Maddə 305. Sosial sığortanın kollektiv müqavilələrlə tənzimlənməsi
Kollektiv müqavilələrdə müəssisənin əmək kollektivinin üzvlərinin qanunvericilikdə nəzərdə tutulan
sığortalanma şərtlərindən daha üstün sosial sığorta olunmasının əlavə formaları, qaydaları, sığorta
məbləğləri, sığorta mənbələri müəyyən edilə bilər.
Maddə 306. İşçilərin sosial sığorta formaları
1. İşçilərin sosial sığortası məcburi dövlət sığortası, onların özləri tərəfindən könüllü sığortalanması
və işəgötürən tərəfindən aparılan əlavə sığorta formalarında həyata keçirilir.
2. İşçilərin məcburi dövlət sığortası işəgötürənlər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş
qaydada və məbləğdə həyata keçirilən sosial sığortalanmadır.
3. İşçilər öz vəsaitləri hesabına müəyyən olunmuş qaydada sosial sığorta müqavilələri əsasında
könüllü sığorta oluna bilərlər.
4. İşəgötürənlər, həmçinin onların birlikləri işçilərin mənafelərinin təmin olunması və əmək
funksiyasının yüksək səviyyədə yerinə yetirilməsinə maraqlarının artırılması, onların və ailə
üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə əmək kollektivini və ya onun ayrı-ayrı
üzvlərini qanunvericilikdə nəzərdə tutulmuş sığorta formalarından daha üstün sosial sığorta
olunmasını həyata keçirə bilərlər.
Maddə 307. İşçilərin sosial sığorta münasibətlərinin tənzimlənməsi
1. İşçilərin sosial sığorta olunması prinsipləri, sosial sığorta hadisələri və onların müəyyən edilməsi,
sosial sığorta üzrə ödəmələrin növləri, sosial sığortanın iştirakçılarının hüquq və vəzifələri, məcburi
dövlət sosial sığorta haqqı, ödəmələrin təyin edilməsinin şərtləri və qaydası, vəsaitlərin mənbələri,
könüllü və əlavə sığorta üzrə ödəmələrin növləri, habelə sosial sığorta sahəsində digər münasibətlər
bu Məcəllə ilə, «Sosial sığorta haqqında»
və «Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında»
Azərbaycan Respublikasının qanunları və onların əsasında qəbul edilmiş başqa normativ hüquqi
aktlarla tənzimlənir.
2. Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisələrdə əmək müqaviləsi bağlayaraq çalışan
əcnəbilər, vətəndaşlığı olmayan şəxslər sığorta olunması üçün müvafiq haqq ödəməklə bu Məcəllə ilə
müəyyən olunmuş şərtlərlə və qaydada sosial sığorta olunmaq hüququna malikdirlər.
3. Sığorta olunmuş işçiyə qanunvericilikdə nəzərdə tutulan qaydada tərtib edilmiş sığorta
şəhadətnaməsi (polisi)
və dövlət sosial sığorta şəhadətnaməsi verilir.
4. İşçilərin sosial sığorta hüquqlarını məhdudlaşdıran və ya pozan hər hansı fiziki şəxs
qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyətə cəlb olunur. (
13
)
XIII bölmə. Yekun normaları
Qırx yeddinci fəsil. Bu Məcəllənin tələblərinə əməl olunmasına nəzarət. Əmək
qanunvericiliyinin pozulmasına görə məsuliyyət
Maddə 308. Bu Məcəllənin tələblərinə əməl olunmasına nəzarət
İşəgötürənlər, işçilər, icra hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən bu Məcəllənin,
eləcə də bütövlükdə əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların dürüst və