Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə7/162
tarix15.04.2018
ölçüsü5,05 Kb.
#38528
1   2   3   4   5   6   7   8   9   10   ...   162

M a d d  ə  4 1 .  Namizəd haqqında bilərəkdən yalan məlumatlar yayma 
19 
Seçkinin  nəticəsinə  təsir  göstərmək məqsədi  ilə  deputatlığa və  ya  seçkili  orqana  (vəzifəyə) 
namizəd  haqqında  bilərəkdən  yalan  məlumatlar  dərc  etməyə  və  ya  onları  başqa  üsullarla 
yaymağa görə ‐
iyirmi manatdan əlli beş manatadək miqdarda cərimə edilir.
20 
M a d d  ə  4 2 .  Seçki komissiyası (referendumun keçirilməsi üzrə komissiya) üzvünün, 
müşahidəçilərin, vəkil edilmiş şəxslərin, namizədlərin, siyasi partiyaların, siyasi partiyaların 
bloklarının,  referendum  üzrə  təşviqat  qrupunun  səlahiyyətli  nümayəndələrinin,  kütləvi‐
informasiya vasitələri nümayəndələrinin hüquqlarının pozulması 
21 
Seçki  komissiyası  (referendumun  keçirilməsi  üzrə  komissiya)  üzvünün,  müşahidəçilərin, 
vəkil  edilmiş  şəxslərin,  namizədlərin,  siyasi  partiyaların,  siyasi  partiyaların  bloklarının, 
referendum  üzrə  təşviqat  qrupunun  səlahiyyətli  nümayəndələrinin,  kütləvi‐informasiya 
vasitələri  nümayəndələrinin  qanunvericiliklə  müəyyən  edilmiş  hüquqlarını,  o  cümlədən  seçki 
sənədlərinin  surətlərinin  və  məlumatların  vaxtında  alınması  və  seçki  sənədlərinin  təsdiqi  ilə 
bağlı hüquqları pozmağa görə ‐
otuz beş manatdan altmış beş manatadək miqdarda cərimə edilir.
22 
M a d d  ə  4 2  ‐ 1 .  Seçki  (referendum)  məqsədləri  üçün  vəzifə  mövqeyindən və  ya 
xidməti mövqedən üstünlük əldə etmək üçün sui‐isfadə olunması 
Seçki (referendum) məqsədləri üçün vəzifə mövqeyindən və ya xidməti mövqedən üstünlük 
əldə etmək üçün sui‐istifadə olunmasına görə ‐
vəzifəli  şəxslər xəbərdarlıq  edilir  və  ya  on  manatdan  iyirmi  manatadək  miqdarda  cərimə 
edilir.
23 
M a d d  ə 
4 2  ‐ 2 .   Seçicilər_haqqında_məlumatların_düzgün,_tam_və_vaxtında_verilməməsi'>Seçicilər  haqqında  məlumatların  düzgün,  tam  və  vaxtında 
verilməməsi 
24 
Seçicilər  haqqında  məlumatları  təqdim  edən  müvafiq  icra  orqanı  tərəfindən həmin 
məlumatların düzgün, tam və vaxtında verilməməsinə görə ‐
müvafiq  icra  orqanının  rəhbəri  xəbərdarlıq  edilir  və  ya  on  manatdan  iyirmi  manatadək 
miqdarda cərimə edilir. 
25 
M a d d  ə ‐ 4 2  ‐ 3 .   Seçki  bülletenlərinin,  səsvermə  protokollarının  və  vəsiqələrinin 
verilməsi və saxlanması qaydalarının pozulması 
26 
Seçki komissiyalarının sədrləri tərəfindən seçki bülletenlərinin, səsvermə protokollarının və 
vəsiqələrinin verilməsi və saxlanması qaydalarının pozulmasına görə ‐
xəbərdarlıq edilir və ya on manatdan iyirmi manatadək miqdarda cərimə edilir.
27 
M a d d  ə ‐ 4 2  ‐ 4 .   Dövlət  avtomatlaşdırılmış  informasiya  sistemindən  istifadə 
qaydasının pozulması 
28 
Səsvermə  başlandıqdan  sonra  seçkilərin  yekunları  və  səsvermənin  nəticələri  barədə 
protokollar  imzalananadək  yuxarı  seçki  komissiyalarının  informasiya  xidmətlərindən aşağı 
seçki  komissiyalarının  informasiya  xidmətlərinə  məlumatların  qəbulunu  təsdiq  edən 
siqnallardan başqa hər hansı məlumatın verilməsinə görə ‐


fiziki  şəxslər  iyirmi  manatdan  qırx  manatadək  miqdarda,  vəzifəli  şəxslər  altmış  manatdan 
səksən manatadək miqdarda cərimə edilir.
29 
M a d d  ə  4 3 .  Seçki (referendum) ilə əlaqədar hədə‐qorxu və ya zorakılığa çağıran 
çıxışlar edilməsi və ya bu cür materialların yayılması 
30 
Seçki (referendum) ilə əlaqədar hədə‐qorxu  və ya zorakılığa  çağıran  çıxışlar edilməsinə və 
ya bu cür materialların yayılmasına görə ‐
otuz beş manatdan altmış beş manatadək miqdarda cərimə edilir.
31 
M a d d  ə  4 3  ‐ 1 .  Seçicinin bilərəkdən birdən çox seçici siyahısına daxil edilməsi 
32 
Seçicinin bilərəkdən birdən çox seçici siyahısına daxil edilməsinə görə ‐
xəbərdarlıq edilir və ya on manatdan iyirmi manatadək miqdarda cərimə edilir.
33 
M a d d  ə  4 4 .   Seçici  siyahıları  ilə  vətəndaşların  tanış  olmaq  hüququnun  və  digər 
hüquqlarının pozulması 
44.0. Seçki komissiyasının (referendumun keçirilməsi üzrə komissiyanın) üzvü tərəfindən: 
44.0.1.  vətəndaşların  seçici  siyahıları  (referendumda  iştirak  etmək  hüququ  olan  şəxslərin 
siyahısı) ilə tanış olması hüququnun pozulmasına; 
44.0.2.  seçici  siyahılarındakı(referendumda  iştirak  etmək  hüququ  olan  şəxslərin 
siyahısındakı) yanlışlıqlar haqqında vətəndaşların ərizələrinə qanunvericiliklə müəyyən edilmiş 
müddətdə baxılmamasına; 
44.0.3.  seçici  siyahılarına  düzəlişlərin  edilməsindən  imtina  barədə  vətəndaşa  yazılı  şəkildə 
əsaslandırılmış cavab verilməməsinə; 
44.0.4.  qeydiyyatdan 
keçmiş 
seçicilər 
barəsində 
məlumatların 
vaxtında 
rəsmiləşdirilməməsinə və dəqiqləşdirilməməsinə görə ‐
seçki  komissiyasının  (referendumun  keçirilməsi  üzrə  komissiyanın)  üzvü  qırx  manatdan 
altmış manatadək miqdarda cərimə edilir.
34 
M a d d  ə 
4 5 .   Seçkilərdə  (referendumda)  iştirak  etmək  üçün  məzuniyyətin 
verilməsindən imtina etmə 
45.1.  Dövlət və  ya  yerli  özünüidarəetmə  orqanlarına  seçkilərin  hazırlanmasında  və  ya 
keçirilməsində  onun  iştirakının  təmin  edilməsi  məqsədi  ilə  deputatlığa və  ya  seçkili  orqana 
(vəzifəyə)  qeydə  alınmış  namizədə,  namizədin  vəkilinə  və  ya  seçki  komissiyasının 
(referendumun  keçirilməsi  üzrə  komissiyanın)  üzvünə  qanunvericiliklə  müəyyən  edilmiş 
məzuniyyətin verilməsindən imtina etməyə görə ‐
qırx manatdan altmış manatadək miqdarda cərimə edilir.
35 
45.2.  Yerli  özünüidarəetmə  orqanlarına  və  ya  deputatlığa  seçilmiş  şəxslərin  dövlət 
vəzifələrinin icra edilməsi məqsədi ilə həmin şəxsləri işdən azad etməməyə görə ‐
əlli manatdan yetmiş manatadək miqdarda cərimə edilir.
36 
Maddə  45‐1.  Qeydə  alınmış  namizədin  seçkilərdə  iştirak  etdiyi  müddətdə  xidməti 
vəzifələrinin icrasını dayandırmaması 
Dövlət və ya bələdiyyə xidmətində olan qeydə alınmış namizəd seçkilərdə iştirak etdiyi 
müddətdə xidməti vəzifələrinin icrasını dayandırmamasına görə ‐
səksən manatdan doxsan manatadək miqdarda cərimə edilir. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə