Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən



Yüklə 177,04 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix21.06.2018
ölçüsü177,04 Kb.
#50569
1   2   3   4   5   6   7

 

qazanmışdır. 



Eyni zamanda Azərbaycan paralimpiyaçıları da XXXI Yay Paralimpiya Oyunlarına  4 idman növü üzrə 13 

lisenziya əldə etmişlər. Bunlardan atletika -4, cüdo- 6, üzgüçülük-2, poverliftinq-1  lisenziya qazanmışdır. 

5 mart - “Bədən tərbiyəsi və idman günü”ndə ölkəmizdə gənclərlə iş və idman sahəsində çalışan 

əməkdaşlardan 4 nəfər  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, 2 nəfər “Tərəqqi” medalı ilə və 21 

nəfər  isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişlər. 

İdman mütəxəssislərinə fəxri adların verilməsi ilə əlaqədar daxil olmuş sənədlərə 2013-2016-cı illər üçün 

Azərbaycan Respublikasının Vahid İdman Təsnifatına uyğun olaraq baxılmış və müvafiq qaydada rəy 

hazırlanaraq fəxri adların, təqaüdlərin verilməsi və sosial vəziyyətin yaxşılaşdırılması komissiyasına təqdim 

olunmuşdur. 

İdman növləri üzrə ali, I və II ixtisas kateqoriyasının verilməsi ilə əlaqədar təqdim olunmuş sənədlərə 

Azərbaycan Respublikasının mövcud Vahid İdman Təsnifatına uyğun olaraq baxılmış, əmrləşdirilmiş və 

müvafiq vəsiqələrin hazırlanması işləri yerinə yetirilmişdir. 2015-ci il ərzində ayrı-ayrı idman növləri üzrə 91 

məşqçi-müəllimə müvafiq  ixtisas kateqoriyası verilmişdir. Bunlardan 10 nəfər ali, 79 nəfər birinci,   2 nəfər 

ikinci ixtisas kateqoriyası almışdır.  

45 nəfər “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi”, 69 nəfər “Azərbaycan 

Respublikasının Əməkdar məşqçisi”, 15 nəfər “Azərbaycan Respublikasının əməkdar idman ustası”,  22 

nəfər “Respublika dərəcəli hakim”  fəxri adları almışlar. 159 nəfər isə İdman ustası normasını yerinə 

yetirmişdir. 

Azərbaycan idmançıları arasında dopinqə qarşı mübarizənin gücləndirilməsi ilə əlaqədar yeniyetmə və 

gənclər arasında bir çox idman növləri üzrə  yığma komanda üzvlərindən dopinqin mövcudluğunun 

müəyyənləşdirilməsi məqsədilə analiz nümunələri götürülmüş və Antidopinq laboratoriyasına 

göndərilmişdir. 

Dünya Antidopinq Agentliyi tərəfindən qadağan olunmuş üsul, vasitə və dərman preparatlarının 2015-ci il 

üçün yeniləşmiş siyahıları idman federasiyalarına paylanılmışdır.  

Avropa Oyunlarında iştirak edəcək milli yığma komandaların tələblərinə əsasən dərman preparatlarının 

təyin və təmin edilməsi ilə əlaqədar müvafiq işlər görülmüşdür. 

Azərbaycan yığma komandalarının həkimləri elmi və metodiki yeniliklərlə təmin olunmuşlar. Yeni tibbi və 

bioloji üsullar haqqında məlumatlar verilmişdir. İdmançılar, həkimlər, məşqçilər və ümumiyyətlə gənclər 

arasında dopinq haqqında sorğular aparılmış və nəticələr təhlil edilmişdir. Respublika və beynəlxalq 

yarışlara hazırlıq məqsədilə Azərbaycan yığma komanda üzvləri bərpaedici vasitələrlə təmin olunmuşlar.  

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təsdiq etdiyi təqvim planına müvafiq olaraq 

«Gənclik» Tələbə-İdman Cəmiyyətinin Respublika Şurası ali təhsil məktəblərinin tələbələri arasında 2015-ci 

ilin mart-dekabr aylarında idmanın cüdo (kişilər), sərbəst, yunan-roma güləşi, basketbol (kişilər, qadınlar), 

həndbol (kişi,qadın), şahmat (kişi, qadın), stolüstü tennis (kişi, qadın), dama (kişi, qadın), voleybol (kişi, 

qadın), badminton (kişi, qadın),atletika (kişi, qadın), üzgüçülük (kişi, qadın) idman növləri üzrə təhsil 

müəssisələrinin tələbələri arasında XII Respublika Universiadası və Spartakiadası keçirilmişdir. 

 

İlin əsas idman nailiyyətləri 



 


 

10 


İlk Avropa Oyunları 

 

12-28 iyun 2015-ci il tarixlərdə ölkəmizdə İlk Avropa Oyunları keçirilmişdir. 12 iyun 2015-ci il tarixdə 68 min 



tamaşaçı tutumuna malik Olimpiya Stadionunda "Bakı-2015" İlk Avropa Oyunlarının rəsmi açılış mərasimi 

keçirilmişdir. Oyunların məşəli yandırıldıqdan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham 

Əliyev İlk Avropa Oyunlarını açıq elan etmişdir. 

16-sı Olimpiya, 4-ü isə qeyri-olimpiya idman növü olmaqla ümumilikdə 20 idman növündə keçirilmiş 

Oyunlarda Azərbaycan bütün növlərdə 291  idmançı ilə təmsil olunmuşdur. 12 idman növündə keçirilən 

yarışlar  "Rio 2016" Olimpiadasına təsnifat xarakterli olmuşdur. 

Avropanın 50 ölkəsinin idmançılarının iştirak etdiyi bu möhtəşəm tədbirdə Azərbaycan 21-i qızıl, 15-i gümüş 

və 20-si bürünc olmaqla 56 medal qazanmış və medallar cədvəlində Rusiya Federasiyasından sonra 2-ci yeri 

tutaraq tarixi qələbəyə imza atmışlar. Azərbaycan idmançılarının bundan əvvəl keçirilmiş Yay Olimpiya 

Oyunlarında  qazandığı uğurlarla  müqayisə onu göstərir ki,  I Avropa Oyunlarında ölkə yığmamız yeni 

keyfiyyət səviyyəsinə qalxmışdı. London Yay Olimpiya Oyunlarında Azərbaycan yığması Avropa ölkələri 

arasında 15-ci yerə yüksəlmişdisə, Bakı 2015-də onlar gərgin mübarizədə daha yüksək-  2-ci pillədə yerini 

qoruyub saxlaya bildi.  

Azərbaycan idmançıları 10 idman növündə medallar qazandılar: avarçəkmə - 1 (1 gümüş), boks - 11 (6 qızıl, 

1 gümüş, 4 bürünc), cüdo - 4 (1 qızıl, 2 gümüş, 1 bürünc), gimnastika - 7 (1 qızıl, 3 gümüş, 3 bürünc), güləş - 

15 (6 qızıl, 2 gümüş, 7 bürünc), karate - 6 (4 qızıl, 2 bürünc), qılıncoynatma - 2 (1 gümüş, 1 bürünc), sambo 4 

(4 gümüş), taekvondo - 5 (3 qızıl, 1 gümüş, 1 bürünc), triatlon - 1 ( 1 bürünc). 

Ümumilikdə, Oyunlara 12500 nəfərdən artıq gənc əməliyyat könüllüsü kimi, 4000-dən artıq gənc isə 

mərasimlərdə iştirak edən könüllü kimi qatılmışdır. Bununla yanaşı dünyanın 107 ölkəsindən insanlar 

Oyunlarda könüllü kimi iştirak etməkdən ötrü müraciət etmiş, onlardan  55 ölkədən  olan 400-ə yaxın 

könüllü proseslərə cəlb edilmişdir.  

Bakı-2015  bütün qitəni sülh, ədalətli mübarizə və dostluq ruhunda birləşdirən möhtəşəm idman bayramı 

olmuşdur. Azərbaycanın Birinci xanımı, Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın hazırlıq 

prosesində bütün mərhələ və istiqamətlərdə birbaşa şəxsən iştirakı və rəhbərliyi sayəsində Birinci Avropa 

Oyunları ən yüksək səviyyədə təşkil edilmişdir. Avropa Oyunlarının keçirilməsi Azərbaycan dövləti və xalqı 

üçün əvəzedilməz və gələcəkdə istifadə oluna biləcək təcrübə qazandırdı, böyük idman və mədəni irs 

qoydu. Bununla da Azərbaycan Avropanın yeni idman tarixini yazmış oldu.  

Azərbaycan bu tarixi hadisə ilə gələcək Avropa Oyunlarının standartlarını - ən yüksək standartları 

müəyyənləşdirdi və çox yüksək səviyyəli təşkilatçılıq imkanlarına malik olduğunu bütün dünyaya sübut etdi.  

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə I Avropa Oyunlarının təşkilində böyük 

xidmətlərinə görə Mehriban Arif qızı Əliyeva “Heydər Əliyev" ordeni ilə,  I Avropa Oyunlarında qazanılmış 

yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə 24 nəfər "Şöhrət”, 2 

nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə,  32 nəfər “Tərəqqi” medalı ilə,  I Avropa Oyunlarının 

təşkilində səmərəli fəaliyyətlərinə görə “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin 

əməkdaşlarından 22 nəfər “Dostluq” ordeni ilə,  I Avropa Oyunlarında uğurla çıxış etmiş idmançıların 

məşqçiləri, səmərəli fəaliyyətlərinə görə "Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin əməkdaşları, 

Avropa Olimpiya Komitələri İcraiyyə Komitəsinin üzvləri və Azərbaycan idmanının inkişafındakı xidmətlərinə 

görə idmançılar da daxil olmaqla 81 nəfər “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif 

edilmişdir.    



Yüklə 177,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə