yaymağa görə qanunvericilikdə və bu Əmək müqaviləsində nəzərdə tutulan məsuliyyət daşıyır.
§8. Əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə məlumatlar
8.1. Bu Əmək müqaviləsinə birtərəfli qaydada aparılmış dəyişikliklərin, əlavələrin, düzəlişlərin
hüquqi qüvvəsi yoxdur.
8.2. Bu Əmək müqaviləsinə aşağıdakı dəyişikliklər, əlavələr edilmişdir:
a) ___________________________________________________________________________;
b) ___________________________________________________________________________;
c) ____________________________________________________________________________.
(bütün dəyişikliklər və əlavələr təfsilatı ilə sadalanmalıdır).
8.3. Tərəfimizdən razılaşdırılmış dəyişikliklər və əlavələr dərhal (_____________ gündən gec
olmayaraq) qüvvəyə minir və bu Əmək müqaviləsinin tərkib hissəsini təşkil edir.
İmzalar:
___________________________________ İşəgötürən
___________________________________ İşçi
§9. Əmək müqaviləsinə xitam verilməsi
9.1. Bu Əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə
tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər.
9.2. İşəgötürən tərəfindən bu Əmək müqaviləsi ləğv edilərkən işçi qanunvericilikdə nəzərdə tutulan
hallarda xəbərdar edilir.
9.3. İşçi tərəfindən bu əmək müqaviləsi ləğv edilməzdən əvvəl işəgötürən bir təqvim ayı
qabaqcadan xəbərdar edilməlidir.
9.4. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin
iradəsinin əleyhinə bu Əmək müqaviləsini ləğv etməyə onun məcbur edilməsinə yol verilmir.
9.5. Əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi hallar:
_______________________________________________________________________________
_______________________________________________________________________________
_______________________________________________________________________________
§10. Yekun qaydalari
10.1. Bu Əmək müqaviləsinin qüvvədə olduğu müddət ərzində tərəflər yaranan əmək
mübahisələrinin həllinə qarşılıqlı anlaşma və razılıq yolu ilə biri digərinin hüquqlarını pozmadan
nail olacaqlar. Tərəflər əmək mübahisələrinin həlli haqqında razılığa gəlmədikdə mübahisənin
məhkəmə qaydasında araşdırılması hüququndan istifadə edəcəklər.
10.2. Bu Əmək müqaviləsi iki nüsxədə tərtib edilib, onlardan biri işçidə, digəri isə işəgötürəndə
saxlanılır.
10.3. Tərəflər bu Əmək müqaviləsi üzrə öhdəliklərinin icrasını üçüncü şəxslərə həvalə edə
bilməzlər.
10.4. Tərəflər bu Əmək müqaviləsi ilə nəzərdə tutulmamış, habelə bilavasitə Əmək Məcəlləsi ilə
müəyyən edilən hallar istisna olunmaqla, üçüncü şəxslər qarşısında biri digərinin öhdəliklərinə görə
cavabdehlik daşımırlar.
10.5. Tərəflər bu Əmək müqaviləsinin şərtlərini, Əmək Məcəlləsi ilə müəyyən edilən vəzifələrini,
habelə biri digərinin qanuni mənafelərini və hüquqlarını pozarsa, təqsirkar tərəfin məsuliyyətə cəlb
edilməsini müvafiq dövlət orqanlarından, mülkiyyətçidən tələb etmək hüququna malikdirlər.
10.6. Bu Əmək müqaviləsinin şərtlərini, bu şərtlərdən irəli gələn öhdəliklərimizi vicdanla yerinə
yetirəcək, şəxsi, maddi, maliyyə, istehsal maraqlarımıza, habelə ictimai birliklərdə və siyasi
partiyalarda müstəqil iştirakımıza qarşılıqlı hörmət göstərəcəyik.
§11. Tərəflərin imzaları və ünvanları
11.1. İşəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, habelə müştərisi olduğu bankın adı,
hesablaşma hesablarının nömrələri, kodu, sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa hüquq verən
xüsusi razılığın məlumatları göstərilməklə hüquqi ünvanı:
Möhürü
İmzası:
11.2. İşçinin adı, atasının adı və soyadı göstərilməklə ünvanı:
İmzası:
Tarix:
Qeyd: Əmək Məcəlləsinin 43-cü maddəsində nəzərdə tutulan Əmək müqaviləsinin məzmununa
daxil olan şərtlər, məlumatlar həmin müqavilə tərtib edilərkən hökmən göstərilməlidir. Bu
nümunədə göstərilən əlavə müddəaların, şərtlərin hər biri konkret hallarda işəgötürən və işçi
tərəfindən Əmək müqaviləsi bağlanarkən razılaşdırılaraq tərtib edilir. Lakin bütün hallarda
işəgötürən Əmək müqaviləsinin məzmununu bu nümunədə göstərilən qaydada dolğun şəkildə tərtib
etməyə borcludur. İşəgötürən bu nümunəyə tam uyğun olan Əmək müqaviləsinin formalarının
kifayət miqdarda nəşriyyat üsulu ilə hazırlanmasını təmin etməlidir. Əmək müqaviləsinin
formasındakı boş yerlər əl ilə və ya makinada, kompüterdə səliqə ilə yazılmalıdır, məlumatların
pozulmasına, qaralanmasına yol verilməməlidir.
*
Bu sənəd tərəflərin iradəsindən asılı olaraq eyni hüquqi məna kəsb edən «Əmək müqaviləsi» və
ya «Əmək kontraktı» formasında tərtib edilir.
Azərbaycan Respublikasının
Əmək Məcəlləsinə
2-ci əlavə
İlin soyuq vaxtında açıq havada və ya isidilməyən örtülü
binalarda, habelə isti havalarda işin dayandırılması və işçilərə
fasilələrin verilməsi şərtləri
1. Havanın temperaturu 41 dərəcə Selsidən çox olan hava şəraitində açıq havada və sərinləşdirici
qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi
dayandırılır və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilir.
2. Küləyin gücü 6 bal və daha artıq olduqda, quruda kranlarla görülən bütün növ işlər dayandırılır.
3. Tikinti işləri görüldükdə aşağıdakı hallarda işlər dayandırılır:
3.1. küləyin gücü 2 baldan artıq olduqda — kranlar qurulması üzrə quraşdırma işləri;
3.2. küləyin gücü 3 baldan artıq olduqda — qaldırıcıların quraşdırılması və sökülməsi işləri;
3.3. küləyin gücü 6 baldan artıq olduqda — taxta-şalban işi, habelə taxta-şalbanın sökülməsi;
3.4. küləyin gücü 3 baldan artıq olduqda — daşınan taxta-şalbanın yerinin dəyişdirilməsi
işləri.
4. Dənizdə işləyərkən aşağıdakı hallarda işlər dayandırılır:
4.1. küləyin gücü 4 baldan artıq olduqda — ayrı-ayrı özüllərdə kran gəmiləri vasitəsiilə
görülən tikinti-quraşdırma və sökmə işləri;
4.2. küləyin gücü 4 baldan artıq olduqda — daimi dəniz özülləri və estakadayanı meydançalar
yanındakı buxtalarda barjlara, kran gəmilərinə yükvurma və yükboşaltma işləri;
4.3. küləyin gücü 8 baldan artıq olduqda — qazma işləri aparılan quyularda alətlərin
quyulardan qaldırılması ilə əlaqədar bütün işlər;
4.4. küləyin gücü 6 baldan artıq olduqda — daimi dəniz özüllərində istismar edilən quyularda
işlər;
4.5. küləyin gücü 6 baldan artıq olduqda — daimi dəniz özüllərində estakadayanı
meydançalarda quyuların əsaslı və cari yeraltı təmir işləri;
4.6. küləyin gücü 8 baldan artıq olduqda — özülün və ya estakadayanı meydançanın döşəməsi
üstündəki işlər;
4.7. küləyin gücü 8 baldan artıq olduqda — özülün və ya estakadayanı meydançanın döşəməsi
altındakı işlər;
4.8. küləyin gücü 4 baldan artıq olduqda — qaynaq tikişinin aşağı vəziyyətdə qoyulduğu bütün
növ qaynaq işləri;
4.9. küləyin gücü 3 baldan artıq olduqda — qaynaq tikişinin şaquli vəziyyətində qoyulduğu
bütün növ qaynaq işləri;
4.10. küləyin gücü 3 baldan artıq olduqda — qaynaq tikişinin tavan vəziyyətində qoyulduğu
bütün növ qaynaq işləri;
4.11. küləyin gücü 5 baldan artıq olduqda — ayrı-ayrı özüllərdə üzən vasitələr, qurğular
olmadan tikinti-quraşdırma və sökmə işləri;
4.12. küləyin gücü 4 baldan artıq olduqda — estakada tikən kranla quraşdırma işləri;
4.13. küləyin gücü 5 baldan artıq olduqda — kopyor vasitəsiilə dayaqlar vurulması işləri;
4.14. küləyin gücü 4 baldan artıq olduqda — dəniz neft-mədən qurğularının sökülməsi işləri;
4.15. küləyin gücü 5 baldan artıq olduqda — daimi dəniz özüllərində buruqların
quraşdırılması, sökülməsi və dorların qaldırılması (endirilməsi) işləri;
4.16. küləyin gücü 5 baldan artıq olduqda — traversin sürgü qollarının, mancanaq dəzgahının
asma kanatının təmiri və dəyişdirilməsi, buruqda və ya dorda diyircəklərin, kran-blokun
dəyişdirilməsi, tali kanatının təchizatı, dərinlik ölçmələri və quyuların debitinin ölçülməsi
işləri;
4.17. küləyin gücü 5 baldan artıq olduqda — estakada meydançalarında quyuların cari və
əsaslı təmiri üçün səyyar aqreqatların dorlarının qaldırılması işləri;
4.18. küləyin gücü 10 baldan artıq olduqda — quyunun yuyulması işlərindən başqa buruqda
bütün işlər.
5. Havanın temperaturu Selsi ilə mənfi 10 dərəcə və daha aşağı olduqda və eyni zamanda küləyin
gücü 3 baldan artıq olduqda açıq havada bütün növ işlər dayandırılır və ya işçilərə isinmək üçün
fasilələr verilir.
6. İstehsalın fasiləsiz xarakterli olması ilə əlaqədar işi dayandırmağın qeyri-mümkün olduğu yerlərdə
işin dayandırılması bir-birini əvəz edən növbələr müəyyən olunması ilə əvəz edilir. Növbələrin bir-
birini əvəz etməsi həmkarlar ittifaqları təşkilatının razılığı ilə işəgötürən tərəfindən müəyyən olunur.
7. İlin soyuq vaxtında örtülü, lakin isidilməyən binalarda temperatur Selsi ilə müsbət 14 dərəcədən
aşağı olduqda, işçilərə fasilələr verilir və ya iş dayandırılır.
8. İşlərin dayandırılması və isinmək üçün fasilələr verilməsi, habelə bu fasilələrin sayının və
müddətinin müəyyən edilməsi işəgötürənlə həmkarlar ittifaqları təşkilatının birgə qərarı ilə həyata
keçirilir. (
48
)
«Azərbaycan» qəzetində dərc edilmişdir (25-29 aprel 1999-cu il, № 93-96)( «VneshExpertService»
LLC).
Azərbaycan Respublikasının Qanunvericilik Toplusuda dərc edilmişdir (1999-ci il, № 4, maddə
213).
1 fevral 1999-cu il tarixli 618-IQ nömrəli «Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan
Respublikasının Qanunu ilə təsdiq edilmişdir («
VES Consultancy
»
LLC
).
Məcəlləyə dəyişiklik və əlavələrin edildiyi sənədlərin
Siyahısı
1. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
23 fevral 2000-ci il tarixli
qərarına əsasən
«Azərbaycan Respublikası Əmək Məcəlləsinin 143-cü maddəsinin birinci hissəsinin, bu məcəllənin
70-ci maddəsinin «a» və «ç» bəndləri ilə əlaqədar əmək münasibətlərinə xitam verilərkən məzuniyyət
hüququnu məhdudlaşdıran müddəalar Azərbaycan Respublikası Konstitusiyasının 25, 37-ci
maddələrinə və 149-cu maddəsinin I hissəsinə uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilsin».
- «Azərbaycan» qəzeti, 1 mart 2000-ci il, № 48.
2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
29 noyabr 2000-ci il tarixli
qərarı
«Azərbaycan Respublikası Əmək Məcəlləsinin 116-cı maddəsinin ikinci hissəsində əmək stajına görə
əlavə məzuniyyətin müddətini məhdudlaşdıran «bir müəssisədə» müddəası Azərbaycan Respublikası
Konstitusiyasının 25-ci maddəsinin I hissəsinə və 149-cu maddəsinin I hissəsinə uyğun olmadığından
qüvvədən düşmüş hesab edilsin» -«Azərbaycan» qəzeti, 1 dekabr 2000-ci il, № 276.
3. Azərbaycan Respublikasının 20 fevral 2001-ci il tarixli
88-IIQD
saylı qanunu - «Azərbaycan»
qəzeti, 30 mart 2001-ci il, № 70.
4. Azərbaycan Respublikasının 27 mart 2001-ci il tarixli
107-IIQD
saylı qanunu - «Azərbaycan»
qəzeti, 17 iyun 2001-ci il, № 135.
5. Azərbaycan Respublikasının 05 oktyabr 2001-ci il tarixli
178-IIQD
saylı qanunu- «Azərbaycan»
qəzeti, 28 noyabr 2001-ci il, № 271.
6. Azərbaycan Respublikasının 05 oktyabr 2001-ci il tarixli
186-IIQD
saylı qanunu - «Azərbaycan»
qəzeti, 28 noyabr 2001-ci il, № 271.
7. Azərbaycan Respublikasının 10 oktyabr 2001-ci il tarixli
195-IIQD
saylı qanunu - «Azərbaycan»
qəzeti, 10 yanvar 2002-ci il, № 7.
8. Azərbaycan Respublikasının 15 noyabr 2001-ci il tarixli
214-IIQD
saylı qanun.- «Azərbaycan»
qəzeti, 29 dekabr 2001-ci il, № 298.
9. Azərbaycan Respublikasının 23 aprel 2002-ci il tarixli
311-IIQD
saylı qanunu - «Azərbaycan»
qəzeti, 4 may 2002-ci il, № 101.
10. Azərbaycan Respublikasının 24 may 2002-ci il tarixli
333-IIQD
saylı qanunu - «Azərbaycan»
qəzeti, 7 iyul 2002-ci il, № 152.
11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
29 noyabr 2002-ci il tarixli
qərarına əsasən
əmək müqaviləsinə xitam verilərkən 1999-cu il iyulun 1-dək istifadə olunmamış məzuniyyətlərə görə
pul əvəzi həmin dövrdə qüvvədə olan qanunvericiliklə, həmin tarixdən sonra istifadə olunmamış
məzuniyyətlərə görə pul əvəzi isə qüvvədə olan Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci
hissəsinə müvafiq olaraq ödənilməlidir.
12. Azərbaycan Respublikasının 24 dekabr 2002-ci il tarixli
409-IIQD
nömrəli qanun - «Azərbaycan»
qəzeti, 10 yanvar 2003-cü il, № 7.
13. Azərbaycan Respublikasının 3 dekabr 2002-ci il tarixli
391-IIQD
saylı qanunu - «Azərbaycan»
qəzeti, 15 yanvar 2003-cü il, № 11.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
17 iyun 2003-cü il tarixli
qərarına əsasən
«Azərbaycan Respublikası Əmək Məcəlləsinin 136-cı maddəsinin birinci hissəsinə müvafiq olaraq
işçiyə əsas məzuniyyət yalnız bu məcəllənin 115-ci maddəsində nəzərdə tutulan, əmək şəraitinə və
əmək funksiyalarının xüsusiyyətlərinə, habelə həmin məcəllənin 116-cı maddəsində
müəyyənləşdirilən əmək stajına görə əlavə məzuniyyətlərlə cəmlənərək birlikdə verilməlidir. Bu
maddənin ikinci hissəsinə əsasən işçinin eyni vaxtda həm əmək şəraitinə və əmək funksiyasının
xüsusiyyətlərinə həm də əmək stajına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 115 və 116-
cı maddələrində nəzərdə tutulan iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda, bu maddələrin
ayrılıqda hər biri üzrə əldə etdiyi daha çox müddətli bir əlavə məzuniyyət onun əsas məzuniyyətinə
birləşdirilir».- «Azərbaycan» qəzeti, 19 iyun 2003-cü il, № 138.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
19 aprel 2001-ci il tarixli
qərarına əsasən
«Azərbaycan Respublikası Əmək Məcəlləsinin 132-ci maddəsinin ikinci hissəsini azadlıqdan məhrum
etmədən islah işlərinə məhkum edilən şəxslərin cəza çəkdiyi müddətin məzuniyyət hüququ verən
əmək stajına daxil edilməməsinə dair müddəası Azərbaycan Respublikası Konstitusiyasının 37-ci
maddəsinə uyğun olmadığına görə qüvvədən düşmüş hesab edilsin».- «Azərbaycan» qəzeti, 27 aprel
2001-ci il, № 94.
16. Azərbaycan Respublikasının 30 dekabr 2003-cü il tarixli,
569-IIQD
nömrəli qanunu -
«Azərbaycan» qəzeti, 1 fevral 2004-cü il, № 25.
17. Azərbaycan Respublikasının 30 dekabr 2003-cü il tarixli,
568-IIQD
nömrəli qanunu -
«Azərbaycan» qəzeti, 15 fevral 2004-cü il, № 38.
18. Azərbaycan Respublikasının 5 mart 2004-cü il tarixli,
598-IIQD
nömrəli qanunu - «Azərbaycan»
qəzeti, 1 aprel 2004-cü il, № 75.
19. Azərbaycan Respublikasının 30 aprel 2004-cü il tarixli,
643-IIQD
nömrəli qanunu -
«Azərbaycan» qəzeti, 23 iyul 2004-cü il, № 169.
20. Azərbaycan Respublikasının 21 may 2004-cü il tarixli,
675-IIQD
nömrəli qanunu - «Azərbaycan»
qəzeti, 1 iyul 2004-cü il, № 150.
21. Azərbaycan Respublikasının 1 sentyabr 2004-cü il tarixli,
729-IIQD
nömrəli qanunu -
«Azərbaycan» qəzeti, 14 sentyabr 2004-cü il, № 214.
22. Azərbaycan Respublikasının 3 dekabr 2004-cü il tarixli,
795-IIQD
nömrəli qanunu -
«Azərbaycan» qəzeti, 4 yanvar 2005-ci il, № 1.
23. Azərbaycan Respublikasının 4 mart 2005-ci il tarixli,
848-IIQD
nömrəli qanunu - «Azərbaycan»
qəzeti, 25 mart 2005-ci il, № 66.
24. Azərbaycan Respublikasının 4 mart 2005-ci il tarixli,
856-IIQD
nömrəli qanunu - «Azərbaycan»
qəzeti, 30 aprel 2005-ci il, № 97.
25. Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli,
888-IIQD
nömrəli qanunu - «Azərbaycan»
qəzeti, 20 iyul 2005-ci il, № 165.
26. Azərbaycan Respublikasının 1 sentyabr 2005-ci il tarixli,
980-IIQD
nömrəli qanunu -
«Azərbaycan» qəzeti, 25 oktyabr 2005-ci il, № 247.
27. Azərbaycan Respublikasının 30 sentyabr 2005-ci il tarixli,
1023-IIQD
nömrəli qanunu -
«Azərbaycan» qəzeti, 24 noyabr 2005-ci il, № 272.
28. Azərbaycan Respublikasının 30 dekabr 2005-ci il tarixli,
44-IIIQD
nömrəli qanunu -
«Azərbaycan» qəzeti, 31 dekabr 2005-ci il, № 304.
29. Azərbaycan Respublikasının 3 mart 2006-cı il tarixli,
73-IIIQD
nömrəli qanunu - «Azərbaycan»
qəzeti, 27 may 2006-cı il, № 116.
30. Azərbaycan Respublikasının 3 mart 2006-cı il tarixli,
74-IIIQD
nömrəli qanunu - «Azərbaycan»
qəzeti, 1 aprel 2006-cı il, № 69.
31. Azərbaycan Respublikasının 3 mart 2006-cı il tarixli,
77-IIIQD
nömrəli qanunu - «Azərbaycan»
qəzeti, 30 mart 2006-cı il, № 67.
32. Azərbaycan Respublikasının 10 oktyabr 2006-cı il tarixli,
155-IIIQD
nömrəli qanunu -
«Azərbaycan» qəzeti, 1 dekabr 2006-cı il, № 269.
33. Azərbaycan Respublikasının 8 dekabr 2006-cı il tarixli,
194-IIIQD
nömrəli qanunu -
«Azərbaycan» qəzeti, 19 dekabr 2006-cı il, № 284.
34. Azərbaycan Respublikasının 10 oktyabr 2006-cı il tarixli,
152-IIIQD
nömrəli qanunu -
«Azərbaycan» qəzeti, 28 dekabr 2006-cı il, № 292.
35. Azərbaycan Respublikasının 19 dekabr 2006-cı il tarixli,
204-IIIQD
nömrəli qanunu -
«Azərbaycan» qəzeti, 28 dekabr 2006-cı il, № 292.
36. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli,
260-IIIQD
nömrəli qanunu - «Azərbaycan»
qəzeti, 26 may 2007-ci il, № 114.
37. Azərbaycan Respublikasının 17 aprel 2007-ci il
316-IIIQD
nömrəli qanunu - «Azərbaycan»
qəzeti, 26 may 2007-ci il, № 114.
38. Azərbaycan Respublikasının 17 aprel 2007-ci il
313-IIIQD
nömrəli qanunu - «Respublika» qəzeti,
29 iyun 2007-ci il, № 140.
39. Azərbaycan Respublikasının 16 iyun 2007-ci il tarixli,
389-IIIQD
nömrəli qanunu - «Azərbaycan»
qəzeti, 21 avqust 2007-ci il, № 185.
40. Azərbaycan Respublikasının 1 oktyabr 2007-ci il tarixli,
424-IIIQD
nömrəli qanunu -
«Azərbaycan» qəzeti, 27 noyabr 2007-ci il, № 267.
41. Azərbaycan Respublikasının 9 oktyabr 2007-ci il tarixli,
430-IIIQD
nömrəli qanunu -
«Respublika» qəzeti, 27 noyabr 2007-ci il, № 267.
42. Azərbaycan Respublikasının 1 fevral 2008-ci il tarixli,
540-IIIQD
nömrəli qanunu -
«Azərbaycan» qəzeti, 14 mart 2008-ci il, № 57.
43. Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli,
608-IIIQD
nömrəli qanunu - «Azərbaycan»
qəzeti, 10 iyul 2008-ci il, № 149.
44. Azərbaycan Respublikasının 13 iyun 2008-ci il tarixli,
648-IIIQD
nömrəli qanunu - «Respublika»
qəzeti, 10 iyul 2008-ci il, № 149.
45. Azərbaycan Respublikasının 2 oktyabr 2008-ci il tarixli,
697-IIIQD
nömrəli qanunu -
«Azərbaycan» qəzeti, 30 oktyabr 2008-ci il, № 242.
46. Azərbaycan Respublikasının 2 oktyabr 2008-ci il tarixli,
699-IIIQD
nömrəli qanunu -
«Azərbaycan» qəzeti, 16 noyabr 2008-ci il, № 257.
47. Azərbaycan Respublikasının 16 dekabr 2008-ci il tarixli,
743-IIIQD
nömrəli qanunu -
«Azərbaycan» qəzeti, 15 fevral 2009-cu il, № 36.
48. Azərbaycan Respublikasının 24 fevral 2009-cu il tarixli,
771-IIIQD
nömrəli qanunu -
«Azərbaycan» qəzeti, 17 may 2009-cu il, № 105.
49. Azərbaycan Respublikasının 28 aprel 2009-cu il tarixli,
807-IIIQD
nömrəli qanunu -
«Azərbaycan» qəzeti, 26 iyun 2009-cu il, № 137.
50. Azərbaycan Respublikasının 20 oktyabr 2009-cu il tarixli,
891-IIIQD
nömrəli qanunu -
«Respublika» qəzeti, 24 dekabr 2009-cu il, № 280.
51. Azərbaycan Respublikasının 4 dekabr 2009-cu il tarixli,
927-IIIQD
nömrəli qanunu -
«Azərbaycan» qəzeti, 24 dekabr 2009-cu il, № 286.
52. Azərbaycan Respublikasının 1 fevral 2010-cu il tarixli,
950-IIIQD
nömrəli qanunu -
«Azərbaycan» qəzeti, 24 fevral 2010-cu il, № 43.
53. Azərbaycan Respublikasının 4 dekabr 2009-cu il tarixli,
924-IIIQD
nömrəli qanunu -
«Azərbaycan» qəzeti, 13 fevral 2010-cu il, № 34.
54. Azərbaycan Respublikasının 5 mart 2010-cu il tarixli,
971-IIIQD
nömrəli qanunu —
«Azərbaycan» qəzeti, (18 aprel 2010-cu il, № 82).
55. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun
21 iyun 2010-cu il tarixl
i
Qərarı — «Respublika» qəzeti, 8 iyul 2010-cu il, № 143.
56. Azərbaycan Respublikasının 21 dekabr 2010-cu il tarixli,
36-IVQD
nömrəli qanunu —
«Azərbaycan» qəzeti, (23 yanvar 2011-ci il, № 16).
57. Azərbaycan Respublikasının 21 dekabr 2010-cu il tarixli,
37-IVQD
nömrəli qanunu — «Xalq
qəzeti», (17 fevral 2011-ci il, № 37).
58. Azərbaycan Respublikasının 21 dekabr 2010-cu il tarixli,
38-IVQD
nömrəli qanunu —
«Azərbaycan», (20 fevral 2011-ci il, № 40).
59. Azərbaycan Respublikasının 17 may 2011-ci il tarixli,
127-IVQD
nömrəli qanunu —
«Azərbaycan», (10 iyun 2011-ci il, № 124).
60. Azərbaycan Respublikasının 10 iyun 2011-ci il tarixli,
140-IVQD
nömrəli qanunu —
«Azərbaycan», (5 iyul 2011-ci il, № 143).
61. Azərbaycan Respublikasının 16 oktyabr 2012-ci il tarixli,
446-IVQD
nömrəli qanunu —
«Azərbaycan», (2 dekabr 2012-ci il, № 269).
62. Azərbaycan Respublikasının 21 dekabr 2012-ci il tarixli,
525-IVQD
nömrəli qanunu —
«Respublika», (6 fevral 2013-cü il, № 27).
63. Azərbaycan Respublikasının 28 dekabr 2012-ci il tarixli,
540-IVQD
nömrəli qanunu —
«Azərbaycan», (10 fevral 2013-cü il, № 31).
64. Azərbaycan Respublikasının 30 sentyabr 2013-cü il tarixli,
749-IVQD
nömrəli qanunu —
«Azərbaycan», (24 noyabr 2013-cü il, № 259).
65. Azərbaycan Respublikasının 27 dekabr 2013-cü il tarixli,
875-IVQD
nömrəli qanunu —
Azərbaycan Respublikası Prezidentinin fərmanı -- 15.04.99, № 122
Dostları ilə paylaş: |