Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə8/162
tarix15.04.2018
ölçüsü5,05 Kb.
#38528
1   ...   4   5   6   7   8   9   10   11   ...   162

Maddə 45‐2. Seçici imzalarının toplanması qaydasının pozulması 
Mülkiyyət  formasından  asılı  olmayaraq  hüquqi  şəxslərin,  dövlət və  bələdiyyə 
orqanlarının,  qurumların  və  təşkilatların  seçici  imzalarının  toplanmasında  iştirak  etməsinə 
görə ‐
vəzifəli şəxslər səksən manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli 
manatdan üç yüz manatadək miqdarda cərimə edilir.
37 
M a d d  ə 
4 6 .   Seçkilərin  (referendumun)  maliyyələşdirilməsi  və  ya  maliyyə 
hesabatlarının təqdim edilməsi qaydalarının pozulması 
38 
46.1.  Seçkilərin  (referendumun)  maliyyələşdirilməsinin  qanunvericiliklə  müəyyən  edilmiş 
qaydalarının pozulmasına görə ‐
fiziki  şəxslər  on  manatdan  iyirmi  manatadək  miqdarda,  vəzifəli  şəxslər  qırx  manatdan 
altmış manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək miqdarda 
cərimə edilir.
39 
46.2. Seçkilərin hazırlanmasına və keçirilməsinə ayrılmış vəsaitlərin xərclənməsi hesabatları 
barədə  namizədlər,  qeydə  alınmış  namizədlər,  siyasi  partiyalar,  siyasi  partiyaların  blokları, 
referendum  üzrə  təşviqat  qrupları  tərəfindən  maliyyə  hesabatlarının  təqdim  və  ya  dərc 
edilməməsinə görə ‐
40 
iyirmi manatdan otuz manatadək miqdarda cərimə edilir.
41 
M a d d  ə  4 7 .   Anonim  təşviqat  materiallarının  və  ya  reklamların  hazırlanması  və 
yayılması qaydalarının pozulması 
47.1. Seçkiqabağı və ya referendum ilə bağlı nəşr və audiovizual təşviqat materiallarında bu 
materialları  hazırlayan  və  hazırlanmasını  sifariş  edən təşkilatların  adı,  materialların  tirajı  və 
buraxılış tarixi barədə məlumatların göstərilməməsinə görə ‐
on beş manatdan iyirmi beş manatadək miqdarda cərimə edilir.
42 
47.2.  Siyasi  partiyaların,  siyasi  partiyaların  bloklarının,  namizədlərin  və  ya  qeydə  alınmış 
namizədlərin yazılı formada razılığı olmadan seçkiqabağı nəşr materiallarının hazırlanmasına, 
yaxud yayılmasına görə ‐
iyirmi manatdan otuz manatadək miqdarda cərimə edilir.
43 
47.3.  Siyasi  partiyalar,  siyasi  partiyaların  blokları,  namizədlər və  ya  qeydə  alınmış 
namizədlər  barəsində  reklamların  hazırlanmasının  və  yayılmasının,  yaxud  xeyriyyə  xidməti 
göstərilməsinin qanunvericiliklə müəyyən  edilmiş  qaydalarının  pozulmasına görə ‐ iyirmi  beş 
manatdan otuz beş manatadək miqdarda cərimə edilir.
44 
M a d d  ə  4 8 .   Səsvermənin  nəticələri  və  ya  seçkilərin  yekunları  haqqında  məlumatın 
bilərəkdən təqdim edilməməsi və ya dərc olunmaması 
45 
48.1. Seçicilərin, qeydə alınmış namizədin, siyasi partiyaların, siyasi partiyaların bloklarının 
və  namizədlərin  vəkil  edilmiş  şəxslərinin,  müşahidəçilərin,  siyasi  partiyaların,  siyasi 
partiyaların  bloklarının,  referendum  üzrə  təşviqat  qruplarının  səlahiyyətli  nümayəndələrinin, 
kütləvi  informasiya  vasitələrinin  nümayəndələrinin  tələbi  ilə  onların  tanış  olmaları  üçün 
müvafiq  seçki  komissiyasının  sədrləri  tərəfindən səsvermənin  yekunlarına  və  nəticələrinə  aid 
məlumatların bilərəkdən təqdim edilməməsinə görə ‐
əlli manatdan yetmiş manatadək miqdarda cərimə edilir.
46 


48.2. Səsvermənin yekunlarına və nəticələrinə aid məlumatların bilərəkdən qanunvericiliklə 
nəzərdə tutulmuş qaydada və müddətdə dərc edilməməsinə görə ‐
yetmiş manatdan doxsan manatadək miqdarda cərimə edilir.
47 
M a d d  ə  4 9 .  Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin 
keçirilməsinə mane olma 
Qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  təşkil  edilən  yığıncaqların,  mitinqlərin, 
nümayişlərin, küçə yürüşlərinin və piketlərin keçirilməsinə mane olmağa görə ‐
fiziki şəxslər iyirmi beş manatdan otuz manatadək miqdarda, vəzifəli şəxslər əlli manatdan 
yetmiş manatadək miqdarda cərimə edilir.
48 
M a d d ə  49‐1. Təhsil haqqında qanunvericiliyin pozulması 
49‐1.0. Təhsil haqqında qanunvericiliyin pozulmasına, yəni: 
49‐1.0.1.  təhsilin  hər  hansı  pilləsindən,  səviyyəsindən və  formasından  məhrum 
edilməsinə; 
49‐1.0.2.  təhsil  müəssisəsində  təhsilalana  qarşı  cinayət  əlamətləri  olmayan  fiziki  və 
(və ya) psixoloji zorakılığa yol verilməsinə; 
49‐1.0.3.  qanunvericiliklə  müəyyən  edilmiş  hallar  istisna  olmaqla,  təhsilalanların 
təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə cəlb edilməsinə; 
49‐1.0.4.  dövlət təhsil  və  elmi‐tədqiqat  qrantlarının  təhsil  müəssisəsinin  həmin 
qrantların 
verilmə 
məqsədlərinə 
uyğun 
gəlməyən
fəaliyyət 
sahələrinin 
maliyyələşdirilməsinə yönəldilməsinə görə ‐
fiziki  şəxslər  yüz  manat  miqdarında,  vəzifəli  şəxslər  üç  yüz  manat  miqdarında,  hüquqi 
şəxslər beş min manat miqdarında cərimə edilir. 
49 
M a d d  ə  49‐2.  İnsanın  immunçatışmazlığı  virusuna  yoluxması  səbəbinə  görə 
təhsil hüququnun pozulması 
İnsanın  immunçatışmazlığı  virusuna  yoluxması  səbəbinə  görə  şəxsin  özünün  və 
ya  ailə  üzvlərinin  təhsil  almaq  hüququnun  hər  hansı  formada  məhdudlaşdırılması,  o 
cümlədən  onların  təhsil  müəssisələrinə  qəbulundan  imtina  olunması  və  ya  onların 
istənilən
tədbirlərdə  iştirakına  məhdudiyyətlər  qoyulması,  eləcə  də  təhsil 
müəssisəsindən  xaric  edilməsinə  görə‐vəzifəli  şəxslər  min  beş  yüz  manatdan  iki  min 
manatadək miqdarda cərimə edilir. 
M a d d  ə  49‐3.  İnsanın  immunçatışmazlığı  virusu  ilə  yaşayan  şəxslərin  sosial 
xidmət müəssisələrinə yerləşdirilməsindən və onlara sosial xidmət göstərilməsindən 
imtina edilməsi 
İnsanın  immunçatışmazlığı  virusu  ilə  yaşayan  şəxslərin  sosial  xidmət 
müəssisələrinə  yerləşdirilməsindən və  onlara  sosial  xidmət  göstərilməsindən  imtina 
edilməsinə  görə‐vəzifəli  şəxslər  min  beş  yüz  manatdan  iki  min  manatadək  miqdarda 
50
cərimə edilir. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə