Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL
249
Qərb sivilizasiyaları həmin prosesdə eyni cür iştirak etsələr də, nəticə etibarilə
müxtəlif istiqamətlərdə gedən inkişafa nail oldular. Dünyaya olan münasibət
müxtəlif əqidə prizmasından formalaşdığı üçün nəticələr bir tərəf üçün acına-
caqlı oldu: ehkamçılıq, ideyaya sadiqlik inkişafı bütövlükdə saxladı, təhrif etdi,
insanların bacarıq və qabiliyyətlərinin formalaşması və tətbiqi işində adi bir
buxova çevrildi.
Bütün bu deyilənlərə baxmayaraq, tarixi proses öz inkişaf səmtini dəyişmir,
çətinliklə də olsa ümumdünya inkişaf məcrasında öz axarı ilə gedirdi. Biz bu-
rada tədqiq etdiyimiz dövrdə Azərbaycanda baş verən prosesləri nəzərdə
tuturuq. Sovet dövlətinin tərkibində Azərbaycan digər sovet respublikala-
rı kimi müəyyən muxtariyyətə malik idi. Dövrün fövqəldövləti olan SSRİ-nin
qüdrətli olması kəskin ideoloji mübarizədə əks tərəfin təzyiq və təsirlərə tab
gətirməsindən asılı idi. İdeoloji ştamplar və şüarlar insanların psixologiyasına
aşılanır, ictimai şüur formalaşır, hər bir sovet vətəndaşı hökumətin sadiq və
məsuliyyətli üzvünə çevrilirdi. Məhdud ideyalar çərçivəsində dünyanı qavra-
maq məqsədilə təhsil sistemi, istehsal, asudə vaxtın keçirilmə formaları, adət-
ənənələrdən istifadə olunurdu. Nəticədə, böyük çətinliklə də olsa iqtisadi
cəhətdən struktur dəyişiklikləri baş verir, yeni sosial qruplar formalaşırdı. Elm
və təhsil sahələri də sürətlə inkişaf edirdi. Bu barədə Z.B.Göyüşov öz əsərində
də yazır. O qeyd edir ki, peşəkar filosof-alimlərin yetişdirilməsində bir sıra rus
alimləri, o cümlədən A.O.Makovelski, Qulyayev, Komarovski, Rubanovski və
Çiçikalovun xidmətləri olduqca böyük olmuşdur [1, s.18]. Bu alimlər hazırlıq
məktəbini hələ Çar Rusiya dönəmində keçmişdilər. Onların potensialı olduqca
yüksək olmuşdur.
Azərbaycan fəlsəfi məktəbinin yaranmasında adları qeyd edilən alimlərin
xidmətləri həm də onların fərdi elmi yaradıcılığı ilə səciyyələnir. Z.B.Göyüşovun
tədqiqatının üstün cəhətlərindən biri də ilkin mənbələrə, yəni arxiv materi-
allarına, müəllifin yaradıcılığının məhsulu olan əsərlərə müraciət etməsidir.
O, respublika və onun sərhədlərindən uzaqlarda tanınan tədqiqatçıların
tərcümeyi-halı ilə tanış olur, onların əsərlərinin qısa xarakteristikasını verir və
qiymətləndirirdi.
Z.B.Göyüşovun toxunduğu məsələlərdən biri də hakimiyyət və din problemi
idi. Artıq qeyd etmişik ki, fəlsəfi problemlərə öz münasibətini bildirənlər əsasən
partiya təşkilatlarının işçiləri, siyasi rəhbərlər və liderlər olmuşlar. Şübhəsiz,
onlar gündəlik aktual məsələlərə münasibət bildirməyə bilməzdilər. Belə
problemlərdən biri də din məsələsi idi. Dindarlıq həddi (xüsusilə islam dininə
tapınma) yüksək olan bir ölkədə yeni ideoloji dəyərləri insan şüuruna aşıla-
maq o qədər də asan iş deyildi. Məhz buna görə də din nadanlıq və cəhalət
rəmzi kimi ideya mübarizəsi obyektinə çevrilmişdi. Bu sahədə xüsusilə Ağa-
malıoğlu, Q.Musabəyov, M.Hacıyev, M.Quliyev və başqalarının tədqiqatlarının
“xidmətlərini” qeyd etmək olar. Din ilə mübarizə ideoloji sahənin vacib
istiqamətlərindən biri idi. İlk növbədə tədqiqat və təbliğat işi gücləndirilir, yeni
adət və ənənələr tətbiq edilirdi ki, insanlar dünyanı materialist ruhunda qavra-
sın və yeni ideologiya ilə dini əvəz etsin.
STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
250
Ümumi savadsızlıq, gerilik, yoxsulluq bu mübarizədə bir fürsət idi ki,
kommunistlər bundan məharətlə istifadə etmişdilər.
Tarixi materializm də Z.B.Göyüşovun tədqiq etdiyi sahələrdən biri olmuş-
dur. Əsərin bütün ikinci fəsli boyunca o, tarixi materializm ideyalarının mark-
sist variantını qəbul etmiş Azərbaycan filosoflarının yaradıcılığına münasibət
bildirməyə çalışmışdır. Geniş, hərtərəfli məlumatları toplamış müəllif burada
sübut etməyə çalışır ki, həmin dövrün tədqiqatçı-filosoflarının yaradıcılığı ol-
duqca maraqlı və rəngarəng olmuşdur. Qeyd etmək olar ki, bu tədqiqatçıların
xidmətlərindən biri də dünya fəlsəfə xəzinəsinin inciləri ilə geniş oxucu kütləsini
tanış etmək olmuşdur. Xüsusilə burada C.Nağıyevin xidmətlərini göstərmək
olar. Təcrübə işindən başqa, “materialist mövqedən” çıxış edən bir çox Qərb
filosoflarının əsərləri araşdırılır, onlara münasibət bildirilirdi. Burada Z.Göyüşov
ilk növbədə M.Hüseynovun, Ə.Seyidovun, Ə.Kazımovun, Ə.Əfəndiyevin adları-
nı çəkir [5, s. 21-51]. Qeyd edək ki, həmin müəlliflərin tədqiqat obyekti fransız
materialistləri (Didro, Holbax, Helvetsi), Lokk, Spinoza, Dekart və Leybnist ol-
muşdur. Göründüyü kimi, əsas diqqət klassik fəlsəfi irsə, yeni dövrün filosof-
larına yetirilirdi ki, bunların da sırasında əsasən materializmə meyilli olanlar
əksəriyyət təşkil edir.
Tarixi materializmin ideyaları ətrafında aparılan müzakirələr əsasən sin-
fi mübarizə, proletar diktaturası, sosializm və kommunizm məsələləri kimi
kəskin problemləri əhatə edirdi. Burada istər-istəməz ölkə sərhədlərini aş-
maq, dünyada baş verən prosesləri təhlil etmək zərurəti meydana gəlirdi.
Şübhəsiz, istifadə oluna bləcək faktlar və materiallar vahid sovet informasi-
ya maşını – Siyasi Büro tərəfindən ifadəli şəkildə çatdırılırdı. Dəmir sədd nə
qədər güclü olsa da, sovet dövləti tam təcrid oluna bilməzdi. Bunu yaxşı başa
düşən sovet ideoloqları ilk növbədə kommunizm və sosializm ideyalarını bü-
tün dünyaya – ABŞ-dan tutmuş Afrika ölkələrinə qədər yaymağa çalışırdılar.
Məlumdur ki, bir çox ölkələrdə Sovetlər Birliyi tərəfindən maliyyələşdirilən
təşkilatlar – ilk növbədə kommunist partiyaları fəaliyyət göstərir və onlar
hakimiyyətə can atırdılar. Beləliklə, həm daxili, həm də xarici siyasətdə ideo-
logiyanı yaşatmaq və onun ideyalarını reallaşdırmaq cəhdləri səngimirdi (bu
vəziyyət XX əsrin 80-cı illərinə qədər davam etmişdi).
Din amili ilə yanaşı kəskin məsələlərdən biri də milli məsələ idi. Məlumdur
ki, böyük bir ərazini əhatə edən Sovetlər Birliyində idarəetmə prinsipləri
dildə beynəlmiləl elan edilsə də, əslində, rus şovinizmi üzərində cilalanır-
dı. Yerlərdə etirazlar səslənsə də, bunların qarşısını almaq üçün “üsyançı-
lara” dərhal damğa vurulur, onlar mətbuatda, elmi jurnal səhifələrində ifşa
olunur, vətəndaşlara onların “əsl sifətləri” çatdırılırdı. Qardaşlıq və dostluq
prinsiplərini bəyan edən kommunist filosoflar var qüvvələri ilə sübut etməyə
çalışırdılar ki, bu ölkədə millətlər bərabərliyi əldə edilmiş, zülmə və istismara
son qoyulmuşdur [1, s.81].
Z.Göyüşovun tədqiqə cəlb etdiyimiz sözügedən monoqrafiyasında
diqqət yetirdiyi məsələlərdən biri də həmin dövrdə fəlsəfə sahəsində apa-
rılan tədqiqatların məzmunu və mahiyyətinin müəyyən edilməsi idi. Haq-
Dostları ilə paylaş: |