Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə92/96
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32375
1   ...   88   89   90   91   92   93   94   95   96

Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
241
İstifadə edilmiş ədəbiyyat: 
1.  Nicat Ə. Müdriklik məbədi. Bakı, 2005. 
2.  Бачинин    В.А.  Политология.  Энциклопедический  словарь.  Санкт-Петербург, 
2005. 
3.  Большая актуальная политическая энциклопедия. Москва, 2009. 
4.  Зотов А.Ф. Современная западная философия. Москва, 2010.
5.  Хрестоматия.  Москва,  2006,  http://velesova-sloboda.vho.org/philosophy/
philosophie-des-fuehrertums.html
Eldar Amirov
The philosophy of the open society and political realities: 
a contradiction or a consistent pattern?
This article  deals with the essence of a democratic society in the context 
of the realities of political psychology. Since its inception, many thought that 
the idea of an open society in historical research by the French philosopher 
Henri Bergson (1859-1941) in the twentieth century will be the core of the 
political development of many advanced countries in the world. However, ex-
perience has shown that the threat and permanent interests of the states in 
both the external and internal policies of always correct, and sometimes even 
ignore the principles of an open society. However, at the time, this idea made 
a significant contribution to the development of Western democracy and civil 
society, but as a final and complete ideology it has not yet gained the upper 
hand. According to some thinkers in politics there until animals started this 
triumph possible.
Эльдар Амиров
Философия открытого общества и политические реалии: 
противоречие или закономерность?
В  статье  рассматривается  сущность  демократического  общества  в 
контексте  реалий  политической  психологии.  С  момента  возникновения 
идеи  открытого  общества,  очень  многие  считали,  что  введенные  в 
научный  оборот  французским  философом  А.Бергсоном  (1859-1941)  в 
ХХ  веке,  станут  стержнем  политического  развития  многих  передовых 
государств мира. Однако как показал опыт, угрозы и постоянные интересы 
государств,    как  во  внешней,  так  и  во  внутренней  политике  всегда 
корректируют, а порой даже игнорируют принципы открытого общества. 
Правда, данная идея в свое время внесла значительную лепту в развитие 
западной  демократии  и  гражданского  общества,  но  как  окончательная 
и полноценная идеология она еще не одержала верх. По мнению ряда 
мыслителей пока в политике существуют животные начала этот триумф 
невозможен. 


STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
242 
Müasir dövrdə 
Azərbaycanda fəlsəfi-
tarixi tədqiqatlar


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
243
Açar  sözlər:  Azərbaycan,  20-50-ci  illərin  fəlsəfə  tarixi,  nəzəri-metodoloji 
əsaslar, fəlsəfə və digər ictimai elmlər, tədqiqatçılar
Keywords: Azerbaijan, 20-50 - XX century history of philosophy, theoretical 
and  methodological  framework,  philosophy  and  other  social  sciences, 
researchers
Ключевые слова: Азербайджан, история философии 20-50-х годов ХХ 
века, теоретико-методологические основы, философия и другие обще-
ственные науки, исследователи
Müasir dövrdə 
Azərbaycanda fəlsəfi-
tarixi tədqiqatlar
Vüsalə 
MUSAYEVA
Bakı Dövlət Universitetinin 
doktorantı
vusala.musayeva@yahoo.com


STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
244 
Azərbaycan  fəlsəfi-tarixi  fikrinin  özünəməxsusluğu  ilk  növbədə  ədəbi-
bədii  təməllərdən  qaynaqlanması  ilə  səciyyələnir.  Bu  baxımdam  fəlsəfi-tarixi 
tədqiqatların formalaşması ənənəsi, yazılı salnamə-abidə xarakterli araşdırma-
ların mövcud fəlsəfi irsi tam əhatə etməsi mümkün olmamışdır. Azərbaycanda  
fəlsəfi düşüncənin özünün  ifadəsi və təzahürü etibarilə akademik çərçivədən 
kənarda  mövcudluğu,  ənənələrin  mühüm  əhəmiyyətə  malik  olması  onun 
özünəməxsus milli fəlsəfi ənənəsini formalaşdırmışdır. Nəzəri məntiqi dildən 
çox bədii obrazlarla ifadə etmək, konseptuallıqla bədiilik xüsusiyyətini sintezdə 
daşımaq buraya  xas olan əsas cəhətlərdəndir.
Azərbaycan Avropanın və Şərqin fəlsəfi ənənələrinin milli çalarlarda təzahür 
edən,  bəzən  bir-birini  inkar  edən,  bəzən  də  bir-birini  tamamlayan  forma-
ların    qarşılaşdığı  məkandır.  Milli  fəlsəfi  məktəb  sivilizasiyalararası  məkanın 
özünəməxsus    inkişaf  dinamikasını  özündə  daşıyaraq  eyni  zamanda  Qərb 
ənənəsi ilə qarşılıqlı təsir prosesində inkişaf etmiş, orijinal məktəb və təlimlər  
yaratmışdır.
  Xalqımızın  fəlsəfi-tarixi  tədqiqatlar  sahəsində  irsi  də  çox  zəngindir.  Belə 
ki,  konkret  ölkələrin  milli  fəlsəfi  fikir  ənənəsini,    fəlsəfə  tarixini,  bütövlükdə 
fəlsəfəsini tədqiq etmək, həm də onun dünya  fəlsəfi fikir məkanına inteqrasi-
yasına töhfə vermək mənasında çox vacibdir.
Milli fəlsəfi fikir xüsusilə son əsrlərin  əhatə etdiyi, milli dövlətçilik ideyaları-
nın geniş vüsət alaraq yayıldığı zaman kəsiyində daha da inkişaf etmişdir.
Azərbaycan  fəlsəfəsinin  və  filosoflarının  yaradıcılığı  və  elmi  irsinin  geniş 
tədqiqi və təbliği də çox vacib məsələdir. Ölkəmizin öz fəlsəfi irsi və məktəbləri 
barədə dünyada təsəvvürlərin olması məhz bu sahədə aparılan tədqiqatlardan 
çox dərəcədə asılıdır.
Qeyd edilənlər baxımından XX əsrin 20-50-ci illərinin fəlsəfi fikir tarixinin 
tədqiqi xüsusi maraq kəsb edir. Bəzi tədqiqatlarda XX əsri yalnız  “sovet döv-
rü” adlandırmaqla bu mərhələdə baş verən son dərəcə mürəkkəb və çoxşaxəli 
problemlərin, şəxsiyyətlərin, ideya və konsepsiyaların üstündən xətt çəkilməsi 
kimi cəhdlərə rast gəlmək olur. Yaxud müasir milli fəlsəfi fikirlə ilk növbədə 
Qərb müəlliflərinin tədqiqatları və eyni zamanda sovet dövrünün rəsmi fəlsəfi 
nəşrlərinin təqdim etdiyi şəkildə tanış olurlar. Bəzən belə mövqelərə də rast 
gəlmək olur ki, sovet dövründə tarixi materializm və dialektik materializmdən 
başqa heç nə olmamışdır. Bu isə məqbul sayılan hal deyil.
  Bu  baxımdan  bəhs  olunan  mərhələnin  milli  fəlsəfi  fikrinin  ideya  və 
düşüncələrini  müasir dövrün mədəni ideyalar dövriyyəsinə daxil etmək, onu 
müasir  fəlsəfi  meyillər  kontekstində  təhlil  etmək  çox  aktual  məsələdir.  Yal-
nız  bu  halda  görə  bilərik  ki,  Azərbaycan  xalqını  təmsil  edən  mütəfəkkirlərin 
dövlətçilik, milli varlıq, sivilizasiyalararası dialoq və s. sahələrdə irəli sürdükləri 
nəzəri irs  heç də həmin dövrdə Qərbdə, yaxud da Şərqdə mövcud olan ideya 
və konsepsiyalardan  zəif olmamışdır. Üstəlik də onların bu gün də nə qədər 
aktual olması xüsusi vurğulanmalıdır.  
Eyni  zamanda  alimlərimizin  birgə  səyləri  ilə  XX  əsrin  müasir  Azərbaycan 
fəlsəfəsinin, XX əsrin sonlarının və XXI əsrin əvvəllərinin fəlsəfi məktəbləri haq-


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə