Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə73/96
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32375
1   ...   69   70   71   72   73   74   75   76   ...   96

STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
196 
demişdi: “Biz Azərbaycan deyəndə onun sərvətini, onun gözəl təbiətini nəzərdə 
tuturuq. Lakin bütün bunlarla yanaşı, respublikanın ən başlıca sərvəti əsrlərdən 
bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan, müxtəlif 
millətlərdən olan, müxtəlif dinlərə etiqad edən adamlardır. Ölkə nə qədər çox 
xalqı birləşdirsə, bir o qədər də zəngin olar…”. 
Dövlət-din münasibətləri modeli çərçivəsində inkişaf edən Azərbaycanda 
bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir. 
Azərbaycan Respublikası Konstitusiyasının 48-ci (“Vicdan azadlığı”) maddəsində 
qeyd olunur ki, hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər 
hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir 
dinə etiqad etməmək, dinə münasibətilə bağlı əqidəsini ifadə etmək və yaymaq 
hüququ  vardır [3]. 2009-cu ildə  keçirilən  ümumxalq səsverməsində Konsti-
tusiyanın bu maddəsinə belə bir əlavə də edildi ki, heç kəs öz dini etiqadını və 
əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə 
və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz [18]. Konstitusi-
yanın bu maddəsinə uyğun olaraq dini etiqad azadlığının həyata keçirilməsi 
üçün münasib şəraitin formalaşdırılması məqsədilə yaradılan Azərbaycan Res-
publikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini fəaliyyət sahəsində 
dövlət siyasətinin həyata keçirilməsini, dini qurumlarla bağlı qanunvericiliyin 
müddəalarına riayət olunmasını, müvafiq icra hakimiyyəti orqanlarının dini qu-
rumlarla bağlı fəaliyyətinin əlaqələndirilməsini təmin edir [17].
Azərbaycan bu gün dünyada həm də dinlərarası dialoqun mərkəzinə çev-
rilmişdir. 2012-ci ilin aprelin 26-27-də dünyanın 33 ölkəsindən ənənəvi dünya 
dinlərini təmsil edən, 200-dən çox yüksək səviyyəli nümayəndənin iştirakı ilə 
Dünya Dini Liderlərinin Sammitinin Bakıda keçirilməsi də Azərbaycanın tole-
rantlıq təcrübəsinin yüksək dəyərləndirilməsindən irəli gəlir. Həmin sammitdə 
ölkəmizin sülhsevərliyi, birgəyaşayış qaydalarına hörməti Azərbaycan xalqına 
məxsus  humanist  və  xeyirxahlıq  kimi  dəyərləndirilmişdir.  Qeyd  olunmuşdur 
ki, Azərbaycanda tolerantlığın səviyyəsi yüksəkdir və məmnunluq hissi yara-
dır. Azərbaycanda hər kəs istədiyi dinə, etiqad edir, istədiyi kimi ibadət edir. 
Azərbaycanda milli dəyərlərə sadiqlik, ümumbəşəri dəyərlərə hörmət meyilləri 
respublikanın müasirləşməsinə, modernləşməsinə xidmət göstərir.  
Azərbaycan  Prezidenti  İlham  Əliyev  sammitdə  çıxış  edərək  bildirmiş-
dir ki, “Azərbaycan Avropa ilə Asiya arasında təbii bir körpüdür... əsrlər boyu 
Azərbaycanda  bütün  millətlərin,  bütün  dinlərin  nümayəndələri  bir  ailə  kimi 
yaşamışlar, ölkəmizin inkişafına öz dəyərli töhfələrini vermişlər. Bu gün də bu 
proses  uğurla  davam  edir.  Azərbaycanda  bütün  azadlıqlar  mövcud  olduğu 
kimi, dini azadlıqlar da tam şəkildə təmin edilir” [2].
Qeyd  edək  ki,  Dini  Qurumlarla  İş  üzrə  Dövlət  Komitəsinin  məlumatına 
əsasən,  Azərbaycan  ərazisində  1802  məscid,  11  kilsə,  o  cümlədən  5  pra-
voslav, 1 katolik, 4 gürcü-pravoslav kilsəsi, 6 sinaqoq və digər ibadət yerləri 
fəaliyyət göstərir. Ölkə əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini isə xristian-
lar, yəhudilər və digər dinlərin təmsilçiləri təşkil edir. Azərbaycan müstəqilliyini 
əldə etdikdən sonra tikilmiş məscidlərin sayı 595-ə çatıb. Eyni zamanda, Quba 


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
197
rayonunun “Qırmızı qəsəbə”si İsraildən sonra yəhudilərin kompakt halda ya-
şadıqları yeganə yaşayış məntəqəsidir. Bu gün qəsəbədə iki sinaqoq fəaliyyət 
göstərir [16; 17]. 
Beləliklə,  Azərbaycan  bu  gün  dünyaya  etnik  mənşəyindən,  dini 
mənsubiyyətindən,  irqindən,  cinsindən,  dilindən  və  s.  asılı  olmayaraq 
ərazisində yaşayan bütün xalqların bigə yaşayışının, birliyinin, sivilizasiyalara-
rası və dinlərarası dialoqun unikal modelini təqdim edir. Və göründüyü kimi, 
dünya da bu modeli örnək olaraq qəbul edir. 
Nəticə
XX əsr boyunca davam edən dövlətlərin milliləşməsi müddətində suveren 
milli dövlətlərin hakim olduğu sərhədlər içində yaşayan “azlıqlar” əsrin sonuna 
doğru beynəlxalq münasibətlər sistemində əhəmiyyət qazanmağa başlamış-
lar. Bu dövrdə azlıqları təşkil edən qruplar yaşadıqları cəmiyyətin əksəriyyətini 
meydana gətirən seqmentdən din, dil, etnik və s. baxımdan “fərqli” olduqlarını 
daha rahat dilə gətirə bilmişlər.
Avropa  İttifaqının  azlıqların  hüquqlarının  qorunması  ilə  bağlı  siyasəti 
xüsusilə 1990-cı illərdən etibarən (xüsusilə keçmiş SSRİ və Yuqoslaviyanın sü-
quta  uğraması  ilə  dünya  xəritəsində  yeni  siyasi  sərhədlərin  yaranmasından 
sonra) ATƏT (daha konkret desək Milli Azlıqlar üzrə Alt Komissarlıq) və Avropa 
Komissiyasının  fəaliyyətləri  ilə  daha  da  sürət  qazanmışdır.  Araşdırmamızdan 
da göründüyü kimi, Millətlər Cəmiyyəti, BMT və digər ali qurumlarda olduğu 
kimi Aİ qanunvericiliyində də azlıq hüquqlarına çox zaman ümumi insan hü-
quqları kontekstində yer verilmiş, sonradan bu problemlə bağlı bir sıra qərarlar, 
tövsiyələr qəbul edilmişdir. 
Qeyd  olunduğu  kimi,  “azlıq”  analayışının  mahiyyətinə  qloballaşma 
prosesləri və  dünyada baş verən dəyişikliklər kontekstindən nəzər saldığımız 
zaman bu gün onun zənginləşdirilməsinə, dolğun və əhatəli şərh edilməsinə 
ehtiyac yarandığını görürük. Qloballaşma prosesləri həm də ölkələrin hüdud-
larından  kənarda  yaşayan  insan  qruplarının  sayca  və  məzmunca  artmasını 
şərtləndirmişdir. Etnik qrupların daha sıx toplaşdığı Avropada bu gün baş verən 
kardinal dəyişikliklərin müəyyən axara salınması üçün azlıqların (burada həm 
ənənəvi milli azlıqlar, həm də yeni milli azlıqlar (immiqrantlar) nəzərdə tutu-
lur) qorunması və hüquqlarının təmin edilməsi məsələsinə yenidən baxılma-
sına ehtiyac var. Çünki dövlətin suverenliyinə ən böyük təhdid milli azlıqların 
hüquqlarının qorunmaması nəticəsində separatizmin yaranmasından başlayır 
və buna görə dövlət suverenliyi və milli azlıqların hüquqlarının qorunması çox 
vacib məsələdir. 
Bu gün Aİ-yə üzv olmaq istəyən ölkələr qarşısında ilk növbədə azlıqların 
hüquqlarına hörmət etmək zəruri şərtlərdən biri kimi irəli sürülür. Lakin son 
illər Aİ-nin aparıcı ölkələrində milli və dini azlıqlara, həmçinin “yeni azlıqlar” 
hesab edilən immiqrant və köçkünlərə  qarşı ikili standartların tətbiq olunması, 
avropalı rəsmilərin də qeyd etdiyi kimi multikulturalizmin böhranı bu ali quru-


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə