Azərbaycan Respublikasının Gömrük Məcəlləsi



Yüklə 4,93 Kb.
Pdf görüntüsü
səhifə48/50
tarix02.01.2018
ölçüsü4,93 Kb.
#18988
1   ...   42   43   44   45   46   47   48   49   50

305.6. Fiziki şəxslər tərəfindən müvəqqəti gətirilmiş və ya müvəqqəti aparılmış malların 
geri aparılmasının və ya geri gətirilməsinin gömrük rəsmiləşdirilməsi istənilən gömrük 
orqanında həyata keçirilə bilər. 
Maddə 306. Fiziki şəxslər tərəfindən nəqliyyat vasitələrinin müvəqqəti gətirilməsi və 
müvəqqəti aparılması 
Fiziki şəxslər onlara məxsus olan, yaxud istifadəsinə müvəqqəti verilmiş nəqliyyat 
vasitələrini bu Məcəllənin müddəalarına uyğun olaraq müvafiq icra hakimiyyəti 
orqanının müəyyən etdiyi güzəştli və sadələşdirilmiş qaydada gömrük ərazisindən 
müvəqqəti apara və ya bu əraziyə müvəqqəti gətirə bilərlər. 
XVIII bölmə
. Qeyri-rezidentl
ərin ayrı
-
ayrı kateqoriyaları üçün gömrük 
güzəştlə
ri 
Fəsil 53. Xarici dövlətlərin nümayəndəlikləri və onların əməkdaşları, habelə digər qeyri-
rezidentlər üçün gömrük güzəştləri 
Maddə 307. Xarici dövlətlərin diplomatik nümayəndəlikləri üçün gömrük güzəştləri 
307.1. Xarici dövlətlərin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəlikləri 
özlərinin rəsmi istifadəsi üçün nəzərdə tutulan malları və nəqliyyat vasitələrini, onların 
gömrük sərhədindən keçirilməsi qaydalarına riayət etmək şərti ilə gömrük rüsumlarından, 
vergilərdən və digər gömrük ödənişlərindən azad olunmaqla gömrük ərazisinə gətirə və 
bu ərazidən apara bilərlər. 
307.2. Bu Məcəllənin 307.1-ci maddəsi saxlanca görə ödənişlərə, habelə bu Məcəllənin 
232.2-ci maddəsinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin gömrük orqanlarının 
iş vaxtından kənar saatlarda və iş yerindən kənarda gömrük nəzarətinin həyata 
keçirilməsinə görə aldığı gömrük ödənişlərinə şamil edilmir. 
Maddə 308. Xarici dövlətlərin diplomatik nümayəndəliklərinin başçıları və diplomatik 
heyətinin üzvləri üçün gömrük güzəştləri 
308.1. Xarici dövlətlərin diplomatik nümayəndəliklərinin başçıları və diplomatik 
heyətinin üzvləri, habelə onlarla birlikdə yaşayan ailə üzvləri şəxsi istifadə üçün nəzərdə 
tutulan malları və nəqliyyat vasitələrini, onların gömrük sərhədindən keçirilməsi 
qaydalarına riayət etmək şərti ilə gömrük rüsumlarından, vergilərdən və digər gömrük 
ödənişlərindən azad edilməklə gömrük ərazisinə gətirə və bu ərazidən apara bilərlər. 
308.2. Xarici dövlətlərin diplomatik nümayəndəliklərinin başçılarının, diplomatik 
heyətinin üzvlərinin, onlarla birlikdə yaşayan ailə üzvlərinin şəxsi baqajları gömrük 
baxışından azaddır. 
308.3. Xarici dövlətlərin diplomatik nümayəndəliklərinin başçılarının, diplomatik 
heyətinin üzvlərinin, onlarla birlikdə yaşayan ailə üzvlərinin şəxsi baqajlarında şəxsi 


istifadə üçün nəzərdə tutulmayan, gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən 
aparılması bu Məcəllə, müvafiq qanunvericiliklə və beynəlxalq müqavilələrlə qadağan 
edilən, məhdudlaşdırılan malların mövcudluğu haqqında kifayət qədər əsaslar olduqda, 
gömrük orqanları həmin şəxslərin və ya onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə 
gömrük baxışı keçirirlər. 
Maddə 309. Xarici dövlətlərin diplomatik nümayəndəliklərinin inzibati-texniki heyətinin 
əməkdaşları üçün gömrük güzəştləri 
309.1. Xarici dövlətlərin diplomatik nümayəndəliklərinin inzibati-texniki heyətinin 
əməkdaşları və onlarla birlikdə yaşayan ailə üzvləri (həmin əməkdaşlar və onların ailə 
üzvləri Azərbaycan Respublikasının vətəndaşı deyilsə, yaxud daimi olaraq Azərbaycan 
Respublikasında yaşamırlarsa) gömrük ödənişlərindən azad edilməklə, şəxsi istifadə üçün 
nəzərdə tutulan malları gömrük ərazisinə gətirə bilərlər. 
309.2. Bu Məcəllənin 309.1-ci maddəsi saxlanca görə ödənişlərə, habelə bu Məcəllənin 
232.2-ci maddəsinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin gömrük orqanlarının 
iş vaxtından kənar saatlarda və iş yerindən kənarda gömrük nəzarətinin həyata 
keçirilməsinə görə aldığı gömrük ödənişlərinə şamil edilmir. 
Maddə 310. Xarici dövlətlərin nümayəndəliklərinin diplomatik heyətinin üzvləri üçün nəzərdə 
tutulan gömrük güzəştlərinin inzibati-texniki və xidmətçi heyətin əməkdaşlarına şamil 
edilməsi 
Xarici dövlətlərlə bağlanılan beynəlxalq müqavilələr əsasında bu Məcəllədə xarici 
dövlətlərin nümayəndəliklərinin diplomatik heyəti üçün nəzərdə tutulan güzəştlər, hər bir 
dövlətlə qarşılıqlı olmaq şərti ilə, bu nümayəndəliklərin Azərbaycan Respublikasının 
vətəndaşı olmayan və ya daimi olaraq Azərbaycan Respublikasında yaşamayan inzibati-
texniki və xidmətçi heyətinin əməkdaşlarına və onların ailə üzvlərinə də şamil edilə bilər. 
Maddə 311. Xarici dövlətlərin konsulluq nümayəndəlikləri və onların heyət üzvləri üçün 
gömrük güzəştləri 
311.1. Xarici dövlətlərin konsulluq nümayəndəliklərinə, onların başçılarına, digər vəzifəli 
şəxslərinə və qulluqçularına, habelə göstərilən şəxslərin ailə üzvlərinə (həmin əməkdaşlar 
və onların ailə üzvləri Azərbaycan Respublikasının vətəndaşı deyilsə və ya Azərbaycan 
Respublikasında daimi yaşamırlarsa) xarici dövlətlərin diplomatik nümayəndəlikləri və 
ya diplomatik nümayəndəliyin müvafiq heyəti üçün bu Məcəllədə nəzərdə tutulmuş 
qaydada gömrük ödənişlərinə dair güzəştlər tətbiq edilir. 
311.2. Xarici dövlətlərlə bağlanılan beynəlxalq müqavilələr əsasında bu Məcəllədə xarici 
dövlətlərin nümayəndəliklərinin diplomatik heyəti üçün nəzərdə tutulan güzəştlər, hər bir 
dövlətlə qarşılıqlı olmaq şərti ilə, konsulluq nümayəndəliklərinin Azərbaycan 
Respublikasının vətəndaşı olmayan və ya daimi olaraq Azərbaycan Respublikasında 
yaşamayan xidmətçi heyət işçilərinə və onların ailə üzvlərinə də şamil edilə bilər. 


Yüklə 4,93 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə