Sammitində 
etdiyi  çıxışında  Azərbaycanın  gücünün  təkcə  onun  iqtisadi  imkanları  ilə 
ölçülmədiyini, həm də bu məkanda yaşayan xalqların tarixi birliyində, ölkədə 
hökm sürən sabitliyin möhkəmlənməsində, dini və milli sülhün mövcudluğun-
da olduğunu bildirmişdir. Əminik ki, məhz bu daxili güc ilə də Azərbaycan öz 
tarixi torpaqlarının işğaldan azad olunması gününü tezliklə yaxınlaşdıracaq və 
bu ərazilərində yaşayan xalqlarla bağlı yurisdiksiyasını da həyata keçirəcəkdir.
İstifadə edilmiş ədəbiyyat:
1.
  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Beynəlxalq Humanitar Forumun açı-
lışında nitqi  /10 oktyabr 2011/    http://president.az/articles/3310
2.  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  Dünya  Dini  Liderlərinin  Bakı 
Sammitində nitqi  /26 aprel 2012/   http://www.qafqazislam.com/az/xeber.php?id=10
3.  Azərbaycan Respublikasının Konstitusiyası,  http://www.meclis.gov.az/?/az/topcontent/27
4.  Azərbaycan  Respublikasının    “Təhsil  haqqında”  Qanunu,  http://edu.gov.az/view.
php?lang=az&menu=72&id=302
5.  Azərbaycan Respublikasının Əmək Məcəlləsi, http://e-qanun.az/print.php?internal=view&
target=1&docid=7&doctype=1
6.  Azərbaycan Respublikasının Cinayət Məcəlləsi  http://e-qanun.az/print.php?internal=view
&target=1&docid=11&doctype=1
7.  Azərbaycanın statistik göstəriciləri – 2013 (Azərbaycan Respublikasının Dövlət Statistika 
Komitəsi). Bakı, 2013, -804 s.
8.  Azərbaycan 
Respublikasında 
mədəni 
müxtəliflik, 
http://www.mfa.gov.
az/?options=content&id=114
9.  Azərbaycan  və  Avropa  Şurası,    http://ebooks.preslib.az/pdfbooks/azbooks/eb-
az_05092012_18.pdf
10. Azərbaycanın etnik mənzərəsi: narahatçılığa əsas varmı? /11.03.13/http://www.kelaminfo.
az/article/print-7841.html)
11. Avropa  İnsan  Hüquqları  Konvensiyası,  http://www.echr.coe.int/Documents/Convention_
AZE.pdf
12. Avropa Şurasının “Milli azlıqların müdafiəsi haqqında” Çərçivə Konvensiyası, http://diaspo-
ra.gov.az/index.php?options=content&id=270
13. BMT-nin  “İnsan  hüquqları  haqqında”  Ümumi  Bəyannaməsi,  http://www.anl.az/el/a/oa_
ihubvark.pdf
14. BMT-nin “Mülki və siyasi hüquqlar haqqında” Paktı, law.org.az/uploads/2.doc‎
15. Ağasiyev R. Azərbaycan Respublikasında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hü-
quqi vəziyyəti. // “Qanun” jurnalı, №4(204), Bakı, 2011, s.15-22.  
16. Bahadurqızı  S.  Dini dözümlülüyün Azərbaycan modeli dünyaya nümunədir /1 iyul 2013/,  
http://www.tehsilproblemleri.com/?p=1423  
17. Əliyeva  Y.  Azərbaycan  dünya  xəritəsində  tolerantlıq  mərkəzinə  çevrilib  /20  may  2013/
http://www.ikisahil.com/index.php/analitika/item/4169-azərbaycan-dünya-xəritəsində-
tolerantlıq-mərkəzinə-çevrilib.html
18. Həbibbəyli  Ə.  Multikulturalizmin  Azərbaycan  modeli.  //  “Azərbaycan”  qəzeti,  4  dekabr 
2012-ci il, s.6/ http://www.anl.az/down/meqale/edebiyyat/2012/noyabr/281678.htm
19. Qələndərli  S.  Beynəlxalq hüquqi aktlar Azərbaycan Respublikası Konstitusiyasının hüquqi 
mənbəyi kimi. / “Azərbaycan” qəzeti,  17 may 2012-ci il, s.6.
20. Niftiyev N. Heydər Əliyev və Azərbaycanda milli azlıqlar siyasəti /10.05.2013/, http://www.


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə