Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən



Yüklə 177,04 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix21.06.2018
ölçüsü177,04 Kb.
#50569
1   2   3   4   5   6   7

 

Gənclər Təşkilatları Milli Şurası ilə birgə Gənclər təşkilatlarının II Konqresi keçirilmişdir.  



 “Kainat” Gənclər Dəstək İctimai Birliyinin, “Gənclər və Gələcək” İctimai Birliyinin, “Azərbaycan Gənc 

Peşəkar və Saç Ustaları və Estetikləri” İctimai Birliyinin, “Şirvan Region Gənclərinin İnkişaf Mərkəzi” İctimai 

Birliyinin,  “Dialoq Gənclərin Diskussiya Klubu” İctimai Birliyinin, “Yeni Həyat” Gənclər İctimai Birliyinin, 

“İnnovativ Gənclər” İctimai Birliyinin, “Yaradıcı və İstedadlı Gənclərin İnkişafına Yardım” İctimai Birliyinin, 

“Elmli və Yaradıcı Gənclər” İctimai Birliyinin, “Gələcək” Gənclər İctimai Birliyinin, “Elm” Gənclərin Sosial-

İntellektual İnkişafa Dəstək İctimai Birliyinin dövlət qeydiyyatına alınmaları ilə bağlı Ədliyyə Nazirliyi 

qarşısında vəsadət qaldırılmışdır. 

 “Həkimlər və Təbib Tələbələr“ İctimai Birliyini Beynəlxalq Təbib Tələbələr Assosiasiyasına üzvülük haqqının 

ödənilməsinə kömək göstərilmişdir.  

 

Tələbə və tələbə-gənclər  təşkilatları ilə iş 

 

2015-ci ilin yanvar ayından etibarən Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “İşıqlı həyat” sosial 

yönümlü layihənin təbliğatının aparılması məqsədi ilə “Azad Azərbaycan”-106.3FM radiosunda “Avtostop” 

verilişində “İşıqlı həyat” rubrikası fəaliyyətə başlamışdır. 

12-14 fevral 2015-ci il tarixlərdə Heydər Əliyev Mərkəzi və Təhsil Nazirliyi ilə birgə  məktəblilər arasında 

“Sabahın alimləri” IV Respublika müsabiqəsi keçirilmişdir. 

21 fevral 2015-ci il tarixdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə  26 fevral- Xocalı 

soyqırımının 23-cü  ildönümü ilə əlaqədar ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında 

"Mahir nişançı" güllə atıcılığı üzrə VIII Respublika turniri keçirilmişdir. 

13 mart 2015-ci il tarixdə Suraxanı rayonunda yerləşən “Atəşgah Məbədi” Dövlət Tarixi-Memarlıq Qoruğu 

ərazisində “Mədəni irs” Gənclər Festivalı keçirilmişdir.  

15 aprel 2015-ci il tarixdə Çexiya Respublikasının Praqa şəhərində Rusiyanın Azərbaycanlı Gənclər Birliyi 

(АМОР) tərəfindən keçirilən "Bizim dünya" adlı Forum və ona həsr olunmuş mədəni-kütləvi tədbirə dəstək 

verilmişdir. 

02 may 2015-ci il tarixdə Lənkəran rayonunda faşizm üzərində qələbənin 70 illiyinə həsr olunmuş  ali təhsil 

müəssisələrinin tələbələrinin  iştirakı ilə “Tarixin canlı səhifələri” adlı lII Gənclər Festivalı keçirilmişdir.  

08 may 2015-ci il tarixdə Bakı Slavyan Universitetində faşizm üzərində qələbənin 70 illiyinə həsr olunmuş ali 

təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə  breyn-rinq üzrə respublika çempionatı keçirilmişdir. 

Çempionatda  16 ali məktəbi təmsil edən 96 tələbə iştirak etmişdir. 

05 – 25 avqust 2015-ci il tarixlərdə gənclər təşkilatları arasında “Azərbaycan tarixi və mədəniyyəti, 

Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Qarabağ tarixi, mədəniyyəti haqqında həqiqətlərin 

yayılmasına dair fəaliyyətlər” mövzusunda müsabiqə keçirilmişdir. Azərbaycan Tələbə Gənclər Təşkilatları 

İttifaqının "Vizual vasitələrlə virtual məkanda Qarabağ həqiqətlərinin yayılması" adlı layihəsi seçilmiş və 

maliyyələşdirilmişdir. 

10-15 avqust 2015-ci il tarixlərdə tələbələr və gənclərin diplomatiya və beynəlxalq əməkdaşlıq sahəsində 

təcrübi biliklər və bacarıqlarını artırmaq məqsədilə Daşkəsən rayonunda yerləşən Gənclərin İstirahət və 

Təlim Mərkəzində BMT Modeli üzrə Yay Məktəbi keçirilmişdir. Tədbirdə 9 ali məktəbdən 80-dən artıq gənc 

iştirak etmişdir.  




 

24-28 sentyabr 2015-ci il tarixlərdə İsmayıllı rayonunun 2015-ci ilin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar 



ali təhsil müəssisələri tələbələrinin iştirakı ilə bu rayonda etno-irs günləri keçirilmişdir. Layihənin 

keçirilməsində məqsəd -  Azərbaycanın milli-mədəni irsinin, tarixinin, adət və ənənələrinin qorunub 

saxlanılması və təbliğ edilməsidir. Festivalda   gənc aktyor və tələbələr  Azərbaycan xalqının qədim rəqslərini 

və xalq oyunlarını nümayiş etdirmişlər. Festival səhnəsində  100 nəfərə yaxın gənc aktyor, tələbə, İsmayıllı 

rayonununda fəaliyyət göstərən folklor qrupları və xalq sənətkarları iştirak etmişlər. 

31 oktyabr 2015-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərinə Rusiyanın Azərbaycanlı Gənclər 

Təşkilatının (AMOR) “AMOR: gənclərin layiqli gələcəyi naminə” adı altında VI Forumu və sərgisi keçirilmişdir. 

Forum çərçivəsində III Hesabat-seçki konfransı və 4 paneldə müzakirələr İDEA: “Bir Dünya, Bir Gələcək”, 

“Ədalət səfiri ol”, “Azərbaycan və yeni dövrün çağırışları”, “Turizmin və diyarşünaslığın inkişafı gənclərin 

vətənpərvərlik və mənəvi-əxlaqi tərbiyəsinin vasitəsi kimi”, “Gənclər karyera inkişafı: sahibkarlıq və uğura 

aparan yol” keçirilmişdir. 

Hesabat dövründə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən təqdim edilən “Olimpiya 

şəhərciyi: könüllülərin hazırlığı düşərgəsi”, "Virtual Qarabağ İKT Mərkəzi - Azərbaycan həqiqətlərinin 

yayılmasına dair fəaliyyətlər" və “Yaşayan tarix-4” adlı layihələrin həyata keçirilməsində nazirlik payçı kimi 

iştirak etmişdir. 

 

 



 

İ  D  M  A  N 

 

Gənc nəslin sağlam ruhda böyüyüb tərbiyə olunması, ölkədə bədən tərbiyəsi və idmanın kütləviliyinin təmin 



edilməsi, yüksək dərəcəli idmançıların hazırlanması, Olimpiya hərəkatının genişləndirilməsi, Avropa 

Oyunlarına yüksək səviyyədə hazırlığın təmin edilməsi, idmanın maddi-texniki bazasının gücləndirilməsi 

istiqamətində işlər uğurla davam etdirilmişdir. 

2015-ci ildə respublikada fəaliyyət göstərən federasiyalar ilə birlikdə ölkəmizdə 200-dən çox respublika 

yarışları  təşkil edilmiş, 46 beynəlxalq yarış keçirilmişdir. Xarici ölkələrdə keçirilmiş 196 beynəlxalq yarışlarda 

isə ölkə yığma komandalarının iştirakı təmin olunmuşdur.  

2015-ci il ərzində olimpiya və qeyri-olimpiya idman növləri üzrə rəsmi beynəlxalq yarışlarda - dünya və 

Avropa çempionat və birinciliklərində, kubok yarışlarında  321 qızıl, 222 gümüş və 280 bürünc, ümumilikdə 

isə 823 medal (2014-cü ildə 805 medal- 275 qızıl, 255 gümüş, 275 bürünc ) əldə edilmişdir. Bunlardan 297 

medal  (105 qızıl, 61 gümüş, 131 bürünc) olimpiya, 526 medal isə (216 qızıl, 161 gümüş, 149 bürünc) qeyri-

olimpiya idman növlərindən olmuşdur.  

İdman növləri üzrə yığma komandalar hər biri 12 gündən az olmayaraq 101 təlim-məşq toplanışlarında 

iştirak etmişdir. Bu təlim-məşq toplanışlarından 65-i Azərbaycanda, 36-sı isə xarıcı ölkələrdə keçirilmişdir. 

Təlim-məşq toplanışlarında ümumilikdə 6000 nəfərədək idmançı iştirak etmişdir. 

Azərbaycan Respublikasının Prezidenti cəhab İlham Əliyevin 12 avqust 2015-ci il tarixli "XXXI Yay Olimpiya 

Oyunlarına hazırlıq haqqında" Sərəncamına əsasən Olimpiya Oyunlarına hazırlıq işləri xüsusi proqram 

əsasında həyata keçirilir.  

2016-cı ildə  Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına bu günədək 

artıq 7 idman növü üzrə 29 lisenziya əldə edilmişdir. Bunlardan: boks- 3, atletika- 3, avarçəkmə- 5, güləş-11 

(yunan-roma-4, sərbəst güləş-4, qadın güləşi-3), gimnastika-2, agır atletika-4, taekvondo-1  lisenziya 




Yüklə 177,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə