Azərbaycan Respublikasının Gömrük Məcəlləsi
(Bu Məcəllə Azərbaycan Respublikasının 24 iyun 2011-ci il tarixli, 164-IVQ nömrəli Qanunu
ilə təsdiq edilmişdir)
Mündəricat
Ümumi hissə
I bölmə. Ümumi müddəalar
Fəsil 1
Əsas müddəalar
Fəsil 2
Gömrük orqanlarının hüquq mühafizə fəaliyyəti
II bölmə. Gömrük orqanlarının başqa şəxslərlə münasibətləri
Fəsil 3
Gömrük təmsilçiliyi
Fəsil 4
Gömrük daşıyıcısı
Fəsil 5
Səlahiyyətli
iqtisadi operatorlar
III bölmə. Gömrük işində informasiya sistemləri və informasiya texnologiyaları
Fəsil 6
Gömrük işində informasiya sistemlərinin və informasiya texnologiyalarının tətbiqi
Fəsil 7
Gömrük işinə dair məlumatların mübadiləsi və mühafizəsi
Fəsil 8
Gömrük orqanlarının elektron məlumat sistemi
IV bölmə. Gömrük orqanlarının qərarları və onlardan şikayətvermə
Fəsil 9
Gömrük orqanlarının qərarları
Fəsil 10
Gömrük orqanlarının, onların vəzifəli şəxslərinin qərarlarından, hərəkətlərindən və
ya hərəkətsizliyindən şikayətvermə
V bölmə. Gömrük orqanlarının vəzifəli şəxsləri
Fəsil 11
Gömrük orqanlarının vəzifəli şəxslərinin
hüquqi statusu, dövlət və sosial müdafiəsi
Fəsil 12
Gömrük orqanlarının vəzifəli şəxslərinin səlahiyyətləri
Xüsusi hissə
VI bölmə. Gömrük nəzarəti
Fəsil 13
Gömrük nəzarətinin
həyata keçirilməsi
Fəsil 14
Gömrük nəzarətinin təşkili
Fəsil 15
Risklərin idarə edilməsi
VII bölmə. Gömrük rəsmiləşdirilməsi
Fəsil 16
Gömrük rəsmiləşdirilməsinə dair əsas müddəalar
VIII bölmə. Malların gömrük ərazisinə gətirilməsi və bu ərazidən aparılması
Fəsil 17
Malların
gömrük ərazisinə gətirilməsi
Fəsil 18
Malların gömrük ərazisindən aparılması
Fəsil 19
İxrac, təkrar ixrac və müvəqqəti ixrac
IX bölmə. Nəqliyyat vasitələrinin və şəxslərin gömrük ərazisinə daxil olması və bu
ərazidən yola düşməsi
Fəsil 20
Nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olması
Fəsil 21
Nəqliyyat vasitələrinin gömrük ərazisindən yola düşməsi
Fəsil 22
Şəxslərin gömrük ərazisinə daxil olması və bu ərazidən yola düşməsi
X bölmə. Gömrük prosedurlarına dair ümumi qaydalar
Fəsil 23
Bəyanetmə və gömrük bəyannaməsi
Fəsil 24
Gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim edilən
sənədlərin və malların yoxlanılması
Fəsil 25
Buraxılış
Fəsil 26
Sərbəst dövriyyə üçün buraxılış
Fəsil 27
Təkrar idxal
XI bölmə. Xüsusi gömrük prosedurları
Fəsil 28
Ümumi müddəalar
Fəsil 29
Tranzit
Fəsil 30
Saxlanc
Fəsil 31
Sərbəst zona
Fəsil 32
Xüsusi
istifadə
Fəsil 33
Emal
XII bölmə. Malların kabotaj daşınması, qadağalar və məhdudiyyətlər
Fəsil 34
Malların kabotaj daşınması
Fəsil 35
Gömrük təminatları
Fəsil 36
Təhlükəsiz ixrac sxemi
Fəsil 37
Malların gömrük ərazisinə gətirilməsinin, bu ərazidən aparılmasının qadağan
edilməsi və məhdudlaşdırılması
Fəsil 38
Gömrük sərhədindən keçirilən malların nəzarətli göndərişi
XIII bölmə. Gömrük rüsumlarının və mallarla ticarətdə digər tədbirlərin tətbiqini
əsaslandıran amillər
Fəsil 39
Gömrük tarifi və malların tarif təsnifatı
Fəsil 40
Malların gömrük dəyəri
Fəsil 41
Malların mənşəyi
XIV bölmə. Gömrük ödənişləri, gömrük borcu və təminat
Fəsil 42
Əsas müddəalar
Fəsil 43
Malların idxalı və ixracı üzrə yaranmış gömrük borclarına dair ümumi müddəalar
Fəsil 44
Gömrük borcunun hesablanması və ödənilməsi
Fəsil 45
Mövcud və yarana biləcək gömrük borcu üçün təminat
Fəsil 46
Gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması və gömrük
borcunun ləğvi
XV bölmə. Gömrük nəzarətinə dair əlavə müddəalar
Fəsil 47
Gömrük orqanları tərəfindən valyuta nəzarətinin həyata keçirilməsi
Fəsil 48
Gömrük orqanları tərəfindən ixrac nəzarətinin həyata keçirilməsi
Fəsil 49
Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan mallar üzərində gömrük
nəzarəti
XVI bölmə. Malların gömrük sərhədindən beynəlxalq poçt göndərişləri, boru
kəməri və elektrikötürücü xətlər vasitəsilə keçirilməsi
Fəsil 50
Malların gömrük sərhədindən beynəlxalq poçt göndərişləri vasitəsilə keçirilməsi
Fəsil 51
Malların gömrük sərhədindən boru kəməri və elektrikötürücü xətlər vasitəsilə
keçirilməsi
XVII bölmə. Fiziki şəxslər tərəfindən malların və nəqliyyat vasitələrinin gömrük
sərhədindən keçirilməsi
Fəsil 52
Fiziki şəxslər tərəfindən malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən
keçirilməsinin xüsusiyyətləri
XVIII bölmə. Qeyri-rezidentlərin ayrı-ayrı kateqoriyaları üçün gömrük güzəştləri
Fəsil 53
Xarici dövlətlərin nümayəndəlikləri və onların əməkdaşları, habelə digər qeyri-
rezidentlər üçün gömrük güzəştləri
XIX bölmə. Xarici ticarətin gömrük statistikasının və mal nomenklaturasının
aparılması
Fəsil 54
Gömrük statistikasının aparılması
Fəsil 55
Xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının aparılması
XX bölmə. Gömrük ekspertizası
Fəsil 56
Gömrük ekspertizasının aparılması
XXI bölmə. Mallar və nəqliyyat vasitələri barəsində sərəncam verilməsi və əldə
edilən vəsaitlərdən istifadə olunması
Fəsil 57
Mallar və nəqliyyat vasitələri barəsində sərəncam verilməsi
Fəsil 58
Bu Məcəlləyə müvafiq olaraq əldə edilmiş vəsaitdən istifadə
Azərbaycan Respublikasının Gömrük Məcəlləsi (bundan sonra — Məcəllə) Azərbaycan
Respublikasında gömrük işinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, o cümlədən
Azərbaycan Respublikasının
gömrük ərazisinə gətirilən, bu ərazidən aparılan, tranzitlə
keçirilən mallara və nəqliyyat vasitələrinə tətbiq edilən ümumi qaydaları və prosedurları,
gömrük işi sahəsində şəxslərin hüquqlarını və vəzifələrini müəyyənləşdirir.
Ümumi hissə
I bölmə. Ümumi müddə
alar
Fəsil 1. Əsas müddəalar
Maddə 1. Bu Məcəllədə istifadə olunan əsas anlayışlar
1.0. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur:
1.0.1. bəyanetmə — Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra –
gömrük sərhədi) keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat
vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya
elektron formalarda bəyan edilməsi;
1.0.2. bəyannaməçi — gömrük bəyannaməsini təqdim edən və ya adından gömrük
bəyannaməsi verilən şəxs;